Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-215/2023 26.09.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X24 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “akt qeydinin bərpası” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmağı, atasının X17, anasının isə X8 olmasına dair Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kənd soveti tərəfindən verdiyi doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. 1988-ci ildə Ermənistan SSR-dən qaçqın kimi Bakı şəhəri, Pirallahı qəsəbəsinə ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Bakı şəhərinə gələndə onun 9 yaşı var idi. 1997-ci ildə ona şəxsiyyətini müvəqqəti təsdiq edən arayış verilmişdir, lakin şəxsiyyət vəsiqəsi verilməmişdir. Həmin arayış xx.xx.1999-cu ilə qədər etibarlı idi. Arayışın müddəti bitdikdən sonra dəfələrlə aidiyyatı quruma müraciət etsə də ona şəxsiyyət vəsiqəsi verilməmişdir. Sonuncu dəfə aidiyyatı quruma şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı müraciət etsə də müraciətinə imtina verilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı İnzibati məhkəməsinə “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbi ilə müraciət etməli olmuşdur. Nəticədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4653/2023 xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş olsa da, Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kənd soveti tərəfindən xx.xx.1979-cu ildə İİ СЛ-№ 434822 verilmiş doğum haqqında şəhadətnamə AR Ədliyyə Nazirliyinin bazasında göstərilmədiyindən şəxsiyyət vəsiqəsi ala bilmir. Qeyd edir ki, 1988-ci ildən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 13, 14 saylı məhəllədə ailəsilə birlikdə yaşayır. X7 Azərbaycan Respublikasının vətəndaşıdır. X2 Azərbaycan Respublikasının vətəndaşıdır. Atasının adına Bakı şəhərində daşınmaz əmlak mövcuddur. Bu əmlakı ona bağışlamaq istəyir. Lakin o, doğum haqqında şəhadətnaməsini itirdiyindən və hətta doğum haqqında şəhadətnamənin əsli belə olsa idi AR Ədliyyə Nazirliyinin bazasında göstərilmədiyindən bağışlamanı edə bilmir. Qeyd etdiyi kimi xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Krasnoselo rayonu Ağbulaq kəndində anadan olmuş, doğum haqqında şəhadətnaməni itirmişdir. Yeganə şəxsiyyətini təsdiq edən sənəd Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kənd soveti tərəfindən xx.xx.1979-cu ildə İİ CJİ-№ 434822 verilmiş doğum haqqında şəhadətnamənin surətidir. Göründüyü kimi, atası tərəfindən əmlakın ona bağışlanması üçün doğum haqqında şəhadətnamənin olması vacibdir və yenidən doğum haqqında şəhadətnamənin təkrarını belə əldə etmək onun Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmağm və oranın müvafiq qurumundan doğum haqqında şəhadətnamənin təkrarının alınması qeyri-mümkün olduğunu nəzərə alaraq yeganə hüquqi yolu məhkəmə qaydasında doğum haqqında akt qeydinin bərpa edilməsi, valideynlər haqqında məlumatın qeyd edilməsi və doğum tarixinin qeyd edilməsi ilə bağlı müraciətidir. Qanunvericiliyin tələblərinə görə ilk öncə yaşadığı Pirallahı rayonunda qeydiyyat şöbəsi olmadığından ərazi aidiyyatı üzrə AR ƏN Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpa edilməsi, valideynlər haqqında məlumatın qeyd edilməsi və doğum tarixinin qeyd edilməsi ilə bağlı müraciət etmiş və nəticədə xx.xx.2023cü il tarixində müraciəti AR-sı Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.8-ci maddəsinin tələbinə əsasən VVAQ orqanına və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr alınması və bərpası barədə ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir və doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmaması barədə rəsmi cavab verildi. Nəticədə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Xüsusi olaraq qeyd edir ki, məhkəməyə müraciət etmək üçün şəxsiyyətini yeganə təsdiq edən Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kənd soveti tərəfindən xx.xx.1979-cu ildə İİ CJİ-№ 434822 verilmiş doğum haqqında şəhadətnamənin surətidir və bu səbəbdən dövlət rüsumunu əri Azərbaycan Respublikasının vətəndaşı X4 tərəfindən ödənilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X15 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. X3, anaları X5r. Bacıları Sevil xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. 1988-ci ildə onun 9 yaşı olanda Sevil Ermənistan SSR-dən qaçqın kimi Bakı şəhəri, Pirallahı qəsəbəsinə ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Bacısının doğum haqqında akt qeydi ƏN sistemində tapılmadığına görə şəxsiyyət vəsiqəsi ala bilmir. Halbuki, onun doğumu qeydə alınmışdı, köçkün düşməmişdən əvvəl doğum haqqında şəhadətnaməsi var idi. Məhkəmədə şahid qismində dindirilən X16 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1979-cu il tarixdə Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. X7, X2dır. Bu barədə Ağbulaq kənd sovetində xx.xx.1979-cu il tarixdə 67 nömrəli akt qeydi aparılmışdır. İşdə olan AZ №284709 nömrəli Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən arayışdan görünür ki, X12 xx.xx.1979-cu il tarixdə Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmuşdur. Milliyyəti azərbaycanlıdır. Arayış xx.xx.1997-ci ilədək etibarlıdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-6376/2023 saylı məktubundan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomaşatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi doğumuna dair məlumat aşkar edilməmişdir. Sözügedən şəxsin nikahı haqqında akt qeydinə baxış keçirilərkən onun Ermənistan Respublikasında doğulduğu məlum olmuşdur. Ermənistanın səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmır. İş materallarına əlavə olunan və ərizəçinin qardaşı X10 məxsus olması bildirilən xx.xx.1973-cü il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X17 “anası qrafasında” anası kimi X8 qeyd edilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin qardaşı X11 məxsus olması bildirilən xx.xx.1973-cü il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X17 “anası qrafasında” anası kimi X8 qeyd edilmişdir. İş materallarına əlavə olunan və ərizəçinin bacısı X6 məxsus olması bildirilən xx.xx.1974-cü il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X17 “anası qrafasında” anası kimi X8 qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Etibar Bayraməli oğlu ilə Bakı şəhəri Əzizbəyov rayonu VVAQ şöbəsində xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikah 575 nömrə ilə qeydə alınmışdır. Arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4653/2023 saylı qərarından görünür ki, iddiaçı xx.xx.1979-cu ildə Ermənistan SSR, Krasnoselo rayonu, Ağbulaq kəndində doğulmuş, ünvan 1 ünvanında yaşayan Ərizəçi yaşayış yeri üzrə qeydiyyata alınmaqla, şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 159 saylı Mənzil- Kommunal istismar sahəsinin xx.xx.2022-ci il tarixli 790 nömrəli arayışına əsasən Əliyeva (Orucova) Sevil Həsən qızı həqiqətən 1988-ci ildən Ermənistan Respublikasının Krasnoselsk rayonundan X7 və X2 ilə birlikdə qaçqın düşərək ünvan 2 ünvanında, ailəsi ilə birlikdə məskunlaşaraq xx.xx.1997-ci ildə həmin mənzilə qeydiyyata düşərək yaşamışdır. 1997-ci ildə ailə qurması ilə əlaqədar ünvan 3 ünvanında yaşamışdır. xx.xx.1999-cu ildən qeydiyyata düşərək bu günə kimi orada yaşayır. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.8-ci maddəsinin tələbinə əsasən VVAQ orqanına və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr alınması və bərpası barədə ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Şöbəyə şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin təkrar alınması və bərpası barədə ərizənin təmin olunmasından imtina edilmişdir. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.1979-cu il tarixində Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində anadan olmağı, atasının X17, anasının isə X8 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi xx.xx.1979-cu il tarixində Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində doğulması, soyadının “Orucova”, adının “Sevil”, ata adının “Həsən”, atasının X17, anasının isə X8 olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Əliyeva (Orucova) Sevil Həsən qızının xx.xx.1979-cu il tarixində Ermənistan Respublikası, Krasnoselo rayonu, Ağbulaq kəndində doğulması, soyadının “Orucova”, adının “Sevil”, ata adının “Həsən”, atasının X17, anasının isə X8 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-215/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-215/2023
26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver