Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-87/2024 01.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Nəcəfov Vahı̇ d Məmməd oğlu, Əhmədova Qərənfı̇ l Məmməd qızı, Nəcəfova Nəcı̇ bə Rəşı̇ d qızı, Nəcəfov Ası̇ man Tofı̇ q oğlu, Nəcəfov Emı̇ l Tofı̇ q oğlu, Maraqlı şəxs7 Tofı̇ q oğlu, Zeynı̇ yeva Dı̇ larə Məmməd qızı və Maraqlı şəxs9 maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X21 və anası X7 mülkiyyətlərində olan Naxçıvan MR Şahbuz rayonu, Kolanı kəndində yerləşən hər iki, 0.1323 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 163.24 kv.metr vərdi yaşayış evinin və 0.1211 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunmuş 135.44 kv.metr fərdi yaşayış evinin onun sahibliyində və istifadəsində olmaqla, onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması (təsdiq edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, atası X21 25 avqust 2008-ci il, anası X11 isə 28 noyabr 2014-cü il tarixlərində vəfat etmişlər. Onların 04 aprel 1957-ci il tarixdə bağlanmış nikahlarından o da daxil olmaqla Maraqlı şəxs2, X22; (xx.xx.2016-cı il tarixdə vəfat edib), Ərizəçi, Maraqlı şəxs9, X23, X12 və X16 adlı 7 nəfər uşaqları doğulmuş, eyni zamanda 7 nəfər vərəsələri vardır. Ata-anasının ölümündən sonra onların mülkiyyətində olan Şahbuz rayonu, Kolanı kəndində yerləşən iki fərdi yaşayış evi miras qalmışdır. O, hər iki evi birinci növbəli vərəsə kimi faktiki olaraq qəbul edib, sahibləndiyindən hər iki ev onun istifadəsindədir. Evlərdən biri 0.1211 ha torpaq sahəsi və üzərində 135.44 kv/metr inşa olunmuş evdən, digəri isə 0.1323 ha torpaq sahəsi və üzərində 163.24 kv/metrdən ibarət inşa olunmuş evlərdir. O, hər iki evi 14 fevral 2024-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatdan keçirib, mərhumların adlarına çıxarışlar alıbdır. Hazırda evlərdən birində yaşasada digər ikinci evin içinin kosmetik işləri aparılmadığından orada hələlik yaşamaq imkanı yoxdur. Valideynlərinin vəfatından sonra torpaq sahəsi və əmlaka görə bələdiyyə vergisini, o cümlədən də qaz, elektrik və telefondan istifadəyə görə onun tərəfindən vaxtlı-vaxtında ödənişlər aparıldığından heç bir borcu yoxdur. Vərəsələrdən qardaşı Maraqlı şəxs2, bacısı Qərənfil Nəcəfova və mərhum qardaşı Tofiq Nəcəfovun varisləri mirasın qəbulundan imtina barədə notarial qaydada ərizə veriblər. Lakin qardaşı Maraqlı şəxs9 və bacıları X23 və X1 miras əmlaklarla bağlı fikirlərini bildirmədiyindən o, məhkəmə qarşısında iddia qaldırmaq məcburiyyətində qalıbdır. O, miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün adına rəsmiləşdirmək istəyir. Buna görə də mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şahbuz rayon Notariat Ofisinə müraciət edibdir. Şahbuz rayon Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 11 nömrəli məktubunda mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, hazırda hər iki ev onun sahibliyindədir, evlərin birində hal-hazırda o, ailəsi ilə yaşayır, digərində isə təmir-bərpa işləri aparır, ikinci evin təmir işlərinin tamamlanması üçün kosmetik işlər qalıb, bacı və qardaşları ayr-ayrı yerlərdə yaşayırlar, o, Bakı şəhərində az bir müddət qalır, ilin əksər hissəsini Şahbuz rayonu, Kolanı kəndində yaşayır, mərhum ata və anası ilə yaşayıbdır, onların bütün ehtiyaclarını o, ödəyibdir, onların bütün problemləri ilə o məşğul olubdur, valideyinləri rəhmətə getdikdən sonra onlardan qalan evdə o yaşayıbdır, Şahbuz rayonu, Kolanı kəndində ata-anasından qalmış evdən başqa onun başqa evi yoxdur, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs1, Nəcəfov Vahı̇ d Məmməd oğlu, Əhmədova Qərənfı̇ l Məmməd qızı, Nəcəfova Nəcı̇ bə Rəşı̇ d qızı, Nəcəfov Ası̇ man Tofı̇ q oğlu, Nəcəfov Emı̇ l Tofı̇ q oğlu, Maraqlı şəxs7 Tofı̇ q oğlu, Zeynı̇ yeva Dı̇ larə Məmməd qızı və Maraqlı şəxs9 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçi tərəfindən dəvət olunan Şahid1 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, mərhum Maraqlı şəxs9 və C.Nəcəfovadan qalan evdə Söhbət müəllimin yaşadığını, Ərizəçi qardaş və bacılarının başqa yerdə yaşadıqlarını, onun 1972-ci ildə anadan olduğunu, özünü dərk edən vaxtdan Ərizəçi Şahbuz rayonu, Kolanı kəndində mərhum Məmməd Nəcəfova və C.Nəcəfova məxsus evdə yaşadığını gördüyünü, həmin vaxtdan indiyədək qonşu olduqlarını, onların yaşadığı evin kəndin içində olan körpünün yanındakı evin qonşuluğunda olduğunu, kənd yolunun alt hissəsində Ərizəçi yaşadığını, üst hissəsində isə onun yaşadığını, evlərinin arasında kənd yolu olduğunu, qonşuluqda olan evdə Ərizəçi ilə birlikdə atası X21 və anası X9 yaşadığını, Ərizəçi valdeyinlərinin sağlığında digər uşaqların köçüb getdiklərini, X21 və X9 vəfatından sonra həmin evdə Ərizəçi öz ailəsi ilə birlikdə yaşadıqlarını, X21 rəhmətə getdikdən sonra həmin evdə X17 və övladı Ərizəçi və ailəsinin yaşadığını, Ərizəçi ata-anasından qalmış evin təmir tikinti işləri ilə məşğul olduğunu, bir neçə köhnə tikililəri söküb yerində yenisini tikdiyini, tikintibərpa işləri nin hal-hazırda davam etdiyini bildirmişdir. Məhkəmədə ərizəçi tərəfindən dəvət olunan Şahid2 ifadəsində onun uşaqlıqdan Ərizəçi tanıdığını, onların əvvəldən qonşu olduqlarını, hal-hazırda da qonşu olduqlarını, evinin kənd mərkəzində yolun sağında yerləşdiyini, Ərizəçi evinin yolun aşağısında atasının evi ilə yanaşı olduğunu, özünün evinin də yolun yuxarı hissəsində yerləşdiyini, Ərizəçi valideyinləri X21 və X9 həmin evdə Ərizəçi ilə birlikdə yaşadıqlarını, X14 təxminən 2009-cu ildə rəhmətə getdiyini, Ceyran Nəcəfovanın isə 2014-cü ildə rəhmətə getdiyini, Ərizəçi tanıdığı vaxtdan ata-anası ilə birlikdə yaşadığını, digər ailə üzvlərinin sadəcə qonaq kimi gəlib-getdiklərini, Ərizəçi ailəsinin də həmin evdə yaşadığını, X21 rəhmətə getdikdən sonra həmin evdə C.Nəcəfova, Ərizəçi və onun ailəsinin yaşadığını, X19 rəhmətə getdikdən sonra isə həmin evdə Ərizəçi ailəsi ilə birlikdə yaşadıqlarını, digər bacı və qardaşlarının həmin evdə yaşamadıqlarını, Ərizəçi evin həyətində ağac əkdiyini, meyvə tərəvəz yetişdirdiyini, evin birinci mərtəbəsini təmir etdiyini, yeni su xətti çəkdirdiyini, bütün bu işlərin hamısını Ərizəçi özünün tək etdiyini, digər bacı və qardaşların bu işlərin görülməsində iştirak etmədiklərini, hal-hazırda da evin təmir-tikinti işinin davam etdiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, Naxçıvan MR, Şahbuz rayonu, Kolanı kəndində yerləşən 0.1323 ha olan torpaq sahəsi və 163.24 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X21 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 22/5 nömrəli reyestr kitabının 988 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********86-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan aydın olur ki, Naxçıvan MR, Şahbuz rayonu, Kolanı kəndində yerləşən 0.1211 ha olan torpaq sahəsi və 135.44 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X21 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 22/5 nömrəli reyestr kitabının 989 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********85-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2024). İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 357613 nömrəli nikah haqqında çıxarışdan görünür ki, X21 ilə X8 arasında nikah 04 aprel 2057-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra qadına “Nəcəfova” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ******* nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X21 25 avqust 2008-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 495680 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X11 28 noyabr 2014-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şahbuz Rayon Notariat Ofisinin Ərizəçi ünvanladığı 06 mart 2024-cü il tarixli, 11 nömrəli məktubdan görünür ki, mərhum X21 və X4 miras qalmış Şahbuz rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evlərinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ərizəçi tərəfindən Şahbuz Rayon Notariat Ofisinə müraciət daxil olmuş, bəzi vərəsələrin miras əmlaka münasibəti (mirasın qəbulu və ya imtina) barədə ərizələri təqdim edilmədiyindən bununla əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Ərizəçi tərəfindən notariat ofisinə ünvanlanmış 12 yanvar 2024-cü il tarixli, **********031 nömrəli ərizədən görünür ki, onun atası X21 xx.xx.2008-ci il tarixdə, anası X11 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, mərhumlardan miras qalmış və vərəsəlik yolu ilə ona çatası payları qəbul etmiş, adına qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən notariat ofisinə ünvanlanmış 12 yanvar 2024-cü il tarixli, **********496 nömrəli ərizədən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum atası X14 ölümündən sonra mirasdan ona düşən payını qəbul etməmiş və etmir, o gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən notariat ofisinə ünvanlanmış 25 yanvar 2024-cü il tarixli, **********204 nömrəli ərizədən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş mərhum anası X7 ölümündən sonra qalmış mirasdan ona düşən payını qəbul etməmiş və etmir, o gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəkdir. İş materiallarında olan Maraqlı şəxs4 tərəfindən notariat ofisinə ünvanlanmış 09 mart 2024-cü il tarixli, **********170 nömrəli ərizədən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X21 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X7 adına açılmış vərəsəlik işi üzrə mərhumdan miras qalmış və vərəsəlik yolu ilə ona çatası payları qəbul etməmiş, etmir və bu barədə heç bir iddiası olmayacaqdır. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan Maraqlı şəxs5 tərəfindən notariat ofisinə ünvanlanmış 13 yanvar 2024-cü il tarixli, **********464 nömrəli ərizədən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X21 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X7 ölümündən sonra ona çatan miras payından imtina etmiş, rəsmi və faktiki olaraq qəbul etməmiş, qəbul etmir, o, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İş materiallarında olan Maraqlı şəxs6 tərəfindən notariat ofisinə ünvanlanmış 12 yanvar 2024-cü il tarixli, **********032 nömrəli ərizədən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş babası X21 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş nənəsi X7 adına açılmış vərəsəlik işi üzrə mərhumdan miras qalmış və vərəsəlik yolu ilə ona çatası payları qəbul etməmiş, etmir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaqdır. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan Maraqlı şəxs7 tərəfindən notariat ofisinə ünvanlanmış 13 yanvar 2024-cü il tarixli, **********460 nömrəli ərizədən görünür ki, xx.xx.2008-ci ildə ölmüş X13 və xx.xx.2014-cü il tarixdə ölmüş X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 481487 nömrəli doğum haqqında çıxarışdan görünür ki, Maraqlı şəxs9 08 fevral 1987-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X11, ata qrafasında X21 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 265278 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X23 xx xxxx 1955-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X11, ata qrafasında X21 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 655351 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X16 xx xxxxxx 1961-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X11, ata qrafasında X21 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 418656 nömrəli doğum haqqında çıxarışdan görünür ki, X12 xx xxxxx 1963-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X11, ata qrafasında X21 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 497015 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X22 14 yanvar 2016-cı ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 610318 nömrəli doğum haqqında çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X11, ata qrafasında X21 qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan MR Şahbuz rayon Kolanı Bələdiyyəsi tərəfindən verilən 10 yanvar 2024-cü il tarixli, 20 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum atası X14 Kolanı kənd bələdiyyəsinə heç bir torpaq və əmlak borcu yoxdur. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Kolanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 06 mart 2024-cü il tarixli, 29 nömrəli arayışdan məlum olur ki, X2 rayonu, Kolanı kəndində yaşayıb və xx.xx.2014-cü il tarixdə vəfat edibdir. Mərhumun əri X21, oğlu Maraqlı şəxs2, oğlu X22, oğlu Maraqlı şəxs9, qızı Maraqlı şəxs1, qızı Maraqlı şəxs8, oğlu Ərizəçi və qızı Maraqlı şəxs3 ibarət vərəsələri vardır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Kolanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 06 mart 2024-cü il tarixli, 30 nömrəli arayışdan məlum olur ki, X5 rayonu, Kolanı kəndində yaşayıb və xx.xx.2008-ci il tarixdə vəfat edibdir. Mərhumun arvadı X11, oğlu Maraqlı şəxs2, oğlu X22, oğlu Maraqlı şəxs9, qızı Maraqlı şəxs1, qızı Maraqlı şəxs8, oğlu Ərizəçi və qızı Maraqlı şəxs3 ibarət vərəsələri vardır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Kolanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 06 mart 2024-cü il tarixli, 31 nömrəli arayışdan məlum olur ki, X6 rayonu, Kolanı kəndində yaşayıb və xx.xx.2016-cı il taixdə vəfat edibdir. Mərhumun arvadı Maraqlı şəxs4, oğlu Maraqlı şəxs7, oğlu Maraqlı şəxs5 və oğlu Maraqlı şəxs6 ibarət vərəsələri vardır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Kolanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 07 mart 2024-cü il tarixli, 35 nömrəli arayışdan məlum olur ki, X5 rayonu, Kolanı kəndində yaşayıb və xx.xx.2008-ci il tarixdə vəfat edibdir. Mərhumun oğlu Ərizəçi mərhuma məxsus olan evdə yaşayır. İş materiallarında olan Şahbuz Rayon Rabitə İdarəsi tərəfindən verilən 07 mart 2024cü il tarixli, 33 nömrəli arayışdan görünür ki, Ərizəçi adına Şahbuz rayonu Kolanı kənd X10 ***-**-** nömrəli sabit şəbəkə telefonu vardır. Vətəndaş Bakı şəhərində müvəqqəti yaşamaqla adına olan telefonun xidmət haqqını vaxtlı-vaxtında ödəyir, 01 mart 2024-cü il tarixinə rabitə xidmətindən heç bir borcu yoxdur. İş materiallarında olan Şahbuz Rayon Elektrik Şəbəkəsi tərəfindən verilən 07 mart 2024-cü il tarixli, 36 nömrəli arayışdan məlum olur ki, Şahbuz rayonu, Kolanı kəndində abonent kodu ********* Ərizəçi hazırki dövrə qədər Şahbuz rayonu, Kolanı kəndində onun adına olan elektrik sayğacında heç bir enerji borcu yoxdur və vaxtlı-vaxtında ödəniş aparmışdır. İş materiallarında olan Şahbuz Rayon Qaz İstismar İdarəsi tərəfindən verilən arayışdan məlum olur ki, Bakı şəhərində yaşayan Ərizəçi Şahbuz rayonu, Kolanı kəndində yerləşən ********* nömrəli qaz abonent kodunda olan 06069471 nömrəli qaz sayğacının abonentidir. Mart 2024-cü il tarixədək istehlak etdiyi təbii qazın həcminə görə vəsasiti Naxçıvan MR Qaz İstismar Xidmətinin hesabına vaxtında köçürmüşdür, borcu yoxdur. Məhkəmə toplanmış sübutlara, ərizəçinin izahatına, maraqlı şəxslərin ərizələrinə, eyni zamanda şahid ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə X21 və X4 miras qalmış Şahbuz rayonu, Kolanı kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.1323 ha torpaq sahəsindən və üzərində yerləşən 163.24 kv.m olan fərdi yaşayış evindən, həmçinin Şahbuz rayonu, Kolanı kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.1211 ha torpaq sahəsindən və üzərində yerləşən 135.44 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakların Ərizəçi tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, X21 2008-ci il tarixdə və X11 2014-cü il tarixdə vəfat etdikdən sonra onlardan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə onların adına qeydiyyata alınmış Şahbuz rayonu, Kolanı kəndində yerləşən həyətyanı torpaq sahələri və üzərində yerləşən yaşayış evləri miras qalmış, miras qoyanların ölməsi ilə vərəsəlik açılan gündən onların oğlu Ərizəçi miras qalmış həyətyanı torpaq sahələri və üzərində yerləşən yaşayış evlərinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi X13 və X4 qalmış miraslara yiyələnməklə həmin mirasları qəbul etmişdir. Belə ki, mülki işə əlavə edilmiş Şahbuz Rayon Elektrik Şəbəkəsinin və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin arayışlarından Şahbuz rayonu, Kolanı kənd sakini Ərizəçi atası X13 və anası X7 vəfatından sonra onlardan miras qalmış miras evdə elektrik enerjisi və istehlak etdiyi təbii qazın sərfinə görə ödənişlər etməsi, eyni zamanda şahid ifadələri ilə miras əmlakların təmir-tikinti işlərinin Ərizəçi tərəfindən aparılması və təsərrüfatın idarə edilməsi müəyyən olunur ki, bununla da iddiaçı Ərizəçi mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin mirası qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin qeyd edilən Məcəllənin 1246-ci maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıqaşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə ilk olaraq maddi hüquq normalarının tətbiqi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “26” dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunur ki, miras qoyan X11 28 noyabr 2014-cü il tarixdə, digər miras qoyan X21 isə 25 avqust 2008-ci il tarixdə vəfat etdiyindən, yəni miras qoyanlarla iddiaçı arasında hüquq münasibətləri həmin tarixdə yarandığından, hazırki iş üzrə 2000-ci il sentyabr ayının 1-dən qüvvədə olan Mülki Məcəlləsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, X21 və X4 miras qalmış Şahbuz rayonu, Kolanı kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.1323 ha torpaq sahəsindən və üzərində yerləşən 163.24 kv.m olan fərdi yaşayış evindən, həmçinin Şahbuz rayonu, Kolanı kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.1211 ha torpaq sahəsindən və üzərində yerləşən 135.44 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakların Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli, ərizə verilən zaman ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X21 və X4 miras qalmış Şahbuz rayonu, Kolanı kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.1323 ha torpaq sahəsindən və üzərində yerləşən 163.24 kv.m olan fərdi yaşayış evindən, həmçinin Şahbuz rayonu, Kolanı kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0.1211 ha torpaq sahəsindən və üzərində yerləşən 135.44 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakların Ərizəçi tərəfindən qəbulu faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-87/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-87/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver