Məhkəmə qərarları › İş №2(094)-282/2023

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-282/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-282/2023 12.12.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə (5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi aid doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnamə mövcud olmuşdur, lakin valideynlərinin vəfatından sonra onlardan qalma mənzili kiçik qardaşının adına rəsmiləşdirmək zərurəti yaranmışdır. Bununla əlaqədar onun doğum haqqında şəhadətnaməsi səlahiyyətli dövlət orqanı tərəfindən tələb olunmuşdur. Lakin doğum haqqında şəhadətnaməsi itdiyindən, onu tapa bilməmişdir. Dublikatını isə məlum səbəblərdən ala bilmir. İş üzrə maraqlı şəxsə doğum haqqında akt qeydinin bərpası ilə bağlı müraciət etmiş, sonuncu isə AR Ailə Məcəlləsinin 162.1-ci maddəsinə, AR NK-nin xx.xx.2001-ci il tarixli 52 №-li qərarına istinad edərək doğum haqqında akt qeydinin bərpası haqqında məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, ərizəçi onun böyük qardaşıdır. Valideynləri o anadan olmamışdan əvvəl Ermənistan Respublikasında yaşamışlar. Qardaşı Elyar da xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində anadan olmuşdur. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, ərizəçini uzun illərdir qəsəbə sakini kimi tanıyır və yaxşı münasibətləri var, imkan düşdükcə söhbətləşirlər. Elyar özü ona bildirmişdir ki, Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində anadan olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan AZE №0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Sisian rayonunda anadan olmuşdur. İşdə olan Ə № 002027 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi ikinci qrup müharibə əlilidir. İşdə olan Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2023-cü il tarixli 18/2-36030/23 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.2010-cu il tarixdə Xəzər RPİ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-8788/2023 saylı məktubundan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi doğumuna dair məlumat aşkar edilməmişdir. İş materallarına əlavə olunan və ərizəçinin qardaşı Şahid2 məxsus olması bildirilən xx.xx.1971-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktları qeyd kitabında 49 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X2, “anası qrafasında” anası kimi X1 qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Kifayət qədər sənəd təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində anadan olmağı, atasının X2, anasının isə X1 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində doğulması, soyadının “İsmayılov”, adının “Elyar”, ata adının “Ağali”, atasının X2, anasının isə X1 olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixində Ermənistan Respublikası, Sisian rayonu, Qızılcıq kəndində doğulması, soyadının “İsmayılov”, adının “Elyar”, ata adının “Ağali”, atasının X2, anasının isə X1 olmasına dair doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydinin bərpa edilməsi doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar