Məhkəmə qərarları › İş №2(090)-108/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-108/2024

05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-108/2024 05.06.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi, ərizəçinin vəkili Vəkil, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək atası X3 Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən 0.0941 ha həyətyanı torpaq sahəsi və 104.06 kv.m fərdi yaşayış evi olan ümumi əmlakdakı payının faktiki olaraq anası X4 tərəfindən qəbul edilməsi, anası X2 ölümündən sonra isə həmin miras əmlakın bütünlüklə onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında maraqli şəxs Maraqlı şəxs4 ərizəsinə etiraz etdiyini, icra hakimyyətindən arayış aldığını, Maraqlı şəxs4 hal-hazırda mərhum anasından qalan evdə qeydiyyatda dayansa da orada yaşamadığını, qardaşı X9 rəhmətə getdikdən sonra Lalənin onların təkidi ilə qısa bir müddət anası ilə yaşadığını, lakin anasına baxmadığını, sonra isə Lalənin anasını evdə tək qoyaraq ata evinə getdiyini, evdəki özünə aid olan bütün əşyaları özü ilə apardığını, anasının bir müddət tək yaşadığını, uzaq yerdə qaldıqları üçün anasına kömək edə bilmədiklərini, bəzən anasının onların evində, bəzən isə onlar analarının evinə gedərək orada qaldıqlarını, Lalənin anasının yas mərasimində iştirak etmədiyini və bir dəfə qonaq kimi gəlib qayıtdığını, 2010cu ildə atası rəhmətə getdkdən sonra həmin evdə qardaşı Kərimli Sadiqin davamlı olaraq anası ilə birlikdə yaşadığını, qardaşının ölümündən sonra Maraqlı şəxs4 cəmi 10-15 gün anası ilə birlikdə yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili Vəkil izahatında hazırki iş üzrə tərəflər arasında mübahisə olduğundan ərizənin xüsusi icraat qaydasında baxılmalı olmadığını, iddia icraatı qaydasında idda qaldıracaqlarını, bu səbəbdən də ərizənin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatında qardaşı X6 2020-ci ilin martın 26-da öldükdən sonra Maraqlı şəxs4 qısa bir müddət anası ilə birlikdə yaşadıqdan sonra ata evinə qayıtdığını, Lalənin anası ilə qalması barədə dəfələrlə söhbət etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında 2015-ci ildə qardaşı X9 ilə Maraqlı şəxs4 ailə həyatı qurduqlarını, 2020-ci ilin mart ayının 26-da qardaşı vəfat etdikdən sonra tam dəqiq xatırlamasa da Maraqlı şəxs4 qısa bir müddət anası ilə birlikdə yaşadığını, Lalənin qardaşının yas mərasimi zamanı isə qonaq kimi gəldiyini, daha sonra isə onun atası evinə getdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında qardaşı X6 2020-ci ilin mart ayının 26-da dünyasını dəyişdikdən sonra Maraqlı şəxs4 qısa bir müddət anası ilə yaşadıqdan sonra atası evinə getdiyini, 2010-cu ildə atası rəhmətə getdikdən sonra atasından miras kimi qalan evdə qardaşının yaşadığını, 2015-ci ildə qardaşı ailə həyatı qurduqdan sonra Maraqlı şəxs4 o evə gəlin köçdüyünü, 2020-ci ildə qardaşı rəhmətə getdikdən sonra Maraqlı şəxs4 həmin evdə qısa müddət yaşadığını, həmin vaxt Maraqlı şəxs4 mirasın qəbul edilməsi ilə bağlı hər hansı orqana müraciət etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs4 izahatında 2015-ci ildə ailə həyatı qurduğunu, həyat yoldaşı X9 vəfat etdikdən sonra qayınanası o evdə tək yaşamasın deyə bir müddət onunla bir yerdə yaşadığını, həyat yoldaşının 40 mərasiminə qədər yasda iştirak etdiyini, həmin evə gəlin köçdükdən sonra 2020-ci ilin mart ayının 26-dək yoldaşı və qaynanası ilə birlikdə həmin evdə yaşadığını, həyat yoldaşı Kərimli Sadiq sağ olan vaxt atasından qalan mirasın qəbul edilməsi ilə bağlı heç bir orqana müraciət etmədiyini, həyat yoldaşı rəhmətə getdikdən sonra o da mirasın qəbulu ilə bağlı heç bir orqana müraciət etmədiyini, həyat yoldaşı X6 vərəsəsi olaraq həmin əmlakdan pay istədiyini, həyat yolaşı vəfat etdikdən sonra təxmini olaraq 3-4 ay qaynanası ilə birlikdə yaşadığını, qaynanası ilə birlikdə qalan vaxt həyəti əkib-becərdiklərini, ağaclara qulluq etdiklərini, həyat yolaşı vəfat etdikdən sonra o, əmlakın sonraki taleyi barədə heç kimlə söhbət etmədiyini, əmlakla bağlı heç bir tələbinin olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə araşdırılması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən X5 və X2 ümumi paylı mülkiyyətlərində olan 0.0941 ha həyətyanı torpaq sahəsi və 104.06 kv.m fərdi yaşayış evi olan miras əmlakdan Maraqlı şəxs4 pay tələbi vardır, yəni hazırki iş üzrə tərəflər arasında mirasın bütünlüklə Ərizəçi tərəfindən qəbul edilməsi barədə mübahisə vardır. Belə olan halda məhkəmə hesab edirki, hazırki iş üzrə tərəflər arasında miras əmlakdan paylar ilə bağlı mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalı və maraqlı şəxslərə ümumi əsaslarla iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq onların ümumi əsaslarla iddia vermək hüquqları vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267, 268 və 306.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onların ümumi əsaslarla iddia vermək hüquqları vardır. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar