Məhkəmə qərarları › İş №2(094)-116/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-116/2024

02.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-116/2024 02.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X19 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh «X15» publik hüquqi şəxsinə qarşı “intizam tənbehinə cəlb olunma barədə əmrin qanunsuz hesab edilməsi və «töhmət» növündə intizam tənbehinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «X15» publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X15” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalov tərəfindən 26 dekabr 2023-cü il tarixli 18-1-16/3-1085/2023 saylı intizam tənbehinə cəlb olunmağı barədə əmrin qanunsuz hesab edilməsi və “töhmət” növündə intizam tənbehinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən “Həkimlərin Mərkəzləşdirilmiş qaydada işə qəbulu” bir ştat vadidi üzrə “X15” Publik Hüquqi şəxsində - şüa diaqnoztika həkim vəzifəsinə təyin edilərək göndərilmiş, həmin vaxtdan orada həkim vəzifəsində işləyir. “X15” Publik Hüquqi şəxsində 2015-ci ildən bu günə kimi işlədiyim müddətdə heç bir qüsuru olmamışdır. Həkim vəzifəsini icra edərkən istər müayinə üçün müraciət edən xəstələrə, istərsə də iş kollektivinə hər zaman məsuliyyəti ilə yanaşmışdır. 2021-ci ilin ortalarında X10 “X15” Publik Hüquqi şəxsinə direktor vəzifəsinə gəlmişdir. Bir müddət normal münasibətlərdə işlədikdən sonra mərkəzin direktoru Azər Zeynalovun ona qarşı qərəzli yanaşmaları ilə qarşı-qarşıya qalmışdır. Azər Zeynalov direktor vəzifəsinə gəldikdən bir müddət sonra direktor müavini Elşən Həşimov özünə məxsus müayinə sənədini (forma 86) müayinə etmədən sağlamdır yazılması üçün göndərmişdir. O isə bunu qəbul etməyərək şəxsin müayinədən keçməli olduğunu bildirmişdir. Bütün qərəzli yanaşmalar da elə bundan sonra başlamış oldu. “X15” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalova da dəfələrlə bildirmişdir ki, ondan heç bir qanunsuz hərəkətlərin edilməsini tələb etməsin. Belə ki, xx.xx.2023-cü ildə vətəndaş Telman Eyvazov tərəfindən barəmdə əsassız və qanunsuz olaraq olan şikayəti araşdırmadan Təbibə göndərmişdir. Hadisənin qısa şərhi belədir ki, onun tibb mərkəzində iş saatı 14:30-da bitir. Hadisə baş verən günü evə getmək üçün hazırlaşıb bütün cihazları söndürmüşdür. Otaqdan çıxıb evinə getmək istədikdə kabinetin qarşısında olan bir şəxs müayinə olunması üçün uşağını gətirdiyini bildirdi. Vətəndaş müraciət etdiyində saat 14:46 idi. O da öz növbəsində iş saatının bitdiyini və cihazların sönülü olduğunu bildirmişdir. Eyni zamanda, evinə tələsdiyini bildirərək, müayinə üçün səhər gəlməsini deyib. Həmin vaxt vətəndaş tərəfindən heç bir cavab almamış, çıxıb getmişdir. Hadisə baş verən zaman övladı burun-boğazdan əməliyyat olmuşdu və o. ana kimi övladının yanına da tələsirdi. Daha sonra yolda olarkən direktor Azər Zeynalov onun mobil telefonuna “whatsapp” vasitəsi ilə yazaraq bildirdi ki, iş saatı bitmiş olsa da “xəstə şəhid ailəsidir ona baxmaq lazımdır, bizə ayib olar.” O, bunu bilmirdi. Bunu bildikdən sonra iş saatının bitməsinə baxmayaraq, şəhid ailəsinə köməklik göstərmək üçün mərkəzə geri qayıtmaq qərarına gəlmişdir. Mərkəzə daxil olmuş və xəstəni müayinə etmək istədiyini demiş, bu zaman uşağın babası və nənəsi onun ünvanına naləyiq ifadələr işlədərək təhqir və təhdid etməyə, eyni zamanda onu işdən çıxartdıracağını söyləyərək səs-küy edirdi. O, sakinliyini qoruyaraq bildirmişdir ki, övladı əməliyyat olunub, evdə təkdir və iş saatı da bitdiyi üçün evinə tələsirdi. Lakin vətəndaş buna heç bir məhəl qoymayaraq səs küy yaratmağa davam etmişdir. Bütün bundan sonra direktor Azər Zeynalov bu hadisə barədə təbibə məlumat verərək araşdırma aparılmasını istəmişdir. Hadisə ilə bağlı təbibə dəvət edilmiş, izahatı alınmış, onu dinləyərək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmişdir. Heç bir qanun pozuntusu etmədiyi, şikayətin qanunsuz və əsassız olduğu məlum oldu. Bundan sonra 2023-cü ilin dekabr ayının əvvəllərində X12 və X7 tərəfindən edilmiş əsassız şikayətlərə görə “X15” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalov onun barəsində töhmət növündə intizam tənbehinə cəlb olunmağı barədə əmr vermişdir. Belə ki, Cavid Həsənli 2023-cü ilin dekabr ayının əvvəllərində öz qızının döş qəfəsi orqanlarının rentgen qrafıyası müayinəsi üçün müraciət etmişdi. Xəstə sağlam olmuşdur. Həmin vaxt növbədə olan qol nahiyyəsində sınıq ilə bağlı rentgen qrafıyası ilə müraciət edən ağır xəstə var idi. Onu da qeyd edir ki, həmin vaxt növbədə iki şəxs olmuşdur. Ona görə də həmin vaxt növbədə olanların heç bir etirazı olmadan qolundan sınıq olan xəstəyə tərəfindən öncəlik verilmişdir. Müayinə prosesi sadəcə sınığın yerdəyişməsinin müəyyən olunmasından ibarət olduğundan təxminən 2-3 dəqiqə zaman almışdır. Onlar otağa daxil olduqdan sonra digər növbədə olan şəxs X12 etirazlar etmiş, bunu eşidən mühafizə dərhal şəxsi şikayət yazması üçün yönləndirmişdir. Buradan açıq aşkar məlum olur ki, ona qarşı birmənalı olaraq qərəzli yanaşma vardır. Bu hadisədə onun əmək funksiyasında hər hansı qüsuru olmamışdır. Bundan başqa, 2023-cü ilin dekabr ayının əvvəllərində “X15” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalovun onun barəsində töhmət növündə intizam tənbehinə cəlb olunmağı barədə əmrin verilməsinə səbəb olan digər şikayət etmiş vətəndaş X7 isə dövrü tibbi müayinədən keçmək üçün müraciət etmişdir. Müraciət edən xəstələrin sayının çox olması səbəbindən xəstəxananın dirktoru Azər Zeynalov ilə məsləhətləşmişdik ki, dövrü tibbi müayinə üçün müraciət edən xəstələrə saat 13:00-dan sonra baxsınlar, saat 13:00-a kimi isə nisbətən ağır və çox ağır xəstələri müayinə etsinlər. Bu sadəcə sözdə olan daxili qərar əsasında olmuşdur. Ona görə də obilqat həkimi tərəfindən X4 müayinə üçün saat 13:00-dan sonra yaxınlaşması bildirilmişdir. Bundan sonra Pərvanə Mirzəyeva etirazlar bildirmişdir. Həmin vaxt növbədə olan ağır xəstələr qəbul edildiyi üçün Pərvanə Mirzəyevanın dərhal müayinəsi tərəfindən mümkün olmamışdır. Şəxs həmin gün 13:00dan sonra müayinə olunmağına baxmayaraq, əsassız olaraq ondan şikayət yazmış və guya kobud davranmışdır. Lakin bu tamamı ilə əsassızdır, belə bir hal olmamışdır. Çünki o, müayinə üçün gələn xəstələrlə birbaşa və ya qarşılıqlı ünsiyyətdə olmur. O, vəzifəsini pult otağından yəni şüşə arxasında idarə edirək xəstələri müayinə edir. Hər iki şəxsin yəni X6 və X2 əsassız şikayətləri barədə izahatları alınmışdır. Bütün bu olanlar ona əsas verir ki, şəxsinə qarşı qərəzli yanaşma olduğunu bildirsin. “Töhmət” növündə intizam tənbehi verildikdən sonra əmr ilə tanış olduqda etirazını bildirirək qeydlərini aparmış və məhkəməyə müraciət edəcəyini yazılı şəkildə qeyd edərək bildirmişdir. Ona görə də bu mübahisənin həlli üçün məhkəməyə müraciət edir. Yuxarıda qeyd etdiklərindən də görünür ki, “X15” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalovun ona qarşı qərəzli yanaşması vardır. Ona bunu deməyə əsas verən odur ki, mərkəzin direktoru vətəndaşlar tərəfindən barəsində əsassız və qanunsuz şikayətləri araşdırmadan, şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almadan, xəbərdar edilmədən, barəsində töhmət növündə intizam tənbehinə cəlb olunma barədə əmr vermişdir) “X15” Publik Hüquqi şəxsinin direktoru Azər Zeynalovun ona qarşı qərəzliliyi onda görünür ki, barəsində ilkin şikayət olunanda həmin şikayətin araşdırılmasını təbibə yönəltmiş, təbib isə barəsində olan şikayətin heç bir əsasının olmamasını müəyyən etmişdir. Lakin bu dəfə direktor heç bir araşdırma etmədən və şikayətləri yuxarı orqana həvalə etmədən barəsində töhmət növündə intizam təhbehinə cəlb olunma barədə əmr vermişdir. Həmin mərkəzdə işlədiyi müddətdə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmişdir. Müayinə üçün müraciət edən xəstələr ilə birbaşa və ya digər halda heç bir ünsiyyətdə olmur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh «X15» publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçıya verilmiş töhmət intizam tənbehi əsasən iki vətəndaş şikayəti ilə bağlıdır. Onlardan biri Pərvanə Mirzəyavdır. Pərvanə xanım ayın 5də X13 forma 83 arayışı almaq üçün müraciət etmiş, lakin həmin gün 6 müayinədən keçsə də, rentgen müayinəsindəən ayın 7-si keçmişdir. Vətəndaş şikayət yazaraq, həkim İddiaçı tərəfindən 3 gün qapıda gözlədildiyini və ona arayışın verilməsinin ləngidildiyini bildirmişdir. Bu məsələ inzibati məsələlər üzrə direktor müavini Elşən bəy tərəfindən də araşdırılaraq müəyyən edilmişdir. Digər şikayət isə 04 dekabr tarixində həkim tərəfindən növbədənkənar xəstənin qəbul edilməsi ilə bağlıdır. Belə ki, vətəndaş şikayət edərək bildirmişdir ki, rentgen qəbulunda növbəsi olmasına baxmayaraq, başqa şəxs qəbul edilmiş, həkim Xəyalə və tibb bacısı Aygün xanım çıxaraq ona qışqırıb, “özüm bilərəm, get hara istəyirsən şikayət elə” demiş, kobudluq etmişdir. İddiaçı barəsində çoxsaylı şikayətlər olur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «X15» publik hüquqi şəxsinin nümayəndəsi X14 izahatında bildirdi ki, İddiaçı dəfələrlə vətəndaş şikayətləri olur. Bununla bağlı, Xəyalə xanımla dəfələrlə danışıqlar aparılmış, şifahi xəbərdarlıq edilmiş, lakin nəticəsi olmamışdır. İddiaçının növbədənkənar buraxdığı xəstə Əhməd Əhmədov da onların işçiləridir. Ə.Əhmədov müraciətindən 10-15 gün əvvəl qolunu sındırmış və təkrar müayinəyə gəlmiş, hər hansı həyati təhlükəsi olmamışdır. Əlavə etdi ki, X15 öz qazancını müayinəyə gələn vətəndaşlarla təmin edir. Həkimin bu cür davranışları, xəstələrin tibb mərkəzindən uzaqlaşmağına səbəb olur, bu da tibb mərkəzinə ziyan vurur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixində işdə olduğu vaxt rentgen kabinetinin qabağında 1-ci postda idi. Xəstə ilə həkim arasında insident yaranmışdır. Həkim xəstənin növbəsi ola-ola öz tanışını ad ilə çağıraraq növbəsiz otağa salmışdır. Həkim xəstə arasında mübahisə yaranmışdır. Xəstə həkimə dedi ki, mənim növbəmdir. Həkim isə xəstəyə “özüm bilərəm, içəri kimi çağırıram”. Onlar xəstəni nə qədər sakitləşdirsələr də, qane olmadı və rəhbərliyə şikayət etmək istədi. Onlar da direktor köməkçisinə yönəltmişlər. Vətəndaş Şirzad müəllimin otağında izahat yazarkən həkim İddiaçı da içəri daxil olaraq əsəbi vəziyyətdə xəstənin üstünə qışqıraraq “get hara istəyirsən şikayət et mən heç kimdən qorxmuram” demişdir. Digər Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixində 1-ci postda olduğu zaman bir vətəndaşla insident yaranmışdır. Onlar vətəndaşı başqa vətəndaşlara narahatlıq yaratmamaq məqsədilə rentgen otağının yanından uzaqlaşdırmış, direktor köməkçisinin otağına aparmışlar. Sonradan bildiyinə görə həkim İddiaçı ilə vətəndaş arasında növbə üzərində insident yaranmışdır. Digər şahid X3 ifadəsində göstərdi ki, 3-cü postda xidmətdə idi. Səs-küy eşidib 1-ci posta gəlmişdir. Həkim İddiaçı ilə vətəndaş arasında olan mübahisəni görməsə də, şikayət edən vətəndaşı otağa gətirmişlər. Vətəndaş onun növbəsinə Xəyalə doktorun başqa adamı salmasını bildirdi. Orxan ona bildirdi ki, həqiqətən vətəndaşın növbəsi idi, doktor onun növbəsinə başqasını qəbul edib. Deyib ki, öz işimdi kimi istəsəm qəbul edərəm. Sonra həmin vətəndaş şikayət ərizəsi yazıb. Şirzad müəllim direktor köməkçisinin otağına getdi. O da otaqda idi. Vətəndaş ərizə yazıb. Köməkçinin otağı kobud şəkildə burdan aralıydı və Xəyalə doktor irəli kobud şəkildə vətəndaşla yenidən mübahisə etdi. Bərkdən qışqıra-qışqıra dedi ki, “mən eləmişəm, tibb bacısının burda günahı yoxdur. Düz eləmişəm, özüm bilərəm kimi qəbul edirəm kimi qəbul etmirəm”. Qapı açıq idi, səsi koridorda olan camaat və mühafizəçilər eşidirdi. Xəyalə doktor otaqda az qaldı ki, vətəndaşın üstünə cumsun. Heç kimə məhəl qoymadan, hörmət qoymadan baxmayaraq ki, otaqda direktorun köməkçisi var idi, mühafizə bölməsinin rəisi, vətəndaş, bir də o var idi. Çox kobud danışıb qapını çırpıb getdi, orda dedi ki, hara istəyirsən şikayət et. Digər Şahid4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə X1 vəsiqəsi üçün Forma-83 arayışı almaq istədiyini bildirmişdir. Şahid5 həkim forma 83 arayışı vermiş, P.Mirzəyeva müvafiq olaraq bütün müayinlərdən keçmişdir. Lakin rentgen müayinəsindən keçə bilməmişdir. xx.xx.2023cü il tarixində P.Mirzəyeva yenidən müraciət etmiş və yenə rentgen müayinədən keçə bilməmişdir. Təkrar olaraq xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. O, öz iş otağında oturarkən P.Mirzəyeva otağa gələrək əsəbi halda rentgen həkimi İddiaçı onunla kobud rəftar etməsini, üç gündür rentgen müayinəsindən keçə bilmədini demişdir. Daha sonra öz şikayətini bildirmək üçün rəhbərliyin qəbuluna getmişdir. Digər Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə X1 vəsiqəsi üçün forma-83 arayışı almaq istəyini bildirmişdir. O, vətəndaşa blankı vermişdir. P.Mirzəyeva müvafiq olaraq bütün müayinələrdən keçmişdir. Lakin rentgen müayinəsindən keçə bilməmişdir. xx.xx.2023-cü il tarixdə P.Mirzəyeva yenidən müraciət etmiş və yenə rentgen müayinəsindən keçə bilməmişdir. Təkrar olaraq xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. O, öz iş otağında olarkən P.Mirzəyeva otağa gələrək əsəbi halda rentgen həkimi İddiaçı onunla kobud rəftar etməsini, üç gündür rentgen müayinəsindən keçə bilmədiyini demişdir. Daha sonra öz şikayətini bildirmək üçün rəhbərliyin qəbuluna gedir. Digər Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə rentgen otağının qarşısında həmişə olduğu kimi həkim rentgenoloq İddiaçı xəstə ilə mübahisəyə səbəb olub. Növbədə olan xəstənin yerinə şəxsən özü digər xəstəni çağırıb. Bu barədə ona 1-ci postda olan mühafizəçilər məlumat verdilər. Mühafizəçilər Şahid2 və Şahid1 vətəndaşın şikayət etmək istədiyini bildirdilər. O, vətəndaşa yaxınlaşıb sakitləşdirmişdir. Amma vətəndaş şikayət etmək istədiyini bilirdi. O, mühafizəçilərlə birlikdə direktorun köməkçisi Şahid7 müəllimin yanına gətirmişlər. Vətəndaş şikayətçi olduğunu bildirdi. Elə bu vaxt həkim rentoloq İddiaçı əsəbi vəziyyətdə qışqıra-qışqıra otağa daxil oldu, direktorun köməkçisinə əhəmiyyət verməyərək onun sözünü kəsib vətəndaşın üstünə qışqırdı. Şirzad müəllim idi araşdırmaq üçün çağırdığı tibb bacısını da otaqdan çıxardaraq dedi ki, sən mənim işimlə məşğul ol. Həkimin hirsi soyumadı otaqdan çıxanda xəstəyə dedi ki, “get hara istəyirsən şikayət elə mən heç kimdən qorxmuram”. Digər Şahid7 ifadəsində göstərdi ki, Xəyalə Məmmədov haqqında ilk şikayət deyildir. Davamlı olaraq vətəndaşlar tərəfindən bir çox şikayətlər verilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən sonra vətəndaş yaxınlaşdı ki, Xəyalə xanımdan şikayət edirəm. O, ilk öncə vətəndaşı otağına dəvət edərək sakitləşdirib, səbəbini öyrənməyə çalışmışdır. Vətəndaş bildirdi ki, neçə dəfələrdir rentgen növbəsində gözləyir və özü görmüşdür ki, Xəyalə xanım ondan əvvəl bir çox insanı içəri çağırdı. Vətəndaş səbəbini soruşub ki, niyə səbəb nədir ki, Xəyalə həkim isə “özüm bilərəm kimi çağırıram” cavabını verib. O da məsələni araşdırmaq üçün tibb bacısını otağa çağırmışdır. Xəyalə həkim də otaqda vətəndaşla kobud danışırdı. Daha sonra tibb bacısını otaqdan çıxardaraq ona dedi ki, olmaz sən get özüm danışacam. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə TƏBİB «X15» publik hüquqi şəxsinə rentgenoloq vəzifəsinə qəbul edilmişdir. İşdə olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 18-1/2-M-8205/3-1-24083/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində TƏBİB-in inzibati binasına dəvət edilərək onunla görüşülmüşdür. Müraciətində qeyd edilmiş şəhid övladı Fərid Cahangirlinin babası X8 Tibb Mərkəzinin (Pirallahı TM) rəhbərliyinə etdiyi yazılı şikayətlə bağlı müvafiq izahatı alınmışdır. İzahatında onunla bağlanmış əmək müqaviləsində iş saatının 14:30-da bitdiyini, qeyd edilən hadisənin iş saatlan ərzində baş vermədiyini və Şua diaqnostika şöbəsinə müraciət edən vətəndaşın şəhid ailəsinin üzvü olduğunu bilmədiyini bildirmişdir. Araşdırma zamanı şəhid övladı F.Cahangirlinin Şua diaqnostika şöbəsinə xx.xx.2023-cü il tarixində saat 14:46-da müraciət etdiyi müəyyən edilmişdir. Əmək müqaviləsinə baxış zamanı məlum olmuşdur ki, bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Məcəllə) 43-cü maddəsinin 'ə’ bəndinin tələbinə uyğun tərtib edilməmiş və müqavilədə işçinin istirahət vaxtı nəzərə alınmadığından iş saatları 09:00-14:30 qeyd edilmişdir. Məsələ ilə bağlı Pirallahı TM-in rəhbərliyinə yazılı məlumat verilmiş, baş vermiş hadisənin iş saatları ərzində olmadığını, eyni zamanda bağlanmış əmək müqaviləsinə Məcəllənin 46-cı maddəsinin 5-ci bəndinə əsasən dəyişiklik edilmə» tövsiyə olunmuşdur. Əlavə olaraq, bundan sonrakı əmək fəaliyyəti dövründə həssas əhali qrupu hesab edilən vətəndaşlara daha diqqətli yanaşmağı xahiş edilmişdir. İşdə olan X12 tərəfindən X13 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə övladı ilə rentgen otağının qarşısında durarkən dəfələrlə növbəsiz xəstələri adlarıyla çağıraraq, onun növbəsini pozaraq rentgendən keçirmişlər. Növbəsiz xəstələri çağıran tibb bacısı Aygün və həkimi Xəyalə çıxaraq ona “xəstəni mən çağırmışam, belə məsləhət idi, belə lazımdı, həkim mənəm özüm bilərəm get kimə istəyirsən şikayət elə” demişdir. İşdə olan X7 tərəfindən X13 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, “rentgen həkimi Xəyalə xanım haqqında tədbir görülsün. Heç bir həkimin ixtiyarı yoxdur xəstəni üç gün qapıda saxlayıb növbəm ola-ola desin ki, sən gözlə saat 4-də gəl. Və danışıq qabiliyyəti olsa daha yaxşı olardı. Bundan başqa, iddiaçının və iş üzrə ifadə vermiş şahidlərin yazılı izahatları iş materiallarına əlavə edilmişdir. İşdə olan çıxarışdan görünür ki, xəstə Mirzəyeva Pərvanə xx.xx.2023-cü il tarixdə «X15» publik hüquqi şəxsində çoxsaylı müayinədən keçmişdir. İşdə olan rentgen müayinə protokolundan görünür ki, xəstə Mirzəyeva Pərvanə xx.xx.2023-cü il tarixində «X15» publik hüquqi şəxsində rentgen müayinəsindən keçmişdir. İşdə olan TƏBİB «X15» publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 18-1-16/3-1- 1085/2023 nömrəli əmrindən görünür ki, İddiaçı əmək funksiyasını qismən və keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilmişdir. Əsas: vətəndaş X12 və X2 şikayət ərizələri; İddiaçı izahatlarıdır. İddia tələbindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərək intizam tənbehinə cəlb olunması barədə əmrin qanunsuz hesab edilməsi və «töhmət» növündə intizam tənbehinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin həqiqi halları, tərəflərin izahatları, şahid ifadələri və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işlədiyi müəssisə olan «X15» publik hüquqi şəxsində rentgen müayinəsi üçün müəyyən edilmiş qaydada növbə götürmüş xəstələri öz vaxtında qəbul etməyərək, eləcə də xəstələrlə kobud rəftar edərək əmək funksiyasını qismən və keyfiyyətsiz yerinə yetirmişdir. İddiaçı, şikayətçi X12 və X5 həqiqətən də öz növbələrində qeyd edilən vaxtda qəbul etmədiyini bildirərək, iddiasını C.Həsənlinin növbəsi zamanı ondan daha ağır xəstəni qəbul etmək məcburiyyətində olması, həmçinin P.Mirzəyevanın dövri müayinə üçün gəldiyi saatda, yəni saat 13:00-dək ağır xəstələri qəbul etdikləri ilə əsaslandırmış, lakin öz tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, «X15» publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli 18-1-16/3-1- 1085/2023 nömrəli əmrin verilməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona tənbeh intizam tənbehi verə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iş üzrə iddia rədd edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh «X15» publik hüquqi şəxsinə qarşı “intizam tənbehinə cəlb olunma barədə əmrin qanunsuz hesab edilməsi və «töhmət» növündə intizam tənbehinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar