Məhkəmə qərarları › İş №2(090)-216/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-216/2025

07.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-216/2025 07.11.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə1 və Nümayəndə2 Vahid qızının iştirakları ilə, İddiaçı cavabdeh təşkilat Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkına qarşı «əmrin ləğv edilməsi, işə bərpa edilməsi, müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkına (bundan Zəngəzur Milli Parkı) X5 adına Zəngəzur Milli parkının 04 avqust 2025-ci il tarixli (68.2/b- əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə) əmrin ləğv edilməsi, işə bərpa edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun olaraq izahatında əlavə olaraq sonuncu dəfə mükafat verilərkən onun mükafatının kəsildiyini, bununla bağlı respublika prokurorluğuna müraciət etdiyini, cavabdeh təşkilatın da bunu qəbul etdiyini, onu işdən çıxarmaq üçün hədə-qorxu gəldiklərini, töhmət verildiyini, lakin bundan mart ayında xəbəri olduğunu, buna görə mükafat ala bilmədiyini, töhmətdən xəbərdar olduqda nazirliyə müraciət etdiyini, töhmətlə orada tanış olduğunu, əmək müfəttişliyinə də müraciət etdiyini, töhmətin qanunsuz olması ilə bağlı nazirliyə müraciət etdiyini, başqa qaydada töhməti mübahisələndirmədiyini, ona qərəzli münasibət bəsləndiyini, 2025-ci ilin yanvar ayından sonra onu işdən çıxarmağa çalışdıqlarını, ilk mühafizə yedgeri, sonra yasaqlıqda sahə rəisi, Zəngəzur Milli Parkında sahə rəisi işlədiyini, 07 yanvar 2024-cü il tarixə qədər daimi müqavilə ilə işlədiyini, sonradan bütün işçilərin müddətli müqaviləyə keçirildiyini, 2025-ci ilin yanvar ayından sonra ona qərəzli münasibət bəsləndiyini, 03 yanvar 2024-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşını yasaqlıq ərazisində qanunsuz ov edərkən tutduğunu, həmin şəxsin işdən azad ediləcəyinin və onlara mükafat veriləcəyinin bildirildiyini, sonra isə həmin şəxsin işə bərpa olunduğunu, onu tutan şəxslərin isə bir-bir işdən azad edildiyini, vəzifəyə getmə səbəbinin maaş olmadığını, ona fəal işçi olduğuna görə həmin vəzifənin təklif edildiyini, əvvəlki əməkhaqqının yüksəklik puluna görə daha çox olduğunu, milli parka sahə rəisi göndərildiyini, dekabr ayında fəal işçi olduğuna görə əlavə mükafat verildiyini, fəxri fərmanlar və nazirlik tərəfindən sertifikat aldığını, fevral ayında isə töhmət verildiyini, mükafatının kəsildiyini, töhmətin sürətinin işlədiyi yerdən verilmədiyini, rəhbərin razılığı olmadığını, nazirliyə gedərək töhmətin sürətini aldığını, prokurorluğa rüşvət aldığının bildirildiyini, sonra isə prokurorluqda işə xitam verildiyini, ona şər atdıqlarını, nazirliyin isə heç bir tədbir görmədiyini, prokurorluqda verilmiş izahatlarda etiraf etdiklərini, ona ərizəsini yazıb işdən çıxmasını bildirdiklərini, onun isə ərizə yazmadığını, buna görə də müqavilə müddəti bitdikdən sonra xitam verildiyini, 2025-ci ilin yanvar ayından sonra hüquqlarının pozulduğunu, vəzifəyə getmək istəmədiyini, yelger kimi işləməsinin daha uyğun olduğunu, 30 faiz yüksəklik pulu aldığını, yerdəyişməsinin maaşının azalmasına səbəb olduğunu, dekabr ayı mükafat aldığını, yanvar ayından sonra isə “pis işçi” olduğunu, iş yoldaşlarından birinin yoldaşının xəstə olduğunu, buna görə kollektivdə aralarında pul yığaraq ona dəstək olmaq istədiklərini, hərə 10 manatdan 300 manat pul yığdıqlarını, nazirliyin bunu problemə çevirdiyini, prokurorluqda araşdırma aparıldığını, ovçunu tutduqdan sonra ona qarşı nazirliyin münasibətinin dəyişdiyini, Rəşadət, Qəhraman, Əvəz və onun ovçunu tutduqlarını, Rəşadətin və onun işinə xitam verildiyini, Qəhramana töhmət verildiyini, prokurorluqda materiallarda verilmiş izahatlarda dediklərinin öz əksini tapdığını, idarədə hər kəsin müqaviləli işlədiyini bildirərək, məhkəmədən göstərilənləri nəzərə alaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən Nümayəndə1 iddianı qəbul etməyərək izahatında İddiaçı əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyini, iddiaçının X5 Adına Zəngəzur Milli Parkında 01 noyabr 2021-ci il tarixdən müddətsiz əmək müqaviləsi ilə işə qəbul edildiyini, 28 dekabr 2023-cü il tarixdən daha yüksək vəzifəyə keçməsi barədə ərizə ilə müraciət etdiyini, ərizəsinin təmin olunaraq sahə müfəttişi vəzifəsinə keçirildiyini, həmin vəzifənin daha məsuliyyətli vəzifə olduğunu, həmin vəzifənin inzibati protokol tərtib etmək səlahiyyəti olduğunu, buna görə əmək müqaviləsinin 3 aylıq müddətli bağlandığını, müqavilənin müddətinin bitməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işçiyə poçt və ƏMAS sistemi vasitəsi ilə əmək müqaviləsinin bitməsi ilə bağlı bildiriş göndərildiyini, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b bəndinə əsasən xitam verildiyini, müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığına və hüquq bərabərliyinə əsasən bağlandığını, əmək münasibətlərinin tamamilə qanunauyğun həyata keçirildiyini, əmək müqaviləsinə qanunsuz xitam baş vermədiyini, iddiaçının tələblərinin əsassız olduğunu, iddiaçının 07 yanvar 2024-cü il tarixdə vəzifəsinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinin dəyişdirildiyini, iddiaçının mühafizə yedgeri vəzifəsindən sahə rəisi vəzifəsinə keçirilməsi ilə müddətli müqavilə bağlandığını, bundan əlavə qarşılıqlı razılıq və hüquq bərabərliyinə əsaslanaraq müqavilə bağlandığını, 3 aylıq müqavilə bağlandığını, sonra isə işçinin fəaliyyətinin qiymətləndirildiyini, iddiaçının müqaviləni qəbul etdiyini, heç kimin iddiaçını vəzifəsini dəyişdirməyə və əmək müqaviləsi bağlamağa məcbur etmədiyini, sınaq müddəti tətbiq etmədiklərini, həmin vəzifənin xüsusi bilik tələb edən vəzifə olmadığını, işçinin müddətli müqavilə bağlamaqdan imtina edə bilməyəcəyini bildirərək, sonda məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən Nümayəndə2 Vahid qızı iddianı qəbul etməyərək izahatında İddiaçı 2021-ci ildən Zəngəzur Milli Parkında mühafizə yedgeri vəzifəsində meşə gözətçisi kimi işlədiyini, meşəyə nəzarət etdiyini, həmin dövrdə müddətsiz əmək müqaviləsi ilə işlədiyini, 2023-cü ildə sahə rəisi işləmək üçün ərizə müraciət etdiyini, sahə rəisi vəzifəsinin məsul vəzifə olduğunu, protokol yazmaq səlahiyyəti olduğunu, ƏMAS sistemi vasitəsi ilə 07 yanvar 2024-cü il tarixdə 3 aylıq müddətli əmək müqaviləsi bağlandığını, iddiaçının öz istəyi ilə daha yüksək vəzifəyə keçirildiyini, sonradan iddiaçı xəzinədarlığa keçmə ilə bağlı ərizə müraciət etdiyini, bütün müraciətlərinin milli parkın rəhbərliyi tərəfindən təmin olunduğunu, bütün dəyişikliklərin iddiaçının ərizəsi ilə yerinə yetirildiyini, ilk dəfə müddətsiz müqavilədən müddətli müqaviləyə keçirilməsinin də 2023-cü ilin dekabr ayında verdiyi ərizəyə əsasən 07 yanvar 2024-cü il tarixdə olduğunu, əmək müqaviləsinin müddətli bağlanmasının tərəflərin qarşılıqlı razılıqlı razılığına əsaslandığını, Konstitusiya Məhkəməsinin plenum qərarında qarşılıqlı razılıqla müqavilənin bağlanılmasının göstərildiyini, eyni vəzifələr olsa da ştat cədvəlində ayrı-ayrı göstərildiyini, həmin zaman müraciət edərkən iddiaçının əmək müqaviləsində dəyişiklik edildiyini, 20 faiz yüksəklik pulunun qalxaraq 30 faiz yüksəklik pulu olduğunu, buna görə də maaşının bir dəfə də qalxdığını, sınaq müddəti təyin etmədiklərini, sahə rəisinin daha məsul vəzifə olduğunu, daim vətəndaşlarla ünsiyyətdə olduğunu, mühafizə yedgerləri ilə işlədiyini, korrupsiya halları yarana biləcəyini, buna görə də müddətli müqavilə bağladıqlarını, ştat cədvəlində ayrı vəzifələr olduqlarını, nazirlər kabinetinin təsdiq etdiyi strukturda ayrı-ayrı ştat vahidləri olduğunu, ƏMAS sistemində də bunun göstərildiyini, müddətin ilk dəfə işin dəyişilməsi ilə bağlı dəyişdiyini, ikinci dəfə isə yalnız müqavilədə dəyişiklik edildiyini, qarşılıqlı razılıq əsasında rəhbərin məsləhəti ilə müqavilə bağlandığını, müqavilənin iddiaçıya göndərildiyini və təsdiq edildiyini, əmək müqaviləsinin məhkəməyə təqdim edildiyini, İddiaçı başqa digər şəxslərin də orada işlədiyini və müqaviləsinə xitam verilmədiyini, rəhbərlik üçün orada kimin işləməsinin fərqi olmadığını, iddiaçının həmin işə bərpa olmaq istədiyini, zəng vurub təhqir etdiyini, sosial şəbəkələrdə paylaşımlar etdiyini və məhkəməyə müraciət etdiyini, aşağı vəzifəyə keçməsi ilə bağlı iddiaçının tələbi olmadığını, onların da bu barədə təklif vermədiklərini, qurum və nazirlik olaraq yüksək mövqedən məsələyə yanaşmadıqlarını, iddiaçının mükafatdan məhrum olmaması üçün dəfələrlə şifahi xəbərdarlıq edilərək töhmət verilmədiyini, işçinin müddətli müqavilə bağlamaqdan imtina edə bilməyəcəyini, rəhbərliyin iddiaçını yaxşı işçi kimi tanımadığını, lakin ona şans verərək yüksək vəzifəyə keçirdiyini, işçinin isə şansı dəyərləndirməyərək özünü doğrultmadığını, iddiaçının vəzifədən-vəzifəyə keçirilməsi ilə bağlı əmək müqaviləsinə dəyişiklik edildiyini, ilk dəfə vəzifəsinin dəyişilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilərək yenidən bağlandığını, töhmətin iddiaçıya təqdim olunduğunu, iddiaçının töhmətə öz etirazını bildirdiyini göstərərək, sonda məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 0156146 nömrəli əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, İddiaçı 01 aprel 2015-ci il tarixindən X5 adına Ordubad Milli Parkında işçi vəzifəsinə təyin olunub, xx.xx.2016-cı ildə tutduğu vəzifədən azad edilib, təlimatçı vəzifəsinə təyin olunub, xx.xx.2016-cı il tarixdə tutduğu vəzifədən azad edilərək mühafizə yegeri vəzifəsinə təyin edilib. xx.xx.2021-ci ildə həmin tarixdən X5 adına Ordubad Milli Parkına mühafizə yegeri vəzifəsinə təyin edilib, xx.xx.2024-cü ildə X6 Yasaqlığına sahə müfəttişi (10-cu dərəcə ilə ) vəzsifəsinə təyin edilib, xx.xx.2024-cü ildə isə həmin vəzifədən üç ay müddətinə X4 Culfa ərazisində sahə müfəttişi vəzifəsinə verilib. xx.xx.2025-ci ildə isə Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissə 3-14-32-12/3-1-11/2025 nömrəli b4 bəndinə əsasən əmək müqaviləsinə 04 avqust 2025-cil ildə xitam verilmişdir. 04 avqust 2025-ci il tarixli, 3-14-32-12/3-1-44/2025 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi əsas götürülərək Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkının sahə müfəttişi (Culfa - Xəzinədara) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, X5 adına Zəngəzur Milli Parkının baş mühasibi Sevil Vəliyeva qanunvericiliyə uyğun olaraq İddiaçı son haqq-hesabın ödənilməsini və bu Əmrin surətinin aidiyyətı üzrə çatdırılmasını təmin etməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 3-14-32-12/3-1- 44/2025 nömrəli əmrə əsasən "X5 Adına Zəngəzur Milli Parkı" bölməsində "Sahə müfəttişi (Culfa-Xəzinədərə)" vəzifəsində işləyən İddiaçı Əmirxan oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2."b" - əmək müqaviləsinin müddətinin qurtarması» maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilməsi, işçinin xx.xx.2021 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Cavabdeh X5 adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının kadrlar və sənədlərlə iş üzrə baş mütəxəssisi Nümayəndə1 tərəfindən məhkəməyə ünvanlanmış etirazda göstərilmişdir ki, Şahbuz Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X5 adına Azərbaycan Respublikasın Zəngəzur Milli Parkına qarşı "iddiaçının əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair 18 sentyabr 2025-ci il tarixli 2(090)-216/2025 nömrəli iş üzrə iddia tələbinə etirazımızı təqdim edirik: Nəcəfov X2 Həsən Əliyev adına Azərbaycan Respublikasın Zəngəzur Milli Parkının sahə müfəttişi (Culfa-Xəzinədərə) vəzifəsi üzrə işləmək istəyi barədə ərizə ilə Milli Parkın direktoru Həsənqulu Kərimova müraciət etmiş, onunla həmin vəzifə üzrə 2024-cü il 28 avqust tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f' bəndinə uyğun olaraq (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əmək müqaviləsi bağlanmışdır. Hazırda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin bağlanması https://e-social.gov.az/ sistemi üzərindən elektron qaydada həyata keçirilir. Müqavilələr sistem üzərindən vətəndaşa elektron formada təqdim edilir və vətəndaş müqavilə ilə tanış olub sima elektron imza ilə imzalayır. Bundan sonra qurum tərəfindən müqavilənin imzalanması həyata keçirilir və müqavilə qüvvəyə minir. İddiaçı müqavilə bağlayarkən həmin müqavilənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin "f' bəndinə uyğun olaraq (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) 3 ay müddətinə bağlandığını, 3 ay sonra müqaviləyə xitam verilə biləcəyini bilmiş, buna razı olmuş və bu şərtlərlə müqaviləni imzalamışdır. İddiaçı 21 iyun 2025-ci il tarixdə poçt vǝ https://e-social.gov.az/ üzərindən elektron qaydada bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinə 31 iyul 2025-ci il tarixdə xitam veriləcəyi barədə məlumat verilmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsinə 4 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-сі maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Odur ki, iddia ərizəsində qeyd edilən əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi ilə əlaqədar mübahisələndirilməsini əsassız hesab edirik. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə mülki işin materiallarını, işin faktiki və hüquqi hallarını, iddia ərizəsinə iddiaçı tərəfindən təqdim edilən sənədləri, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi tələb olunan sənədləri, tərəflərin ifadələrini əlaqəli şəkildə yoxlayıb, təqdim olunan sübutları qiymətləndirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İşin materiallarından görünür ki, tərəflər arasında əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar fərdi əmək mübahisəsi yaranmışdır. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə görə işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkı 3-14-32-12/3- 1-44/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrindən müəyyən olunur ki, həmin əmr İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin, “b” bəndinə əsasən verilmiş və bu əmrlə həmin vəzifədə işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş matriallarında olan sənədlərdən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsində göstərilən vəzifənin, yəni Zəngəzur Milli Parkın Culfa Xəzinadara ərazisində sahə müfəttişliyi vəzifəsinin müddətli əmək müqavilə kimi bağlanmalı olan ƏM-in 47-ci maddəsində göstərilən halların hər-hansı biri müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı istər iddiaçı, istərsə də cavabdeh təşkilatın nüamyəndələri tərəfindən verilmiş izahatlardan müəyyən olunur ki, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması müddəti xx.xx.2024-cü il tarixədək həmin vəzifəyə təyin olunan şəxslərlə bağlanan əmək müqavilələri müddətsiz bağlanmış, iddiaçının müddətli əmək müqaviləsi ilə təyin olunduğu vəzifənin yerinə yetirilməli olduğu işin daimi olması işin mübahisəsiz halıdır. İddiaçı ilə isə müqavilə bağlanan zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamış, iddiaçının təyin edildiyi vəzifədə əmək funksiyasıın və görüləcək işlərin daimi xarakter olduğu halda onunla müddətli əmək müqaviləsi bağlanmış, bu isə öz növbəsində İddiaçıAzərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, İddiaçı 01 aprel 2015-ci il tarixdən Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Ordubad Milli Parkında iş fəaliyyətinə başlayarkən onunla müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, xx.xx.2024-cü ildə yeni vəzifəyə keçirilən zaman, həmən vəzifədə iddiaçının əmək funksiyasının daimi xarakter olması qabaqcadan tərəflərə bəlli olduğu halda, onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi onunla əsaslandırmışdır ki, iddiaçının 07 yanvar 2024-cü il tarixdə vəzifəsinin dəyişdirilməsi ilə bağlı əmək müqaviləsinin dəyişdirildiyini, iddiaçının mühafizə yedgeri vəzifəsindən sahə rəisi vəzifəsinə keçirilməsi ilə müddətli müqavilə bağlandığını, bundan əlavə qarşılıqlı razılıq və hüquq bərabərliyinə əsaslanaraq müqavilə bağlandığını, 3 aylıq müqavilə bağlandığını, sonra isə işçinin fəaliyyətinin qiymətləndirildiyini, iddiaçının müqaviləni qəbul etdiyini, heç kimin iddiaçını vəzifəsini dəyişdirməyə və əmək müqaviləsi bağlamağa məcbur etmədiyini, sınaq müddəti tətbiq etmədiklərini, həmin vəzifənin xüsusi bilik tələb edən vəzifə olmadığını, işçinin müddətli müqavilə bağlamaqdan imtina edə bilməyəcəyini bildirmişdir. Halbuki Əmək Məcəlləsinin 45 maddəsinin 4-cü hissəsinin tələbinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Cavabdeh təşkilatın nümayəndəsinin tərəflərin qarşılıqlı razılıq və hüquq bərabərliyinə əsaslanaraq müddətli müqavilə bağlamaları ilə bağlı isə qeyd edir ki, məhkəmə araşdırılması zamanı cavabdeh təşkilatın nümayəndəsi izahatında İddiaçı ilə əmək müqaviləsi bağlanan zaman işçinin müddətli müqavilə bağlamaqdan imtina edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda məhkəmə mövcüd işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 4262/2023-cü il tarixli qərarında vahid məhkəmə təcrübəsinə əsaslanaraq qeyd edir ki, «Qarşılıqlı razılıq» qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Hazır ki işin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Həmin qərarda göstərilmişdir ki, məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Ona görə də ƏM-nin 47-ci maddəsinin f) bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq, həmçinin mövcüd işlər üzrə məhkəmə təcrübəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkının 3-14-32-12/3-1-44/2025 saylı, 04 avqust 2025-ci il tarixli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkı ilə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə Culfa Xəzinadara ərazisində sahə müfəttişi vəzifəsinə bərpa edilməli, 04 avqust 2025-ci il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı hesablanılaraq cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkı tərəfindən İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin müddətsiz bağlanması hissəsinə münasibətdə hesab edir ki, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkı ilə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edildiyindən iddia tələbi həmin hissədə edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkının 3-14-32- 12/3-1-44/2025 saylı, 04 avqust 2025-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkı ilə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə Culfa Xəzinadara ərazisində sahə müfəttişi vəzifəsinə bərpa edilsin. 04 avqust 2025-ci il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı hesablanılaraq cavabdeh Azərbaycan Respublikası Maraqlı şəxs X5 adına Zəngəzur Milli Parkı tərəfindən İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdə) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar