Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-29/2023 24.02.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Şahbuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X5 onun babası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun olaraq izahatında o, xx xxxxxx 1997-ci ildə Şahbuz qəsəbəsində doğulduğunu, atası X7 25 fevral 2000-ci ildə, babası X5 isə 18 iyun 2008-ci ildə vəfat etdiyini, babasının vəfatından sonra anası ilə birlikdə babası Bayramov Cilovxana məxsus evdə yaşayıb təsərrüfatı idarə etdiklərini, atası X7 doğum haqqında şəhadətnaməsinin ata qrafası hissəsinin boş saxlanıldığını, bu səbəbdən də babası Bayramov Cilovxana məxsus yaşayış evini vərəsə kimi öz adına sənədləşirə bilmədiyini, atası X7 adına olan doğum haqqında şəhadətnamənin ata qrafası hissəsində ata adının yazılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon Qeydiyyat şöbəsinə müraciət etdiyini, lakin Qeydiyyat şöbəsinin onlarda olan doğum haqqında şəhadətnamənin kötük hissəsinin də boş saxlanıldığı barədə ona bildirdiklərini, məhz bu səbəbdən Şahbuz rayon Dövlət Notariat Ofisidə atası X7 adına olan doğum haqqında şəhadətnamənin ata qrafası hissəsində ata adı yazılmadığı üçün onun adına sənədləşdirmə işlərini həyata keçirə bilmədiyini, bu səbəbdən də mübahisənin məhkəmə qaydasında öz həllini tapması zərurəti yarandığını, bununla bağlı məhkəməyə müraciət edə biləcəyini ona bildirdiklərini, onun da məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəldiyini, sonda Ərizəçi göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran ərizəçi bildirdi ki, Şahbuz rayon Qeydiyyat şöbəsinə müaciət etdikdən sonra X7 doğum akt qeydində ata qrafasında düzəlişin onlar tərəfindən mümkün olmadığını, məhkəməyə müraciət etməyi izah ediblər, bundan sonra o, sənədləri toplayaraq məhkəməyə müraciət edibdir, atası X11, X5 oğludur, Cilovxan Bayramov onun ata-babasıdır, babası C.Bayramovdan qalmış miras əmlakı vərəsə kimi o, qəbul etmək istəyir, lakin atasının doğum haqqında şəhadətnamənin ata qrafası boş olduğu üçün o, babasından qalmış miras əmlakı sənədləşdirə bilmir, atası 1966-cı ildə doğulub, ata babası X9 ilə ata-nənəsi X12 ilə 1968-ci ildə nikaha daxil olublar, ona görə də atasının soyadı nənəsinin soyadı Səfərov kimi yazılıb, doğum haqqında şəhadətnamənin ata qrafası isə boş saxlanılıbdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon Qeydiyyat şöbəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X6 izahatında bildirdi ki, Ərizəçi onun qardaşının oğludur, mərhum Vüqar Səfərov ilə ata bir, ana ayrı qardaşdırlar, onun atası X9 anası isə Rübabə Xəlilovadır, mərhum Vüqarın isə anası Simuzər xaladır, onlar ayrı yaşasalar da münasibətləri doğma olubdur, o təsdiq edir ki, X2 Səfərovun atasıdır, Ərizəçi isə ata-babasıdır. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid izahatında bildirdi ki, uzun müddət Ərizəçi atası X11 ilə qonşu olubdur, mərhum V.Səfərov atası X9 birlikdə yaşayıbdır, lap əvvəldən o, X17 Səfərovun atası kimi tanıyıbdır, Cilovxan Bayramov arvadı Simuzər xala və oğlu Vüqar ilə birlikdə yaşayıblar, Vüqar Səfərov 2000-ci ildə vəfat edibdir, Cilovxan Bayramov isə ondan bir müddət sonra rəhmətə gedibdir, X16 mərhum qardaşının adını qoyubdur, Vüqar Səfərov vəfat etdikdən sonra Ərizəçi babası Cilovxan Bayramov ilə birlikdə Şahbuz şəhərində yaşayıbdır, o, əminliklə təsdiq edir ki, X2 Səfərovun atası, Ərizəçi isə atababasıdır. İş materiallarında olan Şahbuz rayon VVAQ şöbəsi tərəfindən verilmiş XX-ЖГ 386376 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1997-ci ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmiş, ata qrafasında X11, ana qrafasında isə X14 yazılmışdır. İş materiallarında olan Şahbuz rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ 028456 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 25 fevral 2000-ci ildə hər iki tərəfin qanqereyası səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 331038 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 18 iyun 2008-ci ildə ürək çatışmamazlığı səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon VVAQ Qeydiyyat bürosu tərəfindən verilmiş АЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 23 yanvar 1966-cı ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmiş, ata qrafası boş saxlanılmış, ana qrafasında isə X12 yazılmışdır. İş materiallarında olan İİİ-ЖГ 364067 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 10 yanvar 1975-ci ildə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 09 nömrə ilə qeyd edilmiş, ata qrafasında X9, ana qrafasında isə X10 yazılmışdır. İş materiallarında olan Şahbuz rayon Polis şöbəsi tərəfindən 27 yanvar 2023cü il tarixli, 7/1-400 nömrəli müşaiyət məktubu ilə göndərilmiş X11 barəsində tərtib edilmiş köhnə nümünəli sovet pasportunun forma №1 kartoçkasınının təsdiq edilmiş sürətinə əsasən X7 23 yanvar 1966-cı ildə Naxçıvan MSSSR Şahbuz rayonu, Şahbuz qəsəbəsində doğulması, ata qrafasının boş saxlanılması, anasının X12 olması müəyyən olunur. Məhkəmə ərizəçinin izahatına, şahidin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırki işdə ərizəçi əlində olan vasitələrlə mərhum X5 onun ata tərəfdən babası olmasını əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsin əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ərizəçi mərhum atası X11 ilə mərhum X9 doğma ata-bala olublar. Odur ki, ərizəçi haqlı olaraq, mərhum X5 onun ata tərəfdən babası olduğunu iddia edir. Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilən mərhum X7 doğum haqqında qeydin surətindən görünür ki, o, 23 yanvar 1966-cı il tarixdə Şahbuz rayonunda anadan olmuşdur. X1r. Həmçinin Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilən evlənmə aktı barədə qeydin surətindən müəyyən olunur ki, mərhum X9 il X12 1968-ci ilin yanvar ayında rəsmi nikaha daxil olublar, həmn aktın xüsusi qeyd bölməsində isə ailə üzvü kimi X11 göstərilmişdir. Müvafiq Qeydiyyat şöbəsində mərhum X7 doğum akt qeydində ata qrafasına X3 düzəliş edilməsi mümkün olmadığından ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etmiş və bu fakt məhkəmə araşdırılması zamanı öz əksini tapmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 xx xxxxxx 1997-ci ildə doğulmuş Ərizəçi (ata tərəfdən) babası olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-29/2023
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-29/2023
24.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver