Məhkəmə qərarları › İş №2(090)-195/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-195/2022

11.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-195/2022 11.11.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs2 nümayəndəsi X1 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi həyətyanı torpaq sahəsinin qanuni sahiblik və onun istifadəsində olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Şahbuz şəhəri, Bakı küçəsi 17/5 ünvanında yerləşən Şahbuz şəhərinin yerquruluşu planında 630 A/0.08 kadastır nömrəsi ilə qeyd edilmiş 800 kv.m həyətyanı torpaq sahəsinin qanuni sahiblik və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdirdi ki, 1990-ci illərin əvvəlində Şahbuz qəsəbə İcra nümayəndəliyinin qərarı ilə ona ailəsi ilə birlikdə fərdi yaşayış evinin tikilməsi üçün Şahbuz şəhərində 800 kv.m torpaq sahəsi verilibdir, həmin vaxtdan da torpaq sahəsi onun istifadəsində olubdur, o torpaq sahəsini əkib-becəribdir, 2022-ci il tarixdə göstərilən torpaq sahəsini sənədləşdirmək istəyibdir, buna görə də daşınmaz əmlak idarəsinə müraciət edibdir, həmin idarədən ona torpaq sahəsinin onun istifadəçisi kimi qeyd alındığını, lakin mülkiyyətçi kimi onun adına qeydə alınmadığını bildiriblər, o müxtəlif orqanlara müraciət etsə də, torpaq sahəsinin adına sənədləşdirə bilməsi üçün heç bir sənəd əldə edə bilməyibdir, iddia ərizəsində göstərilən torpaq sahəsi ona verilib, o həmin torpaq sahəsinə sahiblik edib və onun istifadəsində olubdur, həmin halı şahid kimi qonşularıda təsdiq edə bilərlər, onun torpaq sahəsini sənədləşdirməkdə məqsədi gələcəkdə həmin torpaq sahəsi barədə hər hansı bir sərəncam vermək hüququnun yaranmasını istəyir, sonda Ərizəçi göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X4 izahatında bildirdi ki, Ərizəçi müraciəti əsasında müvafiq olaraq araşdırma aparılıbdır və araşdırılma zamanı 800 kv.m torpaq sahəsinin Şahbuz şəhərinin yerquruluşu planında 630A/0.08 kadastr nömrəsi ilə faktiki istifadəçi kimi qeydə alınıbdır, lakin qeydiyyat üçün əsasverici sənəd olmadığından həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır. Ərizəçi 20 ildir həmin torpaq sahəsindən istifadə edir, sonda nümayəndə E.Tarverdiyev ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Şahbuz Rayon Şahbuz Bələdiyyəsi və Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxs Şahbuz Rayon Şahbuz Bələdiyyəsi və Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında hazırki iş ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyəti qeyd edilən torpaq sahəsi ilə əlaqədar araşdırma apardığını, torpaq sahəsi ilə bağlı Şahbuz rayon İcra Hakimiyyətinin arxivində heç bir məlumat olmadığını, ona görə də Ərizəçi torpaq sahəsinin sənədləşdirilməsi üçün heç bir sənəd verə bilmədiklərini, bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid2 izahatında bildirdi ki, 1990-ci ildə ona 800 kv.m torpaq sahənin ayrıldığını, həmin torpaq sahəsinin ünvan 2 ünvanında yerləşdiyini, onunla eyni vaxtda Ərizəçida torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsinin Ərizəçi istifadəsində olduğunu, uzun müddət Ərizəçila qonşu olduğunu, Ərizəçi bir müddət həmin torpaq sahəsindən “çayxana” kimi istifadə etdiyini, sonra fəaliyyətini dayandırdığını, torpaq sahəsinin əkib-becərdiyini, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olma faktını təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid1 izahatında bildirdi ki, təxminən 1990-ci illərdə onun istifadəsinə 800 kv.m torpaq sahənin verildiyini, həmin torpaq sahəsinin Şahbuz rayonu, Bakı küçəsində yerləşdiyini, onun torpaq sahəsinin aşağısında Ərizəçida torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinin Ərizəçi istifadəsində olduğunu, uzun müddət Ərizəçila qonşu olduğunu, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olma faktını təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Dövlət Arxivinin 13 iyul 2022-ci il tarixli, 06/03 nömrəli məktubu Şahbuz şəhərinə aid təsərrüfatbaşına kitablar Şahbuz Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən Ərizəçi adına hansısa daşınmaz əmlakının olub-olmaması barədə heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan NM Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 01 avqust 2022-ci il tarixli, 28 nömrəli məktubu ilə Şahbuz şəhəri ərazisində Ərizəçi adına faktiki istifadəçi kimi ünvan 4 ünvanında 0.08 hektar torpaq sahəsi qeydiyyata alınmadığı, torpaq sahəsinin hansı qərar və ya sərəncamla verilməsi barədə heç bir məlumatın olmadığı müəyyən olunur İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin 21 iyul 2022-ci il tarixli, 2/42 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında Ərizəçi adına faktiki istifadəçi kimi Şahbuz şəhərinin yerquruluşu planında 800.00m2 torpaq sahəsi qeydiyyata alınmış, torpaq sahəsi Şahbuz şəhərinin yerquruluşu planında 630A/0.08 kadastr nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Ərizəçi ünvan 5 ünvanında yaşayır. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatına, şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi ona ayrılmış 800 kv.m torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlar həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Şahbuz Rayon Dövlət Arxiv İdarəsinin 13 iyul 2022-ci il tarixli arayışı ilə Şahbuz şəhərində təsərrüfat başına kitablar dövlət arxivinə təhvil verilmədiyindən Ərizəçi adına hansısa daşınmaz əmlakın olub-olmaması barədə heç bir məlumatın olmadığı müəyyən olunur, haliyyədə torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlər Şahid2 və Şahid1 izahatından, eyni zamanda iş materiallarında olan sənədlərdən ünvan 6 ünvanında yerləşən Şahbuz şəhərinin yerquruluşu planında 630 A/0.08 kadastır nömrəsi ilə qeyd edilmiş 800 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi qanuni sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, ünvan 6 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi qanuni sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 6 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi sahiblik və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar