Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-92/2025 08.05.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi Bağır qızının və Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Bağır qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bağır qızı ərizə ilə məhkəməyə müraciət edərək Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında yerləşən 2000.00 m2 torpaq sahəsinin özünün, yəni Ərizəçi Bağır qızının faktiki sahibliyimdə və istifadəmdə olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəşi Ərizəçi Bağır qızı ərizəsində göstərmişdir ki, mən – Ərizəçi Bağır qızı ailəmlə birlikdə ünvan 1 ünvanda 2000.00 m2 torpaq sahəsi və fərdi yaşayış evi mövcuddur. Mən 1988-ci ildə Şahbuz Rayon XDS İcraiyyə Komitəsinə (Şahbuz Rayon İcra Hakimiyyəti) müraciət etmişəm. Sözügedən torpaq sahəsi mənim istifadəmə verilmişdir. Lakin bununla bağlı əlimdə rəsmi sənəd yoxdur. Mən 1988-ci ildən həmin evdə yaşayır və torpaq sahəsindən istifadə edirəm. Həmin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müvafiq orqanlara sorğu göndərmişəm. Sorğuya cavab olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən sorğuma cavab verərək Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında faktiki istifadəmdə olan 2000.00 m2 torpaq sahəsinin mövcudluğu, həmin torpaq sahəsində fərdi yaşayış evinin mövcudluğu, torpaq sahəsinin mülkiyyətdə olması barədə şöbədə məlumatın olmadığı qeyd edilmişdir. Həmin torpaq sahəsindən istifadə hüququmun tanınması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıdakı səbəblərdən də halhazırda uzun müddətdir faktiki istifadəmdə olan torpaq sahəsindən istifadə hüququmun tanınması ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbim ilə bağlı istinad etdiyim fakt və halların siyahısı: Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 02/4 nömrəli arayışı, Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu, Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 3/169 nömrəli arayışı. Ərizəçi Bağır qızı məhkəməyə ərizə ilə müraciət edərək hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət etdiyini, ərizəsində texniki səhvliklə Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında yerləşən 2000 m2 torpaq sahəsinin özünün faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi olaraq qeyd etdiyini, göstərilənləri nəzərə alıb ərizəsində dəqiqləşdirmə aparılaraq Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında yerləşən 1000 m2 torpaq sahəsinin və 120 m2 fərdi yaşayış evinin özünün faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(090)-92/2025 nömrəli qərardadı ilə Ərizəçi Bağır qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin qəbul olunması və hazırki mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi, mülki işə Ərizəçi Bağır qızının Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında yerləşən 1000 m2 torpaq sahəsinin və 120 m2 fərdi yaşayış evinin onun faktiki sahibliyində və istifadəsində olması faktının müəyyən edilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iclasında Ərizəçi Bağır qızı izahatında 1987-ci illərdə torpaq sahəsinin ayrıldığını, həmin tarixdən orada yaşadığını, torpağı Şahbuz rayonu, Kəndşahbuz kəndində Səməd Vurğun savxozundan aldıqlarını, Quliyev Əsgər adlı üzümçülük savxozunun müdürünün qərarı ilə torpağın verildiyini, yoldaşının 2023-cü ildə rəhmətə getdiyini, torpağın ev tikmək və yaşamaq üçün verildiyini, torpağı hal-hazırda istifadə etdiyini, ailədə yeddi nəfər ailə üzvü olduğunu, yaşadıqları zaman özü, yoldaşı və beş uşaq olmaqla yeddi ailə üzvü olduqlarını, köçdükləri zaman isə üç nəfər olduqlarını, ilk zamanlar 1979-cu ildə qaynatasıgildə yaşadıqlarını, sonra isə həmin torpaq sahəsində torpaqda ev tikərək köçdüklərini, torpaq sahəsinin boş olduğunu, yoldaşının adının X4 olduğunu, yoldaşının 2023-cü ildə rəhmətə getdiyini, torpaq sahəsinin hansı orqan tərəfindən verildiyini bilmədiyini, köçdükləri zaman ailədə yoldaşı, özü və böyük qızı Nazimənin olduqlarını, dörd övladının həmin evdə doğulduğunu, digər övladlarının adlarının Kəramət, Əfsanə, Rəxşəndə və Səxavət olduğunu, evi və torpaq sahəsini sənədləşdirmədiklərini, köhnə torpaq sənədini məhkəməyə təqdim etdiyini, hər hansı bir orqan tərəfindən orada yaşamaları ilə bağlı etiraz olunmadığını bildirmiş, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında ərizənin təmin edilməsinə etirazlarının olmadığını, bununla bağlı icra hakimiyyətində heç bir rəsmi sənədin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsini və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə maraqlı şəxslər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi və Naxçıvan Muxtar Respublikası Şahbuz Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid1 izahatında 1990-cı ildə ərizəçinin yaşadığı yerə köçdüyünü, gəlib Ərizəçi orada gördüyünü, ona da həmin yerdən torpaq sahəsi verildiyini, torpaq sahəsində ev tikərək yaşadığını bildirmiş. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq isə 800 m2 torpaq sahəsinin ona verildiyini, Ərizəçi, yoldaşı X1 və qızları Nazimənin orada yaşadığını, sonradan dörd uşaqları olduğunu, hal-hazırda da Ərizəçi orada yaşadığını, Ərizəçi ilə yaxın qonşu olduqlarını, torpağı savxozdan aldıqlarını, onun aldığı zaman 800 m2 verildiyini, əvvəllər isə 1000 m2, 1200 m2 torpaq sahələri verildiyini, torpaq sahəsinin Səməd Vurğun savxozu tərəfindən verildiyini bildirmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən Şahid2 Ərizəçi ilə yaxın qonşu olduqlarını, evlərinin arasında bir ev yerləşdiyini, 1990-cı ildə torpaq verildiyini, ev tikərək oraya köçdüyünü, həmin zaman Ərizəçi orada yaşadığını, Ərizəçi özünün, yoldaşının və uşaqlarının orada yaşadıqlarını, ona kalxozdan 1000 m2 torpaq sahəsi ayrıldığını, torpağının sənədlərinin olduğunu, Ərizəçi torpaq sahəsinin 1000 m2-dən artıq olduğunu, ərizəçinin torpaq sahəsinin savxoz tərəfindən verildiyini, həmin zamandan ərizəçinin torpaq sahəsindən istifadə etdiyini və hal-hazırda orada yaşadığını bildirmişdir. İş materiallarında olan 28.08.90-cı il tarixli Naxçıvan MSSR Texniki İnvertarlaşdırma bürosunun arayışa əsasən X1 Şahbuz qəsəbəsində istifadəsində 1000 km torpaq sahəsinin olması müəyyən edilir. İş materiallarında olan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 istifadədə olan 2000.00 m2 torpaq sahəsinin mövcud olduğu, lakin onun mülkiyyətində olması barədə şöbələrində heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 02/4 nömrəli arayışı ilə Şahbuz Rayon Dövlət Arxivində mühafizə olunan Şahbuz Rayon XDS İcrayyə Komitəsinin (Şahbuz rayon İcra Hakimiyyəti) əmr-sərəncam və iclas protokollarına baxış zamanı Ərizəçi Bağır qızının adına torpaq sahəsinin verilməsi haqqında heç bir məlumatın olmadığı müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Şahbuz Rayon Şahbuz Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı ilə Ərizəçi Bağır qızının Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında 1988-ci ildən yaşaması, halhazırda onun istifadəsində olması, Şahbuz Bələdiyyəsinin yarandığı bu günə kimi şəxsin adına torpaq sahəsinin verilməmiş olması, şəxsin adın yeni heç bir torpaq sahəsinin verilməməsi müəyyən olunur. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 3/169 nömrəli arayışı ilə Ərizəçi Bağır qızının Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında yaşaması müəyyən olunur. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Şahbuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 aprel 2025-ci il tarixli, 3/289 nömrəli arayışı ilə Ərizəçi Bağır qızının Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında 120 kvadratmetr fərdi yaşayış evinin olması, 1987-ci il tarixdən həmin ünvanda 2000 m2 torpaq sahəsindən istifadə etməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə iddiaçı İsmayılova X3 rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatına, şahidlərin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi Bağır qızı 1987-ci il tarixdən ona və ailə üzvlərinə ayrılmış 2000 m2 torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Ona görə də Ərizəçi Bağır qızının həmin torpaq sahəsinə və fərdi yaşayış evinin onun qanuni sahibliyi və istifadəsində olması faktı məhkəmə tərəfindən müəyyən (təsdiq) edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Şahbuz rayon şöbəsinin 13 yanvar 2023-cü il tarixli, 02/08 nömrəli məktubu ilə Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında Ərizəçi Bağır qızının faktiki istifadəsində 2000 m2 torpaq sahəsinin və fərdi yaşayış evinin olması müəyyən olunsa da, haliyədə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilmir və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlərin ifadələrindən, eyni zamanda iş materiallarında olan sənədlərdən Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında yerləşən 1000 m2 torpaq sahəsinin və fərdi yaşayış evinin Ərizəçi Bağır qızının sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin maraqlı şəxslərin hər hansı mübahisəsi və tələbi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında yerləşən 1000.00 (bir min) m2 torpaq sahəsinin və 120 (bir yüz iyirmi) m2 fərdi yaşayış evinin Ərizəçi Bağır qızının sahibliyi və istifadəsində olması faktı təsdiq olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarına istinad etmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Şahbuz rayonu, Şahbuz şəhəri, Azərbaycan küçəsi, ev 31 ünvanında yerləşən 1000.00 (bir min) m2 torpaq sahəsinin və 120 (bir yüz iyirmi) m2 fərdi yaşayış evinin Ərizəçi Bağır qızının sahibliyi və istifadəsində olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-92/2025
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-92/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver