Məhkəmə qərarları › İş №2(090)-96/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-96/2021

24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-96/2021 24.06.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonun Gabud kəndində doğulması, atası X12 və anası X7 olması (qohumluq) faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi bildirmişdir ki, o xx xxxx 1971ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Gabud kəndində anadan olmuşdur. 1973-cü ildə o ailəsi birlikdə Şahbuz rayonu, Gömür kəndinə köçüb və həmin kənddə yaşayıbdır. O, bəzi sənədləşmə işləri ilə əlaqədar notariusa müraciət edibdir və ondan doğum haqqında şəhadətnamə tələb edilibdir, lakin doğum haqqında şəhadətnaməni itirdiyindən o, sənədləşmə işlərini apara bilməyibdir. Yenidən doğum haqqında şəhadətnamə almaq üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Şöbəsinə müraciət edibdir, onun müraciətinə 16 aprel 2021-ci il tarixdə verilən cavabda xx xxxx 1971-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək olan dövrə aid "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatlarına dair ümumrespublika elektron məlumat bankı“na daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamaların aparıldığı, lakin doğum haqqında şəhadətnamənin aşkar olunmadığı bildirilmişdir. Şahbuz rayon Qevdiyyat Şöbəsinə etdiyi müraciətə isə 15 aprel 2021-ci il tarixdə 9 nömrə ilə verilən cavabda heç bir təsdiqedici sənəd təqdim edə bilmədiyindən doğum haqqında akt qeydinin bərpa olunmasının qanuna zidd olması, bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hər hansı bir işlə bağlı müəyyən dövlət qurumlarına müraciət edəndə ondan doğum haqqında şəhadətnamə tələb olunur. Hazırda Ermənistan Respublikası ilə onların münasibətlərinin olmadığı üçün o doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Buna görə də o məcbur qalıb məhkəməyə müraciət edibdir. Onun xx xxxx 1971-ci ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Gabud kəndində anadan olması və atası X12, anası isə X2 olmasını onun məhkəməyə təqdim etdiyi şahidlər də təsdiq edə bilərlər. Sonda ərizəçi göstərilənləri nəzərə alaraq ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X8 izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır, bacısı yaşca ondan böyükdür bacısı 1971-ci il təvəllüdlüdü o, isə 1979-cu il təvəllüdlüdür, ataları X12 və anaları isə X4r, onların uşaqlıqları bir yerdə keçibdir, onlar bir yerdə Şahbuz rayonu, Gömür kəndində yaşayıb böyüyüblər, hal-hazırda bir yerdə yaşayırlar. Şahid S.Şahquliyev verdiyi ifadəsində həqiqətən Ərizəçi atası X12 və anası isə X2 olması faktının təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X13 izahatında bildirdi ki, Ərizəçi anadan olandan tanıyır, o 1985-ci ilin aprel ayının 20-dən Şahbuz rayonu, Gömür kəndində yaşayır, Tacirə ailəsi ilə birlikdə 1973-cü ildən Şahbuz rayonu, Gömür kəndinə köçüblər, əvvəl isə onlar ermənistan ssr Əzizbəyov rayonu, Gobud kəndində yaşayıblar, o özü isə ermənistan ssr Əzizbəyov rayonu, Gömür kəndində anadan olubdur, kəndləri yaxın olubdur, ona görə də hamı bir-birini tanıyıbdır, xeyr şərləri biryerdə olubdur, rəhmətli Misir əmi ailəsi ilə, yəni rəhmətli Surayyə xala Misir əmin yoldaşı, onların övladları Tacirə, Nizami, Rahilə, rəhmətli Vidadi, Taryel 1973-cü ildə Şahbuz rayonu, Gömür kəndinə köçüblər, o vaxtdan da həmin kənddə yaşayıblar. Şahid H.Behbudzadə verdiyi ifadəsində həqiqətən Ərizəçi atası X12 və anası isə X2 olmasını təsdiq etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X20 izahatında bildirdi ki, Tacirə mərhum xalaoğlusu Misir və dayıqızısı Surayyənin qızıdır, o özü ermənistan ssr Əzizbəyov rayonu, Gömür kəndində anadan olub və həmin kənddə yaşayıbdır, onlar qonşu kəndli olublar, xalaoğlu və dayıqızısı ermənistan ssr Əzizbəyov rayonu, Gobud kəndindəki evinə tez-tez gedib-gəlibdir, Tacirənidə Misir və Surayyənin qızı kimi tanıyıbdır, sonra onlar ermənistan ssr Şahbuz rayonu, Gömür kəndinə köçüblər, hal-hazırda Tacirə və qardaşbacıları ilə də qohum kimi əlaqələri yaxındır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Maraqlı şəxsnə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən ərizəçinin xx.xx.1971-ci ildə Ermənistan, Əzizbəyov rayonunda doğulması, Şahbuz rayonu, Gömür kəndində qeydiyyatda olması və adının Ərizəçi olduğu görünür. İş materiallarına əlavə edilmiş Şahbuz rayon İcra Hakimiyyəti Gömür kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 75 nömrəli, 14 iyun 2021-ci il tarixli arayışa əsasən, Şahbuz rayonu, Gömür kəndində qeydiyyatda olan Ərizəçi aşağıdakı ailə üzvləri vardır:

1. X12 - atası – vəfat edibdir.

2. X7 - anası – vəfat edibdir;

3. X23 oğlu – qardaşı;

4. X24 oğlu – qardaşı – vəfat edibdir;

5. X18 qızı- bacısı;

6. X19 qızı- bacısı;

7. X29 oğlu – qardaşı;

8. X25 oğlu – qardaşı

9. X30 oğlu – qardaşı 10.X22 oğlu - qardaşı. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş İV-jp seriyalı, 299172 nömrəli ölüm haqqında çıxarışa əsasən, X12 12 yanvar 1992-ci il tarixdə qaraciyər serrozu səbəbindən vəfat etmişdir, bu barədə ölüm kitabının 01 səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı, 165901 nömrəli ölüm haqqında çıxarışa əsasən, X7 26 yanvar 2010cu il tarixdə ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir, bu barədə ölüm kitabının 01 səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli doğum haqqında çıxarışa əsasən, X8 02.07.1979-cu ildə Şahbuz rayonu, Gömür kəndində anadan olmuş və bu barədə doğum kitabının 11-ci səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Şahbuz rayon Polis şöbəsi tərəfindən 16 iyun 2021-ci il tarixli, 7/1674 nömrəli müşaiyət məktubu ilə göndərilmiş Ərizəçi barəsində tərtib edilmiş köhnə nümunəli sovet pasportunun forma №1 kartoçkasınının təsdiq edilmiş surətinə əsasən, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan, Əzizbəyov rayonu, Gobud kəndində doğulması, atası X12, anası X7 olması müəyyən olunur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli, 02 nömrəli arayışa əsasən, Ərizəçi barəsində Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında xx.xx.1971-ci il tarixdən 16.04.2021-ci tarixədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair ümumrespublika elektron məlumat bankı”nda doğum-akt qeydiyyatı tapılmamışdır. Məhkəmə ərizəçinin izahatına, şahidin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı şahidlər X8, X13 və X16 izahatlarından, eyni zamanda iş materiallarında olan sənədlərdən ərizəçi X3 xx xxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonu, Gabud kəndində doğulması, atası X12 və anası X2 olması öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə hesab edir ki, ərizə təmin olunmalı, X3 xx xxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonu, Gabud kəndində doğulması, atası X12 və anası X2 olması olması faktı təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. X3 xx xxxx 1971-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonu, Gabud kəndində doğulması, atası X12 və anası X2 olması (qohumluq) faktı təsdiq olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar