Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-78/2025 01.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə özünün Şahbuz rayonu, Şahbuz şəhəri, Rəşid Behbudov küçəsi, 4 ünvanında yerləşən 558 m2 torpaq sahəsi və fərdi yaşayış evinin özünün faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəşi Ərizəçi ərizəsində göstərmişdir ki, Ərizəçi ailəsi ilə birlikdə ünvan 1 ünvanda 558 m2 torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. Mən 1993-cü ildə Şahbuz Rayon İcra Hakimiyyətinə müraciət etmişəm, sözügedən torpaq sahəsi mənim istifadəmə verilmişdir. Lakin bununla bağlı əlimdə rəsmi sənəd yoxdur. Mən 1993-cü ildən həmin evdə yaşayır və torpaq sahəsindən istifadə edirəm. Həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müvafiq orqanlara sorğu göndərmişəm. Sorğuya cavab olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ünvan 3 ünvanında faktiki istifadəsində olan 558 rn2 torpaq sahəsinin mövcudluğu, həmin torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğu, torpaq sahəsinin mülkiyyətdə olması barədə şöbədə məlumatın olmadığı qeyd edilmişdir. Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 02/05 nömrəli arayışında adıma torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmaması, Şahbuz Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli arayışında 558 kv.m torpaq sahəsinin Ərizəçi uzun müddət istifadəsində olması və torpaq sahəsinin onun adına sənədləşdirilməsinə heç bir etirazlarının olmadığını, Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışında isə torpaq sahəsinin bələdiyyə qurumunun yaranmasından əvvəl verildiyi üçün Şahbuz bələdiyyəsində heç bir sənədin olmaması göstərilmişdir. Bu səbəbdən də hal-hazırda uzun müddətdir faktiki istifadəmdə olan torpaq sahəsində istifadə hüququmun tanınması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi izahatında ərizəsini müdafiə etdiyini, həmin evdə daimi yaşadığını, iddia ərizəsində işin hallarını göstərdiyini, 1993-cü ildə Şahbuz Rayon İcra Hakimiyyətinə müraciət etdiyini, müraciətinə əsasən həmin torpaq sahəsinin ona verildiyini, bu müddət ərzində orada yaşadığını və istifadə etdiyini, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşadığını bildirmiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında ərizənin təmin edilməsinə etirazlarının olmadığını, bununla bağlı icra hakimiyyətində heç bir rəsmi sənədin olmadığını bildirərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahtında uşaqlıqdan ərizəçi ilə eyni məhəllədə, Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində yaşadıqlarını, Ərizəçi həmin torpaq sahəsində ev tikdiyini və yaşadığını, küçənin əvvəllər adının Səməd Vurğun küçəsi olduğunu, sonradan isə Rəşid Behbudov olaraq dəyişdirildiyini, 64 yaşı olduğunu və anadan olduğu zamandan orada yaşadığını, ərizəçi ilə qonşu olduqlarını, ərizəçinin uşaqlıqda ata-anası ilə yaşadığını, sonra isə Ərizəçi ata-anasından ayrılaraq həyətin digər tərəfində ev tikdiyini, təxminən 30 il bundan qabaq ev tikdiyini, ərizəçinin ailəsi ilə həmin evdə birlikdə yaşadığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahtında 37 ildir Şahbuz şəhərində yaşadığını, Ərizəçi orada gördüyünü, Rəşid Behbudov küçəsində keçən yolun bir tərəfində onun, digər tərəfində isə ərizəçinin yaşadığını, küçənin adının əvvəllər Səməd Vurğun küçəsi olduğunu, sonradan isə Rəşid Behbudov olaraq dəyişdirildiyini, evlərinin arasından yol keçdiyini, oraya ilk dəfə gəldiyi zaman ərizəçini orada gördüyünü, ərizəçinin balaca daxma tikərək orada yaşadığını, sonra Ərizəçi ailə qurduğunu, ailəsi ilə birlikdə ərizəçinin orada yaşadığını, ərizəçinin 30 ildən çoxdur ki, həmin ünvanda yaşadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsini və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 06 fevral 2025-ci il tarixli, 04/02 nömrəli məktubu ilə Şahbuz rayonun 2000-ci ildə tərtib edilmiş yerquluşu planında ünvan 4 ünvanında istifadə də olan 558.00 m2 torpaq sahəsinin mövcud olduğu, lakin onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli, 02/05 nömrəli arxiv arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmrsərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi adına torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 06 fevral 2025-ci il tarixli, 6/05 nömrəli arayışı ilə Ərizəçi ünvan 5 ünvanında ona məxsus ev və torpaq sahəsinin uzun müddətdir ki, onun istifadəsində olması, ona məxsus torpaq sahəsinin bələdiyyə qurumunun yaranmasından əvvəl verildiyi üçün Şahbuz bələdiyyəsində heç bir sənədin olmaması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06 fevral 2025-ci il tarixli, 3/142 nömrəli arayışı ilə Ərizəçi 1993-cü ildən ünvan 6 ünvanı, yeni ünvan 7lunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyətinin 07 fevral 2025-ci il tarixli, 02 nömrəli arayışı ilə Ərizəçi həyətyanı torpaq sahəsinə bitişik olan və uzun müddətdir istifadə etdiyi 558 m2 torpaq sahəsinin onun adına sənədləşdirilməsinə Şahbuz Rayon İcra Hakimiyyətinin heç bir etirazının olmaması, yaxın gələcəkdə həmin ərazidə hər hansı bir dövlət əhəmiyyətli obyektin tikintisinin nəzərdə tutulmaması müəyyən olunur. İş materiallarında olan Şahbuz şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 001901 nömrəli vəsiqəyə əsasən Ərizəçi müddətsiz vəsiqənin verildiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə iddiaçı Ərizəçi ünvan 9 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin, şahidlərin izahatına və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi 1993-cü il tarixdən ona ayrılmış 558 m2 hektar torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə və fərdi yaşayış evinin onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 06 fevral 2025-ci il tarixli, 04/02 nömrəli məktubu ilə Şahbuz rayonun 2000-ci ildə tərtib edilmiş yerquluşu planında ünvan 4 ünvanında istifadə də olan 558.00 m2 torpaq sahəsinin və fərdi yaşayış evinin olması müəyyən olunsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən Şahbuz rayonu, Şahbuz şəhəri, R.Behbudov küçəsi, ev 10 (yeni adı ilə ünvan 10 ünvanında yerləşən 558 m2 həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin Ərizəçi sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, Şahbuz rayonu, Şahbuz şəhəri, R.Behbudov küçəsi, ev 10 (yeni adı ilə ünvan 10 ünvanında yerləşən 558 m2 həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şahbuz rayonu, Şahbuz şəhəri, R.Behbudov küçəsi, ev 10 (yeni adı ilə ünvan 10 ünvanında yerləşən 558 m2 həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-78/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-78/2025
01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver