Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-23/2021 18.03.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, Həsənov Kəramət Sevindik oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı vəkili-nümayəndəsi Vəkil1 vasitəsilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx xxxxx 2015-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış Şahbuz rayon Şahbuzkənd kəndində yerləşən 0.1884 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 153.77 kv.m təşkil edən tikililərin, həmçinin torpağa mülkiyyət hüququna dair JN-277 saylı dövlət aktı ilə 0.19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinin miras kimi faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, “atam X3 və anam X5 birgə nikahlarından biz 3 qardaş, 1 bacı doğulmuşuq. Bacı və qardaşlarım valideynlərimizin sağlığında ailə qurub ayrılıb gediblər, özlərinə məxsus olan evlərdə yaşayırlar. Ailəmizin sonuncu övladı kimi valideynlərimizin yanında mən qalmışam. X2 xx xxxx 1995-ci ildə vəfat etmişdir. Anamızın vəfatından sonra evimizdə atam və mən ailəmlə birlikdə yaşamışıq. Yaşadığımız evin yerləşdiyi 0.19 ha torpaq sahəsi Şahbuz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1997-ci il tarixli, 39 saylı qərarı ilə tək atamızın mülkiyyətinə verilmiş, bu barədə JN-208 A, KOD 10500048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həyətyanı torpaq sahəsi, üzərində yerləşən fərdi yaşayış evi yardımçı tikililərlə birlikdə xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində ********** nömrə ilə atamızın adına qeydiyyata alınmaqla, seriya MH, ******* nömrəli çıxarış verilmişdir. 2001-ci ildə mən Naxçıvan MR Ali Məclisinin göndərişi ilə Bakı şəhərinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına təhsil almağım üçün göndərildim. Orada 3 il təhsil alıb bitirdikdən sonra Bakı şəhərində işləməyə başladım, kəndimizə gəlib atamı və ailəmi Bakı şəhərinə apardım. O vaxtdan da hər il may ayından sentyabr ayının ortalarına kimi kənddəki evimizə gəlib yayı burada keçirərək arıçılıq və həyətyanı torpaq sahəmizdəki təsərrüfatla məşğul olurdum. xx xxxxx 2015-ci il tarixdə atamız vəfat etdi. Onu Bakı şəhərində dəfn edib yenə əvvəlki illərdə olduğu kimi yay aylarını kənddəki evimizə gəlib əvvəlki qaydada təsərrüfatımı davam etdirirəm. Burada olmadığım müddətlərdə isə təsərrüfatıma mənim tapşırığımla qaynım və baldızlarım nəzarət edirlər. Bu illər ərzində həyətimizin darvaza qapısını dəyişmişəm, yaşayış evimizin divarlarını suvatdırmışam, tövləmizin arxa divarına yerdən beton tökdürmüşəm, evimizin arxasından keçən su arxına diametri 500 mm olan 3 ədəd truba saldırmışam, tövlənin su şırnaqlarını dəyişdirmişəm, evin və tövlənin qırılıb yararsız olmuş 25-30 ədəd şiferini dəyişdirmişəm. Atam vəfat edəndən istifadə olunan işıq, qaz məsrəfləri mənim tərəfimdən ödənilib, atamızın evində mən yaşamışam, miras faktiki olaraq yalnız mənim tərəfimdən qəbul olunaraq idarə edilir, qorunub saxlanılır. X7 Respublikası Qaz İstismar xidməti Şahbuz rayon Qaz İstismar idarəsinin xx xxxxxx 2020-ci il tarixli, 744 nömrəli, Şahbuz rayon Elektrik şəbəkəsinin xx xxxxxx 2020-ci il tarixli, 32 nömrəli və Şahbuz rayon İcra hakimiyyətinin Şahbuzkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxx 2020-ci il tarixli, 13 nömrəli arayışları ilə öz təsdiqini tapır. Bundan əlavə aqrar islahatlar aparılan zaman atama torpağa mülkiyyət hüququna dair JN-227 saylı dövlət aktı ilə 0.19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi də verilmişdir. Şahbuz rayon Şahbuzkənd kəndində yerləşən mərhum atam X1 miras qalmış əmlak faktiki olaraq yalnız mənim tərəfimdən qəbul olunaraq idarə edildiyindən adıma bütün miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Şahbuz rayon dövlət notariat ofisinə ünvanladığım ərizəm əsasında mənə şəhadətnamə verilməmişdir”. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 verdiyi izahatında bildirdi ki, iddia ərizəsində işin mahiyyəti barədə ətraflı məlumat verilibdir, təmsil etdiyi İddiaçı mərhum atası Cavabdeh3 məxsus evdə ailəsi ilə birlikdə yaşayıbdır, İddiaçı atası Cavabdeh3 2015-ci ildə, anası mərhum Gülgəz xanım isə 1995-ci ildə vəfat edibdir, 2004-cü ildən İddiaçı mərhum atası Cavabdeh3 ilə birlikdə Bakı şəhərində yaşayıblar, iddiaçının atası Cavabdeh3 bakı şəhərində vəfat edibdir, iddiaçının atası Cavabdeh3 vəfat etməmişdən əvvəl də və ondan sonra da İddiaçı Şahbuzkənddə gəlib-gedibdir, atasına məxsus evi və torpaq sahələrini idarə edibdir, İddiaçı Şahbuzkənddə yerləşən evin bütün kommunal xərclərini ödəyib və atasına məxsus torpaq sahəsində təsərrüfat işləri ilə məşğul olubdur, İddiaçı Şahbuzkənddə yerləşən evin dam örtüyünü təmir etdirib, həyətin giriş qapısı olan darvaza qapını dəyişdirib, evin divarlarını suvatdırıb və miras əmlakın saxlanılması üçün digər işlər görübdür, eyni zamanda İddiaçı hər ilin mayından başlayaraq sentyabr ayınadək kənddə atasına məxsus evdə qalaraq arıçılıq ilə məşğul olubdur, mərhum Cavabdeh3 qalmış miras əmlak İddiaçı faktiki olaraq qəbul edib və qoruyub saxlayıbdır, sonda vəkil və nümayəndə Vəkil1 göstərilənləri nəzərə alaraq miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Digər Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək onun atasının vəfatından bir neçə il əvvəl Bakı şəhərinə getdiyini və ailəsi ilə birlikdə orada yaşadığını, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, atasının mirasını onun qəbul etmədiyini, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5.-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, İddiaçı Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh1 Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh2 ünvan 2 mənzil 6 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan Elektron Məhkəmə Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun yaşayış massivi, Xətai küçəsi, döngə 4, ev 36 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunan Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən “27” avqust 2020-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında çıxarışdan məlum olur ki, X6 ilə X9 arasındakı nikah xx.xx.1959-cu ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmiş və nikahın bağlanmasından sonra qadına “Bağırova” soyadı verilmişdir. İş materiallarına əlavə olunan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 423143 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X8 xx.xx.1995-ci ildə Şahbuz rayonu, Şahbuzkənd kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə, 03 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 555512 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X6 xx.xx.2015-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə, 06 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuzkənd kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 14 nömrəli arayışdan məlum olur ki, X3 vərəsələri aşağıdakılardı:
1. Cavabdeh1
2. Cavabdeh2
3. Cavabdeh3
4. İddiaçı İş materiallarına əlavə olunan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiq olunmuş surətindən aydın olur ki, Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən 0.1884 ha olan torpaq sahəsi və 153.77 kv.m fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 22/3 nömrəli reyestr kitabının 571 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********24-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020). İş materiallarına əlavə olunan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, Şahbuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 39 nömrəli qərarı ilə Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən 0.19 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi ilə bağlı dövlət aktı qeydiyyatı kitabında 227 nömrə ilə qeydiyyata alınmaqla torpağa mülkiyyət hüququna dair JN-227 nömrə ilə qeyd edilərək, 10500048 kodu dövlət aktı tərtib edilərək təqdim edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Dövlət Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 42 nömrəli məktubuna əsasən, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasına görə notariat qaydasında imtina edilmiş və mübahisənin həll olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə biləcəyi bildirilmişdir. İş materiallarına əlavə olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin Naxçıvan şəhər Hüquq Məsləhətxanasının xx.xx.2021-ci il tarixli, 2/142 nömrəli məktubuna cavab olaraq ünvanladığı xx xxxxxx 2021-ci il tarixli 09 nömrəli məktubu ilə müəyyən olunur ki, mərhum X4 Şahbuz rayon Aqrar islahat komissiyasının xx.xx.1997-ci il tarixli, 39 nömrəli qərarı ilə JN-227 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 0.19 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş kommunal xərclərin ödənilməsi (qaz, işıq) barədə arayışlarla müəyyən olunur ki, İddiaçı, Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən X3 vəfatından sonra ona məxsus evin qaz və elektrik enerjisinin pulunu ödəyibdir. Belə ki, mülki işə əlavə edilmiş Şahbuz Rayon Elektrik Şəbəkəsinin xx xxxxxx 2020-ci il tarixli, 32 nömrəli arayışında Şahbuz rayonu, Şahbuzkənd kənd sakini İddiaçı aprel 2015-ci il tarixdən hazırki dövrə qədər Şahbuz rayon Şahbuzkənd kəndində mərhum atası X3 yaşayış evində elektrik enerjisinin sərfinə görə ödənişi vaxtlı-vaxtında apardığını, elektrik sayğacında heç bir enerji borcunun olmadığını, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, 744 nömrəli arayışında Şahbuz rayonu, Şahbuzkənd kənd sakini İddiaçı atası X3 vəfatından sonra onun evində mövcud olan ********* nömrəli qaz abonent kodunda olan 06079769 nömrəli qaz sayğacının abonenti olması, aprel 2015-ci il tarixdən indiki tarixədək istehlak etdiyi təbii qazın həcminə görə vəsaiti Naxçıvan MR Qaz İstismar Xidmətinin hesabına vaxtında köçürməsi və borcunun olmaması öz təsdiqini tapır. Məhkəmə toplanmış sübutlara, iddiaçının nümayəndəsinin, cavabdehin izahatına və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə xx xxxxx 2015-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən 0.1884 ha həyətyanı torpaq sahəsi və 153.77 kv.m xüsusi mülkiyyətə verilmiş fərdi yaşayış sahəsi, o cümlədən də 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X6 2015-ci il tarixdə vəfat etdikdən sonra ondan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən həyətyanı torpaq və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi, eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmış, miras qoyanın ölməsi ilə vərəsəlik açılan gündən onun oğlu İddiaçı miras qalmış həyətyanı torpaq və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi, eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi X1 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. Belə ki, mülki işə əlavə edilmiş Şahbuz Rayon Elektrik Şəbəkəsinin və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin arayışlarından görünür ki, Şahbuz rayonu, Şahbuzkənd kənd sakini İddiaçı atası X3 vəfatından sonra onun evində elektrik enerjisi və istehlak etdiyi təbii qazın sərfinə görə ödənişləri etmişdir, eyni zamanda Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuzkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 13 nömrəli arayışdan X10 oğlunun vəfatından sonra onun fərdi yaşayış evində İddiaçı yaşaması və sonuncunun təsərrüfatını qoruyub idarə etməsi müəyyən olunur ki, bununla da İddiaçı mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin mirası qəbul etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X1 qalmış mirası qəbul etmələri, habelə onlara qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. X1 miras qalmış Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.1884 ha həyətyanı torpaq sahəsi və 153.77 kv.m fərdi yaşayış evi, o cümlədən torpağa mülkiyyət hüququna dair JN-277 saylı dövlət aktı ilə 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktı müəyyən edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Daşqın Səfərov.