Məhkəmə qərarları › İş №2(090)-199/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-199/2022

16.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-199/2022 16.11.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi, maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi həyətyanı torpaq sahəsinin qanuni sahiblik və onun istifadəsində olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin qanuni sahiblik və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, Şahbuz qəsəbə İcra nümayəndəliyinin 06 mart 1995-ci il tarixli, 07 nömrəli qərarı ilə qəsəbədə yaşayan fəhlə və qulluqçulara ayrılmış həyətyanı torpaq fondundan 800 kv.m torpaq sahəsi ölçülüb akt əsasında ona verilibdir, həmin tarixdən o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, həmin torpaq sahəsi ona fərdi yaşayış evi tikmək üçün verilibdir, torpaq sahəsi onun istifadəsində olubdur və o, torpaq sahəsinə sahiblik edibdir,qeyd edilən torpaq sahəsinin ona ayrılıb verilməsi barədə 07 mart 1995-ci il tarixli Şahbuz qəsəbə İcra nümayəndəliyinin aktını da sübut kimi ərizəsinə əlavə edibdir, həmçinin şahid kimi qonşularıda təsdiq edə bilərlər, ona verilən torpaq sahəsini o, hər il əkib becəribdir, lakin torpaq sahəsini o, öz adına sənədləşdirə bilmir, bununla bağlı o, müxtəlif orqanlara müraciət etsə də, onun istifadəsində olan torpaq sahəsini sənədləşdirə bilməyibdir, onun torpaq sahəsini sənədləşdirməkdə məqsədi gələcəkdə həmin torpaq sahəsi barədə hər hansı bir sərəncam vermək hüququ yaransın, sonda ərizəçi göstərilənləri nəzərə alaraq məhkəmədən ərizəsinin təmin edilməsi barəd qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 izahatında bildirdi ki, Ərizəçi müraciəti əsasında müvafiq olaraq araşdırma aparılıbdır və araşdırılma zamanı 800 kv.m torpaq sahəsinin Şahbuz şəhərinin yerquruluşu planında 710 kadastr nömrəsi ilə faktiki istifadəçi kimi qeydə alınıbdır, lakin qeydiyyat üçün əsasverici sənəd olmadığından, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mümkün olmamışdır, sonda nümayəndə E.Tarverdiyev ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında hazırki iş ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində qeyd edilən torpaq sahəsi ilə əlaqədar araşdırma aparıldığını, torpaq sahəsi ilə bağlı Şahbuz rayon İcra Hakimiyyətinin arxivində heç bir məlumatın olmadığını, ona görə də Ərizəçi torpaq sahəsinin sənədləşdirilməsi üçün heç bir sənəd verə bilmədiklərini, bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Şahbuz Rayon Şahbuz Bələdiyyəsi və Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxs Şahbuz Rayon Şahbuz Bələdiyyəsi və Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid izahatında bildirdi ki, 1999-cu ilin yanvar ayından Şahbuz rayonu, Şahbuz şəhəri Bakı küçəsində ev tikib və orada yaşayır, həmin vaxtdan da Ərizəçi tanıyır, Ərizəçi torpaq sahəsi onun evinin yanındadır, Ərizəçi həmin torpaq sahəsini əkib-becərib, daha sonra ev tikib və orada yaşayıbdır, sonda Şahid, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olma faktını təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Dövlət Arxivinin 14 iyun 2022-ci il tarixli, 02/64 nömrəli məktubu ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmr-sərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi aid torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan NM Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 29 iyun 2022-ci il tarixli, 16 nömrəli arayışında Ərizəçi adına olan torpaq sahəsinin Şahbuz Bələdiyyəsinin deyil, Ərizəçi şəxsi mülkiyyətinə aid olduğu göstərilmişdir. İş materiallarında olan Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 iyul 2022-ci il tarixli, 5/52 nömrəli məktubu ilə Ərizəçi adına həyətyanı torpaq sahəsinin olmasına dair nümayəndəlikdə heç bir sənədin aşkar olunmaması müəyyən olunur. İş materiallarında olan 07 mart 1995ci il tarixli aktla Şahbuz qəsəbə İcra nümayəndəliyinin 06 mart 1995-ci il tarixli, 07 nömrəli qərarı ilə qəsəbədə yaşayan fəhlə və qulluqçulara ayrılmış həyətyanı torpaq fondundan 800 kv.m torpaq sahəsinin ölçülüb Ərizəçi verilməsi müəyyən olunur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Ərizəçi ünvan 3 ünvanında yaşayır. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatına, şahidin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi 1995-ci il tarixdən ona ayrılmış 800 kv.m torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, torpaq sahəsinə aid Şahbuz qəsəbə İcra nümayəndəliyinin 07 mart 1995-ci il tarixli “akt”da Ərizəçi Şahbuz qəsəbəsində 800 kv.m torpaq sahəsinin ölçülüb verilməsi qeyd olunsa da və bu “Şahbuz rayon İcra hakimiyyəti başçısının Qəsəbə nümayəndəliyinin” möhürü və müvafiq imzalarla təsdiq olunsa da, haliyədə həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Şahid izahatından, eyni zamanda iş materiallarında olan sənədlərdən ünvan 1 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi qanuni sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, ünvan 1 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi qanuni sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən 800 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi qanuni sahiblik və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar