Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-213/2024 30.10.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi və Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Şahbuz rayonu, Şahbuz şəhəri, X4 küçəsi 9 ünvanında yerləşən 0.08 hektar torpaq sahəsi və fərdi yaşayış evinin onun faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəşi Ərizəçi ərizəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şahbuz rayonu, Şahbuz şəhəri, X4 küçəsi 9 ünvanında yaşayır, sözügedən ünvanda 0.08 hektar torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. O, 2007-ci ildə Şahbuz Rayon XDS İcraiyyə Komitəsinə (Şahbuz Rayon İcra Hakimiyyəti) müraciət etmiş, sözügedən torpaq sahəsi onun istifadəsinə verilmişdir. Lakin bununla bağlı əlində rəsmi sənəd yoxdur. O, 2007-ci ildən həmin evdə yaşayır və torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müvafiq orqanlara sorğu göndərmiş, sorğuya cavab olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən sorğuya cavab verilərək Şahbuz rayonu, Şahbuz şəhəri, X4 küçəsi 9 ünvanında faktiki istifadəsində olan 0.08 hektar torpaq sahəsinin mövcudluğu, həmin torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğu, torpaq sahəsinin mülkiyyətdə olması barədə şöbədə məlumatın olmadığı qeyd edilmişdir. Həmin torpaq sahəsindən istifadə hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi izahatında ərizəsini müdafiə etdiyini, ərizəsində işin hallarını göstərdiyini, yaşadığı torpaq sahəsinin 8 sot olduğunu, 2007-ci ildən orada yaşadığını, bununla bağlı heç bir hüquqmüəyyənedici sənədin verilmədiyini, orada yaşayaraq kommunal xərcləri ödədiyini və qəbzlərin onun adına olduğunu, heç kimin həmin torpaq sahəsinə iddiasının olmadığını, ərizəsində göstərilənlərə əlavəsinin olmadığını bildirmiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 izahatında ərizənin təmin edilməsinə etirazlarının olmadığını, bununla bağlı icra hakimiyyətində heç bir rəsmi sənədin olmadığını bildirərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsini və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid2 izahatında Ərizəçi 2005-ci ildən onunla qonşu olduğunu, həmin torpağın X5 küçəsində yerləşdiyini, 2005-ci ildə Ərizəçi gəlib oradakı təpəni kürətdirdiyini, sonra isə evin tikintisinə başladığını, evi tikərək orada yaşadığını və hal-hazırda da yaşamağa davam etdiyini, onun özünün orada tikilisinin olmadığını, yalnız təsərrüfat üçün öz torpaq sahəsini istifadə etdiyini, əkibbecərdiyini, Ərizəçi torpaq sahəsi ilə bağlı heç kimin iddiası olmadığını bildirmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid1 Ərizəçila 2005-ci ildən qonşu olduqlarını, onun yaşadığı küçənin X7 küçəsi olduğunu, Ərizəçi isə X5 küçəsində yaşadığını, küçələrin paralel olduğunu, ayrı küçələr olsa da, lap yaxın qonşu olduqlarını və evlərinin arasının 10 m olduğunu, orada fərdi yaşayış evinin olduğunu, 37 ildir ki, orada qaldığını, Ərizəçi 2005-ci ildən oraya köçdüyünü, İcra Hakimiyyəti tərəfindən o torpağın verildiyini, ərizəçinin həmin torpağı aldıqdan üç ay sonra evin tikintisinə başladığını bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 27 avqust 2024-cü il tarixli, 02/20 nömrəli məktubu ilə Şahbuz rayonu, Şahbuz şəhəri, X4 küçəsi, ev 9 ünvanında uzunmüddətli istifadə olan 0.08 hektar torpaq sahəsinin mövcud olduğu, torpaq sahəsində fərdi yaşayış evinin olduğu, lakin onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli, 02/83 nömrəli arxiv arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmrsərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi adına torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 29 avqust 2024-cü il tarixli, 6/28 nömrəli arayışı ilə Ərizəçi ünvan 4 ünvanında 2007-ci ildən yaşaması və hal-hazırda özünün istifadəsində olması, Şahbuz Bələdiyyəsinin yarandığından bugünə kimi Ərizəçi adına yeni heç bir torpaq sahəsinin verilmədiyi, hal-hazırda onun ailəsi ilə birlikdə qeyd olunan ünvanda yaşaması və Şahbuz bələdiyyəsinə vergi borcunun olmaması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 avqust 2024-cü il tarixli, 3/439 nömrəli arayışı ilə Ərizəçi ünvan 7 ünvanında yaşaması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 avqust 2024-cü il tarixli, 3/449 nömrəli arayışı ilə Ərizəçi 2007-ci il tarixdən ünvan 7 ünvanında özünəməxsus fərdi yaşayış sahəsində yaşaması, həmin torpaq sahəsinin ona verilməsi barədə Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə heç bir sərəncamın olmaması müəyyən olunur. ünvan 9 ünvanında olan fərdi yaşayış evindəki qaz sayğacının həqiqətən Ərizəçi adına olması müəyyən edilir. Şahbuz Rayon Elektrik Şəbəkəsinin 11 oktyabr 2024-cü il tarixli, 118 nömrəli arayışı ilə Şahbuz şəhər Məhəmməd Əmin küçəsi 9 ünvanında olan fərdi yaşayış evindəki elektrik sayğacının həqiqətən Ərizəçi adına olması müəyyən edilir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə iddiaçı Ərizəçi Şahbuz rayonu, Nursu kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatına, şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi 2007-ci il tarixdən ona ayrılmış 0.08 hektar torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə və fərdi yaşayış evinin onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 27 avqust 2024-cü il tarixli, 02/20 nömrəli məktubu ilə Şahbuz rayonu, Şahbuz şəhəri, X4 küçəsi, ev 9 ünvanında Ərizəçi faktiki istifadəsində 0.08 hektar torpaq sahəsinin və fərdi yaşayış evinin olması müəyyən olunsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı ərizəçinin və şahidlər ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən Şahbuz rayonu, Şahbuz şəhəri, X4 küçəsi, ev 9 ünvanında yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin Ərizəçi sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, Şahbuz rayonu, Şahbuz şəhəri, X4 küçəsi, ev 9 ünvanında yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şahbuz rayonu, Şahbuz şəhəri, X4 küçəsi, ev 9 ünvanında yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-213/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-213/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver