Məhkəmə qərarları › İş №2(090)-208/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-208/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-208/2023 03.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs5 iştirakı ilə, Ərizəçi İmamqulu qızının Maraqlı şəxs1 İnqlab qızını, Məmmədova (Muradova) Şəkər İnqlab qızını, Qulıyeva Leyla İnqlab qızını, Muradova Vəsılə Nərıman qızını, Maraqlı şəxs5, Azad (Məmmədli) Maraqlı şəxs6 qızını və Məmmədlı Fıruzə Azad qızını maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 03 iyun 2007-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin miras kimi faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizədə göstərmiş ki, həyat yoldaşı X5 ilə 1966-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar. Həmin nikahdan onların X13, X17, Maraqlı şəxs1 İnqilab qızı və Maraqlı şəxs3 İnqilab qızı adlı dörd övladı doğulubdur. X1 xx.xx.2016-cı il tarixdə vəfat edibdir. Həyat yoldaşı X5 isə 03 iyun 2007-ci il tarixdə vəfat edibdir. Həyat yoldaşı vəfat edəndən sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsini həyat yoldaşı X2 miras qalmış əmlak faktiki olaraq yalnız onun tərəfimdən qəbul olunaraq idarə olunubdur, buna görə də adına miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Şahbuz rayon dövlət notariat ofisinə ərizə ilə müraciət edibdir, lakin ona şəhadətnamə verilməyibdir. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin onun tərəfindən əkilib becərilərək istifadə olunmasını təsdiq edən şahidlər də vardır. Məhkəmə baxışı iclasında Ərizəçi verdiyi izahatında iddia ərizəsində göstərilənlərə əlavəsinin olmadığını, göstərilənləri nəzərə alaraq miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində iştirak edən Maraqlı şəxs5 izahatında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmədə ərizəçi tərəfindən dəvət olunan şahid X24 ifadəsində təxminən 1982-ci ildə ona torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsində onun ev tikib ailəsi ilə yaşadığını, ona torpaq sahəsi verilən zaman İnqilab Qafarova da yolun digər tərəfində torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsini mərhum İnqilab Muradov və ailəsinin əkib becərdiyini, İnqilab Muradovun ölümündən sonra həmin torpaq sahəsini arvadı Ərizəçi sahibləndiyini bildirmişdir. Məhkəmədə ərizəçi tərəfindən dəvət olunan şahid X3 ifadəsində Ərizəçi ilə qonşu olduğunu, 1983-cü ildə Şahbuz rayonu, Şahbuz qəsəbəsi, hal-hazırda Şahbuz şəhəri, Hüseyn Cavid küçəsində ona torpaq sahəsinin ayrılıb verildiyini, həmin vaxtdan da ərizəçi ilə qonşu olduqlarını, ərizəçinin torpaq sahəsinin bir torpaq sahəsi aralıda yerləşdiyini, həmin torpaq sahəsinin mərhum İnqilab Muradova verildiyini, İ.Muradovun vəfatından sonra isə həmin torpaq sahəsini Ərizəçi əkib-becərdiyini, torpaq sahəsini suvardığını, hal-hazırda da Ərizəçi həmin torpaq sahəsinə sahiblik etdiyini bildirmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 İnqlab qızına, Məmmədova (Muradova) Şəkər İnqlab qızına, Qulıyeva Leyla İnqlab qızına, Muradova Vəsılə Nərıman qızına, Azad (Məmmədli) Maraqlı şəxs6 qızına və Məmmədlı Fıruzə Azad qızına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud ərizəçi məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1 İnqlab qızının, Məmmədova (Muradova) Şəkər İnqlab qızının, Qulıyeva Leyla İnqlab qızının, Muradova Vəsılə Nərıman qızının, Azad (Məmmədli) Maraqlı şəxs6 qızının və Məmmədlı Fıruzə Azad qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Muradova Vəsılə Nərıman qızı ərizə ilə məhkəməyə müraciət edərək qaynatası Muradov İnqilabdan qalmış miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiyini, mülki işə onun iştirakı olmadan baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs6 ərizə ilə məhkəməyə müraciət edərək babası Muradov İnqilabdan qalmış miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiyini, mülki işə onun iştirakı olmadan baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs7 ərizə ilə məhkəməyə müraciət edərək babası Muradov İnqilabdan qalmış miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiyini, mülki işə onun iştirakı olmadan baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi ünvanladığı 16 may 2023-cü il tarixli, 37 nömrəli məktubla müəyyən olunur ki, mərhum X8 doğum haqqında şəhadətnaməsi, vərəsəlik arayışı, vərəsələrinin miras əmlaka münasibətləri (mirasın qəbulu və ya imtina) barədə ərizələr təqdim edilmədiyindən məhkəməyə müraciət etməsi ona bildirilmişdir. İş materiallarında olan İ-ИЕ seriyalı, 502310 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 və Ərizəçi arasında nikah 20 oktyabr 1968-ci il tarixdə bağlanmış, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 08 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Qafarova” soyadı verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiq olunmuş surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha olan torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 20/8 nömrəli reyestr kitabının 1511 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********91, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). İş materiallarında olan AZ-İ seriyalı, 165855 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 03 iyun 2007-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 iyun 2007-ci il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ünvan 3 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 İnqilab qızı və Maraqlı şəxs1 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, ataları X5 03 iyun 2007-ci il tarixdə vəfat etmişdir. Onlar tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra mirası, nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmişlər və etmirlər, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyillər. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəklər. Mirasa dair iddiaları, tələbləri olmayacaqdır. İş materiallarında olan ünvan 4 ünvanında qeydiyyatda olan Maraqlı şəxs2 İnqilab qızı və Maraqlı şəxs1 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş atası X4 adına açılmış vərəsəlik işi üzrə mərhumdan miras qalmış və vərəsəlik yolu ilə ona çatası payları qəbul etməyib, etmir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaqdır. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı, 276782 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 və X13 arasında nikah 08 oktyabr 1992-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı, 291459 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 və X9 arasında nikah 23 oktyabr 1994-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Muradova” soyadı verilmişdir. İş materiallarında olan Vİİ-ЖГ seriyalı, 309735 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 və X14 arasında nikah 31 oktyabr 1996-cı il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 700712 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 06 avqust 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı, 262579 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 xx xxxxxx 1968-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X6, ata qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 29 iyul 1970-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında Ərizəçi, ata qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan АЗБ seriyalı, 035938 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 20 avqust 1972-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında Ərizəçi, ata qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 364452 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 xx xxxx 1975-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında Ərizəçi, ata qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 041898 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 və X10 arasında nikah 23 iyul 2003-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir. İş materiallarında olan Naxşıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən verilən 18 may 2023-cü il tarixli, 458 nömrəli arayışdan görünür ki, Ərizəçi Şahbuz şəhər ev 13, mənzil 8-də yerləşən ********* nömrəli qaz abonent kodunda olan 06072872 nömrəli qaz sayğacının abonentidir. Avqust 2023-cü il tarixdən indiki tarixədək istehlak etdiyi təbii qazın həcminə görə vəsaiti Naxçıvan MR Qaz İstismar Xidmətinin hesabına vaxtında köçürmüşdür, borcu yoxdur. İş materiallarında olan Şahbuz Rayon Elektrik Şəbəkəsinin 18 may 2023-cü il tarixli, 51 nömrəli arayışından görünür ki, Ərizəçi Şahbuz şəhərində yerləşən ********* nömrəli işıq abonent kodunda olan 70709524 nömrəli elektrik sayğacı xx.xx.2017-ci il tarixdən indiki dövrə qədər işlətdiyi elektrik enerjisinə görə Naxçıvan MR Dövlət Energetika Xidmətinin hesabına vaxtında köçürüb, borcu yoxdur. İş materiallarında olan Şahbuz rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin 18 may 2023-cü il tarixli, 47 nömrəli arayışından məlum olur ki, Ərizəçi son bir il ərzində istifadə etdiyi içməli su və kanalizasiya xidmətinə görə 196.50 manat məbləğində vəsaiti idarənin hesabına köçürmüşdür. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər Məzil İstismar sahəsinin 19 may 2023-cü il tarixli, 3/258 nömrəli arayışında X4 arvadı Ərizəçi, qızı X13, oğlu X17, qızı Maraqlı şəxs1 İnqilab qızı və qızı Maraqlı şəxs3 İnqilab qızından ibarət vərəsələri göstərilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər Məzil İstismar sahəsinin 19 may 2023-cü il tarixli, 3/259 nömrəli arayışında X8 atası X5, anası Ərizəçi, arvadı Maraqlı şəxs4, oğlu Maraqlı şəxs5, qızı Məmmədli Maraqlı şəxs6 qızı və qızı Maraqlı şəxs7 ibarət vərəsələri göstərilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə toplanmış sübutlara, ərizəçinın izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə 03 iyun 2007-ci ildə vəfat etmiş X2 miras qalmış ünvan 5 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X5 2007-ci il tarixdə vəfat etdikdən sonra ondan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış ünvan 5 ünvanında yerləşən həyətyanı torpaq sahəsi miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onun arvadı Ərizəçi miras qalmış həyətyanı torpaq sahəsinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi X2 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. Belə ki, şahid ifadələri və mülki işə əlavə edilmiş maraqlı şəxslərin ərizələri, eyni zamanda kommunal xərclərin ödənilməsi barədə (ərizəçi tərəfindən ödənilməsi) arayışlar ilə X4 vəfatından sonra onun təsərrüfatını qoruyub idarə etməsi müəyyən olunur ki, bununla da Ərizəçi mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən ərizəçi iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən ərizəçinın hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, X2 miras qalmış ünvan 5 ünvanında yerləşən xüsusi mülkiyyətə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın Ərizəçi tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 miras qalmış ünvan 5 ünvanında yerləşən xüsusi mülkiyyətə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın Ərizəçi tərəfindən qəbulu faktı müəyyən edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar