Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-247/2024 03.09.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi Adil oğlunun, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Adil oğlu hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Adil oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, № 058638 nömrəli, 08 noyabr 2000-ci il tarixdə qeydə alınmış və qeydə alınma nömrəsi 30/168972 olan Qeydiyyat Vəsiqəsinin 24 fevral 1930-cu il tarixdə Şəki şəhərində anadan olmuş atası X2 (FİN KOD-4RNVPSF) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 24 fevral 1930-cu ildə Şəki şəhərində anadan olmuş, 24 mart 2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 30 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə atasına məxsus olmuşdur (ÖM seriyalı, № 058638 nömrəli Qeydiyyat Vəsiqəsi əlavə edilir). AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsində yerləşən 30 saylı evin 4 saylı mənzili üzərində miras qoyan atası X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair arayışın (çıxarışın) verilməsini xahiş etmişdir. Lakin təqdim edilmiş sənədlər arasında atasının ata adında uyğunsuzluq olduğu əsası ilə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir (imtina məktubu əlavə edilir). İmtina onunla əsaslandırmışdır ki, vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X5” qeyd olunsa da, 30/168972 nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi “X6” kimi göstərilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 058638 nömrəli, qeydə alınma nömrəsi 30/168972 olan Qeydiyyat Vəsiqəsi atası X2 məxsus olduğu halda, texniki səhv olaraq həmin qeydiyyat vəsiqəsində atasının ata adı “Nadir” kimi qeyd edilmişdir. Halbuki, atasının ata adının “Qədir” olması atasına məxsus digər bütün sənədlərlə təsdiq edilir. Belə ki, atasına məxsus olmuş AZE № 05415814 saylı şəxsiyyət vəsiqəsindən, hərbi biletindən, əmək kitabçasından, nikah haqqında şəhadətnamədən, ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, Adil Zeynalovun ata adı “Qədir”dir (sadalanan sənədlər əlavə olunur). Hazırda qeyd edilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ərizənin verilməsi Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 30 saylı evin 4 saylı mənzili üzərində miras qoyan atasının X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair arayışın alınması ilə bağlıdır. Sənədlərdə atasının ata adında uyğunsuzluq olduğundan bu sənədi məhkəmədən kənar, başqa qaydada almağı mümkün deyildir. Eyni zamanda qanunun tələbində mövcud olduğu kimi mübahisəli sənəd hüquqmüəyyənedici sənəddir. Nəzərə alınmalıdır ki, o atasının birinci növbədə vərəsəsidir və müvafiq hüquqlarının, o cümlədən vərəsəlik hüquqlarının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün bu fakt məhkəmə qaydasında həyata keçirilməlidir. Məhkəmə iclasında Ərizəçi Adil oğlu ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi Adil oğlu onun əmisi oğludur. Adilin atasının adı Qədirdir. Nadir adında başqa bir əmisi də vardır. Onlar 3 qardaşlardır, Adil, Abid, Nadir. Əmisi Nadir işə görə Zirə qəsəbəsində yaşayır. Adil, Abid və Nadir Qədirin övladlarıdır. Nadirin Adil adında övladı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zeynalov Adilin ata adı Qədirdir. İş materiallarında olan ÖM №058638 nömrəli, xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 30 saylı evin 4 saylı mənzili X3 verilmişdir. İş materiallarında olan AZ-İ №738495 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Bakıda vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin Ərizəçi Adil oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqdim olunmuş sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X5” qeyd olunsa da, 30/168972 nömrəli qeydiyyat vəsiqəsində hüquq sahibi kimi “X6” kimi göstərilmişdir, eyni şəxs olması barədə sənəd təqdim olunmamışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, araşdırılan hallar Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, № 058638 nömrəli, 08 noyabr 2000-ci il tarixdə qeydə alınmış və qeydə alınma nömrəsi 30/168972 olan Qeydiyyat Vəsiqəsinin 24 fevral 1930-cu il tarixdə Şəki şəhərində anadan olmuş X2 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, № 058638 nömrəli, 08 noyabr 2000-ci il tarixdə qeydə alınmış və qeydə alınma nömrəsi 30/168972 olan Qeydiyyat Vəsiqəsinin 24 fevral 1930-cu il tarixdə Şəki şəhərində anadan olmuş X2 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin sənədin şəxsə məxsus olması faktının müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, №058638 nömrəli, 08 noyabr 2000-ci il tarixdə qeydə alınmış və qeydə alınma nömrəsi 30/168972 olan Qeydiyyat Vəsiqəsinin 24 fevral 1930-cu il tarixdə Şəki şəhərində anadan olmuş X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-247/2024
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-247/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver