Məhkəmə qərarları › İş №2(094)-356/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-356/2024

26.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-356/2024 26.11.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Hafis oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Hafis oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X1 anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra Bakı şəhəri, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsi, ev 9, mənzil 2-də pasport qeydiyyatında olmaqla yaşamışdır. Son vaxtlar cavabdeh ilə münasibəti körlanmış və nəticədə o, mənzildən qovulmuşdur. Lakin ona məxsus bütün əmlakı cavabdehlə yaşadığı mənzildə bu günə kimi qalmışdır. 2-N-li forma arayışa əsasən mənzil Bakı şəhəri Mənzil-Kommunal Təsərrufatı Birliyinin balansındadır. Cavabdeh yaşayış sahəsi kirayəçisidir. O və övladı onun ailə üzvləridir. Hal-hazırda da o, həmin mənzildə pasport qeydiyyatındadır. O və övladı mübahisəli mənzildən cavabdehlərlə bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdeh könüllü onu və uşağını mənzilə buraxmadığına görə məhkəməyə müraciət etməli olur. O, uşağı ilə birlikdə köçüb həmin mənzildə yaşamaq istəyir. Onun başqa yaşayış yeri yoxdur. Hesab edir ki, qanunvericiliyə əsasən bir ailə üzvi kimi onun da həmin mənzildən istifadə etmək hüqüqu vardır. Mübahisəli mənzildə yaşamamağı onun iradından asılı deyildir. O, həmin mənzildə yaşamaq istəsə də Cavabdeh həmin mənzilə buraxmır. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etməli olur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Hafis oğlu iddia tələbini etiraf edərək iddianın təmin olunmasına etiraz etmədi. Əlavə olaraq bildirdi ki, o, iddiaçını evdən qovmamışıdr. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildə qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmişdir. İş materialarında olan AZE seriyalı 10917429 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildə qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrufatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı mənzil-kommunal istismar sahəsinin Forma-2 arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildə yaşayır. Onun ailəsi 3 nəfərdən ibarətdir. Mənzili icarəyə götürən şəxs Cavabdeh Hafis oğludur. Göründüyü kimi hazırda iddiaçının köçürülməli olduğunu iddia etdiyi yaşayış sahəsinə nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Lakin işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı cavabdehlə aralarında olan mübahisəyə qədər mübahisəli evdə yaşamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçının mənzilə köçürülməsinə etiraz etməmişdir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsindən iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bundan başqa, məhkəmə iclasında cavabdeh Bu səbəbdən iddiaçının həmin mənzilə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində həmin mənzildən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin mənzilə köçürülməsindən onun imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı övladı xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı övladı xx.xx.2010-cu il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar