Məhkəmə qərarları › İş №2(090)-64/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-64/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-64/2023 30.03.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və maraqlı şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi həyətyanı torpaq sahəsinin qanuni sahiblik və onun istifadəsində olması faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 717 kv.metr həyətyanı torpaq sahəsinin onun sahiblik və istifadəsində olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, 1990-cı illərdə Şahbuz şəhəri, M.Ə.Rəsulzadə 18 ünvanında yerləşən həyətyanı torpaq fondundan 717.00 kv.metr torpaq sahəsinin ölçülüb ona verildiyini, 1990-cı il tarixdən başlayaraq həmin torpaq sahəsini əkib becərdiyini, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq bu günə kimi həmin torpaq sahəsində ev inşa edə bilmədiyini, artıq 32 ilə yaxındır ki, öz ailə üzvləri ilə birlikdə qeyd edilən həyətyanı torpaq sahəsini əkib-becərməklə oradan bəhərləndiklərini, halhazırda da həmin torpaq sahəsinin onun istifadəsində olduğunu, bələdiyyə orqanları yaranmamışdan qabaq və yaranandan sonra da həmin torpaq sahəsinin vergisini ödədiyini, torpaqla bağlı heç bir dövlət təşkilatına borcunun olmadığını, hazırda torpaq sahəsində tikinti aparmaq məqsədilə müvafiq dövlət qurumlarına, həmçinin Şahbuz rayon Dövlət Arxivinə müraciət etdiyini, müraciətinə əsasən Şahbuz rayon Dövlət Arxivinin 17 yanvar 2023cü il tarixli, 02/77 nömrəli arayışında mühafizə olunan Şahbuz rayon XDS İcraiyyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyətinin) əmr-sərəncam və protokollarına baxıldığını, lakin ona torpaq sahəsinin verilməsi haqqında heç bir sənədə rast gəlinmədiyi, Şahbuz qəsəbə İN-nin təsərrüfatbaşına kitablarının Şahbuz rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyi, bu səbəbdən də Naxçıvan MR Arxiv İdarəsinə müraciət etdiyini, lakin Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/116 nömrəli arxiv arayışında Şahbuz şəhərində vətəndaşlara torpaq sahələri ayrılması haqqında sənədlərin Naxçıvan MR Dövlət Arxiv İdarəsinə təhvil verilməməsinin qeyd olunduğunu, haliyyədə həmin həyətyanı torpaq sahəsini adına sənədləşdirmək istədiyini, lakin onun adına hər hansı müvafiq sənədin olmadığını, torpaq sahəsinin onun tərəfindən əkilib-becərilərək istifadə olunmasını şahidlərin təsdiq edə biləcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 izahatında hazırki iş ilə əlaqədar Şahbuz Rayon İcra Hakimiyyətində qeyd edilən torpaq sahəsi ilə əlaqədar araşdırma aparıldığını, torpaq sahəsi ilə bağlı Şahbuz rayon İcra Hakimiyyətinin arxivində heç bir məlumatın olmadığını, ona görə də Ərizəçi torpaq sahəsinin sənədləşdirilməsi üçün heç bir sənəd verə bilmədiklərini, bu səbəbdən də ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Şahbuz Rayon Şahbuz Bələdiyyəsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid2 izahatında bildirdi ki, 1983-cü ildə Şahbuz şəhəri, M.Ə.Rəsulzadə küçəsində ona torpaq sahəsi verilibdir, həmin vaxt Ərizəçi da torpaq sahəsi ayrılıbdır, torpaq sahələri onlara eyni vaxtda verilibdir, həmin vaxtdan da onlar qonşudurlar, 1985-ci ildə həmin torpaq sahəsində Ərizəçi ev tikməyə başlayıbdır, hardasa bir neçə il ən uzağı 1-2 iki il ərzində Ərizəçi ev tikib köçüb yaşayıbdır. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid1 izahatında bildirdi ki, Ərizəçi ilə qonşudurlar, ərizəçini o, 1980-ci ildən tanıyır, o 1990-cı ildən M.Ə.Rəsulzadə küçəsinə paralel olan Təbriz küçəsində yaşayır, həmin vaxtdan da M.ƏrizəçiƏ.Rəsulzadə küçəsində yaşayır, ilk əvvəllər Ərizəçi həmin torpaq sahəsini əkib becərib, daha sonra isə həmin torpaq sahəsində ev tikib yaşayıbdır, o, əminliklə təsdiq edir ki, Şahbuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi 18 ünvanında yerləşən torpaq sahəsi 1990-cı ildən Ərizəçi sahibliyi və istifadəsində olubdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 17 yanvar 2023-cü il tarixli, 02/11 nömrəli məktubu ilə Şahbuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi 18 ünvanında Ərizəçi faktiki istifadəsində 717 kv.m torpaq sahəsinin mövcud olduğu, lakin onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli, 13/116 nömrəli arxiv arayışından görünür ki, Şahbuz şəhərində Ərizəçi adına torpaq sahəsi verilməsi haqqında Naxçıvan MR Dövlət Arxivində hər hansı bir məlumat mövcud deyildir. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivinin 17 yanvar 2023cü il tarixli, 02/77 nömrəli arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmr-sərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi aid torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 17 yanvar 2023-cü il tarixli, 13 nömrəli məktubunda keçən əsrin 90-cı illərində Ərizəçi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi haqqında Şahbuz bələdiyyəsində heç bir sənədin olmadığı göstərilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 17 yanvar 2023-cü il tarixli, 3/34 nömrəli məktubu ilə Ərizəçi adına Şahbuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində heç bir torpaq sənədinin qeydə alınmadığı müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 3/106 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında yaşayır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatına, şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi 1990-cı il tarixdən ona ayrılmış 717 kv.m torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 17 yanvar 2023-cü il tarixli, 02/11 nömrəli məktubu ilə Şahbuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi 18 ünvanında Ərizəçi faktiki istifadəsində 717 kv.m torpaq sahəsi mövcud olsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlər Şahid1 və Şahid2 ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən ünvan 4 ünvanında yerləşən 717 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi qanuni sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, ünvan 4 ünvanında yerləşən 717 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 4 ünvanında yerləşən 717 kv.m həyətyanı torpaq sahəsinin Ərizəçi sahiblik və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar