Məhkəmə qərarları › İş №2(090)-83/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-83/2025

16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-83/2025 16.04.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Şahbuz rayonu, Şahbuz şəhəri, Səməd Vurğun küçəsi, 29 ünvanında yerləşən 6238.85 m2 torpaq sahəsinin özünün, yəni Ərizəçi faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəşi Ərizəçi ərizəsində göstərmişdir ki, mən-Ərizəçi ailəmlə birlikdə ünvan 1 ünvanda 6238.85 m2 torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. 11 iyul 1988-ci il tarixində Şahbuz qəsəbəsində aktla mərhum yoldaşım C.Əliyevin müəllim işləməsini, ailə tərkibinin çox olmasını, ailə təsərrüfatının olmasını və əlil olmasını nəzərə alaraq, müstəsna hal kimi deynə olan sahədən 1200 m2 yaşayış binası tikmək üçün C.Əliyevə torpaq sahəsi verilmişdir. Həmin sahə Sadiqov X-nin evindən 200-300 m aralı dağın döşündə yerləşir. Biz 1988-ci ildən həmin evdə yaşayır və torpaq sahəsindən istifadə edirik. Həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müvafiq orqanlara sorğu göndərmişəm. Sorğuya cavab olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ünvan 2 ünvanında faktiki istifadəmdə olan 6238.85 m2 torpaq sahəsinin mövcudluğu, həmin torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğu, torpaq sahəsinin mülkiyyətdə olması barədə şöbədə məlumatın olmadığı qeyd edilmişdir. Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 02/05 nömrəli arayışında adıma torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmaması, Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışında Şahbuz rayonu, Şahbuz şəhəri, Səməd Vurğun küçəsində bizə məxsus həyətyanı torpaq sahəsi və hal-hazırda yaşadıqları fərdi yaşayış evi keçən əsrin 90-cı illərindən bizim istiafdəmizdə olması, verilmiş torpaq sahəsinin bələdiyyə qurumunun yaranmasından əvvəl verildiyi üçün bizə məxsus torpaq sahəsinin hansı qərar və sərəncamla verilməsi barədə Şahbuz bələdiyyəsində heç bir sənədin olmaması göstərilmişdir. Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 3/75 nömrəli arayışdan Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə heç bir torpaq sahəsinin verilməsi barədə sənədin olmaması götərilmişdir. Həmçinin Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş çıxarışdan X3 12 dekabr 2020-ci il tarixdə vəfat etməsi müəyyən olunur. Yuxarıdakı səbəblərdən də hal-hazırda uzun müddətdir faktiki istifadəmdə olan torpaq sahəsindən istifadə hüququmun tanınması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbim ilə bağlı istinad etdiyim fakt və halların siyahısı: Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 02/05 nömrəli arayışı, Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu, Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 3/75 nömrəli arayışı. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət etdiyini, ərizəsində texniki səhvliklə Şahbuz rayonu, Şahbuz şəhəri, Səməd Vurğun küçəsi, 29 ünvanında yerləşən 6238.85 m2 torpaq sahəsinin özünün faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi olaraq qeyd etdiyini, göstərilənləri nəzərə alıb ərizəsində dəqiqləşdirmə aparılaraq Şahbuz rayonu, Şahbuz şəhəri, Səməd Vurğun küçəsi, 29 ünvanında yerləşən 1200 m2 torpaq sahəsinin özünün faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(090)-83/2025 nömrəli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinin azaldılması barədə ərizəsi qəbul olunması, hazırki mülki iş üzrə iddia tələbi azaldılması, mülki işə Ərizəçi Şahbuz rayonu, Şahbuz şəhəri, Səməd Vurğun küçəsi, 29 ünvanında yerləşən 1200 m2 torpaq sahəsinin onun faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclasında Ərizəçi izahatında ərizəsini müdafiə etdiyini, işin halları barədə ərizəsində göstərdiyi bildirmiş, ərizənin təmin edilməsini xahiş etmişdir. Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı icıasında iştirak edə bilməyəcəklərini, ərizənin təmin edilməsinə etirazlarının olmadığını məhkəmə iclasının onun iştirakı olmadan keçirilərərk qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsini və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Şahbuz Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid izahatında ərizəçinin onun qonşusu olduğunu, 1963-cü il traixdən ərizəçinin yaşadığı Şahbuz şəhəri, Səməd Vurğun küçəsində aşağıda olan Rəşid Behbudov küçəsində yaşadığını, Ərizəçi ilə onlar arasında məsafənin 100-150 metr olduğunu, uşaqlıqdan həmin məhlədə yaşadığını, ərizəçinin mərhum yoldaşı Cəmişid Əliyevin həmin torpaq sahəsində ev tikib yaşadığını, Ərizəçi hardasa 1980-ci illərin sonunda həmin evə gəlin köçdüyünü və həmin vaxtdan da orada yaşadığını bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 21 yanvar 2025-ci il tarixli, 04/01 nömrəli məktubu ilə ünvan 3 ünvanında uzunmüddətli istifadədə olan 6238.85 m2 torpaq sahəsinin mövcud olduğu, torpaq sahəsində fərdi yaşayış evinin olduğu, lakin onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 fevral 2025 sentyabr 2025-ci il tarixli, 02/05 nömrəli arxiv arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmr-sərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi adına torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin 21 yanvar 2025-ci il tarixli, 6/03 nömrəli arayışı ilə Ərizəçi ünvan 3 ünvanında əsrin 90-cı illərindən yaşaması, onlara verilmiş torpaq sahəsinin bələdiyyə qurumun yaranmasından əvvəlki dövrə təsadüf etdiyindən ona məxsus torpaq sahəsinin hansı qərar və sərəncamla verilməsi barədə Şahbuz bələdiyyəsində heç bir sənədin olmaması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 avqust 2024-cü il tarixli, 3/439 nömrəli arayışı ilə Ərizəçi ünvan 4 ünvanında yaşaması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 21 yanvar 2025-ci il tarixli, 3/75 nömrəli arayışı ilə Ərizəçi adına Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə heç bir torpaq sahəsinin ona verilməsi barədə sənədin olmaması müəyyən olunur. İş materialarında olan İV-ЖГ seriyalı, 301853 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Ərizəçi arasında Şahbuz Rayon VVAQ Şöbəsində 13 noyabr 1987-ci ildə nikah bağlanmış, 27 nömrə ilə qeydiyyata alınmış, nikah bağlandıqdan sonra “Əliyeva” soyadı verilmişdir. İş materialarında olan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 801211 nömrəli ölüm akt qeydləri kitabından çıxarışa əsasən X1 rayonunda 12 dekabr 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 11 iyul 1988-ci il tarixində Şahbuz qəsəbəsində tərtib edilmiş aktla mərhum yoldaşı C.Əliyevin müəllim işləməsi, ailə tərkibinin çox olması, ailə təsərrüfatının olması və əlil olması nəzərə alınaraq, müstəsna hal kimi deynə olan sahədən 1200 m2 yaşayış binası tikmək üçün C.Əliyevə torpaq sahəsi verilməsi, həmin sahə Sadiqovun evindən 200-300 m aralı dağın döşündə yerləşməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə iddiaçı Ərizəçi ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatına, şahidin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi mərhum yoldaşı ilə birlikdə 1988-ci il tarixdən onlara ayrılmış 1200m2 torpaq sahəsi üzərində mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi həmin torpaq sahəsinə və fərdi yaşayış evinin onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 21 yanvar 2025-ci il tarixli, 04/01 nömrəli məktubu ilə Şahbuz şəhəri, Səməd Vurğun küçəsi, 29 ünvanında Ərizəçi faktiki istifadəsində 1200 m2 hektar torpaq sahəsinin olması müəyyən olunsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahid ifadəsindən, eyni zamanda iş materiallarında olan sənədlərdən Şahbuz şəhəri, Səməd Vurğun küçəsi, 29 ünvanında yerləşən 1200 m2 həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin Ərizəçi sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, Şahbuz şəhəri, Səməd Vurğun küçəsi, 29 ünvanında yerləşən 1200 m2 həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şahbuz şəhəri, Səməd Vurğun küçəsi, 29 ünvanında yerləşən 1200 m2 həyətyanı torpaq sahəsinin Ərizəçi sahibliyi və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar