Məhkəmə qərarları › İş №2(094)-180/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-180/2025

01.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-180/2025 01.07.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X33 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1974-cü il tarixli 126382 saylı orderə əsasən Bakı şəhəri, Pirallahı qəsəbəsi, məhəllə 28, ev 10, 1 saylı mənzil atasına verilmişdir. Atası 2000-ci il tarixdə vəfat etmişdir. X3 Cavabdeh ilə xx.xx.2008-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşlar, Xəzər rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. 2011-ci ildə Cavabdeh ona qarşı ünvan 2 ünvanına “mənzilə istifadə hüququ tanınması və mənzilə köçürülməsi”nə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-1127/2011 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, ünvan 2-ə mənzilə köçürülməsi qət edilmişdir. Lakin cavbdeh həmin vaxtdan da bir gün belə olsun orada yaşamamışdır. Bu haqda hazırki iddia ərizəsinə əlavə edilmiş qonşuların və Pirallahı ərazi üzrə icra nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktda öz təsdiqini tapmışdır. Bildirir ki, məhkəmə qətnaməsi icra olunduğu gündən bugünədək cavabdeh bir gün olsun onun mənzilində yaşamamış, ən vacibi buna ehtiyacı olmamışdır. Həmçinin ona mənzildən istifadə ilə əlaqədar olaraq bu günədək hər hansı maneə, çətinlik yaradılmamışdır, buna görə də cavabdeh mənzildə yaşamaqla bağlı icra şöbəsinə hər hansı müraciət etməmişdir. Faktiki olaraq mənzildə on nəfər yaşayırlar, onun bir otağı tutması, qapını bağlayıb getməsi onlara bəzi çətinliklər yaratmışdır, belə ki, otaq uzun müddətdir istifadə edilmədiyindən yarasız haldadır, otaqda nəmişlik iyi vardır, otağı həşaratlar basmışdır. Onun mülkiyyət hüquqları pozulur, mülkiyyətindən sərbəst surətdə istifadə edə bilmir. Cavabdehin yalnızca həmin ünvanda formal və əsassız olaraq qeydiyyatda qalması faktiki olaraq onun mülkiyyət hüququnun pozulmasına və öz mülkiyyətindən sərbəst istifadə etməyinə ciddi maneə yaradır. İşə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh faktiki olaraq onun mənzilindən istifadə etmir, mənzilə ehtiyacı olmadığndan yaşamır. Qeyd edir ki, istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Cavabdehin onun mənzilindən istifadəyə ehtiyacı olmadığından, həmçinin istifadə hüququndan istifadə etməməsi, orada yaşaması üçün hər hansı faktiki əsas mövcud deyil, əksinə mənzilində olması ona bir sıra çətinliklər yaratmaqdadır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Xəzər rayon Məhkəməsinin qətnaməsinə əsasən 2011ci ildə mübahisəli mənzilə köçürülsə də, iddiaçı və ailə üzvləri onun orada yaşamasına imkan verməmişlər. Bununla bağlı heç bir orqana müraciət etməmiş, hazırki vaxta kimi valideynləri ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, İddiaçı qonşusudur, cavabdeh isə onun gəlini olmuşdur. 14-15 ildir ki, cavabdeh qeyd olunan mənzildə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilən X21 bildirdi ki, İddiaçı ilə uzun müddətdir qonşuluqda yaşayırlar, cavabdeh onun gəlini olsa da, heç vaxt onu görməmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4, X15 və X1 imzaları ilə tərtibedilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh 2011-ci ildə övladı İbrahimov Rövşəni evdən götürüb atası evinə getmiş, o vaxtdan yaşadığı 28-ci məhəllə, ev 10, mənzil 1 ünvanına bir daha geri qayıtmamışdır. İş materiallarına əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında xx.xx.1958-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh, xx.xx.1957-ci il təvəllüdlü X10, xx.xx.1981-ci il təvəllüdlü X13, xx.xx.1983-cü il təvəllüdlü X18, xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.1977-ci il təvəllüdlü X16 qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1126/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, X14 və İbrahimova (Zeynalova) Nuranə Rəfail qızı arasında xx.xx.2008-ci ildə bağlanmış və Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Qeydiyyat şöbəsinin nigahın bağlanması haqqında akt qeydləri kitabında 1110 № ilə qeydə alınmış nikahın pozulması, nigahın pozulması ilə bağlı İbrahimova (Zeynalova) Nuranə Rəfail qızından 11,0 manat məbləğində dövlət rüsumu tutulması, X14 həmin rüsumu ödəməkdən azad edilməsi, tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X6 hər ay qazancının dördə bir hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 28-ci məhəllə ev 10, 1 nömrəli mənzili İddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 may 2016-cı il tarixli Qərarında qeyd ediliri ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli mənzil - Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi məhəllə 28 ev 10, 1 saylı mənzil xx.xx.2024-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olmuşdur. Cavabdeh mübahisəli evə istifadə hüququnun tanınmasına baxmayaraq, o, özünün də bildirdiyi kimi, 2011-ci ildən mübahisəli mənzildə yaşamamışdır. Məhkəmə hesab edir ki, cavabdehin azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi ilə yaranmış istifadə hüququ mahiyyət etibarilə servitutdur və onun sözügedən mənzilə köçməyərək, valideynlərinə məxsus evə köçməklə, orada daimi yaşaması ilə servitut üçün əsaslar aradan qalxmışdır. Bundan başqa, Cavabdeh iddiaçının onun həmin mənzildə yaşamasına imkan verməməsinə, bununla bağlı hansısa orqanlara şikayət etməsinə dair mötəbər sübutlar təqdim etməmiş, göstərdiyi hallar iş materiallarında olan heç bir sübutla təsdiq edilməmişdir. Belə olan halda, Cavabdeh mübahisəli mənzilə köçürülməsini zəruri edən əsas (yəni yşayış sahəsinə ehtiyac) aradan qalxdığından onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 4 ünvandan istifadə hüququna xitam verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X35

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar