Məhkəmə qərarları › İş №2(090)-81/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-81/2021

16.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-81/2021 16.05.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahbuz rayon Mədəniyyət şöbəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “21” aprel 2021-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun olaraq izahatında bildirdi ki, 05 yanvar 2009-cu ildən Cavabdeh X20sında kitabxanaçı işləyibdir, 01 aprel 2021-ci il tarixdə onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilibdir, o on iki ildən artıqdır ki, həmin kitabxanada işləyibdir, özü və həyat yoldaşı əlildir, öhdəsində yetkinlik yaşına çatmayan iki övladı vardır, övladı Həsənov Firəddin Məhəmməd oğlu isə əlil uşaqdır. O işdən çıxarılarkən onun və ailə üzvlərinin əlilliyi nəzərə alınmayıbdır, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, X20sında filial müdiri və kitabxanaçı vəzifəsi vardır, filial müdiri vəzifəsində hal-hazırda Səbinə Qurbanova işləyir, kitabxanaçı vəzifəsi isə ləğv edilibdir, ona X23 Musiqi Məktəbində katibə vəzifəsi təklif edilibdir, lakin həmin məktəb onun yaşadığı yerdən uzaq olduğu və onun öhdəsində azyaşlı xəstə uşaq olduğu üçün o, həmin təklifi qəbul etməyibdir, o işdən çıxarılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 rəsmi müraciət etməyibdir, işdən çıxma müavinəti onun əmək haqqı aldığı “bankomat kartına” köçürülübdür, lakin o həmin kartdan pulu çıxarmayıbdır. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, nümayəndəsi olduğu İddiaçı onun həyat yoldaşıdır, İddiaçı iddia ərizəsində və izahatında işin mahiyyəti barədə ətraflı məlumat veribdir, onlar anasına məxsus evdə yaşayırlar, anasına məxsus evdən onlara məhkəmə qərarı ilə yaşayış və istifadə hüququ verilibdir, yaşadıqları evdə yaşayış üçün şəraitdə yoxdur, bu barədə o məhkəməyə onların yaşadığın evin fotoşəkillərini də təqdim edibdir, sonda Nümayəndə göstərilənləri nəzərə alaraq məhkəmədən onların iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahbuz rayon Mədəniyyət şöbəsinin nümayəndəsi qismində izahat verən X17 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı işdən çıxarılması qanuni olubdur, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan X19 adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və bir sıra rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 31 mart 2021-ci il tarixli, 76 nömrəli Qərarında X20 filialında kitabxanaçı ştatı nəzərdə tutulmadığından, həmin Qərarın icrası ilə əlaqədar Şahbuz rayon Mədəniyyət şöbəsinin 01 aprel 2021-ci il tarixli, 32 nömrəli əmri ilə 01 aprel 2021-ci il tarixdən mədəniyyət şöbəsinin tabeliyində olan bir sıra işçiləri işdən azad olunublar, həmin əmr ilə İddiaçı da işdən azad olunubdur. İşdən azad olunması ilə əlaqədar İddiaçı orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxarılma müavinəti verilibdir, eyni zamanda İddiaçı orta təhsilli olduğundan X23 Musiqi Məktəbində katibə vəzifəsi təklif edilibdir, lakin İddiaçı həmin vəzifəyə keçməyə razılıq verməyibdir. Sonda nümayəndə M.Əliyev göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran nümayəndə M.Əliyev bildirdi ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 31 mart 2021-ci il tarixli, 76 nömrəli Qərarı ilə X20 filialında kitabxanaçı ştatı ləğv edilibdir, İddiaçı orta təhsillidir və X4 təhsilinə uyğun başqa kitabxanaçı ştatı mövcud deyildir, bu səbəbdən də iddiaçı S.X18 Uşaq Musiqi Məktəbində katibə vəzifəsi təklif edilibdir, lakin iddiaçı həmin təklifi qəbul etməyibdir, artıq iddiaçının tələb etdiyi ştat mövcud olmadığı üçün iddiaçının həmin vəzifəyə bərpası mümkün deyildir, həmin ştat üzrə artıq maliyyələşmə də aparılmır, əlavə olaraq nümayəndə M.Əliyev bildirdi ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 24 fevral 2021-ci il tarixli, 49 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələr işə qəbul qaydalarına əsasən nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrinin, yəni kitabxanalara mütəxəssis vəzifələrinə işə qəbulu müsabiqə və müsahibə yolu ilə aparıldığından və həmin qaydaya əsasən müsabiqə ali və orta ixtisas təhsili tələb edildiyindən, İddiaçı isə orta təhsilli olduğundundan, iddiaçıya X23 Musiqi Məktəbində katibə vəzifəsi təklif edilibdir, artıq 2021-ci ilin may ayından həmin vəzifəyə təyin olunmaq üçün X12 müsabiqə, eyni zamanda müsahibədən keçirilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh təşkilat Cavabdehnə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə təşkilat Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ünvanına “05” may 2021-ci il tarixdə cavabdeh təşkilat tərəfindən daxil olmuş iddiaya etiraz ərizəsində Şahbuz rayonu Külüs kənd sakini İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbi ilə bağlı Şahbuz Rayon Məhkəməsində iddia qaldırdığını, Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən, sözügedən iddiaya etiraz etdiyini, iddiaçı öz tələbində işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, Cavabdeh direktor əvəzi X7 “05” sentyabr 2018-ci il tarixli, 08 nömrəli əmri ilə İddiaçı Şahbuz rayonu, X20 filialına kitabxanaçı vəzifəsinə təyin edildiyini, onunla “03” yanvar 2019-cu il tarixində müddətsiz əmək müqaviləsi bağlandığını, Şahbuz rayonu Külüs kənd sakini Həsənova X8 Muxtar Respublikası Nazirlər Kabinetinin “31” mart 2021-ci il tarixli, 76 nömrəli Qərarının icrası ilə əlaqədar ştatların ixtisarı ilə bağlı Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “01” aprel 2021-ci il tarixli, 32 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “01” aprel 2021-ci il tarixdən X20 Filialının kitabxanaçısı vəzifəsindən azad olunduğunu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarına əsasən ştatların sayı azalmamış və mövcud ştatın ixtisara düşdüyünü, eyni zamanda İddiaçı Şahbuz Rayon Mədəniyyət Şöbəsinə ünvanladığı ərizəsinə “21” aprel 2021-ci il tarixdə Şöbə tərəfindən cavab məktubu göndərildiyini, həmin məktubda İddiaçı orta təhsilli olduğuna görə hal-hazırda Şahbuz rayonu, X23 Musiqi Məktəbində vakant vəzifə olan katibə ştatı ona təklif olunduğunu, lakin İddiaçı həmin vəzifəyə keçirilməsi barədə razılıq vermədiyini göstərmiş və qeyd edilənlərə əsasən İddiaçı Cavabdehnə qarşı “işə bərpa tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaya etirazın hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 47 və 217-ci maddələrinə istinad edilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Külüs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “16” aprel 2021-ci il tarixli, 253 nömrəli arayışından İddiaçı Şahbuz rayonunun Külüs kəndində yaşaması qeyd edilir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “05” sentyabr 2018-ci il tarixli, 08 nömrəli əmri ilə 05 sentyabr 2018-ci il tarixdən Şahbuz rayonu, X20 filialına kitabxanaçı təyin edilmiş və həmin Şöbənin “01” aprel 2021-ci il tarixli, 32 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Əmək Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, işəgötürən Cavabdeh direktor əvəzi X13 ilə işçi İddiaçı arasında “03” yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq müddətsiz Əmək Müqaviləsi bağlanmışdır. İş materiallarında olan Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “01” aprel 2021-ci il tarixli, 32 nömrəli ştatları ixtisara düşən işçilərin işdən azad olunması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında əmri ilə “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan X19 adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və bir sıra rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” “31” mart 2021-ci il tarixli, 76 nömrəli Qərarları ilə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan bir sıra müəssisələrdə ştatlar ixtisar edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “01” aprel 2021-ci il tarixdən İddiaçı X20 Filialının kitabxanaçısı vəzifəsindən azad olunmuşdur. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Şahbuz rayon şöbəsinin “06” may 2021-ci il tarixli, 07/184 nömrəli arayışından belə məlum olur ki, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Şahbuz rayon şöbəsindən pensiya alan Şahbuz rayonu, Külüs kənd sakini İddiaçı “27” may 2016-cı il tarixdə 7 il 4 ay sosial sığorta stajı olduğu üçün üçüncü qrup əlil kimi pensiya təyin olunması, Şahbuz rayonu, Külüs kənd sakini Nümayəndə “07” noyabr 1991-ci ildən ikinci qrup Çernobıl əlili kimi pensiya təyin edilməsi, “21” oktyabr 2020-ci il tarixdə təkrar komissiyadan keçərək ona ikinci qrup ümumi səbəbdən müddətsiz əlil kimi pensiya təyin olunması, həmçinin İddiaçı əlillik müddətinin “01” iyun 2021-ci il tarixə olduğundan vətəndaşın pensiyasının həmin tarixdən dayandırılacağı qeyd edilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin “04” may 2021-ci il tarixli, 06/104 nömrəli arayışında görünür ki, Şahbuz rayon Külüs kənd sakini İddiaçı Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən övladı Həsənov Firəddin Məhəmməd oğluna sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi 150 (bir yüz əlli) manat sosial müavinət və sağlamlıq imkanları məhdud 18 yaşınadək övladına qulluq etdiyi üçün 50 (əlli) manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Nümayəndə isə Mərkəz tərəfindən heç bir növ müavinət və təqaüd ödənilmir. Məhkəmə mülki işin materiallarını, işin faktiki və hüquqi hallarını, iddia ərizəsinə iddiaçı tərəfindən təqdim edilən sənədləri, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi tələb olunan sənədləri, tərəflərin ifadələrini əlaqəli şəkildə yoxlayıb, təqdim olunan sübutları qiymətləndirib, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, Əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, İddiaçı “05” may 2009-cu il tarixdən “01” aprel 2021-ci il tarixə qədər Şahbuz Rayon X20 filialında kitabxanaçı kimi fəaliyyət göstərmişdir. İş materiallarına əlavə edilən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan X19 adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və bir sıra rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 31 mart 2021-ci il tarixli, 76 nömrəli Qərarı ilə bir sıra vəzifələrin, o cümlədən X20 filialında kitabxanaçı vəzifəsinin ixtisar edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Mədəniyyət Şöbəsinin “01” aprel 2021-ci il tarixli, 32 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarının icrası nəticəsi olaraq, X20 Filialının kitabxanaçı vəzifəsində işləyən İddiaçı ilə olan əmək müqaviləsinə “01” aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam verilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı başqa bir vəzifə təklif edilmiş, lakin İddiaçı həmin təklifi qəbul etməmişdir. X20 Filialında İddiaçı üçün ixtisasına uyğun (orta təhsil) başqa uyğun vakansiya olmadığından, ona başqa bir vəzifə təklif edilməsi mümkün olmamışdır. Bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı X20 Filialında kitabxanaçı vəzifəsinə işə qəbul edilmişdir. Qeyd edilən vəzifə üzrə işləri 05 may 2009-cu il tarixdən yerinə yetirmişdir. İddiaçı yeni iş təklifindən imtina kimi Kolanı kənd Musiqi Məktəbinin onun yaşadığı yerdən uzaq olduğu əsası ilə məktəbin katibə vəzifəsinə iş təklifindən imtina etmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan X19 adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və bir sıra rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 31 mart 2021-ci il tarixli, 76 nömrəli Qərarında X20 filialında kitabxanaçı ştatı nəzərdə tutulmadığından, həmin Qərarın icrası ilə əlaqədar Şahbuz rayon Mədəniyyət şöbəsinin 01 aprel 2021-ci il tarixli, 32 nömrəli əmri ilə X20 Filialının kitabxanaçı vəzifəsinin ixtisar edilməsi qərara alınmışdır. İddiaçı başqa bir vəzifə təklif edilmiş, lakin İddiaçı həmin təklifi qəbul etməmişdir. X20 Filialında İddiaçı üçün təhsilinə (orta təhsil) uyğun başqa vakansiya olmadığından, ona başqa bir vəzifə təklif edilməsi mümkün olmamışdır. Cavabdeh 01 aprel 2021-ci il tarixli əmri ilə İddiaçı ilə olan əmək müqaviləsinə 01 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə istinadən ştatların ixtisarı əsası ilə xitam verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” və “ə” bəndlərinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 71-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını, həmçinin “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan X19 adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və bir sıra rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” “31” mart 2021-ci il tarixli, 76 nömrəli Qərarının icrası ilə əlaqədar Şahbuz Rayon Mədəniyyət Şöbəsinin 32 nömrəli əmri bir sıra vəzifələrin, o cümlədən X20 Filialının kitabxanaçı vəzifəsinin ixtisar edilməsini və ona işdən azad olunması ilə bağlı müvafiq işdən çıxarma müavinəti ödənilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh “01” aprel 2021-ci il tarixli, 32 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə qanuni əsaslarla işdən azad edildiyi üçün iddia ərizəsi təmin edilə bilməz. Göründüyü kimi İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin təşəbbüsü ilə deyil, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan X19 adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının və bir sıra rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 31 mart 2021-ci il tarixli, 76 nömrəli Qərarında X20 filialında kitabxanaçı ştatı nəzərdə tutulmadığından, yəni həmin ştatın ixtisar olunması və qeyd edilən Qərarın icrasını təmin edilməsi əsası ilə xitam verilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması ilə bağlı müddəasına, eyni zamanda onun on iki ildən artıq həmin işdə çalışmasına istinad edərək işəgötürən tərəfindən qanunvericiliyin bu tələbinə riayət etməməsi ilə əlaqədar məhkəmə qeyd etmək istəyir ki, hazırki işin hallarından görünür ki, Şahbuz rayon X20 filialında kitabxanaçı ştatı artıq mövcud deyil, bu səbəbdən də iddiaçının işdə saxlanılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı “işə bərpa” tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar