Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-2/2022 19.01.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, X5, X10 və X3 iştirakı ilə, İddiaçı cavabdehlər X6, X8, X5, X10 və X7 qarşı gediş-gəliş yolunun (avtomobil yolunun) müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək halhazırda onun istifadə etdiyi Şahbuz rayon Kolanı kəndində JN-054B, ******* kodlu torpaq sahəsinə gediş-gəliş yolunun (avtomobil yolunun) müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 07 yanvar 2022-ci il tarixli ərizə ilə Şahbuz Rayon Məhkməsinə müraciət edərək cavabdehlər X6, X8, X5, X10 və X7 qarşı gediş-gəliş yolunun (avtomobil yolunun) müəyyən edilməsi tələbinə dair iddia ərizəsi Şahbuz Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(090)-91/2019 nömrəli qərardadı ilə icraatın dayandırıldığını, vermiş olduğu idda ərizəsini geri götürdüyünü, iş üzrə icraatı təzələyib iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılıb, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında ərizəsinin təmin edilməsini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında İddiaçıla mübahisənin məhkəmədən kənar həll edəcəklərini və ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 izahatında ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 izahatında ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər X6 və X4 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər X6 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına “05” mart 2019-cu il tarixdə TT**********90010 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin olunsun. İddiaçı cavabdehlər X6, X8, X5, X10 və X7 qarşı gediş-gəliş yolunun (avtomobil yolunun) müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına “05” mart 2019-cu il tarixdə TT**********90010 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şahbuz Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-2/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-2/2022
19.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver