Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-91/2024 07.05.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı̇ Vaqı̇ f oğlunun, cavabdehlər Cavabdeh1 nümayəndəsi X2 və Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı̇ Vaqı̇ f oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı işə bərpa tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı̇ Vaqı̇ f oğlu iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 tabeliyində olan Cavabdeh2nə musiqi müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı̇ Vaqı̇ f oğlu vəsatət təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı işə bərpa ilə bağlı iddia qaldırdığını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı̇ Vaqı̇ f oğlunun vəsatəti təmin edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı̇ Vaqı̇ f oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı̇ Vaqı̇ f oğluna geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-91/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-91/2024
07.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver