Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-271/2025 06.01.2026 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X8 iclas katibliyi, Ərizəçi və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçinın mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək X16, X17, X11 və X7 ölümündən sonra miras qalmış Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kəndində yerləşən JN-090a nömrəli ümumi sahəsi 0,07 ha və daşınmaz əmlakın dövlət reyestrində 22/4 nömrəli reystr kitabının 662 nömrəli vərəqində qeydiyyata alınmış **********41/10301 reyestr nömrəli daşınmaz əmlakdan ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və nümayəndəsi Nümayəndə ərizənin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxs1 və Maraqlı şəxs2 Sadiq qızına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Maraqlı şəxs1 və Maraqlı şəxs2 Sadiq qızının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ünvanına Maraqlı şəxs1 tərəfindən daxil olmuş etirazda göstərmişdir ki, ərizəsi ilə iddiaçi Ərizəçi xx.xx.2025-ci il tarixdə Şahbuz rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş X16, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X18 və xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 Naxçıvan MR, ünvan 1i ünvanında yerləşən birgə mülkiyyətdə olan torpaq sahəsinin miras qaldığını, həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şahbuz rayon Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.2007-ci il tarixdə vəfat etmiş X16, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X18 və xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Naxçıvan MR, ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Şahbuz Rayon Məhkəməsində “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia qaldırmış, X2nun, X10, X5 və X7 ölümündən sonra miras qalmış Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kəndində yerləşən JN-090a nömrəli ümumi sahəsi 0,07 ha və daşınmaz əmlakın dövlət reyestrində 22/4 nömrəli reystr kitabının 662 nömrəli vərəqində qeydiyyata alınmış **********41/10301 reyestr nömrəli daşınmaz əmlakın ərizəçinin, yəni Ərizəçi tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbində miras əmlakları ailəsi ilə birlikdə qəbul etdiyini, həyət bacaya baxdığını, ev eşik dağılmasın deyə mütəmadi olaraq qulluq etdiyini, qardaşı Əbülfətin isə ərizə göndərərək miras əmlakı qəbul etmədiyini və həmin miras əmlakla bağlı heç bir iddiasının olmayacağnı bildirmiş, digər qardaşı Sadiq isə öldüyündən və onun arvadı Maraqlı şəxs1 və qızı Maraqlı şəxs2 da hər hansı iddia tələbi olmadığından mərhumların əmlaklarının onun adına keçməsini tələb edir. Ərizəçi ərizəsindən də göründüyü kimi, qaynatam X16 xx.xx.2007-ci ildə, qaynanam X19 20. 02. 2016-cı ildə, baldızım X15 28. 02. 2005-ci ildə, ərim , X20 xx.xx.2011-ci ildə və baldızım (X11 06.10. 2025-ci il tarixdə ölmüşdür. Lakin ərizənin məzmununda göstərilən miras əmlakını ailəsi ilə birlikdə qəbul edilməsinin həyətə bacıya baxdığı barədə məlumatlar tamamilə yalnış və əsassızdır. Belə ki, X9 xx.xx.2007-ci il tarixində vəfatından sonra əmlakların istifadəsi arvadı X1, xx.xx.2016-cı il tarixdə Cəfərova Almazın ölümü ilə əmlak X6 faktiki istifadəsinə keçmiş, mütamadi olaraq mərhum Sadiq Cəfərov anası və bacısı ilə atalarının evinin bərpasında birgə iştrak etmişlər, tikililərin qorunması, əmlakın bərpası, bağda ağacların becərilməsi ilə birgə məşğul olmuşlar. Almaz xanımın vəfatından sonra oğlu Sadiq mərhum Dilbər xanımla birgə təsərüfatı idarə etmiş daima bir-biri ilə münasibətləri çox mehriban olmuşdur. Ərim Sadiqin vəfatından sonra bu ənənə mənim tərəfimdən davam etdirildi və mən həmişə mərhum Dilbər xanımla əmlaka birgə baxmışıq, qorumuşuq. Ərizəçi ümumiyyətlə nə anasının nə də bacısının sağlığında onlarla münasibəti olmamış əmlakın vəziyyətindən xəbəri olmamışdır. Dilbər xanım, əzmli, dözümlü və çox savadlı bir qadın olmuşdur. O, sağlığında bütün bu işlərin öhdəsindən gələrək hər hansı bir çətinliyə düşərkən qardaşı Sadiqdən başqa heç kimə etibar etməmişdir. Mərhum həmişə deyərdi ki, mən bütün əmlakımı qardaşım qızı İradəyə vəsiyyət edəcəyəm. Fiziki və mənəvi sağlıamlığa malik olan Dilbər müəllimə nədənsə birdən birə haqqın dərgahına qovuşdu. Və bəlkə də deyəcək çox sözləri var idi. Ərizəçi, qardaşı Sadiqin 2011-ci ilin yanvar ayında Bakı şəhərində öldüyünü, onun birgə nikahlarından İradə adlı bir qızının olduğunu, İradə istərsədə anası Günəşin (Sadiqin vərəsələri) istər digər vərəsələrin sağlığında və onlar öldükdən sonra ümumiyyətlə həmin miras əmlakda yaşamadıqlarını bildirərək, faktiki olaraq mirasın qəbulu ilə bağlı onların heç bir orqana ərizə vermədiyini və bununla həmin mirasın əmlakları ailəsi ilə birlikdə qəbul etdiyini vurğulamışdır. Yuxarıda qeyd etdiyim kimi Mərhum ərimin mənim və Mərhum Dilbər xanımın əziyyəti və çabası ilə ayaqda qalmış əmlakı, əmlakla maraqlanmayan heç qapısının hansı tərəfdən açıldığını bilməyən Ərizəçi tərəfindən faktiki qəbul edilməsi baədə ərizəsi tam əsassızdır. Bütün əmlak, vəfat etdiyi günə kimi , yəni 06 oktyabr 2025-ci il tarixədək mərhum Dilbər Cəfərova və mənim tərəfimdən, vəfat etdikdən sonra isə mənim tərəfimdən faktiki qəbul edilmişdir. Notariat orqanına ərizə ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsnə (Miras açıldıqdan sonra vərəsənin ölməsi (irsi transmissiya)) əsasən əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1159.1.3cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Qeyd olunanları qanunvericiliyin tələbini nəzərə alaraq X2, X17, X13 və X7 ölümündən sonra miras qalmış Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kəndində yerləşən JN-090a nömrəli ümumi sahəsi 0,07 ha və daşınmaz əmlakın dövlət reyestrində 22/4 nömrəli reystr kitabının 662 nömrəli vərəqində qeydiyyata alınmış **********41/10301 reyestr nömrəli daşınmaz əmlakın onun, yəni Maraqlı şəxs1 tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin ünvanına Maraqlı şəxs2 Sadiq qızı tərəfindən daxil olmuş etirazda göstərmişdir ki, ərizəsi ilə iddiaçi Ərizəçi xx.xx.2025- ci il tarixdə Şahbuz rayon Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2007-ci il tarixdə vəfat etmiş X16, xx.xx.2016- cı il tarixdə vəfat etmiş X18 və xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 Naxçıvan MR, ünvan 1i ünvanında yerləşən birgə mülkiyyətdə olan torpaq sahəsinin miras qaldığını, həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şahbuz rayon Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.2007-ci il tarixdə vəfat etmiş X16, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X18 və xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Naxçıvan MR, ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Şahbuz Rayon Məhkəməsində “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia qaldırmış, X2nun, X10, X5 və X7 ölümündən sonra miras qalmış Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kəndində yerləşən JN-090a nömrəli ümumi sahəsi 0,07 ha və daşınmaz əmlakın dövlət reyestrində 22/4 nömrəli reystr kitabının 662 nömrəli vərəqində qeydiyyata alınmış **********41/10301 reyestr nömrəli daşınmaz əmlakın ərizəçinin, yəni Ərizəçi tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbində miras əmlakları ailəsi ilə birlikdə qəbul etdiyini, həyət bacaya baxdığını, ev eşik dağılmasın deyə mütəmadi olaraq qulluq etdiyini, qardaşı Əbülfətin isə ərizə göndərərək miras əmlakı qəbul etmədiyini və həmin miras əmlakla bağlı heç bir iddiasının olmayacağnı bildirmiş, digər qardaşı Sadiq isə öldüyündən və onun arvadı Maraqlı şəxs1 və qızı Maraqlı şəxs2 da hər hansı iddia tələbi olmadığından mərhumların əmlaklarının onun adına keçməsini tələb edir. Ərizəçi ərizəsindən də göründüyü kimi, babam X16 16. 05. 2007-ci ildə, nənəm X19 20. 02. 2016cı ildə, bibim X15 28. 02. 2005-ci ildə, atam, X20 xx.xx.2011-ci ildə və bibim (X11 06.10. 2025-ci il tarixdə ölmüşdür. Lakin ərizənin məzmununda göstərilən miras əmlakını ailəsi ilə birlikdə qəbul edilməsinin həyətə bacıya baxdığı barədə məlumatlar tamamilə yalnış və əsassızdır. Belə ki, X9 xx.xx.2007-ci il tarixində vəfatından sonra əmlakların istifadəsi nənəm X1, xx.xx.2016-cı il tarixdə Cəfərova Almazın ölümü ilə əmlak X6 faktiki istifadəsinə keçmiş, mütamadi olaraq mərhum atam Sadiq Cəfərov anası və bacısı ilə atalarının evinin bərpasında birgə iştrak etmişlər, tikililərin qorunması, əmlakın bərpası, bağda ağacların becərilməsi ilə birgə məşğul olmuşlar. Nənəmin vəfatından sonra, atam, mərhum Dilbər xanımla birgə təsərüfatı idarə etmiş daima bir-biri ilə münasibətləri çox mehriban olmuşdur, atam Sadiqin vəfatından sonra bu anam tərəfindən davam etdirildi və mən həmişə anam və mərhum Dilbər xanımla əmlaka birgə baxmışıq, qorumuşuq. Ərizəçi ümumiyyətlə nə nənəmin nə də bibimin sağlığında onlarla münasibəti olmamış əmlakın vəziyyətindən xəbəri olmamışdır. Bibim Dilbər xanım, əzmli, dözümlü və çox savadlı bir qadın olmuşdur. O, sağlığında bütün bu işlərin öhdəsindən gələrək hər hansı bir çətinliyə düşərkən atam Sadiqdən başqa heç kimə etibar etməmişdir. Mərhum həmişə deyərdi ki, mən bütün əmlakımı İradəyə vəsiyyət edəcəyəm. Fiziki və mənəvi sağlıamlığa malik olan Dilbər müəllimə nədənsə birdən birə haqqın dərgahına qovuşdu. Və bəlkə də deyəcək çox sözləri var idi. Ərizəçi, qardaşı Sadiqin 2011-ci ilin yanvar ayında Bakı şəhərində öldüyünü, onun birgə nikahlarından İradə adlı bir qızının olduğunu, İradə istərsədə anası Günəşin (Sadiqin vərəsələri) istər digər vərəsələrin sağlığında və onlar öldükdən sonra ümumiyyətlə həmin miras əmlakda yaşamadıqlarını bildirərək, faktiki olaraq mirasın qəbulu ilə bağlı onların heç bir orqana ərizə vermədiyini və bununla həmin mirasın əmlakları ailəsi ilə birlikdə qəbul etdiyini vurğulamışdır. Yuxarıda qeyd etdiyim kimi Mərhum atamın, anamın mənim və Mərhum Dilbər xanımın əziyyəti və çabası ilə ayaqda qalmış əmlakı, əmlakla maraqlanmayan heç qapısının hansı tərəfdən açıldığını bilməyən Ərizəçi tərəfindən faktiki qəbul edilməsi barədə ərizəsi tam əsassızdır. Bütün əmlak, vəfat etdiyi günə kimi , yəni 06 oktyabr 2025-ci il tarixədək mərhum Dilbər Cəfərova, anam və mənim tərəfimdən, vəfat etdikdən sonra isə anamla mənim tərəfimdən faktiki qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsnə (Miras açıldıqdan sonra vərəsənin ölməsi (irsi transmissiya)) əsasən əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. bu barədə notariat orqanına müraciət edilmişdir. Qeyd olunanları qanunvericiliyin tələbini nəzərə alaraq X2, X17, X13 və X7 ölümündən sonra miras qalmış Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kəndində yerləşən JN-090a nömrəli ümumi sahəsi 0,07 ha və daşınmaz əmlakın dövlət reyestrində 22/4 nömrəli reystr kitabının 662 nömrəli vərəqində qeydiyyata alınmış **********41/10301 reyestr nömrəli daşınmaz əmlakın mənim və anam Maraqlı şəxs1 tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatlarını dinləyib, maraqlı şəxslərin etiraz ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X16, X17, X13 və X7 ölümündən sonra miras qalmış Naxçıvan MR Şahbuz rayonu, Qızıl Qışlaq kəndində yerləşən JN-090a nömrəli ümumi sahəsi 0,07 ha və daşınmaz əmlakın dövlət reyestrində 22/4 nömrəli reystr kitabının 662 nömrəli vərəqində qeydiyyata alınmış **********41/10301 reyestr nömrəli daşınmaz əmlakdan ibarət miras əmlakda vərəsəlik hüququna dair vərəsələr arasında mübahisə vardır, yəni hazırki iş üzrə tərəflər arasında mirasın Ərizəçi tərəfindən qəbul edilməsi barədə mübahisə vardır. Belə olan halda məhkəmə hesab edirki, hazırki iş üzrə tərəflər arasında miras əmlakdan paylar ilə bağlı mübahisə olduğunudan ərizə baxılmamış saxlanılmalı və maraqlı şəsxlərə ümumi əsaslarla iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq onların ümumi əsaslarla iddia vermək hüquqları vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267, 268 və 306.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçinın miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Tərəflərə izah olunsun ki, onların ümumi əsaslarla iddia vermək hüquqları vardır. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-271/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-271/2025
06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver