Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(094)-300/2025 07.10.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdə anadan olan övladı X2 xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qulluq etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin baxılmamış saxlanılmasını və sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin baxılmamış saxlanılması məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizəçi ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, maraqlı şəxsin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 9684 saylı qəbzdən görünür ki, X3 tərəfindən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından X3 tərəfindən xx.xx.2025-ci il tarixli, 9684 saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb X1 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. X3 tərəfindən xx.xx.2025-ci il tarixli, 9684 saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb X1 geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-300/2025
Pirallahı Rayon Məhkəməsi Qərardad — İş №2(094)-300/2025
07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver