Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-200/2024 22.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi,Ərizəçi iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0.11 hektar (1093.34 m2) torpaq sahəsi və fərdi yaşayış evinin mənim faktiki sahibliyimdə və istifadəmdə olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında ərizəsini müdafiə etdiyini, həmin ünvanda anası ilə birlikdə yaşadığını, bu barədə dövlət orqanlarına rəsmi müraciət etdiyini, lakin anasına yaxud özünə rəsmi sənəd verilmədiyini, atasının 1963-cü ildə vəfat etdiyini, anasının dediyinə görə torpaq 1970-ci illərdə "raspolkom" Əsəd Quliyev tərəfindən onlar Şahbuz rayonu, Keçili kəndindən köçərkən onlara verildiyini, torpağın anasının müraciəti ilə onlara verildiyini, anası ilə birlikdə orada ev tikərək yaşadıqlarını, hal-hazırda orada yaşadığını, anasının 2002-ci ildə vəfat etdiyini, hər hansı dövlət orqanından torpaq ilə bağlı ona heçnə deyilmədiyini bildirmiş, ərizənin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsini və Şahbuz Bələdiyyəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsini və Şahbuz Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid1 Rəşid Behbudov küçəsi ev 17-də yaşadığını, Ərizəçi ilə qonşu olduqlarını, 1970-ci ildə ərizəçinin oraya köçdüyünü, həmin küçədə öz ata evində yaşayarkən ərizəçi ilə qonşu olduqlarını, həmin zaman 15 yaşı olduğunu, 1990-cı ildə öz torpağını sənədləşdirərək onun da həmin küçədə ev tikdiyini, ərizəçi və anası Nisənin ilk gəldikləri zaman ev tikərək orada yaşadıqlarını, anası və Ərizəçi ilə birlikdə Ərizəçi 3 qardaşı Hilal, Mustafa və Quşdanın gəldiklərini, Mustafa ilə həmyaşıd olduqlarını, Sahibin yaşca balaca, digərlərinin isə 3-4 yaş ondan böyük olduğunu, hardasa torpağın sahəsinin təxminən 0.15 ha olduğunu, təxminən 11 sot torpağın Ərizəçi istifadə etdiyini, Quşdan və Mustafanın başqa ünvanda yaşadığını, Hilalın isə Sahibin qonşuluğunda yaşadığını bildirmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid2 Ərizəçi qardaşı arvadı olduğunu, ərizəçi ilə qohum olduqlarını, 1970-ci ildən qonşu olduqlarını, anası Nisə və qardaş bacıları ilə həmin vaxt köçdüklərini, 4 qardaş və 2 bacı olduqlarını, ərizəçinin qardaşları Hilal, Mustafa və Quşdan, bacıları Tovuz və Xədicə olduqlarını, bacılarının köçüb getdiklərini, 1970-ci ildən ərizəçinin orada yaşadığını, hal-hazırda Ərizəçi, yoldaşı və uşaqlarının orada yaşadığını, Ərizəçi qardaşlarının və bacısı Xədicənin vəfat etdiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 15 avqust 2024-cü il tarixli, 04/17 nömrəli məktubu ilə ünvan 1 ünvanında uzunmüddətli istifadə olan 0.11 hektar (1093.34 m2) torpaq sahəsinin mövcud olduğu, torpaq sahəsində fərdi yaşayış evinin olduğu, lakin onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, 02/76 nömrəli arxiv arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmrsərəncam və iclas protokollarına baxış zamanı mərhum X1 adına torpaq sahəsi verilməsi haqqında Şahbuz Rayon Dövlət Arxivində hər hansı bir məlumat mövcud deyildir. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivinin 13 avqust 2024-cü il tarixli, 02/76 nömrəli arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmr-sərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi adına torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 16 avqust 2024-cü il tarixli, 6/39 nömrəli arayışı ilə Ərizəçi Şahbuz şəhəri, Rəşid Behbudov küçəsi, ev 31 ünvanında 1975-ci ildən yaşaması, Şahbuz Bələdiyyəsinin 1999-cu il tarixdən yaranması, bu günə kimi şəxsin adına torpaq sahəsinin verilməmiş olması, şəxsin ümumi sahəsi 1100 m2 torpaq sahəsində inşa olunmuş ev 31 ünvanında ailəsi ilə yaşaması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 avqust 2024-cü il tarixli, 3/409 nömrəli arayışı ilə Ərizəçi 1975-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda dayanması, yaşaması və uzun müddətdir göstərilən torpaq sahəsindən və yaşayış evindən istifadə etməsi müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15 avqust 2024-cü il tarixli, 3/410 nömrəli arayışı ilə Ərizəçi Şahbuz şəhəri, Rəşid Behbudov küçəsi, ev 31 ünvanında qeydiyyatda dayanması və yaşaması müəyyən olunur. Şahbuz Rayon Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin 08 oktyabr 2024-cü il tarixli, 07 nömrəli arayışı ilə Şahbuz şəhəri, Rəşid Behbudov küçəsində yaşayan Ərizəçi içməli su və kanalizasiya xidmətinə görə 08 oktyabr 2024-cü il tarixədək heç bir borcunun olmaması müəyyən edilir. Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 oktyabr 2024-cü il tarixli, 3/506 nömrəli arayışı ilə Ərizəçi köhnə ünvan 5 ünvanında qeydiyyatda dayanması və yaşaması müəyyən olunur. Şahbuz Rayon Qaz İstismarı İdarəsinin arayışı ilə Şahbuz Rayon Qaz İstismar idarəsinə heç bir borcunun olmaması müəyyən edilir. Şahbuz Rayon Elektrik Şəbəkəsinin 08 oktyabr 2024-cü il tarixli, 118 nömrəli arayışı ilə Ərizəçi Şahbuz Rayon Elektrik Şəbəkəsinə heç bir borcunun olmaması müəyyən edilir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə iddiaçı Ərizəçi : Şahbuz rayonu, Şahbuz şəhəri, X7 küçəsi, mənzil 40 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatına və şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi 1975-ci il tarixdən ona ayrılmış 0.11 hektar (1093.34 m2) torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 13 yanvar 2023-cü il tarixli, 02/08 nömrəli məktubu ilə ünvan 1 ünvanında Ərizəçi faktiki istifadəsində 0.11 hektar (1093.34 m2) torpaq sahəsinin olması müəyyən olsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlər ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən ünvan 1 ünvanında yerləşən 0.11 hektar (1093.34 m2) həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, ünvan 1 ünvanında yerləşən 0.11 hektar (1093.34 m2) həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.11 hektar (1093.34 m2) həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-200/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-200/2024
22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver