Məhkəmə qərarları › İş №2(094)-376/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-376/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-376/2025 03.02.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X25 Adil oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi miras qəbulu faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29 iyun 2000-ci il tarixində vəfat etmiş X1 atası 16 fevral 1994-cü il tarixdə vəfat etmiş X8 ünvan 1 ünvanında miras qalmış torpaq sahəsinin vərəsə kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16 fevral 1994-cü il tarixində vəfat etmiş X16 X1 atasıdır. Mərhum qaynatasından ünvan 1 ünvanında torpaq sahəsi miras qalıbdır. Əri 26 iyun 2000-ci ildə vəfat etmişdir. X3 X5ndan miras qalan əmlaka vərəsədir. Mərhum ərinin atasından miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi üçün 4 saylı “Bakı Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müracət etsə də müraciəti təmin edilməmişdir. 4 saylı “Bakı Asan Xidmət” Mərkəzində Notariat Ofisindən 19 oktyabr 2025-ci il tarixli məktubunda bildirilir ki, 29 iyun 2000-ci il tarixində vəfat etmiş əriniz X7 atası 16 fevral 1994-cü il tarixdə vəfat etmiş X8 qalmış miras əmlakla bağlı 6 ay ərzinidə notariat ofisinə ərizə təqdim edilməsi haqqında məlumat və ya mirasın faktiki qəbulu ilə bağlı sübutlar aşkar olunmadığından miras qoyanın əmlakı ilə bağlı notariat hərəkətinin aparılması mümkün olmamışdır. Belə hesab edirəm ki, 4 saylı “ASAN XİDMƏT” Notariat ofisinin imtinası qanunsuz və əsassızdır. Belə ki, 29 iyun 2000-ci il tarixində vəfat etmiş əri X13 atası 16 fevral 1994-cü il tarixdə vəfat etmiş X8 qalmış əmlakı faktiki surətdə qəbul edərək idarə etmişdir. X1 isə xx.xx.2000-ci il tarixdən vəfatından sonra isə o, və uşaqları qaynatasından qalmış əmlakı faktiki surətdə qəbul edərək idarə etmişdir. 29 iyun 2000-ci il tarixində vəfat etmiş X1 atası 16 fevral 1994-cü il tarixdə vəfat etmiş X8 ünvan 1 ünvanında miras qalmış torpaq sahəsinin vərəsə kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Ələsgər Əliyev ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 20 ildən artıqdır ki, tanıyır. Belə ki, o, ünvan 1 ünvanına gəlin köçmüşdür. Ev sahibi onun qayınatası Cəlal olmuş, Cəlal öldükdən sonra isə oğlu Xanlar olmuşdur. Xanlar 2000-ci ildə vəfat etmiş, ondan sonra da Ərizəçi uşaqları ilə birlikdə orada yaşamışdır. Məhkəmədə şahid qismində X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 20 ildən artıqdır ki, tanıyır. Belə ki, o, ünvan 1 ünvanına gəlin köçmüşdür. Ev sahibi onun qayınatası Cəlal olmuş, Cəlal öldükdən sonra isə oğlu Xanlar olmuşdur. Xanlar 2000-ci ildə vəfat etmiş, ondan sonra da Ərizəçi uşaqları ilə birlikdə orada yaşamışdır. Maraqlı şəxs Bakı şəhəri 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. X4, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1947-ci il tarixdə doğulmuşdur. X5, anası X2r. İş materiallarında olan xx.xx.2000-ci il tarixli AZ023281 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2000-ci il tarixdə kəskin ürək-damar çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli 337783 nömrəli nikahın bağlanması haqqında şəhadənamənin surətindən görünür ki, X13 ilə X14 xx.xx.1997-ci il tarixdə 184 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X7 vərəsələri həyat yoldaşı Ərizəçi miras əmlak-P00158 və 7506 nömrəli əmanət kitabçasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 972 nömrəli aktdan görünür ki, X16 xx.xx.1994-cü ildə Bakı şəhəri Xəzər rayonunda vəfat etmişdir. Bu barədə xx.xx.1994-cü il tarixdə Xəzər rayon Zirə qəsəbə İ/N-də 58 №-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 585 nömrəli aktdan görünür ki, X6 xx.xx.2003-cü ildə Xəzər rayonunun Bakı şəhərində vəfat etmişdir. Bu barədə xx.xx.2003cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 503 №-li ölüüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Ərizəçi ünvanladığı 3611 saylı xx.xx.2025-ci il tarixli məktubun məzmununda qeyd edilmişdir ki, “xx.xx.1994-cü il tarixdə vəfat etmiş ərinizin X5ndan miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinə dair müraciətinizə baxılmışdır. Məlumat üçün bildirirəm ki, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını yoxlamalıdır. Mirasın açıldığı vaxt qüvvədə olan xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 554-cü maddəyə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu maddəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sübut ola bilər. Vəfat etmiş əriniz X7 X5ndan qalmış miras əmlak ilə bağlı 6 ay ərzində notariat ofisinə ərizə təqdim edilməsi haqqında məlumat və ya mirasın faktiki qəbulu ilə bağlı sübutlar aşkar olunmadı. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş əriniz X7 atası xx.xx.1994-cü il tarixdə vəfat etmiş X8 qalmış miras əmlak ilə bağlı 6 ay ərzində notariat ofisinə ərizə təqdim edilməsi haqqında məlumat və ya mirasın faktiki qəbulu ilə bağlı sübutlar aşkar olunmadığından miras qoyanın əmlakı ilə bağlı notariat hərəkətinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə bu fakt qayınatasından qalmış miras əmlak olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Babayev küçəsi 30 saylı evin sənədləşdirilməsi ilə əlaqədar lazımdır. Qayınatasının vəfatından 6 ay ötdyündən o, müddəti buraxmış və həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şahid ifadələri ilə də müəyyən edildi ki, miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi qayınX5ndan miras qalmış və onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanını miras kimi qəbul etmiş və mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə versə də, müddəti ötürdüyü üçün vərəsəlik işindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29 iyun 2000-ci il tarixində vəfat etmiş X1 atası 16 fevral 1994-cü il tarixdə vəfat etmiş X8 ünvan 1 ünvanında miras qalmış torpaq sahəsinin vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 29 iyun 2000-ci il tarixində vəfat etmiş X1 atası 16 fevral 1994-cü il tarixdə vəfat etmiş X11 mülkiyyətində olan ünvan 1 ünvanında olan torpaq sahəsinə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar