Məhkəmə qərarları › İş №2(094)-38/2024

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-38/2024

02.04.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-38/2024 02.04.2024 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Cabbarova Jalə Surxay qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, anası xx.xx.1926-cı il təvəllüdlü X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X6, xx.xx.1926-cı il tarixində anadan olmuşdur və 2004-cü il tarixinədək ünvan 1 ünvanında yaşamışdır. 2004-cü il tarixində mənzili tərk edib və bir də yaşadığı ünvana qayıtmamışdır. 2004-cü il tarixindən 2022-ci il tarixinədək həmin mənzildə heç kim yaşamamışdır. Uzaq qohumlardan xəbər almışdır ki, anası rəhmətə getmişdir. Lakin bu fakt rəsmi şəkildə öz təsdiqini almamışdır. Hal-hazırda həmin mənzildə o yaşayır və həmin mənzili təmir etməyi planlaşdırır. Mənzilin işıq, qaz və su sayğacları yararsız vəziyyətə düşdüyü üçün mənzildə su, işıq və qaz yoxdur. Mənzil anasının adına olduğu üçün qaz, işıq və su idarələri ancaq onun müraciəti əsasında qaz, su və işıq sayğacları quraşdırmağa razılıq bildirirlər. Onun artıq 61 yaşı var, anasının yeganə vərəsəsi olaraq anasının adına olan mənzili öz adına rəsmiləşdirmək istəyir. xx.xx.1926-cı il tarixdə anadan olmuş anası X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizədəki xüsusatları qeyd edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə bildirmişdir ki, o 30 ildən çoxdur X2 qonşusudur. X6 2002-ci ildə evi almışdır. Daha sonra 2002 və ya 2003-cü ildən sonra X5 görməmişdir. X6 getdikdən sonra evdə qızı Ərizəçi yaşayırdı. Qızı da bəzi zamanlarda evdə olurdu, bəzi zamanlarda isə bir müddətlik evdən gedirdi. Hal-hazırda evdə qızı yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə bildirmişdir ki, 2000-ci ildən o ünvanda yaşayır. Onların evləri qarşı-qarşıya olmuşdur. X6 daima ondan borc pul istəmiş, 1 neçə müddət keçdikdən sonra borcunu gətirib qaytarmışdır. 2003-cü ildə sonuncu dəfə ondan pul istədikdə demişdir ki, şəhərə pensiya almaq üçün gedirəm, pensiyamı aldıqdan sonra qaytaracam. Daima ondan borc alıb sonra qaytardığı üçün pulu vermişdir. 2-3 gün keçdi, X3 xəbər çıxmamışdır. O da X2 evinə getmişdir, lakin evdə heçkim yoxdur. 1 ay belə keçdikdən sonra digər qonşulardan xəbər almaq istəmiş və onlardan Raisanı soruşmuşdur. Lakin heç kim görməmiş və ondan xəbər bilmirdilər. 2010-cu ildə onun evində işıq yandığını görmüşdür. Düşünmüşdür ki, Raisa qayıtmışdır. Evinə gedib qapını döydükdə qapını tanımadığı bir qadın açdı. Ondan Raisanı soruşduqda, anasının öldüyünü deyərək qapını bağlamışdır. Hal-hazırda Raisanın qızı Tamara evdə tək yaşayır. Məhkəmə, ərizəçinin nümayəndə-vəkilinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi anası X4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1926-cı il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı anası X1 xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi doğumunun nikahda olmayan ananın ərizəsi əsasında xx.xx.1962-ci ildə Səbail rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Raisa Qavrilinanın nikahı, doğumu və ölümü haqqında akt qeydinə dair məlumatlar aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Pirallahı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1-də yaşayan, xx.xx.1926-cı il təvəllüdlü X2 itkin düşməsi ilə bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, qeyd olunan ünvanın sakinləri ilə əməliyyat marağı doğuran məlumatın əldə olunması məqsədilə kəşfiyyat xarakterli söhbətlər aparılmış, lakin müsbət nəticənin əldə olunması mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş materiallarına əlavə edilmiş Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilən arayışın surətindən görünür ki, xx.xx.1926-cı ildə anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “ Vətəndaşlıq vəziyyəri aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1926cı il təvəllüdlü mərhum X2 adına ünvan 1 ünvanı qeydiyyata alınmışdır və hazırda adındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. İşin məhkəmə iclasında tədqiq olunan hallarından görünür ki, ərizəçinin anası xx.xx.1926-cı il təvəllüdlü X2 harada olması barədə 2003-cü il tarixdən onun yaşayış yerində heç bir məlumat yoxdur. Eyni zamanda, onun təvəllüdü nəzərə alınarsa, hal-hazırda 97 yaşında olmalı idi. Həmin Məcəllənin 41.3-cu maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1926-cı il təvəllüdlü X6 ölmüş elan edilməli və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1926-cı il təvəllüdlü X6 ölmüş elan edilsin. Hazırkı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün xx.xx.1926-cı il təvəllüdlü X2 ölüm günü hesab edilsin. Qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxslərin ölməsi barədə qeyd aparılması və şəhadətnamə verilməsi üçün üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar