Məhkəmə qərarları › İş №2(094)-238/2025

Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-238/2025

28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-238/2025 28.10.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək fəaliyyəti ilə məşğul olmaq faktının müəyyən edilməsi tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonunun Xıdırlı ərazi nümayəndəliyində kənd kitabxanasında xadimə vəzifəsində fasiləsiz olaraq işləməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ağdam Rayon İH başcısının Xıdırlı ərazi nümayəndəliyinin xx.xx.2001-ci il tarixli 712 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən xx.xx.1978-ci ildən iyul 1993-cü ilədək Ağdam rayonunun Xıdırlı ərazi nümayəndəliyi kənd kitabxanasında xadimə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 15 mart 2024-cü il tarixində Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 9 fevral 2024-cü ıl tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, Mərkəzi Filiala 22 avqust 2024-cü il tanxində əmək pensiyanızın yenidən hesablanması tələbi ilə müraciət etmisiniz. Mərkəzi Filiala təqdim etdiyiniz Ağdam rayonu Xıdırlı ərazı nümayəndəliyinin sizə dair 23 sentyabr 2001-ci il tarixli 712 nömrəli arayışında xx.xx.1978-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə xadimə vəzifəsində işlədiyiniz göstərilib. Sözügedən müəssisədəki iş stajınıza dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, Xıdırlı kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyin xx.xx.1993-cü il tarixinədək mövcud olan əmr kitabları və əmək haqqı cədvəllərinin işğal zonasına qaldığı və iş stajınızı müəyyən etməyin mümkün olmadığı bildirilib. Bu fakt Ağdam rayon İcra Hakimiyyəti Başçısının Xıdırlı kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən 26 dekabr 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Göstərilən səbəbdən də, yuxarıda qeyd olunan dövr ərzində işləyib işləməməyinizi müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanızın sözügedən dövr nəzərə alınmaqla yenidən hesablanması mümkün hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Göründüyü kimi ərizəçi işlədiyi illərin əmək stajına daxil edilməsi ilə bağlı ilkin olaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, inzibati orqan tərfindən imtina veriləcəyi təqdirdə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonunun Xıdırlı ərazi nümayəndəliyində kənd kitabxanasında xadimə vəzifəsində fasiləsiz olaraq işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından, iddiaçıya aidiyyəti üzrə inzibati orqana və (və ya) inzibati məhkəməyə şikayət etmək hüquqlarının olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonunun Xıdırlı ərazi nümayəndəliyində kənd kitabxanasında xadimə vəzifəsində fasiləsiz olaraq işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar