Məhkəmə qərarları › İş №2(090)-192/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-192/2024

17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-192/2024 17.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil, maraqlı şəxslər Maraqlı şəxs1 və X4 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək həyat yoldaşı X1 miras qalmış Naxçıvan MR şahbuz rayon Ağbulaq kəndində yerləşən 122.91 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kv.m torpaq sahəsi, Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən ümumi ölçüsü 0.1514 ha olan torpaq sahəsi, AZ 85T-347 qeydiyyat nişanlı traktor və ümumi sahəsi 65.8 kv.m olan “Pivəxana”dan ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Vəkil izahatında hazırki iş üzrə tərəflər arasında mübahisə olduğundan ərizənin xüsusi icraat qaydasında baxılmalı olmadığını, iddia icraatı qaydasında idda qaldıracaqlarını, bu səbəbdən də ərizənin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Ərizəçi və maraqlı şəxs X5 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Ərizəçi və maraqlı şəxs X3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər Maraqlı şəxs1 və X6 izahatlarında ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişdilər. Məhkəmə ərizəçinin nümayəndəsi Vəkil və maraqlı şəxslər Maraqlı şəxs1 və X6 izahatlarını dinləyib, nümayənədnin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 miras qalmış Naxçıvan MR şahbuz rayon Ağbulaq kəndində yerləşən 122.91 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, Naxçıvan şəhər 60-cı məhəllə 5 ünvanında yerləşən 984.00 kv.m torpaq sahəsi, Naxçıvan MR Şahbuz rayon Ağbulaq kəndində yerləşən ümumi ölçüsü 0.1514 ha olan torpaq sahəsi, AZ 85T-347 qeydiyyat nişanlı traktor və ümumi sahəsi 65.8 kv.m olan “Pivəxana”dan ibarət miras əmlakda paylara dair vərəsələr arasında fikir ayrılığı vardır, yəni hazırki iş üzrə tərəflər arasında mirasın bütünlüklə Ərizəçi tərəfindən qəbul edilməsi barədə mübahisə vardır. Belə olan halda məhkəmə hesab edirki, hazırki iş üzrə tərəflər arasında miras əmlakdan paylar ilə bağlı mübahisə olduğunudan ərizə baxılmamış saxlanılmalı və maraqlı şəsxlərə ümumi əsaslarla iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq onların ümumi əsaslarla iddia vermək hüquqları vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267, 268 və 306.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onların ümumi əsaslarla iddia vermək hüquqları vardır. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar