Məhkəmə qərarları › İş №2(094)-309/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-309/2024

17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-309/2024 17.12.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X26 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X7 1871-ci il təvəllüdlü Cəfər İmaməli oğlunun qızı olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X13 onun anasıdır. X4 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Lakin onun barəsində ölüm haqqında rəsmi məlumat aşkarlanmamışdır. X15 barəsində doğum haqqında məlumat tapılmamışdır. Cəfər İmaməli oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığına və babası ilə anasının qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyinə görə vərəsə məsələlərini həll edə bilmir. Lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyimə görə məhkəməyə muraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Pirallahı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X3 ərizənin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun həm qonşusu həm qohumudur. Məlikova Sayat onun bibisi qızıdır. O, X6 olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində bildirdi ki, ərizəçi onun xalası oğlu, Məlikova Sayat isə onun xalasıdır. O, X6 olmasını təsdiq edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, X5 ilə X16 xx.xx.1952-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-ci ildə doğulmuşdur. Atası X5, X4dır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-DA/2-M-249-6-364/2024 saylı məktubun surətindən görünür ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olan 12 mart 2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1931-ci ilə dair Bakı şəhəri Əzizbəyov (Pirallahı) rayonu Zirə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X11 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-TA/2-M-6-74/2024 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı quberniyası vergi idarəsi” fondunun sənədlərində Zirə kəndinin 1886-cı ilə dair kameral siyahısında Cəfər İmaməli oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi:1871-ci il (sənəddə olduğu kimi ay və gün qeyd edilməyib). Valideynləri: Atası — İmaməli Novruzəli oğlu. Anası sənəddə olduğu kimi qeyd edilməyib. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, X13 Ərizəçi anasıdır. S.Məlikova xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. xx.xx.1995-ci il tarixdə vəfat etmiş X13 1871-ci ildə doğulmuş Cəfər İmaməli oğlunun qızıdır. Həmin faktı məhkəmə iclasında şahidlər öz ifadələri ilə təsdiq etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə, ərizəçinin iş üzrə təqdim etdiyi sübutları, şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X7 1871-ci il təvəllüdlü Cəfər İmaməli oğlunun qızı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə vəfat etmiş X7 1871-ci il təvəllüdlü Cəfər İmaməli oğlunun qızı olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar