Məhkəmə qərarları › İş №2(094)-166/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-166/2025

19.08.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-166/2025 19.08.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma, ödənilməmiş kirayə haqqının tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi, cavabdeh — Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, kirayə müqaviləsi üzrə öhdəliklərin vaxtında və tam icra edilməməsinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ödənilməmiş kirayə haqqının, eyni zamanda ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun cavabdeh kirayəçi Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında, xx.xx.2024cü il tarixində "kirayə müqaviləsi” bağlanmışdır. Muqavilənin 1.2-ci bəndinə əsasən, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətçi İddiaçı tərəfindən kirayəyə verilmiş, müqavilənin 5-ci maddəsinə əsasən, kirayəçi Cavabdeh kirayə haqqı olaraq hər ay 400 (dord yüz) manat pulu İddiaçı ödəmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh ona məxsus olan mənzildən çıxmamaqla, kirayə pulu ödəməməklə onun mülkiyyət hüququnu, həmin mülkiyyətdən sərbəst şəkildə istifadə etmək imkanlarını məhdudlaşdırırlar. Cavabdeh ona məxsus olan mənzildən çıxmır və özünü mənzilin sahibi kimi aparır. Müqavilə üzrə bu günədək (2025-ci ilin mart ayınadək) kirayə borcu xx.xx.2024-cu il tarixdən cəmi 4400 (dörd min dörd yüz) manat təşkil edir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququmun kobud pozuntusudur və bu səbəbdən də cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalı, kirayə müqaviləsi ləğv edilməli, mənzildən boşaldılmalı, kirayə borcu olan 4400 (dörd min dörd yüz) manat manat məbləğində pul, cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehə xx.xx.2024-cü il tarixində bağlanmış kirayə müqaviləsinin ləğv edilməsini, bu günədək ödənilməmiş kirayə haqqının tam şəkildə ona ödənilməsini, mənzilinin ona təhvil verilməsini təklif etmiş və bu bərədə bildiriş göndərmişdir. Lakin cavabdeh bildirişi almasına baxmayaraq, yenə də ona məxsus olan mənzildən çıxmır və kirayə haqqını ödəmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Keçirilmiş məhkəmə iclaslarında Cavabdeh izahat verərək iddianı etiraf etmədiyini bildirmişdir. Belə ki, o, iddiaçıya olan borcunu tam şəkildə ödəmiş, İddiaçı borcu yoxdur. O, ödənişlə bağlı sənəd almamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “kiraya müqaviləsi”ndən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətçi İddiaçı tərəfindən kirayə verilmiş, kirayə müddəti xx.xx.2034-cü il tarixədək müəyyən edilmiş, kirayəçi Cavabdeh kirayə verən İddiaçı aylıq 400 manat kirayə haqqı ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kirayə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş kirayə haqqının tam şəkildə ona ödənilməsini, mənzilin ona təhvil verilməsini təklif edilmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında, xx.xx.2024-cü il tarixində "kirayə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətçi İddiaçı tərəfindən kirayəyə verilmişdir. Kirayəçi Cavabdeh kirayə haqqı olaraq hər ay 400 (dord yüz) manat pulu İddiaçı ödəmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində bağlanmış kirayə müqaviləsinin ləğv edilməsini, bu günədək ödənilməmiş kirayə haqqının tam şəkildə ona ödənilməsini, mənzilinin ona təhvil verilməsini təklif etmiş və bu bərədə bildiriş göndərmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış kirayə müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən tam icra edilməməsi işin materialları və iddiaçı tərəfin izahatı ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehin evdən çıxarılmasını, kirayə müqaviləsi üzrə ödənilməmiş kirayə haqqını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 692.2.1-ci maddəsinə əsasən, kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kirayə müqaviləsi üzrə aylıq ödənişlərinin ödənilməsi barədə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, xx.xx.2024-cu il tarixdən xx.xx.2025-cu il tarixinədək ödənilməmiş 4400 manat kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2.1-ci maddəsinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı kirayə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “cavabdehin mənzildən çıxarılma” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, mənzil iddiaçıya məxsusdur, həmin yaşayış sahəsi kirayəçi olaraq cavabdehin istifadəsindədir, iddiaçı həmin yaşayış sahəsini cavabdehin qanunsuz istifadəsindən geri tələb etsə də, cavabdeh yaşayış sahəsini boşaltmaqdan imtina etmişlər. İddiaçı hazırda həmin sahədən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan 64 (altmış dörd) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilmlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 64 (altmış dörd) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı, kirayə müqaviləsi üzrə öhdəliklərin vaxtında və tam icra edilməməsinə görə xx.xx.2024-cu il tarixdən xx.xx.2025-cu il tarixinədək ödənilməmiş 4400 (dörd min dörd yüz) manat kirayə haqqı və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində Bakı şəhəri 7 saylı notariat ofisində bağlanmış kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Kirayə müqaviləsi üzrə öhdəliklərin vaxtında və tam icra edilməməsinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ödənilməmiş 4400 (dörd min dörd yüz) manat kirayə haqqı və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar