Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-358/2025 03.03.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin daşınmaz əmlaka dair adına Dövlət reyestrindən Çıxarış verilmişdir. 2020-ci ilin əvvələrində o, Saatlı rayon sakini Cavabdeh ilə tanış olmuşdur. Onunla nikah bağlamadan birgə ona məxsus mənzildə yaşamağa başlamışlar. Mənzilində yaşamasına baxmayataq cavabdeh özü istədiyi kimi hərəkət etmiş, ona qulaq asmamışdır. Aralarında münaqişələr yaranmış və dəfələrlə qapıya polis gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh onun ailə üzvü olmamışdır, sadəcə mənzilin mülkiyyətçisi kimi razılığı ilə köçüb yaşamışdır. Hazırda bele bir vəziyyət yaranmışdır ki, o, öz mülkündən məhrum olunmuşdur və sərbəst özü istədiyi kimi sahib ola bilmir, ondan istifadə edə bilmir. Cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olmamasını nəzərə alaraq, lakin orada yaşadığına görə çıxarılması haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus mənzildə Cavabdeh Vuqar qızı və onun övladı X1 yaşama və mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağayeva X4 Nicat Niyaz oğlu ilə 2021-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşdur. X5 adlı övladları vardır. Cavabdeh gəlin olaraq Nicata məxsus olan ünvan 3 ünvanına gəlin köçüb. Həmin vaxtdan övladı Niyazla ilə orada yaşayıb. Cavabdeh başqa mənzili yoxdur. Getməyə yeri yoxdur. Cavabdeh həyat yoldaşı İddiaçı atası xəstə olduğu zaman ona qulluq etmiş, hətta onun bütün qayğılarını öz üzərinə götürmüşdür. Nicatın atası Cavabdeh qollarında can vermişdir. Çünki Nicat və anası atalarını atıb getmişdir. Ağsaqqal öldükdən sonra onlar Nicat və anası Cavabdeh qarşı hücuma keçmişdir. Cavabdeh adına hər hansı yaşayış sahəsini yoxdur, işləmir, azyaşlı övladına baxır, heç bir gəliri yoxdur və maddi vəziyyətinin yaxşı deyil və övladının atası İddiaçı övladı Niyazı və Ayseli atıb getmişdir. X7 Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə iddiaçı və cavabdehin övladı X1 qeydiyyat ünvanı ilə bağlı vəkil sorğusu göndərilmiş. Müvafiq idarədən xx.xx.2025-ci il tarixli cavab məktubunda X1 qeydiyyat ünvanının ünvan 4klə qarşılıqlı iddianın əsası xx.xx.2025-ci il tarixdə yaranmışdır. MPM-nin 155.2-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun. İddiaçı övladı Niyazı və arvadı Cavabdeh atıb gedib. Uşaq da Nicata məxsus evdə Aysellə birgə yaşayır. Ailə məcəlləsinin 60-cı maddəsinin 4-cü bəndinin tələbinə görə uşağın yaşayış yeri valideynlərinin razılığı ilə həll edilir. İddiaçı övladını və arvadını atıb gedibsə bu o deməkdir ki, uşağın anası ilə birgə yaşayışına razılıq verib. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbinə görə övlad yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab edilir. Həmin maddənin 2-ci bəndinə görə isə Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Deməli, Nicata məxsus evdə Cavabdeh və X1 bərabər istifadə etmək hüququ vardır. İlkin iddia təmin edilməsini, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus mənzildə Cavabdeh və onun övladı X1 yaşama və mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddia tələbini müdafiə verərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunmasını, qarşılıqlı iddianın əsassız olduğunu və rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh ilk iddia tələbini etiraf etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın təmin olunmasını və ilk iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil ilk iddia tələbini etiraf etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın təmin olunmasını və ilk iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh hazırda yaşamaq üçün başqa yeri yoxdur, onun əmlakı yoxdur. Anası isə kənddə kirayədə yaşayır. Aysel və övladı ilk iddia üzrə iddiaçının ailə üzvüdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1995-cı il tarixdə Bakı şəhərində doğulmuş, onun atası X2, anası X3r. İş materialarında olan çıxarışın surətindən görünür ki, ünvan 6 İddiaçı xüsusi mülkiyyətindədir. İş materialarında olan MAPS arayışının surətindən görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. İş materialarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrufatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı mənzil-kommunal istismar sahəsinin xx.xx.2025-ci il tarixli 951 saylı Forma-2 arayışının surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 22, 79 saylı mənzil xüsusidir. İddiaçı mənzilin mülkiyyətçisidir. Onun ailəsi 1 nəfərdən ibarətdir. İş materialarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrufatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı mənzil-kommunal istismar sahəsinin xx.xx.2025-ci il tarixli 806 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 22, 79 saylı mənzildə qeydiyyatsız yaşayır. İş materialarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrufatı Departamentinin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 159 saylı mənzil-kommunal istismar sahəsinin xx.xx.2026-ci il tarixli 57 saylı Forma-2 arayışının surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, ev 22, 79 saylı mənzil xüsusidir. İddiaçı mənzilin mülkiyyətçisidir. Onun ailəsi 2 nəfərdən ibarətdir. xx.xx.2021-ci il təvəllüdlü X6 onun oğludur və o, xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu hal daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunmuşdur. Tərəflər qeyri-rəsmi birgə yaşamışlar. Onların arasında rəsmi nikah münasibətləri mövcud olmamışdır. Tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh yaşayış sahəsini könüllü olaraq tərk etməmiş və iddiaçının iradəsinə zidd olaraq həmin sahədən istifadəni davam etdirmişdir. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsi tam həcmdə İddiaçı şəxsi mülkiyyətindədir. Cavabdeh həmin mənzildə iddiaçının razılığı ilə müvəqqəti yaşamışdır. Tərəflər arasında nikah münasibətləri dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh mübahisəli əmlak üzərində mülkiyyət, istifadə və ya digər əmlak hüquqları qanunla müəyyən olunmamışdır. Yaşayış sahəsindən istifadə hüququ yalnız qanunda nəzərdə tutulmuş hallarda (ailə üzvü statusu, icarə müqaviləsi və s.) yarana bilər. Cavabdeh bu kateqoriyalardan heç birinə aid deyildir. Şəxsin yaşayış sahəsində uzun müddət yaşaması, əgər bu, mülkiyyətçinin iradəsinə əsaslanırsa, həmin şəxsə müstəqil istifadə hüququ vermir və mülkiyyətçinin tələb etdiyi halda belə şəxsin çıxarılması mümkündür. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı mülkiyyət hüququ pozulmuş, Cavabdeh həmin əmlak üzərində hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh ailə münasibətlərində deyillər. Mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin həmin mənzilə dair hər hansı bir hüquqlarının olması məhkəmə iclasında müəyyən olunmadı. Cavabdeh könüllü olaraq evdən çıxmadığına görə hal-hazırda İddiaçı həmin mənzildən öz iradəsinə uyğun istifadə edə bilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh ilk iddia üzrə iddiaçıya məxsus ünvan 1 ünvanından çıxarılmalıdır. Qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh ilk iddia üzrə iddiaçıya məxsus ünvan 1 ünvanından çıxarılsın. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-358/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-358/2025
03.03.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver