Məhkəmə qərarları › İş №2(094)-330/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-330/2025

13.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-330/2025 13.01.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X20 Adil oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Əbdulsəməd oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Əbdulsəməd oğluna qarşı yaşayış sahəsindən çıxarılma barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Əbdulsəməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əbdülsəməd oğlunun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil əvvəllər mərhum X1nun istifadəsində olmuş, nənəsi X3 ilə həmin mənzildə yaşamışlar. X1 xx.xx.2023-cü ildə, nənəsi isə xx.xx.2004-cü ildə vəfat etmişdir. Pirallahı rayon MKTB-nin 159 saylı MKİS-nin 44 saylı xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən Dübəndi qəsəbəsi, Neft Bazası küçəsi, ev 5, mənzil 3 -n haqqı(dəyəri) tərəfindən ödənilməklə müddətsiz olaraq onun istifadə və sahibliyinə verilmişdir. Hazırki vaxta kimi mənzilin kommunal xərclərini o ödəyir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh Əbdulsəməd oğlu istifadəsinə verilən mənzili qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə mənzildən çıxmasını tələb etsə də, o, bu günə kimi mənzildə qanunsuz olaraq yaşamaqda davam edir. Cavabdehin bu qanunsuz hərəkətinə görə mənzili üzərində olan istifadə və sərəncam vermək hüquqları pozulmuşdur. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Əbdülsəməd oğlunun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı sözü gedən evin mülkiyyətçisi deyil, orada kirayə müqaviləsinə əsasən yaşayır. Məhkəmə iclasında Cavabdeh Əbdulsəməd oğlunun nümayəndəsi X8 iddia tələbini etiraf etmədi. Məhkəmə mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında 44 N-li, xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, mülkiyyətçinin adından çıxış edən Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar sahəsinin rəisi X9 İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Kirayəyə verən Bakı şəhəri Pirallahı rayonu Dübəndi qəsəbəsi Neft Bazası küçəsi ev 5 3 saylı mənzildə yerləşən, Dövlət mənzil fonduna aid, ümumi sahəsi 33,00 kv.metrdən, yaşayış hissəsi 28,00 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz müddətində kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan ******* N-li, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs X6r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2004-cü ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, onun atası X12, anası X7r. Mülki işin materiallarında göründüyü kimi, mülkiyyətçinin adından çıxış edən Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı Mənzil-Kommunal İstismar sahəsinin rəisi X9 İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Kirayəyə verən Bakı şəhəri Pirallahı rayonu Dübəndi qəsəbəsi Neft Bazası küçəsi ev 5 3 saylı mənzildə yerləşən, Dövlət mənzil fonduna aid, ümumi sahəsi 33,00 kv.metrdən, yaşayış hissəsi 28,00 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz müddətində kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Əbdülsəməd oğlunun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvandan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçının hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, mübahisəli mənzil dövlət mülkiyyət hesab olunur. Belə ki, mənzil Dövlət mənzil fonduna aiddir. Hazırkı halda sözügedən mənzilin iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Yuxarıda qeyd oluduğu kimi məhkəmə araşdırması zamanı müəyyən edilmiş hal olaraq mübahisəli mənzil dövlət mülkiyyətində olan mənzil olduğu aşkar edilmişdir. Belə olan olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə müraciət etmək hüquq İddiaçının yox, dövlətin müstəsna səlahiyyətindədir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi mənzilə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh Əbdulsəməd oğluna qarşı yaşayış sahəsindən çıxarılma barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Əbdulsəməd oğluna qarşı yaşayış sahəsindən çıxarılma barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar