Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-192/2023 23.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X7 iclas katibliyi, ərizəçilərin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçilər Qanuni nümayəndə, Ərizəçi2 və Ərizəçi3 miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçilər Qanuni nümayəndə, Ərizəçi2 və Ərizəçi3 vəkili və nümayəndəsi Vəkil vasitəsilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum arvadı, anası X5 mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndi, 3-cü küçə, 3/2 ünvanında yerləşən 0.025 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Qanuni nümayəndə, Ərizəçi2 və Ərizəçi3 ərizədə göstərmişlər ki, Bayramov X8 Bəhanə Eldar qızı ilə 19 avqust 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurublar, onların həmin nikahdan iki nəfər övladları doğulubdur, lakin X10 29 oktyabr 2019-cu il tarixdə vəfat edibdir, hal-hazırda hər iki övladı onunla birlikdə yaşayır, X5 o da daxil olmaqla, əri Qanuni nümayəndə, qızı Ərizəçi2, qızı Ərizəçi3, atası Maraqlı şəxs1, anası Maraqlı şəxs2 da daxil olmaqla beş nəfər vərəsəsi olubdur. Birgə nikahda olduqları müddətdə Naxçıvan şəhəri, Qaraçuq kəndi, 3-cü küçə, 3/2 ünvanında yerləşən 0.025 ha həyətyanı torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında alıb, həmin torpaq sahəsini 11 noyabr 2015-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********79 nömrəli reyestr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirib, B.Bayramovanın adına çıxarış alıblar. Lakin arvadı X9 29 oktyabr 2019-cu il tarixdə vəfat edibdir. X1 ölümündən sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndi, 3cü küçə, 3/2 ünvanında yerləşən 0.025 ha həyətyanı torpaq sahəsini birinci növbəli vərəsə kimi miras əmlak olaraq qəbul edib, sözügedən torpaq sahəsinin üzərində iki mərtəbədən ibarət ev inşa edibdir. Lakin bəzi işlər və evin içinin kosmetik işləri aparılmadığından orada hələlik yaşayış üçün şərait yoxdur. Ancaq 2019-cu il tarixdəndir ki, torpaq sahəsi və əmlaka görə bələdiyyə vergisini ödəyibdir və bu günə borcu yoxdur. Hal-hazırda keçmiş qayınatası Maraqlı şəxs1la qayınanası Maraqlı şəxs2 Şahbuz rayonu, Nursu kəndində yaşayırlar. Artıq onlarla hər hansı bir əlaqələri yoxdur, sözügedən miras əmlakla bağlı fikirlərini bildirmədiklərindən məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalıbdır. Miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəyibdir, buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şahbuz rayon Notariat Ofisinə müraciət edibdir, Şahbuz rayon Notariat Ofisinin 01 iyun 2023-cü il tarixli, 39 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi ona tövsiyyə olunubdur. Ərizəçilər Qanuni nümayəndə, Ərizəçi2, Ərizəçi3 və maraqlı şəxslər Maraqlı şəxs1 Şı̇ rxan oğlu və Maraqlı şəxs2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud ərizəçi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə ərizəçilər Qanuni nümayəndə, Ərizəçi2, Ərizəçi3, maraqlı şəxslər Maraqlı şəxs1 Şı̇ rxan oğlu və Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçilərin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi, miras əmlakın Qanuni nümayəndə, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 02 avqust 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında Maraqlı şəxs2 izahatında mərhum Bəhanə Bayramovanın onun qızı, miras qalmış torpaq sahəsinin qızının adına və onun qızının vərəsəsi olduğunu, lakin qızının vərəsəsi kimi mirasın qəbulu ilə bağlı heç bir dövlət orqanına müraciət etmədiyini, qızının ölümündən sonra Qanuni nümayəndə ailəsinə qarşı hörmətsizlik etdiyini, Qanuni nümayəndə qızının ilinin tamam olmasını gözləmədiyini, qızının ili çıxmadan evləndiyini, dörd ildir nəvələrini görmədiyini, digər qızının da, o ailənin gəlini olduğunu, qızının yas mərasiminin Qanuni nümayəndə ilə birlikdə qarşıladıqlarını, qızının qızıllarını belə tələb etmədiyini, qızının ölümündən sonra yalnız qızının paltarlarını istədiyini, nəvələrinin də uşaq vaxtlarından onları saxladığını, o, vərəsə kimi əmlak üzərində olan haqqının tələb etdiyini bildirmişdir. Məhkəmənin 02 avqust 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında Maraqlı şəxs1 izahatında Bəhanə Bayramovanın onun qızı olduğunu, qızının ölümündən sonra mirasın qəbulu ilə bağlı heç bir dövlət orqanına müraciət etmədiyini, miras əmlakdan ona çatan hissənin ona verilməsini bildirmişdir. Məhkəmədə ərizəçi tərəfindən dəvət olunan Şahid1 ifadəsində Qanuni nümayəndə ilə Qaraçuq kəndində qonşu olduqlarını, onunla ərizəçi Qanuni nümayəndə evi arasında üç ev olduğunu, Qanuni nümayəndə yoldaşı Bəhanə Bayramovanın sağlığında torpaq sahəsi aldıqlarını, həmin torpaq sahəsində ev tikdiklərini, mərhum Bəhanə Bayramovanın ölümündən sonra Qanuni nümayəndə həmin evin tikintisini davam etdirdiyini, həyət işləri ilə məşğul olduğunu, sonuncu dəfə güclü külək səbəbindən yarı-tikili olan evin pəncərələrinin söküldüyünü, Qanuni nümayəndə həmin pəncərələri təmir etdirdiyini, Qanuni nümayəndə istər yoldaşının sağlığında, istərsə də B.Bayramovanın vəfatından sonra evdə və həyətdə təmir işlərinin aparılması üçün usta və işçilər gətirdiyini, Qanuni nümayəndə başqa o evə gəlib gedən olmadığını, həmin torpaq sahəsinə Qanuni nümayəndə sahiblik etdiyini bildirmişdir. Məhkəmədə ərizəçi tərəfindən dəvət olunan Şahid2 ifadəsində Qanuni nümayəndə ilə qonşu olduqlarını, Qanuni nümayəndə yoldaşı Bayramova Bəhanə ilə birlikdə Qaraçuq kəndində torpaq sahəsi aldıqlarını, həmin torpaq sahəsinin onun torpaq sahəsi ilə üz-üzə qonşuluğunda yerləşdiyini, həmin torpaq sahəsində Qanuni nümayəndə ev tikdiyini, Qanuni nümayəndə yoldaşı Bayramova Bəhanənin 2019-cu ilin oktyabr ayının sonlarında rəhmətə getdiyini, Qanuni nümayəndə yoldaşının qırx mərasimindən sonra sözügedən evdə təmir işləri aparmağa davam etdiyini, həyətyanı sahədə olan otları biçdirdiyini, Qanuni nümayəndə həmin torpağa və evə sahiblik etməsini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ünvan 1 ünvanında qeydiyyatda olan Qanuni nümayəndə ünvanladığı 01 iyun 2023-cü il tarixli, 39 nömrəli məktubla müəyyən olunur ki, mərhum X2 qalmış mirasın qəbulu ilə bağlı müəyyən olunmuş müddət buraxıldığından məhkəməyə müraciət etməsi ona bildirilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiq olunmuş surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən 0.025 ha olan torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ üzrə Bayramova (Qasımova) Bəhanə Eldar qızının adına daşınmaz əmlakın dövlət reyestrində 16/9 nömrəli reyestr kitabının 1464 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********79, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2015). İş materiallarında olan Şahbuz rayon Qarababa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İ seriyalı, 416613 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qanuni nümayəndə və X10 arasında nikah 19 avqust 2008-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qarababa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İİ seriyalı, 333586 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxx 2009-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X9, ata qrafasında Qanuni nümayəndə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 081031 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxxx 2014-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X9, ata qrafasında Qanuni nümayəndə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 699552 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 29 oktyabr 2019-cu ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 dekabr 2019-cu il tarixdə 62 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 31 may 2023-cü il tarixli, 3/986 nömrəli arayışdan görünür ki, Qanuni nümayəndə ünvan 3 ünvanında pasport qeydiyyatında dayanır və yaşayır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 31 may 2023-cü il tarixli, 3/987 nömrəli arayışdan görünür ki, X3 əri Qanuni nümayəndə, qızı Ərizəçi2, qızı Ərizəçi3, atası Maraqlı şəxs1, anası X4 ibarət vərəsələri vardır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Qaraçuq Bələdiyyəsi tərəfindən verilən 02 iyun 2023-cü il tarixli, 19 nömrəli arayışından görünür ki, Naxçıvan MR Şahbuz şəhəri, Məmməd Araz küçəsi, ev 22 ünvanında yaşayan Qanuni nümayəndə 2019-cu ildən mərhum həyat yoldaşı X6 məxsus olan torpaq sahəsinin vergisini ödəyir və həmin torpaqdan istifadə edir. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Nursu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 02 iyun 2023-cü il tarixli, 5-27-19/2-38/2023 nömrəli arayışdan məlum olur ki, Maraqlı şəxs1 həqiqətən də Şahbuz rayonu, Nursu kəndində pasport qeydiyyatında dayanır, haliyədə Nursu kəndində yaşayır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Nursu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 02 iyun 2023-cü il tarixli, 5-27-19/2-39/2023 nömrəli arayışdan məlum olur ki, Maraqlı şəxs2 həqiqətən də Şahbuz rayonu, Nursu kəndində pasport qeydiyyatında dayanır, haliyədə Nursu kəndində yaşayır. Məhkəmə toplanmış sübutlara, ərizəçinın nümayəndəsinin izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə 29 oktyabr 2019-cu ildə vəfat etmiş Bayramova (Qasımova) Bəhanə Eldar qızından miras qalmış Naxçıvan şəhəri, Qaraçuq kəndi, 3-cü küçə, 3/2 ünvanında yerləşən 0.025 ha həyətyanı torpaq sahəsinin Qanuni nümayəndə və onun qanuni nümayəndəsi olduğu övladları Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, Bayramova (Qasımova) Bəhanə Eldar qızı 2019-cu il tarixdə vəfat etdikdən sonra ondan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış Naxçıvan şəhəri, Qaraçuq kəndi, 3cü küçə, 3/2 ünvanında yerləşən həyətyanı torpaq sahəsi miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onun əri Qanuni nümayəndə və Azərbaycan Mülki Prosessual-Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq övladları Ərizəçi2 və Ərizəçi3 qanuni nümayəndəsi kimi miras qalmış həyətyanı torpaq sahəsinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi Bayramova (Qasımova) Bəhanə Eldar qızından qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. Belə ki, şahid ifadələri və mülki işə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Qaraçuq Bələdiyyəsi tərəfindən verilən 02 iyun 2023-cü il tarixli, 19 nömrəli arayışından Bayramova (Qasımova) Bəhanə Eldar qızının vəfatından sonra onun təsərrüfatını qoruyub idarə etməsi müəyyən olunur ki, bununla da ərizəçi Qanuni nümayəndə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən ərizəçinın hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəməyə verdiyi izahatlarında qızlarından qalan yuxarıda qeyd olunan miras əmlakdan onlara çatan payı tələb etsələr də, həmin miras əmlakın onlar tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddətdə miras əmlakı qəbul etməyə yönəlmiş hərəkətlər etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdirlər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən mərhum X2 qalmış mirasın faktiki qəbul etməsi öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi vərəsə mirasdan pay alması üçün qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməlidir. Bu səbəbdən məhkəmə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 miras əmlakdan onlara çatan payın verilməsi ilə bağlı tələbini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bayramova (Qasımova) Bəhanə Eldar qızından miras qalmış Naxçıvan şəhəri, Qaraçuq kəndi, 3-cü küçə, 3/2 ünvanında yerləşən xüsusi mülkiyyətə verilmiş 0.025 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın Qanuni nümayəndə, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bayramova (Qasımova) Bəhanə Eldar qızından miras qalmış Naxçıvan şəhəri, Qaraçuq kəndi, 3-cü küçə, 3/2 ünvanında yerləşən xüsusi mülkiyyətə verilmiş 0.025 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın Qanuni nümayəndə, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbulu faktı müəyyən edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-192/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-192/2023
23.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver