Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-129/2024 09.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X23 Adil oğlunun sədrliyi Cabbarova Jalə Surxay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 adına olan Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1973-cü ildə verilmiş 135/8 saylı müqaviləyə əsasən Bakı şəhəri Xəzər rayonu Zirə bağ sahəsində yerləşən 210 saylı torpaq sahəsinin mərhum X2na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Xəzər rayonu Zirə bağ sahəsində yerləşən 210 saylı torpaq sahəsinə dair Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1973-cü ildə verilmiş 135/8 saylı müqavilənin mərhum X2na məxsus olması faktının müəyyən edilməsini Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, bağlar massivində yerləşən 210 saylı torpaq sahəsi 1973-cü ildə Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 135/8 saylı müqaviləyə əsasən mərhum X2na verilmişdir. X2 xx.xx.1937-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, vəfat etdiyi günədək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə ev 1 «A» mənzil 25-də pasport qeydiyyatında olmuşdur və həmin evdə yaşamışdır. O özü də anadan olandan indiyədək yuxarıda göstərilən sözügedən ünvanda yerləşən evdə öz ailə üzvləri ilə yaşayır və orada pasport qeydiyyatındadır. Hazırda sözügedən torpaq sahəsini qanun üzrə vərəsəlik əsasında öz adına rəsmiləşdirmək istəyir. Hal-hazırda o, yuxarıda qeyd edilən torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirilərək ona bildiriblər ki, mərhum X2nun adına olan Bakı şəhəri Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1973-cü ildə verilmiş 135/8 saylı müqavilədə adı “Xeyrulla”, soyadı “Qafarov” atasının adı isə “Əhmədulla” oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə isə atasının adı və soyadı X3 qeyd edilmişdir. Bu səbəbdən də torpağın sənədləşdirməklə onun adına sənədin verilməsi mümkün deyil. Mərhum babam və mənim mərhum atam o vaxtlar bütün bunlara əhəmiyyət verməyiblər. Hazırkı ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin mərhum atasına məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunua uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Qafarov Xeyrullanın bacısıdır. Atalarının adı Əhədulla olmuşdur. Qardaşının Zirə qəsəbəsində torpağı var, amma müqavilədə atalarının adı səhv yazılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Qafarov Xeyrullanın bacısıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X2, anası X6r. İşdə olan Azərbaycan Respublikası Əmlak X21 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, 0,20 hektar torpaq sahəsi olan 210 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X19 ilə X9 arasında bağlanılmış 1973-cü il tarixli, 13518 nömrəli müqavilə idarənin arxivində mövcuddur. İşdə olan Azərbaycan Respublikası Əmlak X21 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsinə dair İdarənin arxivində mövcud olan “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında 135/8 nömrəli, 1973-cü il tarixli müqavilədə ata adı “Əhmədulla”, vərəsələrin dairəsinin müəyyən edilməsi haqqında notariat ofisinin məktubunda və ölüm haqqında şəhadətnamədə isə “Əhədulla” kimi qeyd olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 1973-cü il tarixli 135/8 nömrəli müqavilədən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar X1 Zirə qəsəbəsində 0,20 ha olan 210 nömrəli bağ sahəsini uzunmüddətli icarəyə vermişdir. X4 ailə üzvü kimi Ələkbərova Ədilə, Qafarova Sevinc və digərləri qeyd edilmişdir. İşdə olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X10 arasında xx.xx.1965-ci il tarixdə nikah bağlanmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, araşdırılan hallar Bakı şəhəri Xəzər rayonu Zirə bağ sahəsində yerləşən 210 saylı torpaq sahəsinə dair Bakı şəhəri icraiyyə komitəsinin X19 (idarəsi) ilə 1973cü ildə bağlanmış 135/8 saylı müqavilədə göstərilən X4 ərizəçinin X2 olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Xəzər rayonu Zirə bağ sahəsində yerləşən 210 saylı torpaq sahəsinə dair Bakı şəhəri icraiyyə komitəsinin X19 (idarəsi) ilə 1973-cü ildə bağlanmış 135/8 saylı müqavilədə göstərilən X4 ərizəçinin X2 olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin sənədin şəxsə məxsus olması faktının müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Zirə bağ sahəsində yerləşən 210 saylı torpaq sahəsinə dair Bakı şəhəri icraiyyə komitəsinin X19 (idarəsi) ilə 1973-cü ildə bağlanmış 135/8 saylı müqavilənin X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-129/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-129/2024
09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver