Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-305/2024 26.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin «28 May» NQÇİ-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh İB-nin «28 May» NQÇİ-nə qarşı intizam tənbehinin tətbiq edilməsi ilə bağlı əmrin ləğv edilməsi, iaşə xidməti ilə bağlı tələbin təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nin «28 May» NQÇİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat olan SOCAR-ın Cavabdeh İB-yi “28 may” Neft və Qazçıxarma idarəsinin rəisi Şahiddin İsmayılov tərəfindən imzalanmış, 28 aprel 2024-cü il tarixli, 14-2-1-7/3-534/2024 saylı əmrin ləğv edilməsini, müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi ilə bağlı tələbin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən SOCAR-ın “28 May” NQÇİ-nin QİHN və KTS-nin SKS-də mühəndis vəzifəsində işləyir. İşlədiyi dövrdə rastlaşdığı neqativ hallar barədə daim rəhbərliyə məlumat verir və aradan qaldırılmasını xahiş etmişdir. Şübhə yoxdur ki, hər bir müəssisə də belə çatışmamazlıqlar mövcuddur və aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır. Əslində bütün bunları işçilərin iş və məişət şəraitinə məsuliyyət daşıyan rəhbər vəzifəli şəxslər həyata keçirməlidirlər.Təəssüf ki, işlədiyi müəssisənin rəhbərliyinin diqqətinə çatdırdığı bu nöqsanları aradan qaldırmaq əvəzinə bunlar barəsində məlumat verib aradan qaldırılmasını tələb edən şəxslərə qarşı qərəzli münasibət bəsləyirlər. Rast gəldiyi nöqsanlar barəsində müəssisə rəhbərliyinə yazdığı məlumat və ərizələr onlar tərəfindən bir qayda olaraq etirazla qarşılanır. Göstərdiyi nöqsanlar aradan qaldırmaq əvəzinə qərəzli şəkildə onun cəzalanmağı istiqamətində addımlar atılır. Onun müraciət və şikayətləri əsasən iş şəraitinin mümkün qədər yaxşılaşdırılması, fəhlələrə göstərilən iaşə xidmətinin keyfiyyətinin artırılması, yüksək tibbi xidmət göstərilməsinin təmin edilməsi ilə bağlıdır. Təəssüf ki, müəssisənin həmkarlar təşkilatı ittifaqı da öz növbəsində bu problemlərin həllində fəhlə və qulluqçuların deyil, işə götürənin yəni müəssisə rəhbərliyinin mənafeyi fövqündə dayanır. Müəssisə rəhbərliyi aradan qaldırılması mümkün olan ən kiçik tələbləri belə ödəməkdən boyun qaçırır. Halhazırda onlarda fəhlələrə ümumi qaydada iaşə xidməti həyata keçirilir və bu xidmət müqabilində büdcədən "xxxx" MMC-nin hesabına xeyli miqdarda vəsait ayrılır. Təəssüf ki, onlara göstərilən iaşə xidmətinin keyfiyyəti aşağı vəziyyətdədir. Fəhlə və qulluqçulara verilən yeməklər, ət və yağ məhsullarının keyfiyyəti xeyli aşağıdır. Bunu yalnız ona yox, keçirilən sorğunun nəticələrindən göründüyü kimi xeyli miqdarda fəhlə və qulluqçular da təsdiq edirlər. Onlar vəziyyətdən çıxış yolu kimi göstərilən iaşə xidmətinin əvəzinə onlara pullu xidmət göstərilməsini, yaxud da, ödənilən məbləğin onlara verilməklə yeməyin özləri tərəfindən təşkil olunmasına icazə verilməsini təklif edilmişdir. Onların ən adi olan bu tələbi nədənsə cavabdeh, yəni müəssisə rəhbərliyi tərəfindən təmin olunmur. Onlara əvvəlki kimi keyfiyyətsiz ət və yağ məhsullarından hazırlanan yeməklər verilir. Nəticədə fəhlə və qulluqçular arasında mədə bağırsaq sisteminin sıradan çıxması xəstəlikləri çoxalmışdır. Bu faktı təsdiq edən rəsmi sənədləri iddia ərizəsinə əlavə edir. Halbuki, onların tələblərinin yerinə yetirilməsi çox da mürəkkəb məsələ deyildir, müəssisə daxili əmrlə bu məsələ çox asanlıqla nizamlana bilər. Kim istəyir ümumi yeməkxanada göstərilən xidmətdən istifadə edə bilər, ümumi yeməkxanada yemək istəməyən şəxslərə, onlara ayrılan vəsait onların özlərinə ödənilməklə, onlara pullu xidmət göstərilə bilər. Lakin müdiriyyət nədənsə onlarla qarşıdurmaya girir, onlara qarşı, o cümlədən ona qarşı əsassız təqiblər həyata keçirir. Əsassız və qanunsuz iradəsini onlara yeridir. Problemin həlli ilə bağlı müraciətləri araşdırılmır və yaxud da ona qarşı təqiblər həyata keçirilir. 28 aprel 2024-cü il tarixli əmrdən göründüyü kimi, SOCARİ-ın “28 may Qazçıxarma idarəsinin rəisi Şahiddin İsmayılovun 14-2-1-7/3-5-34/2024 saylı əmr ilə ona AR Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunmaqla, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrdə deyilir “28 May” Neft və Qazçıxarma İdarəsi ( NQÇİ və ya idarə) qazın ilkin hazırlanması nəqli və kompressor təssərufatı sahəsinin ( QİHN və KTS və ya sahə) rəis müavini İsmayıl Zalovun idarənin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cu il tarixli, 14-2-1-7/3-5-34/2024 nomrəli məlumatda qeyd etmişdir ki, sahənin sıxıcı kompressor stansiyasının avandanlıqlarını təmiri və mexaniki İddiaçı dəfələrlə sahənin yeməkxanasında hazırlanan isti yeməklərdən və gostərilən xidmətlərdən muxtəlif səbəblər gətirərək, narazılıq etmiş, bu barədə muxtəlif dovlət orqanlarına, SOCAR-ın “ Azneft” İstehsalat Birliyinin və “ 28 May" NQÇİ-nin rəhbərliyinə müraciətlər ünvanlamışdır. "28 May” NQÇİN-in QHİN və KTS-də çalışan işçilərin isti yeməklə təmin olunmasına dair SOCAR-ın müvafiq əmr qərarının tələbləri barədə ona rəsmi cavablar verilmiş və dəfələrlə şifahi qaydada izah edilmişdir. Bütun bunlara baxmayaraq, İddiaçı sahənin yeməkxanasında gostərilən iaşə xidmətindən əsassız olaraq yemək yemək əvəzinə ona konservləşdirilmiş ərzaq məhsulunun verilməsini israrla tələb etmiş və açıq şəkildə həmin məhsulları satacağını bildirmişdir. İddiaçılə dəfələrlə maarifləndirici söhbətlər aparılmış, lakin o, bundan nəticə çıxarmamışdır. İddiaçı xx.xx.2024-cu il tarixdə saat 18:30 radələrində sahənin yeməkxanasına gəlmiş, baş aşbazdan menyunu soruşmuş, hazırlanmış yeməklərdən yeməyəcəyini bildirərək, əvəzində ona konservləşdirilmiş ərzaq məhsulu verilməsini tələb etmiş, baş aşbaz menyuda muxtəlifçeşiddə isti xorəklərin olduğunu və ona konservləşdirilmiş ərzaq məhsulu verə bilməyəcəyini dedikdə o, bu sözlərə məhəl qoymayaraq nalayiq ifadələr işlətmişdir. Baş aşbaz onu sakitləşdirməyə çalışdıqda İddiaçı idarə rəhbərliyinin və ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətmişdir. İddiaçı yol verdiyi kobud hərəkətlər və ifadə etdiyi söyüşlər həmin vaxt yeməkxanada olan işçilər tərəfindən müşahidə edilmiş və aktlaşdırılmışdır (akt əmrə əlavə olunur). Aşağıda göstərilən hallara görə, cavabdeh təşkilat olan SOCAR-ın Cavabdeh İByi “28 may” Neft və Qazçıxarma idarəsinin rəisi Şahiddin İsmayılov tərəfindən imzalanmış, 28 aprel 2024-cü il tarixli, 14-2-1-7 3-5-34 2024 saylı, əmrin ləğv edilməsini, iddia ərizəmə əlavə etdiyi sənədlərdə nəzərə çatdırdığı halları araşdıraraq baş verənlərə hüquqi qiymət verilməsini təmin olunması və ən başlıca olaraq, işçilərə və şəxsən ona göstərilən iaşə xidmətinin formasının dəyişdirilərək, onlara ayrılan vəsaitin özünə ödənilməklə yeməyin özü tərəfindən təşkil olunması qaydasının müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ləğv olunmasını tələb etdiyi əmrin nəzərə çatdırdığı hissələrindən göründüyü kimi, bu əmrdə ona qarşı qərəzli münasibət açıq aşkar hiss olunur. Əmrdə açıq tekslə bildirilir ki, o, yalnız hüququnu tələb etdiyi üçün cəzalandırılmış, maraqlıdır ki, müdriyyət tutduğu qərəzli mövqeyi gizlətməyə belə cəhd etmir. Açıq-aşkar bəyan edir ki, işçi öz hüququnu tələb etdiyi üçün cəzalandırılmalıdır. İşlədiyi müəssisənin rəhbərliyi, onui keyfiyyətli yeməklə təmin etmək tələbindən hiddətlənərək cəzalandırmışdır. Bəli, o, rəhbərliyin qanunsuz hərəkətlərindən ardıcıl olaraq şikayət edir, tələb edir ki, fəhlələrə verilən yemək keyfiyyətli olsun. Yemək üçün ayrılan pul vəsait mənimsənilməsin, göstərilən xidmətə az da olsa uyğun gəlsin. İdarə rəisi isə əmrdə göstərir ki, o, keyfiyyətli yemək və ərzaq tələb etməklə, onları bezdirmişdir. Ona görə də ona qarşı inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yəni, o, fəhlələrə keyfiyyətli ərzaqdan hazırlanmış yeməklər verilməsini tələb etməyə son qoymalıdır. Nə verirlər yeyib, Allahımıza şükür etməliyik. Müəssiənin rəhbərliyi isə dövlət büdcəsindən onların təminatı üçün ayrılmış vəsaitin 60 faizini mənimsəməlidirlər. Onlar fəhlələrdə buna göz yummalı susmalıdır. Əks təqdirdə onları da inzibati tənbeh tədbiri gözləyir. Hətta onu və keyfiyyətli yemək verilməsini tələb edən digər işçiləri işdən çıxarmaqla hədələyirlər. Əmrdən belə çıxır ki, guya fəhlələrə və digər işçilərə verilən ərzağın keyfiyyətindən narazı qalan bircə odur. Başqa sözlə hamı razıdır, başını aşağı salıb verilən yeməyi yeyir, bircə o, narazılıq edir və onunla “siyasi-tərbiyə işi aparılmalıdır, onu ram etmək” lazımdır. AR Əmək Məcəlləsinin 209-cu maddəsində deyilir ki, işçinin həyatı və sağlamlığı müəssisənin istehsal fəaliyyətindən üstün tutulur. Lakin, müvafiq halda “İaşə MMC”-nin maddi və digər şəxsi mənafeyi biz işçilərin sağlamlıq təhlükəsizliyindən üstün tutulmuşdur. Ona görə də, “İntizam qaydalarının möhkəmləndirməsi haqqında" adlı, 14-2-1-7/3-11-223/3024 saylı 28 Aprel 2024-cü il tarixli Əmri qanunsuz hesab edir. Bu əmrin rəhbərliyin özü tərəfindən ləğv edilməsi barədə müraciəti rədd edilmiş və əmr düzgün hesab olunmuşdur. “İAŞƏ MMC”-in daimi istifadə etdiyi ərzaqların aşağı keyfiyyətli olmasına dair sahə işçilərinin şifahi verdikləri bildirişlərə və onun da SOCAR rəhbərliyi və daha başqa təşkilatlara müntəzəm şikayət xarakterli ərizələrimə baxılmadığından 12 aprel 2024 cü il tarixində sahə rəhbərliyinin r/m Zalov razılığı və əsasında özünündə iştirakı ilə ərzaqların saxlanma ambrına baxış keçirilən zaman təkrar istifadə üçün keçmiş gündən qalma bəzi məhsullar və o cümlədən gizli saxlanınan 70 kq civarında sellofan paketlər də qana batmış mənşəyi bilinməyən, "mal" əti adı ilə istifadə olunan ət məhsulu tapılmışdır. Sahə rəhbəri hiyləgər “İAŞƏ MMC”in nümayəndəsi və biz tərtib etdiyimiz aktın əsasında həmən məhsullar deyilənlərə görə (amma bizim xəbərimiz olmadan baş vermişdir) sahədən uzaqlaşdırılmışdır. O, tərtib olunmuş aktın surətini tələb etdikdə sahə rəhbəri Zalov onu təhdid etmiş və cəzalanacağımı bildirmişdir. Belə ki, həmin əmr ona qarşı əsassız olaraq tərtib edilmiş akta əsasən hazırlanmışdır və aşağıdakı kimi bir sıra faktiki uyğunsuzluqlar mövcuddur:
1. Əmrdə istinad edilən aktın əmrə əlavə olunduğu qeyd olunsa da, həmin akt mövcud deyil.
2. QİHN və KTS-in faktiki iş vaxtının 19:00 bitməsinə baxmayaraq, əmrdə akta istinadən onun xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində sahənin yeməkxanasına gəldiyim qeyd edilmişdir. O, həmin vaxt stansiyada olmuşdur. Əks təqdirdə, bu haqda hər hansı bir intizam tədbiri görülməli idi. Bununla bağlı heç bir dəlil yoxdur.
3. Bir qayda olaraq, sahənin yeməkxanasında axşam vaxtı gecə növbəsində və gündüz növbəsində çalışan işçi heyyəti yemək yedikləri halda, QİHN və KTS da heç bir işçi bu hadisənin şahidi olduğunu bildirməyib.
4. Aktın imzaladığını qeyd edilən iki nəfər aşbaz da aktı tanış olmadan — (məcbur edildiklərini) imzaladıqlarını bildirmişlər. Bu əmrin ləğv edilməsi ilə bağlı cavabdehə etdiyi müraciətə onlar tərəfindən rədd cavabı verilmişdir. İddia tələbinin digər hissəsi onlara göstərilən iaşə xidməti ilə bağlıdır. Belə ki, onlara verilən yeməyin keyfiyyətindən də, narazılığını uzun müddətdir ki, davam edir, onlar bu yeməyin keyfiyyətinin qaldırımasını tələb etsələr də, müdiriyyət narazlıqları nəzərə almır. Hətta onlar çoxluq təşkil edərək onlar üçün dövlət büdəcsindən ayrılaraq bilavasitə onların özünə verilməsini işlədiyi dəniz sektorunda pullu yeməkxana açılmasını və onların orada öz hesabına qidalanmağının təmin edilməsini tələb etmişlər. Lakin müdiriyyət onların qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblərini qulaq ardına vurur. Üstəlik səlahiyyət həddini aşır, şikayət edən işçilərə qarşı qanunsuz uydurma cəzalar tətbiq edir. Bu isə qanunvericiliklə cinayət hesab olunur. İşçi əsassız olaraq təqib olunur, ona əsassız cəza verilir və işdən çıxarmaqla hədə-qorxu gəlinir. Əmək Məcəlləsinin 187-ci maddəsində İntizam tənbehinin verilməsi qaydaları müəyyən edilir. Orada deyilir ki, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar huquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, muəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar huquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Bu məsələni nizama salmaq üçün atdığı addımlar cavabdeh tərəfindən rədd edilib. Bu barədə mediasiyaya müraciəti də cavabsız qalmış, cavabdeh mediasiyaya gəlməkdən yayınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək şəraitinin təmin edilməsi ilə bağlı qaydalar nəzərdə tutan 54-cü maddəsin ilə müəyyən edilir ki,
1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin huquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması təmin etməlidir: Həmin Məcəllənin 55-ci Maddəsində göstərilir ki, Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin normaları və tələblərinə əməl etmir. Onunla yanaşı çoxsaylı işçilərin onlara iaşə xidməti göstərilməsi qaydalarının dəyişdirilməsi ilə bağlı haqlı tələbləri heç bir əsas göstərmədən rədd edir. Belə olan halda o, hüquqlarının təmin edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Odur ki, cavabdeh təşkilat olan SOCAR-ın Cavabdeh İB-yi “28 may” Neft və Qazçıxarma idarəsinin rəisi Şahiddin İsmayılov tərəfindən imzalanmış, 28 aprel 2024-cü il tarixli, 14-2-1-7/3-534/2024 saylı, əmrin ləğv edilməsini, müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi ilə bağlı tələbin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini etiraf etməyərək göstərdi ki, İddiaçı “28 May” NQÇİ-nin xx.xx.2010-cu il tarixli, 130-k nömrəli əmri və onunla bağlanmış əmək müaviləsinə əsasən, SOCAR-ın Cavabdeh İB-nin “28 May” NQÇİ-nin Neft qazçıxarma üzrə 15 saylı Dərin dəniz özülünə elektrik avdanlıqlarının təmiri və xidməti üzrə 4-cü dərəcəli elektrik montyoru peşəsinə qəbul edilmiş, NQÇİ-nin xx.xx.2010-cu il tarixli, 226-k nömrəli əmri ilə “28 May” NQÇİ-nin Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsinin Sıxıcı kompressor stansiyasının avadanlıqların təmiri və xidməti üzrə mexanik vəzifəsinə keçirilmiş və hal-hazırda həmin vəzifədə çalışır. İddiaçı ərizəsində rast gəldiyi nöqsanlar barəsində müəssisənin rəhbərliyinə yazdığı müraciət və ərizələrin etirazla qarşılandığını, nöqsanların aradan qaldırılması əvəzinə qərəzli şəkildə cəzalandırıldığını, onun müraciət və şikayətlərinin iş şəraitinin mümkün qədər yaxşılaşdırılması, fəhlələrə göstərilən iaşə xidmətinin keyfiyyətinin artırılması, yüksək tibbi xidmət göstərilməsinin təmin edilməsi ilə bağlı olduğunu, lakin Həmkarlar İttifaqı Komitəsi və müəssisə rəhbərliyi mümkün olan ən kiçik tələblərini ödəməkdən boyun qaçırdığını qeyd etmişdir. Bildirilir ki, İddiaçı qeyd etdiklərinin əksinə olaraq, “28 May” NQÇİ-də işçilərin əmək şəraitinin yaxşılaşdırılması, onlara yüksək səviyyədə məişət və iaşə xidmətlərinin göstərilməsi, xüsusi geyim, fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunması, növbədə olduqları vaxt ərzində istirahət vaxtlarından səmərəli istifadə etmələri, işçilərə pulsuz tibbi xidmət göstərilməsi, ərizə və şikayətlərində qeyd etdikləri məsələlərə dərhal reaksiya verilməsi və müvafiq qaydada həll edilməsi SOCAR-ın və təbeçiliyindəki struktur təşkilatların qarşısında duran ən mühüm məsələlərdir. Odur ki, İddiaçı də yazdığı müraciət və ərizələrə dərhal reaksiya verilmiş, müvafiq qaydada araşdırılmış və cavablandırılmışdır. Onu da əlavə etmək lazımdır ki, İddiaçı yazdığı ərizə və müraciətlərindəki fikir və tələbləri fərdilik xarakteri daşısa da öz tələblərini iddia ərizəsində də göründüyü kimi digər işçilərin adından da istifadə edərək cəm şəkildə yazır. Çünki ondan başqa işlədiyi sahədə heç bir işçinin iaşə xidmətindən narazılıqları barədə idarəyə müraciətləri daxil olmamışdır. İddiaçı ərizəsində fəhlələrə ümumi qaydada iaşə xidməti həyata keçirildiyini və bu xidmət müqabilində "xxxx" MMC-nin hesabına xeyli vəsait ayrıldığını, göstərilən iaşə xidmətinin, verilən yeməklərin, ət və yağ məhsullarının keyfiyyəti aşağı olduğunu, bunu keçirilən sorğunun nəticəsindən göründüyünü, vəziyyətdən çıxış yolu kimi göstərilən iaşə xidməti əvəzinə onlara pullu xidmət göstərilməsini, yaxud ödənilən məbləği onlara verməklə özləri tərəfindən təşkil olunmasına icazə verilməsini təklif etdiklərini, bunun müəssisə rəhbəri tərəfindən təmin olunmadığını, onlara keyfiyyətsiz ət və yağ məhsullarından hazırlanan yeməklər verildiyini, nəticədə fəhlə və qulluqçular arasında mədə-bağırsaq sisteminin sıradan çıxması ilə bağlı xəstəliklərinin çoxaldığını, bunun mürəkkəb məsələ olmadığını, müəssisə daxili əmrlə nizamlana biləcəyini, kim istəyərsə ümumi yeməkxanadan istifadə edə biləcəyini, istəməyənə isə onlara ayrılan vəsait onlara ödənilməklə, onlara pullu xidmət göstərilə biləcəyini bildirir. Göründüyü kimi İddiaçı yenə də öz istəyini ümümi şəkildə yazmaqla öz tələblərini irəli sürür. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin “Gündəlik yemək xərcləri əvəzinə əlavə vəsait verilməsi və bəzi kateqoriyadan olan işçilərin pulsuz isti yeməklə təmin edilməsi haqqında” 06 dekabr 2018-ci il tarixli, SOCAR181****30300030020A00013 nömrəli əmr-qərarına əsasən “28 May” NQÇİ-nin strateji dövlət əhəmiyyətli obyektləri olan X3 və Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsində çalışan işçilərə iaşə xidməti göstərilərək, onlar isti yeməklə təmin olunurlar. Həmçinin əmr-qərarda iddiaçının çalışdığı sahəyə ezam olunan və göndərilən işçilərin də pulsuz gündəlik isti yeməklə təmin edilməsi qərara alınmışdır. Əmr-qərardan da görünür ki, İddiaçı tələbinin idarə rəhbərliyi tərəfindən həyata keçirilməsi mümkün deyildir. Bu barədə İddiaçı dəfələrlə yazılı və şifahi məlumatlar verilmişdir. Digər tərəfdən həmin obyektlərdə 12 saatlıq iş rejimi tətbiq olunduğundan işçilərin pərakəndə şəkildə iş yerlərində özləri üçün yemək hazırlaması və qidalanması mümkünsüzdür. Bu səbəblərdən və İddiaçı işlədiyi sahə fasiləsiz istehsalat sahəsi və yanğın təhlükəli obyekt olduğu üçün işçilərin yeməkxanada yemək yeməsinə müəyyən vaxtlarda şərait yaradılır. Eləcə də onun növbədə olarkən yaşadığı “Neft Daşları” NQÇİ-nin yataqxanasında da, işçilərin özləri üçün yemək hazırlamasına və yeməsinə yol verilmir. İdarə tərəfindən aparılan yoxlama-baxış zamanı işçilərə verilən ərzaq məhsulları və hazırlanan yeməklərin keyfiyyəti isə daim qənaətbəxş olmuşdur. Ona görə də bu barədə onun müraciətlərinə dəfələrlə cavab verilməsinə baxmayaraq, o müxtəlif əsassız səbəblər gətirməklə fərdi qaydada iaşə xidmətindən narazılıq edir. Onu da nəzərə almaq lazımdır ki, sahələrə "xxxx" MMC-tərəfindən ərzaq məhsulları göndərilərkən idarənin aidiyyəti məsul işçiləri göndərilən ərzaq məhsullarının sertifikatına, keyfiyyətinə, yararlılıq müddətinə baxış keçirərək nəzarət edirlər. İşçilər üçün göndərilən ərzaq məhsulları isə hamımızın gündəlik istifadə etdiyimiz ərzaq məhsullarındandır. Odur ki, işçilərin mədə-bağırsaq xəstəliklərinə tutulmaları barədə İddiaçı ərizəsində qeyd etdiyi fikirləri həqiqətə uyğun deyildir. Çünki işçilərə göstərilən iaşə xidməti daim idarə rəhbərliyinin diqqət mərkəzində və nəzarətindədir. İddiaçı iddia ərizəsində “28 May” NQÇİ-nin 28 aprel 2024-cü il tarixli, 14-2-1-7/3-1İ-223/2024 nömrəli əmrilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini ona qarşı əsassız tədbir kimi həyata keçirildiyini, ona qarşı qərəzli münasibətin açıq hiss olunduğunu qeyd edərək, əmrin ləğv edilməsini, iddia ərizəsinə əlavə etdiyi sənədlərdə nəzərdə tutduğu halları araşdırıb işçilərə və şəxsən ona göstərilən iaşə xidmətinin formasının dəyişdirilərək ayrılan vəsaitin onlara ödənilməklə yeməklərinin özləri tərəfindən təşkil olunması qaydasının müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarımasını xahiş etmişdir. Qeyd olunanlara dair bildiririk ki, İddiaçı intizam məsuliyyətinə cəlb olunmasında heç bir qərəz olmamışdır. Ona görə ki, İddiaçı iaşə xidmətindən istifadə etməmək və yemək puluna görə məbləğin ona verilməsi üçün müxtəlif dövlət təşkilatlarına, SOCAR-ın, Cavabdeh İB-nin və “28 May” NQÇİ-nin rəhbərliyinə müxtəlif bəhanələr gətirməklə dəfələrlə ərizə ilə müraciətlər etmişdir. Onun bütün ərizələrinə müvafiq qaydada cavab verilmiş, həmçinin ona şifahi qaydada izah olunmuş, eləcə də iaşə xidməti olmayan digər sahələrə eyni ixtisas dərəcəsi ilə keçməsi təklif olunmuşdur. Lakin o bütün bunlara əhəmiyyət verməmişdir. İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi isə yol verdiyi intizamsızlığa görə sahədən daxil olmuş məlumat və tərtib edilmiş akta əsasən olmuşdur. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində sahənin yeməkxanasına gəlmiş, baş aşbazdan menyunu soruşmuş, hazırlanmış yeməklərdən yeməyəcəyini bildirərək, əvəzində ona konservləşdirilmiş ərzaq məhsulu verilməsini tələb etmiş, baş aşbaz menyuda müxtəlif çeşiddə isti xörəklərin olduğunu və ona konservləşdirilmiş ərzaq məhsulu verə bilməyəcəyini dedikdə o, bu sözlərə məhəl qoymayaraq nəlayiq ifadələr işlətmiş, baş aşbaz onu sakitləşdirməyə çalışdıqda İddiaçı idarə rəhbərliyinin və ölkə rəhbərliyinin ünvanına nəlayiq ifadələr işlətmiş, onun yol verdiyi kobud hərəkətlər və ifadə etdiyi söyüşlər həmin vaxt yeməkxanada olan işçilər tərəfindən müşahidə edilmiş və aktlaşdırılmışdır. İddiaçı belə hərəkəti və tələbi fərdilik xarakteri daşıdığı üçün gələcəkdə digər işçilər tərəfindən də təkrarlanmaması, yol verdiyi hərəkətlərə hüquqi qiymətin verilməsi, barəsində qanunvericiliyə uyğun tədbirin görülməsi məqsədilə “28 May” NQÇİ tərəfindən xx.xx.2024-cü il tarixli, 14-2-1-7/3-6-245/2024 nömrəli məktubla Cavabdeh İByə müraciət olunmuşdur. Cavabdeh İB-nin sahəyə göndərilmiş aidiyyəti işçiləri tərəfindən İddiaçı və digər işçilərlə görüşlər keçirilmiş, onların fikirləri öyrənilmiş, məktubda qeyd olunan məsələlər araşdırılmış, İddiaçı izahatı alınmışdır. Onun “28 May” NQÇİ-nin rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidentinin və 1-ci Vitse Prezidentinin ünvanına nəlayiq ifadələr işlətdiyi təsdiqləndiyi üçün Cavabdeh İB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 14-2-1/3-6-2705/2024 nömrəli məktubda barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülməsi “28 May” NQÇİ-nə həvalə olunmuşdur. Bütün bunlara baxmayaraq, idarə rəhbərliyi humanistlik göstərərək “28 May” NQÇİ-nin 28 aprel 2024-cü il tarixli, 14-2-1-7/3-1İ-223/2024 nömrəli əmrilə İddiaçı barəsində intizam tədbiri görmüş, əmr sahənin kollektivində xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində müzakirəsi edilmiş, sahənin işçiləri o, cümlədən İddiaçı əmrlə tanış edilmişdir. İddiaçı əmrlə xx.xx.2024-cü il tarixdə tanış edilsə də iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində “Bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı müddətində məhkəməyə müraciət edə bilər”. Əlavə olaraq bir daha qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində yazdıqları digər hallarda həqiqətə uyğun olmadığı kimi öz mülahizələrinə əsaslandığı fikirlər və təkliflərdir. Çünki istehsalat sahələrində işçilərə iaşə xidmətinin göstərilməsi və işçilərin isti yeməklə təmin olunmasına dair yuxarıda qeyd edilən əmr-qərar yuxarı təşkilat tərəfindən verildiyi üçün icrası məcburdur. Onun ərizədə göstərdiyi və yazdığı hallar isə özünün şəxsi mülahizələridir. İddiaçı bütün bu narazılıqları isə yalnız gündəlik yemək xərcinin ona verilməsində israrlı olmasıdır. Bu istiqamətdə o özü üçün mümkün olan bütün variantlardan o cümlədən digər işçilərin və ya sahə kollektivinin adından istifadə etməkdən belə çəkinmir. Bu məsələnin həlli isə idarənin səlahiyyətləri xaricindədir və ona dəfələrlə izah olunmuşdur. İddiaçı cavabdeh SOCAR-ın Cavabdeh İstehsalat Birliyinin (İB) “28 May” Neft və Qazçıxarma İdarəsinə (NQÇİ) qarşı inzibati cəza tətbiq edilməsi ilə bağlı əmrin ləğv edilməsi, iaşə xidməti ilə bağlı tələbin təmin olunması tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 14-2-1-7/3-1İ-223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmrin mətnində qeyd edilmişdir ki, “1. QİHN və KTS-nin rəhbərlərinə tapşırılsın: 1.1. Əmrin sahənin kollektivində müzakirəsi təşkil olunsun, gələcəkdə digər işzilər tərəfindən oxşar hallara yol verilməməsi üçün zəruri tədbirlər görülsünvə bütün işçilər, o cümlədən İddiaçı əmrlə tanış edilsin. 1.2. İşçilərinin əmək qanunvericiliyinin, SOCAR-ın, Cavabdeh İB-nin əmr, sərəncam və digər normativ aktlarından irəli gələn tələblərə əməl etmələri, iş vaxtı öz əmək müqaviləsi üzrə müəyyən olunmuş əmək funksiyalarını və vəzifə (peşə) təlimatlarının tələblərini keyfiyyətlə yerinə yetirmələri istiqamətində müvafiq tədbirlər görülsün və bu istiqamətdə işçilərlə profilaktik söhbətlər aparılsın, 1.3. İşçilərin “28 May” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydaları”nın və davranış qaydalarının tələblərinə, etik normalara əməl etmələri, əmək funksiyalarını yerinə yetirərkən iş yoldaşları, rəhbərləri və tabeçiliyindəki şəxslərlə mədəni və nəzakətlə davranmaları təmin edilsin, bu tələblərə əməl etməyən şəxslərin barəsində ciddi intizam tədbirləri görüləcəyi hər bir işçinin nəzərlərinə çatdırılsın.
2. Bu əmrintəsviri hissəsində qeyd olunan hərəkət və pozuntulara yol verərək mövcud qanunvericiliyin, əmək və daxili intizam qaydalarının tələblərini pozduğuna, öz əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən olunmuş öhdəliklərinə məsuliyyətsiz yanaşdığına görə “28 May” NQÇİ-nin QİHN və KTS-ninSKS-nın avadanlıqların təmiri və xidməti üzrə mexaniki İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b”bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin.
3. Sosial inkişaf, təsərrüfat işləri və kargüzarlıq xidməti (R.Hüseynov, A.Zülfəliyeva) bu əmrin surətinin idarənin aidiyyəti struktur bölmələrinə çatdırımasını təmin etsin.
4. Bu əmrin icrasına nəzarət Qaz və qazlift təsərrüfatı üzrə rəis müaviniElman Hacıyevə həvalə olunsun.” İş materiallarında olan 14-2-1/2-596-2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ərizənizdə göstərilənlərin araşdırılması məqsədilə “28 May" NQÇİ-nin QİHN və KTS-də fəaliyyət göstərən yeməkxanasına və yeməkxananın mətbəxinə, həmçinin qida məhsullarının saxlanıldığı ərzəq anbarlarına baxış keçirilmiş, işçilərə verilən isti yeməklərin və qida məhsullarının keyfiyyəti araşdırılmış, lakin heç-bir neqativ hal aşkarlanmamışdır. Ərizədə qeyd olunan digər məsələgündəlik ayrılan ərzaq məhsullarının dəyərinin nəğd olaraq sizə ödənilməsi ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikası Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin SOCAR181****30300030020A00013 nömrəli xx.xx.2018-ci il tarixli Əmr- Qərarının 3-cü bəndinə əsasən Neft Daşları ərazisində yerləşən QİHN və KTS-nin SKS-də çalışan, habelə, həmin obyektlərə ezam olunan və göndərilən işçilər gündəlik pulsuz isti yeməklə təmin edilir və onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına uyğun gündəlik yemək xərcləri əvəzinə əlavə ödənış tətbiq edilmir. Odur ki, gündəlik yemək xərcləri əvəzinə əlavə ödənişin işçiyə ödənilməsi məqsəduyğun hesab edilmədiyindən həmin vəsaitin ona ödənilməsi mümkün deyildir. İş materiallarında olan 01-13/241 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin “Gündəlik yemək xərcləri əvəzinə əlavə vəsait verilməsi və bəzi kateqoriyadan olan işçilərin pulsuz isti yeməklə təmin edilməsi haqqında” 06 dekabr 2018-ci il tarixli, SOCAR181****303**********0013 nömrəli əmr-qərarının 3-cü bəndində “Günəşli" yatağında yerləşən X3 və “28 May“ NQÇİ-nin “Neft Daşları” ərazisində yerləşən QİHN və KTS-nin Sıxıcı kompressor stansiyalarında, eləcə də N.Nərimanov adına NQÇİ-nin və “Abşeronneft” NQÇİ-nin kənar podratçılar tərəfindən qazma aparılan Stasionar Dəniz özüllərində çalışan, habelə həmin obyektlərə ezam olunan və göndərilən işçilərin gündəlik isti yeməklə təchiz edilməsinin təmin olunması qərara alınmışdır. Əlavə olaraq bildiririk ki, “28 May" NQÇİ-nin “Neft Daşları” ərazisində yerləşən QİHN və KTS-nin yeməkxanası "xxxx" MMC tərəfindən mövcud standartlara cavab verən ərzaqla təchiz olunur və həmin ərzaq məhsullarından hazırlanan müxtəlif çeşidli yeməklərin keyfiyyəti normalara uyğundur. İş materiallarında olan 14-2-1/2-A-xx-xx/2024 saylı, 24 iyul 2024-cü il tarixli məktubdan görünür ki, yol verilmiş intizam pozuntusuna dair daxil olmuş sənədlər “28 May” Neft və Qazçıxarma İdarəsinin aidiyyəti işçiləri və Cavabdeh İstehsalat Birliyinin komissiyası tərəfindən müvafiq qaydada araşdırılmış, qeyd olunan hallar öz təsdiqini tapdığı üçün “28 May” Neft və Qazçıxarma ldarəsinin 28 aprel 2024-cü il tarixli, 14-2-1-7/3- 1İ-223/2024-cü il tarixi əmri verilmiş, həmin əmrinin təsviri hissəsində yol verilən hərəkətlər qeyd olunmuş və bunula əlaqədar barənizdə intizam tədbiri görülmüşdür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Məcəllə) 190-cı maddəsinin 1-ci bəndinə əsasən işçiyə verilmiş intizam tənbehi verildiyi gündən 6 ay müddətinə qüvvədə olur. Həmin maddənin 2-ci bəndinə əsasən intizam tənbehi yalnız işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa intizam tənbehi vaxtından əvvəl işəgötürən tərəfindən fərqləndirilmə qaydasında müvafiq əmrlə ləğv edilə bilər. Eyni maddənin 4-cü bəndinə əsasən intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Qeyd olunanları nəzərə alaraq, sizin müraciətinizdə təqdim etdiyiniz, kim tərəfindən yazıldığı məlum olmayan ərizə əsasında sizə verilmiş intizam tənbehinin ləğv olunması imkan xaricindədir. Əlavə olaraq qeyd edilmişdir ki, Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahəsində ərzaq məhsullarının və "xxxx" MMC tərəfindən hazırlanan isti yeməklərin keyfiyyətinin aşağı olması barəsində idarəyə başqa heç bir müraciət daxil olmamışdır. Müraciətinizə əlavə etdiyiniz X2 və X1 adından yazılmış aktlar qaydalara uyğun tərtib olunmadığı və imzalanmadığı üçün etibarlı hesab edilə bilməz. Həmçinin tərəfimizdən "xxxx" MMC-nin adları yuxarıda qeyd olunan işçilərindən alınmış yazılı və şifahi məlumatlarda onlar heç bir akt yazmadıqlarını bildirmişlər. Qeyd edilir ki, Qazın ilkin hazırlanması, nəqli və kompressor təsərrüfatı sahesinin ərzaq anbarına baxış keçirilərkən müraciətinizdə qeyd etdiyiniz istifadəyə yararsız ət məhsulunun aşkarlanması və aktlaşdırılması halı da aparılmış araşdırmalar zamanı öz təsdiqini tapmamışdır. İş materiallarında olan Bakı 19 saylı Mediasiya Təşkilatının MŞB/19/2024-00026 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh İB-nin «28 May» NQÇİ İMSda iştirak etməmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd edilməlidir.
Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2010-cu ildən SOCAR-ın “28 May” NQÇİ-nin QİHN və KTS-nin SKS-də mühəndis vəzifəsində işləyir. SOCARİ-ın “28 may Qazçıxarma idarəsinin 14-2-1-7/3-5-34/2024 saylı 28 aprel 2024-cü il tarixli əmrilə ona AR Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunmaqla, ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı həmin əmrlə xx.xx.2024-cü il tarixdə tanış olmuşdur. Hazırkı iddia tələbi üzrə 1 təqvim aylıq iddia müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı təşkil edir. Bundan başqa, tələbin “müəssisədə həyata keçirilən iaşə xidmətinin formasının dəyişdirilməsi ilə bağlı tələbin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehsalat sahələrində işçilərə iaşə xidmətinin göstərilməsi və işçilərin isti yeməklə təmin olunmasına dair yuxarıda qeyd edilən əmr-qərar yuxarı təşkilat tərəfindən verildiyi üçün icrası məcburidir. İddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh İB-nin «28 May» NQÇİ-nə qarşı intizam tənbehinin tətbiq edilməsi ilə bağlı əmrin ləğv edilməsi, iaşə xidməti ilə bağlı tələbin təmin edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Faiq Qasımov