Məhkəmə qərarları › İş №2(090)-154/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-154/2021

14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-154/2021 14.09.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi mənzilin qanuni istifadədə olması faktının müəyyən olunmasına dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun ünvan 6- ün qanuni istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, mərhum atası T.Mehralıyev 1964-1965-ci illərdə qeyd edilən mənzildə yaşayıbdır, onunla bərabər o da həmin mənzildə yaşayıbdır, o doğulduğu, yəni 1971-ci ildən həmin mənzildə yaşayıb və hal-hazırda da həmin mənzildə pasport qeydiyyatındadır, o mülkiyyətçi kimi mənzilin bütün kommunal xərclərini ödəyibdir və həmin mənzili idarə edibdir, onun bacıları uzun müddətdir həmin mənzildə yaşamırlar və həmin mənzil ilə bağlı heç bir tələbləri və həmin mənzilin onun qanuni istifadəçisi kimi tanınmasına heç bir etirazları yoxdur, bu barədə bacılarının ərizələrini də məhkəməyə təqdim edibdir, hal-hazırda həmin mənzildə o və ailə üzvləri qeydiyyatdadır. Həmin mənzillə bağlı ailə üzvlərinin də heç bir tələblərinin və həmin mənzilin onun qanuni istifadəçisi kimi tanınmasına etirazlarının olmaması barədə o, məhkəməyə ailə üzvlərinin də ərizələrini təqdim edibdir. Mənzilin ayrılması ilə bağlı orderi itiriblər, mənzilin özəlləşdirilməsi ilə bağlı etdiyi müraciət zamanı dövlət arxivlərində və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində mənzilin ayrılması ilə bağlı məlumatın olmadığı məlum olubdur, yaşadıqları evi mülkiyyətinə keçirmək istəyir, lakin lazımi sənədləri əldə edə bilməməsi səbəbindən mənzili öz adına sənədləşdirə bilmir, Maraqlı şəxs1nə rəsmi müraciət etdikdən sonra ona cavab olaraq rəsmi məktubla bildirilibdir ki, ünvan 1 ünvanında yerləşən mənzil ilə əlaqədar onunla və ya digər şəxslərlə mənzil kirayə müqaviləsi barədə Maraqlı şəxs1 arxivində heç bir məlumat yoxdur. Bu səbəbdən də həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat keçirilməsi üçün zəruri sənəd olmadığı üçün o, həmin mənzili öz adına sənədləşdirə bilmir. Sonda Ərizəçi göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X21 izahatında bildirdi ki, Ərizəçi müraciəti əsasında müvafiq olaraq araşdırma aparılıbdır və araşdırılma zamanı həmin mənzillə bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində həmin mənzil ilə bağlı hər hansı bir qeydiyyatın olmadığı məlum olubdur. Qeydiyyat üçün əsasverici sənəd olmadığından həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Sonda nümayəndə T.Həmzəyev göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Maraqlı şəxs1nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin Maraqlı şəxs1 nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi Şahbuz Rayon Məhkəməsində mənzilin qanuni istifadədə olması faktının müəyyən olunmasına dair işlə əlaqədar Ərizəçi Maraqlı şəxs1nə rəsmi müraciəti əsasında ünvan 1 ünvanında yerləşən mənzil ilə əlaqədar istər ərizəçi və ya digər şəxslərlə mənzil kirayə müqaviləsinin bağlanması barədə Maraqlı şəxs1ndə heç bir məlumat olmadığının məlum olduğunu, ona görə də Ərizəçia evin sənədləşdirilməsi üçün heç bir sənəd verə bilmədiklərini, bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirərək, 14 sentyabr 2021-ci il tarixə, saat 1200-a təyin edilmiş məhkəmə baxışı iclasını iş yükünün çoxluğu ilə əlaqədar iştirakları olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X38 izahatında bildirdi ki, 1978-ci ildən Şahbuz rayonu, Şahbuz şəhəri, bina 8, mənzil 2-də yaşayır, Ərizəçi ilə 1978-ci ildən qonşu olublar, Ərizəçi atası T.Mehralıyevlə də qonşu olubdur, Ərizəçi atası T.Mehralıyev 1985-ci ildə vəfat etdikdən sonra həmin mənzildə T.Mehralıyevin arvadı Zərifə, qızları Gülçin, Rəşidə, Könül və oğlu Yalçın ilə birlikdə yaşayıbdır. Mərhum T.Mehralıyevin qızlarının hamısı ailə qurub başqa yerdə yaşayırlar. Mərhum T.Mehralıyevin arvadı Zərifə xanım 2005-ci ildə vəfat etdikdən, qızları isə 10 ildən artıqdır ki ərə getdikdən sonra həmin mənzildə Ərizəçi öz ailəsi ilə birlikdə yaşayıblar. Ərizəçi anadan olandan həmin mənzildə yaşayıb və hal-hazırda da yaşayır, o 1978-ci ildən həmin binada yaşayır. Ərizəçi isə ondan əvvəl, anadan olduğu vaxtdan, yəni 1971-ci ildən həmin binada yaşayıbdır. Şahid R.Sadiqov verdiyi ifadəsində həqiqətən onun həmin binaya köçdüyü vaxtdan əvvəldə Ərizəçi 1971-ci ildən Şahbuz rayonu, Şahbuz şəhəri, bina 8, mənzil 4-də yaşaması faktını təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Maraqlı şəxs1 13 avqust 2021-ci il tarixli, 48 nömrəli məktubundan məlum olur ki, ünvan 3 ünvanında yerləşən mənzilə 1977-ci ildən 2021-ci ilə qədər Ərizəçi ilə və ya digər şəxslərlə mənzil kirayə müqaviləsi barədə Maraqlı şəxs1 arxivində heç bir məlumatın olmadığı göstərilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 26.07.2021-ci il tarixli doğum haqqında çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuş, doğum haqqında çıxarışda atası X15, anası X10 göstərilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 115400 nömrəli ölüm haqında çıxarışdan görünür ki, X11 15 sentyabr 2005-ci il tarixdə ürək çatışmamazlığı səbəbindən ölmüş, bu barədə ölüm kitabında 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 270799 nömrəli ölüm haqında çıxarışdan görünür ki, X16 31 mart 1985-ci il tarixdə xərçəng xəstəliyi səbəbindən ölmüş, bu barədə ölüm kitabında 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Mənzil İstismar Sahəsinin 20 iyul 2021-ci il tarixli, 3/436 nömrəli arayışına əsasən X2 aşağıdakı ailə üzvləri vardır:

1. X12 – 2006-cı ildə vəfat edibdir;

2. X22 – 1964-cü ildə doğulub;

3. X17 – 1967-ci ildə doğulub;

4. X23 – 1969-cu ildə doğulub;

5. X18 – 1971-ci ildə doğulub. İş materiallarında olan Şahbuz şəhər Mənzil İstismar sahəsinin 01 sentyabr 2021-ci il tarixli, 3/536 nömrəli arayışına əsasən X15 1971-ci ildən Şahbuz rayonu,Şahbuz şəhəri, 28 may küçəsi, bina 8, mənzil 4-də pasport qeydiyyatındadır. İş materaillarında olan Şahbuz şəhər Mənzil İstismar sahəsinin 03 may 2021-ci il tarixli, 02/24 saylı arayışı ilə Şahbuz şəhər, 28 may küçəsi, bina 8, mənzil 4-ə aid MİS-də heç bir sənədin olmadığı və həmin mənzildə pasport qeydiyyatında dayananlar aşağıdakılardır:

1. X18

2. X13

3. X19

4. X20. İş materiallarında olan Şahbuz rayon Elektrik Şəbəkəsinin 31 may 2021-ci il tarixli, 23 nömrəli məktubu ilə Şahbuz şəhəri, 28 May küçəsi, bina 8, 4 nömrəli mənzilin elektrikdən istifadəyə görə 2011-ci il tarixdən bu günki tarixədək hər ay X3 adına bildiriş yazıldığı müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin 01.06.2021-ci il tarixli, 57 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanındakı su və kanalizasiya xətti X3 adınadır. İş materiallarında olan Şahbuz rayon Qaz İstismarı idarəsinin arayışı ilə ünvan 3 mənzilin qaz sayğacı X3 adına olması müəyyən olunur. İş materiallarında olan ödəniş qəbzləri ilə Şahuz rayonu, Şahbuz şəhəri, 28 May küçəsi, bina 8, 4 nömrəli mənzilin qaz, işıq, su kommunal xərclərinin Ərizəçi tərəfindən ödənildiyi müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 16 may 2021-ci il tarixli, 04/307 nömrəli məktubu ilə Şahbuz şəhəri, 28 May küçəsi, bina 8, 4 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 05 may 2021-ci il tarixli, 02/52 nömrəli məktubu ilə Şahbuz rayonu, 28 May küçəsi, bina 8, 4 nömrəli mənzil barədə Dövlət Arxivində məlumatların mövcud olmadığı müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şahbuz rayon Dövlət Arxivinin 03 may 2021-ci il tarixli, 03 nömrəli məktubu ilə Şahbuz rayon Dövlət Arxivində mühafizə olunan Maraqlı şəxs1, Şahbuz rayon Kommunal Müəssisələr Kombinatının və Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sənədlərində bina evlərinin verilməsi barədə hər hansı sərəncamın və orderin olmadığı müəyyən olunur. İş materiallarında olan X17 tərəfindən verilən 06 avqust 2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsində Şahbuz şəhəri, 28 may küçəsi, bina 8, ev 4 ünvanında yerləşən yaşayış evinin mərhum atası X5 ayrıldığını və həmin mənzildə doğulub yaşadıqlarını, atasının vəfatından sonra və hazırda mənzilin qardaşı X18 tərəfindən idarə olunduğunu, mənzillə bağlı hər hansı iddia və tələbinin olmadığını, X3 mənzilin qanuni istifadəçisi kimi tanınmasına etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan X22 və X14 məhkəməyə ünvanladıqları 08 sentyabr 2021-ci il tarixli ərizələri ilə ünvan 5 ünvanında yerləşən yaşayış evinin mərhum ataları X5 ayrıldığını və həmin mənzildə doğulub yaşadıqlarını, atalarının vəfatından sonra və hazırda mənzilin qardaşı X18 tərəfindən idarə olunduğunu, mənzillə bağlı hər hansı iddia və tələblərinin olmadığının, X3 mənzilin qanuni istifadəçisi kimi tanınmasına etiraz etmədikləri müəyyən olunur. İş materiallarında olan X1 məhkəməyə ünvanladığı 08 sentyabr 2021-ci il tarixli ərizəsi ilə Şahbuz şəhəri, 28 May küçəsi, bina 8, ev 4 ünvanında yerləşən yaşayış evi qayınatası X6 ayrıldığını və mən həmin mənzilə gəlin köçüb həmin mənzildə ailəsi ilə birlikdə yaşadıqları, qayınatasının vəfatından sonra və hazırda da mənzil həyat yoldaşı Ərizəçi tərəfindən idarə olunduğu, mənzil ilə bağlı hər hansı bir iddia və tələbinin olmadığı yoxdur, Ərizəçi mənzilin qanuni istifadəçisi kimi tanınmasına etiraz etmədiyi müəyyən olunur. İş materiallarında olan X19 və X4 məhkəməyə ünvanladıqları 08 sentyabr 2021-ci il tarixli ərizələri ilə ünvan 5 ünvanında yerləşən yaşayış evinin mərhum babaları X5 ayrıldığını və həmin mənzildə doğulub yaşadıqlarını, babalarının vəfatından sonra və hazırda mənzilin ataları X18 tərəfindən idarə olunduğunu, mənzillə bağlı hər hansı iddia və tələblərinin olmadığının, X3 mənzilin qanuni istifadəçisi kimi tanınmasına etiraz etmədikləri müəyyən olunur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Ərizəçi ünvan 6 ünvanında yaşayır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatına, şahidin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi 1971-ci ildən, yəni doğulduğu tarixdən ünvan 6 ünvanında yerləşən yaşayış evi üzərində mülkiyyətçi kimi hüquqlar həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin mənzilin onun qanuni istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki,hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Tərəflər arasındakı hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, hüquq sahibi X15 ailə üzvləri ilə birlikdə, oğlu Ərizəçi da daxil olmaqla, həmin evdə yaşamış, beləliklə Ərizəçi yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahid X24 izahatından, eyni zamanda iş materiallarında olan sənədlərdən ünvan 6 ünvanında yerləşən mənzilin Ərizəçi qanuni istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, ünvan 6 ünvanında yerləşən mənzilin Ərizəçi qanuni istifadəsində olması faktı təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 6 ünvanında yerləşən mənzilin Ərizəçi qanuni istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar