Məhkəmə qərarları › İş №2(090)-125/2020

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-125/2020

16.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-125/2020 16.09.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqları ilə birlikdə mənzildən məcburi qaydada çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək gəlini Cavabdeh və onun uşaqları X5, X7 və X3 özünə məxsus olan Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-də yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, 2008-ci ilin noyabr ayının 16-da oğlum X15 rayonu, Şahbuzkənd kənd sakini Cavabdeh ilə ailə həyatı qurmuş, mənim mülkiyyətimdə olan, Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-ə Cehunə gəlin köçmüşdür. Onun nikahdan üç övladı dünyaya gəlmişdir. Son iki ildir ki, o, mənimlə birgə yaşayış qaydalarına riayət etmir, daima evdə dalaşır. Artıq onun mənim evimdə yaşamağı qeyri-mümkündür. Onun mənimlə yaşayış evimin tərkib hissəsindən istifadə etməsi ilə bağlı müqaviləsi yoxdur. İddiaçı məhkəmədə verdiyi izahatında təqribən 40-45 ildir ki, Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-də yerləşən üç otaqlı mənzildə yaşadığını, özünün üç övladının dünyaya gəldiyini, onların həmin mənzildə böyüdüyünü, mübahisəli mənzilin özünə məxsus olduğunu, 2008-ci ildə oğlu Əlizadənin Cavabdeh ilə ailə quraraq onu qeyd edilən mənzilə gəlin köçürdüyünü, oğlu ilə cavabdehin birgə nikahından üç uşağın dünyaya gəldiyini, onların həmin mənzildə böyüyüb boya-başa çatdığını, ərinin ölümündən sonra, yəni son üçü ildir ki, Cehunə ilə aralarında olan münasibətlərin kəskinləşdiyini və cavabdehin onu özünə məxsus olan mənzilindən çıxarmaq istədiyini, ona “get kirayədə yaşa” dediyini, mənzil üç otaqlı olsa da onun çox az bir hissəsindən istifadə edə bildiyini, dəfələrlə cavabdeh və uşaqlarını evdən çıxarmaq istəsə də qarşı tərəfin buna məhəl qoymadığını, hətta onu bir dəfə döydüyünü, bununla bağlı polis orqanlarına şikayət etdiyini, Cehunə ona məxsus mənzilə köçən gündən bu günədək onunla mənzildən istifadəyə dair hər hansı bir yazılı müqavilə bağlamadığını, cavabdehin bu hərəkətləri nəticəsində özünün mülkiyyət hüququnun pozulduğunu, öz evindən istifadə edib, orada rahat yaşaya bilmədiyini, bu səbəbdən də Cehunənin üç uşağı ilə birlikdə mənzildən çıxarılmasını istədiyini qeyd edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında 2008-ci ildə iddiaçının oğlu Əlizadə ilə ailə qurduğunu, evləndikdən sonra iddiaçıya məxsus olan və Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-də yerləşən mənzilə gəlin köçdüyünü, orada iki ay qaldıqdan X1 işləməsi ilə əlaqədar yaşamaq üçün həmin dövlətə getdiklərini, orada isə altı ay yaşadıqdan sonra buraya qayıtdıqlarını, iddiaçının oğlu Əlizadə ilə birgə nikahlarından üç uşağın dünyaya gəldiyini, onların hamısının qayınanası Dilarəyə məxsus evdə böyüyüb, boya-başa çatdıqlarını, hazırda da həmin mənzildə yaşadıqlarını, əvvəllər də iddiaçı ilə aralarında mənzildən çıxmaqla bağlı mübahisələrinin yarandığını, lakin özünün tibb bacısı işlədiyini, elə yüksək qazanc əldə etmədiyindən və əmək haqqı olmadığından kirayədə yaşamağın onun və uşaqları üçün çətin olduğunu, buna görə də evdən çıxmadığını, həmçinin bu məsələdə əri Əlizadəyə çox da etibar etmədiyini, çünki onun çox vaxt işləmək üçün Rusiya Federasiyası və Türkiyə Respublikası ərazisinə getdiyini və onunla iki-üç ay əlaqə saxlaya bilmədiyini, belə olan halda isə kirayə haqqının verilməsi onun üçün çətin olduğunu, ərinin Azərbaycan Respublikası ərazisində olmadığı müddət ərzində iddiaçının xəstəliyi ilə bağlı onun yaxınları qayğısına qalmadığı halda Dilarənin bütün qayğıları ilə özünün məşğul olduğunu, iddiaçı ilə mənzildən istifadə edilməsi ilə bağlı aralarında yazılı razılaşma olmadığını, hazırda özünün üç uşaqla birlikdə yasağa yerinin olmadığını, bu səbəbdən də həmin evdə yaşamağa məcbur olduğunu qeyd edərək, lakin hazırda kirayə yaşamaq üçün ev axtardıqlarını, lakin mənzillərin kirayə haqqı bir az baha olduğundan mümkün qədər kirayə haqqı aşağı olan ev tapmaq istədiyini qeyd etmişdi. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə qəbul ediləcək məhkəmə aktı uşaqların valideyni kimiX4 hüquq və vəzifələrinə toxunma ehtimalı olduğundan o, iş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmişdi. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 isə məhkəmədə verdiyi izahatında İddiaçı onun anası olduğunu, cavabdehlə isə 2008-ci ildə ailə qurduğunu, bundan əlavə Cehunə ilə əvvəldən qohumluq əlaqələrinin olduğunu, yəni öz atası Mənsumun qayınatası Mənsurun dayısı olduğunu, Cehunə ilə evləndikdən sonra onun Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-də yerləşən mənzilə gəlin köçdüyünü, birgə nikahlarından üç övladının dünyaya gəldiyini və hazırda onlarla birlikdə yaşadığını, hazırda cavabdehlə aralarında bağlanmış nikahın pozulmadığını, əvvəllər aralarında bağlanmış nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etsələr də, sonradan aralarında barışıq olduğundan ailənin bərpa edildiyini, işləmək üçün tez-tez Rusiya Federasiyası və Türkiyə Respublikası ərazisinə getdiyini, özü tərəfindən dəfələrlə cavabdehə evdən çıxaraq başqa bir mənzildə kirayədə yaşamaları təklif etsə də Cehunənin bunu qəbul etmədiyini, anasının isə uzun müddətdir ki, həmin mənzildə yaşayaraq ora bağlı olduğunu, özünü üç uşağı ilə birlikdə anasına məxsus olan mənzildən çıxmaq istədiyini, özünün də işləyib çətin də olsa kirayədə yaşayacağını bildirmişdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-də yerləşən mənzilin İddiaçı mülkiyyətində olması, həmin mənzilin və mənzilə olan hüquqların hazırda yüklü olmaması, iddiaçının oğlu X8 ilə Cavabdeh arasında xx xxxxxx 2008-ci ildə nikah bağlanması, onların birgə nikahından xx xxxxxxx 2010-cu il təvəllüdlü X5, xx xxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X3 dünyaya gəlməsi, cavabdehin ailəsi ilə birlikdə iddiaçıya məxsus mənzildə yaşaması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iş materiallarına əlavə edilmiş qeydiyyat şəhadətnaməsindən, həmçinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 41 nömrəli məktubundan Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-də yerləşən mənzilin İddiaçı mülkiyyətində olması, həmin mənzilin və mənzilə olan hüquqların hazırda yüklü olmaması; -iş materiallarına əlavə edilmiş Şahbuz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci tarixli, 269063 nömrəli akt qeydindən çıxarışdan X4 İddiaçı övladı olması; -iş materiallarına əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 416713 nömrəli akt qeydindən çıxarışdan X8 ilə cavabdeh X9 arasında xx xxxxxx 2008-ci ildə nikah bağlanması, həmin vaxt cavabdehin özünə “Hüseynova” soyadı seçməsi; -iş materiallarına əlavə edilmiş Şahbuz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İİ seriyalı, 504390 nömrəli akt qeydindən çıxarışdan X8 ilə Cavabdeh birgə nikahından xx xxxxxxx 2010-cu ildə X5 adlı uşağın dünyaya gəlməsi; -iş materiallarına əlavə edilmiş Şahbuz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İİİ seriyalı, 748607 nömrəli akt qeydindən çıxarışdan X8 ilə Cavabdeh birgə nikahından xx xxxx 2017-ci ildə X7 adlı uşağın dünyaya gəlməsi; -iş materiallarına əlavə edilmiş Şahbuz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İİİ seriyalı, 748608 nömrəli akt qeydindən çıxarışdan X8 ilə Cavabdeh birgə nikahından xx xxxx 2017-ci ildə X6 adlı uşağın dünyaya gəlməsi; - iddia tələbindən və işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan cavabdehin ailəsi ilə birlikdə iddiaçıya məxsus mənzildə yaşaması aydın olur. İşin mübahisəli halı isə iddiaçının Cavabdeh və onun uşaqları X5, X7 və X3 öz mülkiyyətində olan Şahbuz şəhəri, 28 may küçəsi, bina 16-da olan 3 nömrəli mənzildən məcburi qaydada çıxarılmasını tələb etməsidir. İşin mübahisəli halını, yəni mülkiyyətçi ilə onun evinə (mənzilinə) köçürülmüş şəxslər yaranmış mübahisəni iş materialları, onları isə qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yuxarıda qeyd olunanlardan da məlum olur ki, konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-də yerləşən daşınmaz əmlakın İddiaçı mülkiyyətində olması isə məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Həmçinin Mülki Məcəllənin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Bundan əlavə mülkiyyət hüququnun müdafiəsi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsində isə öz əksini tapıb. Məhkəmə bildirir ki, mülki və əşya hüquqlarının mülki-hüquqi müdafiəsinin üsullarından biri əşya-hüquqi müdafiə üsuludur. Bu müdafiə üsulu isə 3 növ iddianın verilməsi ilə həyata keçirilə bilər ki, bunlardan da biri neqator iddiadır. Yəni mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırda mülkiyyətçi İddiaçı isə özünə məxsus olan və gəlini Cavabdeh ailəsi ilə birlikdə yaşadığı Şahbuz şəhəri, 28 may küçəsi, bina 16-da olan 3 nömrəli mənzildən cavabdehin və onun uşaqlarının çıxarılmasını tələb etməklə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş hüquqi addım atmışdı. İş materiallarından aydın olur ki, cavabdeh iddiaçının oğlu ilə 2008-ci ilin noyabr ayında nikaha daxil olmaqla İddiaçı mülkiyyətində olan mənzilə həmin vaxt gəlin köçmüşdür. Bu isə o deməkdir ki, tərəflər arasında hüquq münasibətləri 2008-ci ildə yaranmışdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual normanın qeyd edilən tələbindən yola çıxan məhkəmə qeyd ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələbinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mahiyyətindən göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Qeyd edilən halları sübut etmək vəzifəsi isə mülkiyyətçinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrindən irəli gələn hüquqlarını pozan və həmin mənzildən istifadə edən şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Cavabdeh isə İddiaçı məxsus olan mənzildən istifadə etməsinin hüquqi əsasının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmədə verdiyi izahatından onun mənzildən istifadə edilməsi ilə bağlı iddiaçı ilə arasında yazılı razılaşmanın olmaması müəyyən edilmişdi. Həmçinin məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 41 nömrəli məktubundan Şahbuz şəhəri, 28 may küçəsi, bina 16, mənzil 3-də yerləşən daşınmaz əmlakın və həmin əmlaka dair hüquqların yüklü olmaması müəyyən edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, hazırki vəziyyətdə İddiaçı məxsus olan mənzildə Cavabdeh yaşaması üçün qanuni əsas olmadığından iddiaçının tələbi onun mənzildən çıxarılmasına dair hissədə əsaslı sayılmalıdır. Lakin iddia tələbinin uşaqlara münasibətdə mənzildən məcburi çıxarıma hissəsinə gəldikdə isə məhkəmə bildirir ki, istər İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsindən, istərsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsindən aydın olur ki, mülkiyyət hüququ mütləq hüquq deyil, o məhdudlaşdırıla bilən hüquqdur. Bu məhdudiyyət isə qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Qeyd edilən maddi hüquq normasını iş materialları ilə əlaqələndiriək məhkəmə qeyd edir ki, X8 İddiaçı ailə üzvüdür. İddiaçının mənzildən çıxarılmasını istədiyi Hüseynov Məhəmməd, Hüseynov Ceyhun və Hüseynova Zeynəb isə X4 övladlarıdır və onlar hazırda yetkinlik yaşına çatmayıblar. Əlizadə Hüseynov isə iş üzrə iddiaçı olan anası İddiaçı məxsus mənzildən hazırda istifadə etdiyindən onun öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsi ilə isə müəyyən edilir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı özünə məxsus olan Şahbuz şəhəri, 28 may küçəsi, bina 16 olan 3 nömrəli mənzildən Cavabdeh məcburi çıxarılmasına dair tələbi əsaslı sayılsa da, X5, X7 və X3 mənzildən məcburi qaydada çıxarılması tələbi əsassızdır. Bu səbəbdən də onun tələbi əsaslı sayıldığı hissədə təmin edilməli, digər hissədə isə əsaslı sayılmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə dair iddia qisməntəmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat miqdarında dövlət rüsumunun 5 manat miqdarı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; - İddiaçı məxsus olan və Şahbuz şəhəri, 28 may küçəsi, bina 16-da yerləşən 3 nömrəli mənzildən Cavabdeh məcburi qaydada çıxarılmalı; - iddia digər, yəni X5, X7 və X3 Şahbuz şəhəri, 28 may küçəsi, bina 16-da yerləşən 3 nömrəli mənzildən məcburi qaydada çıxarılmalarına dair hissədə əsaslı sayılmadığından rədd olunmalı; - Cavabdeh 05 (beş) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməli; Yekunda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan və Şahbuz şəhəri, 28 may küçəsi, bina 16-da yerləşən 3 nömrəli mənzildən Cavabdeh məcburi qaydada çıxarılsın. İddia digər, yəni X5, X7 və X3 Şahbuz şəhəri, 28 may küçəsi, bina 16-da yerləşən 3 nömrəli mənzildən məcburi qaydada çıxarılmasına dair hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 05 (beş) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar