Məhkəmə qərarları › İş №2(094)-381/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-381/2025

23.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-381/2025 23.12.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X19 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə Cavabdehin nümayəndələri X12 və X1 iştirakları ilə, İddiaçı cavabdeh “X13” X14rşı «İşə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X13” X14rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X13” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-16/3-1-285/2025 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 1995-ci ildən etibarən əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, 10 oktyabr 1995-ci ildən 11 nömrəli bağçaya kargüzar təyin olunmuş, 1997-ci ildə ailə vəziyyətimlə əlaqədar öz xahişilə işdən azad olunmuş, xx.xx.1998-ci il tarixdə 1.0 ştat vahidi ilə Bakı şəhəri Xəzər rayonu 12 saylı X15 palata xadiməsi işinə qəbul edilmiş, İki dəfə hamiləliklə əlaqədar analıq məzuniyyətinə çıxmışdır. xx.xx.2002-ci il tarixdə 12 nömrəli TSH-nin palata xadiməsi kimi işinə geri qayıtmışdır. xx.xx.2011-ci il tarixdə BBSİ Xəzər rayonu Cilov adası 12 saylı TSH-nin adı Xəzər rayon 16 nömrəli BŞX olaraq dəyişdirilmişdir. Buna görə də o, Xəzər rayon 16 nömrəli BŞX-nin palata xadiməsi hesab olunmuşdur. xx.xx.2011-ci il tarixdə həmin xəstəxanada palata xadiməsi işindən azad edilərək kompüter üzrə operator işinə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Xəzər rayon 16 nömrəli BŞX İTS TƏBİB-in nəzdinə keçirilmişdir. Buna görə də işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə İTS TƏBİB-in nəzdində olan “X13” ilə əmək müqaviləsi bağlayaraq operator kimi işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli, 18-1-16/3-1-158/2024 nömrəli əmrlə əmək müqaviləsində dəyişiklik edilərək Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin kompüter operatoru peşəsindən TTTY şöbəsinin sanitar qadını peşəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixli, 18-1-16/3-1-285/2025 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” yarımbəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) mənim əmək müqaviləmə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli, 18-1- 16/3-1-285/2025 nömrəli işdən azad olmağılə bağlı əmrlə razı olmadığı üçün məhkəmə qaydasında onu mübahisələndirmək istəmişdir. Buna görə işdən çıxarılan digər iş yoldaşlarılə birlikdə vəkil X3 hüquqi yardım göstərməsi üçün müraciət etmişlər. X7rı mart ayından etibarən aldatmış, bu vaxta qədər məhkəməyə müraciət etməmişdir. Belə ki, Cavidan Osmanlı guya mediasiya prosesinin keçirildiyini, orada razılığa gəlmədiklərini, sonra məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavidan Osmanlı ilə mütəmadi olaraq əlaqə saxladıqda hazırda işin Pirallahı Rayon Məhkəməsinin icraatında olduğu və davam etdiyini bildirirdi. Bir müddət sonra ondan işin nəticəsinin nə olduğunu soruşduqda işin onların xeyrinə yekunlaşdığını, ayrı-ayrılıqda verdiyi iddiaların təmin olunduğunu bildirdi. X16 Pirallahı Rayon Məhkəməsinin qətnamələrini bizə göstərməkdən yayınırdı. Nəhayət, israrlarımızla ofisində ona qətnaməni göstərmişdir. Həmin qətnamədə Pirallahı Rayon Məhkəməsinin adı, Azərbaycan Respublikasının Dövlət Gerbi və qətnamənin elektron imzalandığı barədə QR kod əks olunmuşdu. Həmin qətnamənin nə nüsxəsini bizə verir, nə də şəklini çəkməyə imkan verirdi. Cavidan Osmanlının hərəkətlərindən şübhələndiyi üçün məhkəməyə zəng etməklə, başqa hüquqşünasların köməyi ilə öyrəndik ki, o, aylarla onları aldatınışdır. Buna görə də Cavidan Osmanlının onları aldatması, pulunu ələ keçirməsi, məhkəmənin adından qətnamə tərtib etməsi barədə müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmişlər. onların müraciəti əsasında Cavidan Osmanlının barəsində Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanmışdır. Həmçinin AR Vəkillər Kollegiyasına etdiyi kollektiv müraciət əsasında Cavidan Osmanlının əməlinə hüquqi qiymət verilmiş, onlara qarşı törətdiyi qanunsuz əməllər öz təsdiqini tapmışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 1632 nömrəli məktubdan göründüyü kimi AR Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən X2 Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmış və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyəti dayandırılmışdır. O, işdən azad olunmağılə bağlı əmrlə razı deyil. Əmək kitabçasından da göründüyü kimi bu vaxta qədər heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmişdir. Cavabdeh tərəfindən qəbul edilən əmr tam əsassız və qanunsuzdur. Cavabdehin xx.xx.2025-ci il tarixli, 18-1-16 3-1-285 2025 nömrəli əmrindən göründüyü kimi əmək müqaviləsinə xitam verilməsinin və işdən azad olunmağının səbəbi əsaslandırılmamışdır. O, həmin müəssisədə xx.xx.1998-ci il tarixdən etibarən əməkə fəaliyyəti ilə məşğul olmuşdur. 27 ilə yaxın əmək stajı vardır. Cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv olunması və işdən azad olunmağılə bağlı xəbərdarlıq məktubu ona 21 yanvar tarixində təqdim olunmuş, o da imzalamaq məcburiyyətində olmuşdur. Lakin xx.xx.2025-ci il tarixli, 18-1-16/3-1-285/2025 nömrəli əmrdən göründüyü kimi əmrin əsası kimi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu kimi göstərilmişdir. Cavabdeh onu işdən azad edərkən həmin müəssisədəki 27 illik əmək stajının olduğunu nəzərə almamışdır. Belə ki, o, işdən çıxarma müavinəti bir ildən beş ilədək əmək stajı hesablanmaqla orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında ödənilmişdir. Bundan başqa, işdən azad olunarkən 27 illik əmək stajı olmasına baxmayaraq onun işdə saxlanmaq barədə məsələ ümumiyyətlə müzakirə olunmamış, ona rəsmi şəkildə iş təklif edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri X12 və X4 hər biri ayrılqda iddianı etiraf etməyərək, iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsini xahiş etdilər. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X21 və “X13" X14rşı “işə bərpa və məcburi iş buraxmaya görə pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə e- 2(094)381/2025 saylı iş məhkəmənin icraatındadır. “X13” X17 07 mart 2025-ci il tarixli 18- 1-16/3-1-285/2025 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin, iş materiallarından göründüyü kimi şəxs xx.xx.2025-ci tarixində mediasiyaya müraciət etmiş və xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Şəxsin işdən çıxarıldığı tarix ilə mediasiya və məhkəməyə müraciət etdiyi tarix arasında təxminən 6 aylıq müddət mövcuddur ki, bu da 1 aylıq müddətin ötməsinə səbəb olmuşdur. Həmçinin, şəxs elektron məhkəmə sisteminə “Elektron notariat” Avtomatlaşdırılmış Sistemindən etibarnamənin çıxarışını yükləmişdir. İlk öncə qeyd edək ki, Etibamamə - bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Etibamamə şəxsin vəkillə konkret hansı məsələ ilə bağlı müqavilə bağladığını təsdiq etmir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 15-1-ci maadəsinə əsasən Vəkil/orderi vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən vəkilə verilən, özündə tapşırıq üzrə istintaq (təhqiqat), prokurorluq orqanında və ya bir məhkəmə instansiyasında (işin mahiyyəti ilə əlaqəli olmayan məhkəmə aktlarından apellyasiya və kassasiya instansiyasına verilən şikayətlər üzrə məhkəmə iclasları istisna olmaqla) təmsilçilik və hüquqi yardımın göstərilməsini, hüquqi şəxslərdə təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edir. Vəkil orderi dövlət hesabına göstərilən hüquqi yardıma görə təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin müvafiq qərarı və ya müraciət edən şəxslə vəkil (vəkil qurumu) arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar bağlanmış müqavilə əsasında verilir. Yəni, şəxslə vəkil arasındakı konkret münasibəti (yəni konkret hansı işlə bağlı hansı məhkəməyə müraciət edilməlidir) vəkillə şəxs arasında bağlanmış hüquqi xidmət haqqında müqavilə və onun əsasında verilmiş order təsdiq edir. Etibarnamə müddətin ötürülməsində üzrlü səbəb kimi qəbul edilə bilməz. Əlavə olaraq bildirək ki, şəxsin sistemə yüklədiyi sənədin həqiqiliyi sübut olunmamışdır. Belə ki, elektron sənədin həqiqiliyini təsdiq edən hərhansı qr kod və ya möhür yoxdur. Belə olan halda təqdim edilmiş çıxarışın həqiqiliyi sual altına düşür. Xüsusilə bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi huququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin huququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlayır. İş materiallarından aydın görünür ki, vəkil Cavidan Osmanlının dələduzluq əməllərinə dair şəxs tərəfindən xx.xx.2025-ci il tarixində prokurorluğa rəsmi şikayət ünvanlanmışdır. Bu tarixdən etibarən şəxs öz hüququnun pozulduğunu bildiyini açıq şəkildə təsdiqləmişdir. Beləliklə həmin tarixdən etibarən iddia müddətinin axımı başlamış sayılır. Bununla anaşı sənədlərdən görünür ki, şəxs yalnız xx.xx.2025-ci il tarixində mediasiyaya müraciət etmişdir. Yəni huququnun pozulduğunu bildiyi tarixlə mediasiya müraciəti arasında 59 gün vaxt keçmişdir. Halbuki Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsi üzrə iddia müddəti 1 ay (30 gün) təşkil edir. Beləliklə şəxs 1 aylıq iddia müddətini tamamilə ötürmüş, 29 gün qanuni müddətdən gecikmiş və bu gecikmə hər hansı qanunvericilikdə nəzərdə tutulmuş əsasla izah olunmamışdır. Bu halda iddia müddətinin bərpası qanunvericiliyin açıq tələblərinin və cavabdeh tərəfin huququnun pozulması hesab olunmalı, buna yol verilməməlidir. Yekun olaraq qeyd edilməlidir ki, vəkil Cavidan Osmanlı ilə şəxsin arasında hüquqi münasibətin mövcudluğunu sübut edən heç bir etibarnamə və ya vəkil orderi təqdim edilməmişdir. Varsayım olaraq belə bir sənəd mövcud olsa belə bu sənəd vəkil orde formasında rəsmiləşdirilməli və qanunvericiliyə uyğun hüquqi nəticə doğurmalı idi. Lakin iş materiallarında bu cür rəsmi sənədin olmaması həmin münasibətin hüquqi əsaslarla qurulmadığını göstərir. Digər tərəfdən, Mülki Məcəllənin 377.1-ci maddəsinə uyğun olaraq şəxs huququnun pozulduğunu xx.xx.2025-ci il tarixindən bildiyini açıq şəkildə göstərmiş və bu tarixdə prokurorluğa şikayət etmişdir. Həmin tarixdən xx.xx.2025-ci ilədək isə 59 gün keçmişdir ki, bu da Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan 1 aylıq iddia müddətinin 29 gün aşılması deməkdir. Belə olan halda müddətin bərpası qanuni əsaslardan kənar olacağı kimi, həm də cavabdeh tərəfin hüquqlarının pozulmasına səbəb olacaqdır. Bundan əlavə şəxs tərəfindən Cavidan Osmanlı barəsində edilən dələduzluq iddiası üzrə hüquq-mühafizə orqanları tərəfindən heç bir yekun prosessual qərar qəbul edilməmiş, dələduzluq faktı sübuta yetirilməmişdir. Belə olan halda bu cür sübutsuz iddialara əsasən müddətin bərpası mümkün deyil və hüquqi baxımdan əsassızdır. Bütün yuxarıda qeyd olunanlara əsasən şəxs iddia müddətini açıq şəkildə əldən vermiş, bu müddətin bərpası isə qanuna və hüquq prinsiplərinə ziddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, Mülki Məcəllənin 375.2-ci maddəsini rəhbər tutaraq, iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarmanızı Sizdən xahiş edirəm. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 20 saylı Mediasiya təşkilatı ilkin İMS-dan iştirak edilməməsi barədə MŞB/20/2025-00976 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “X13” X21 Mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 18-1-16/3-1-285/2025 saylı İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, 1. ünvan 1 ünvanında yerləşən “X13” X17 TTTY şöbəsində (Çilov bölməsi üzrə) sanitar qadın peşəsində çalışan İddiaçı ilə bağlanmış xxxxxxx000208 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə esasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 9.08 təqvim günü ödənilsin və işçil ilə son haqqhesab aparılsın.

3. AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işçiyə “X13” PHŞdə bir ildən beş ilədək əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödənilsin.

4. İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti AR Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyətinin xx.xx.2025-ci il tarixli 1632 saylı məktubundan görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciət Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır ki, Rəyasət Heyəti tərəfindən vəkil C.İ.Osmanlının Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmış və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şikayətin məzmununda qeyd edilmişdir ki, biz X9 Çilov adasında yerləşən Təcili Təxirəsalınmaz və Təcili Yardım şöbəsindən qanunsuz olaraq 2025-ci il mart ayında İşdən çıxarılmışıq. Müvafiq məsələ fərdi əmək mübahisəsi yaratdığı üçün məhkəməyə müraciət etmə qərarı almışdıq. Bu halla bağlı vəkilə ehtiyacımız olduğu üçün X5 müraciət etdik. Mübahisə predmeti ilə bağlı Nərimanov rayonunda yerləşən Cavidanın kabineti kimi təqdim edilən kabinetdə (özü belə təqdim edib, lakin sonradan bəlli olur ki, kabinet ona məxsus deyildir.) biz 10 nəfər iddiaçılar Cavidanla görüşdük. Bu barədə müzakirələr etdik. Bildirdi ki, əlaqələri geniş olduğu üçün mübahisəni 100 faiz bizim xeyrimizə həll edə bilər. Bunun müqabilində 10 nəfərdən ümumilikde 20000,0 manat hüquqi yardım göstərilməsinə göre haqq istədi. Biz bu məbləğin 15000,0 manatını ödedik, 5000,0 manatını isə işin sonunda ödəyəcəyimizə dair söz verdik. 15000,0 manat məbləğin yarısını kartla, yarısını isə nağd ödədik. Bununla bağlı hər hansı müqavilə bağlamadıq. Sadəcə mobil notariat tətbiqindən vəkil etibarnaməsi təqdim etdik. C.Osmanlı məsələ ilə elaqədar olaraq ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına müraciət etməli olduğunu qeyd etdi. Bir müddət sonra mediasiya sessiyasında iştirak etdiyini və "İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi ilə bağlı arayış aldığını, Pirallahı Rayon Məhkəməsinə müraciət edəcəyini bildirdi. Habelə bununla eyni zamanda TƏBİB-in qərarının qanunsuz olduğu halı ilə bağlı şikayətçilər adından Bakı İnzibati Məhkəməsinə də müraciət edəcəyini dedi (Çilov adası əhalisi adından). C.Osmanlı ilə bundan sonra mütəmadi olaraq əlaqə saxladıqda hazırda işin Pirallahı Rayon Məhkəməsinin icraatında olduğu və davam etdiyi bildirilirdi. İşə baxan hakim ise onun bildirdiyinə görə Faiq Qasımov idi. Cavidandan məhkəmənin nəticəsinin necə olduğunu dəfələrlə soruşduqda narahat olmayın, hakimlə danışmışam iş artıq sizin xeyrinizə həll olunacaqdır deyilirdi. Məsələdən narahat olduğumuz üçün İddiaçıların adından başqa hüquqşünasın köməyi ilə E-məhkəmə sisteminə daxil olduq ki, İşin hazırda hansı durumda olduğunu öyrənək. Lakin sayta giriş etdikdə heç bir iddiaçının adında mülki məhkəmə işi olduğu barədə məlumat tapa bilmədik. Bununla bağlı yanlışlıq ola biləcəyini güman etdiyimiz üçün Pirallahı Rayon Məhkəməsinə qaynar xətti vasitəsilə zəng etdik. Məhkəmədən bizə bildirildi ki, sizin hər hansı bir iddianız məhkəməyə daxil olmamışdır. Məsələ ilə bağlı Cavidanla əlaqə saxladıqda o qeyd etdi ki, mən özüm gizli şəkildə iş gördüyüm üçün e-məhkəmədə müvafiq işlərin görülməməsi normaldır. Özüm məhkəməyə tapşırıq vermişəm ki, işlə bağlı heç kimə məlumat verilməsin (dediyinə görə guya bərk-bərk tapşırıq verib məhkəməyə). Biz bununla bağlı yenə məhkəməyə müraciət etdikdə bildirildi ki, vəkil yalan danışır və məhkəmənin adından istifade edir. Vəkillər Kollegiyasına şikayət etməyimizi məhkəmə əməkdaşı bildirdi. Cavidana bu barədə biz yenidən müraciət etdikde yeniden görüş təşkil edəcəyini bildirdi. Sonra isə zənglərimizə cavab vermədi. Bir müddət sonra Cavidanın "ofisində" görüş təşkil edildi, bizdə iştirak etdik. O, bildirdi ki, qətnamələr hazırdır. Biraz səbirli olun iyun ayının sonlarına təqdim olunacaqdır. Biz iyun ayının sonunu gözlədik və yenidən Cavidanla görüşdükdə qətnamənin artıq çıxdığını bildirdi və bizə onu gösterdi. Müvafiq qətnamədə Pirallahı Rayon Məhkəməsinin adı, Azərbaycan Respublikasının Dövlət Gerbi və qətnamənin elektron imzlandığı barədə QR kod əks olunurdu. Bu qətnaməni biz şikayətçilərin 7 nəfəri gördü. Cavidan bildirdi ki, mən qətnaməni bu gün sizə təqdim etməyəcəyəm. Qarşı tərəfə məhkəmə tərəfindən çatdırıldıqdan sonra mən qətnaməni sizə təqdim edəcəyəm. Habelə əlavə olaraq bildirdi ki, mən elə bir variant edəcəm ki, qərar onlara gec teqdim olunsun və onların şikayət müddəti çox az qalsın (biz sonradan Öyrəndik ki, AR MPM-ə görə qətnamə təqdim olunduqdan bir ay sonra ondan şikayət vermə hüququ olur. Bu məsələdə də bizə kələk gəldiyi aşkar oldu). Bundan sonra qətnamənin təqdim olunması üçün Cavidana müraciət etdikdə o xx.xx.2025-ci il tarixdə bizə qətnamənin təqdim olunacağını bildirdi. Lakin həmin gün bizimlə görüş təşkil etmədi, görüşü təxirə salaraq iyulun 30-na, sonra iyulun 31-nə görüş təyin etdi. Qətnaməni təqdim etmədiyi təqdirdə özünə hətta söyüş də söydü. Lakin 31 iyulda Cavidanla dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq görüşdən imtina etdi va vaxtı olmadığını bildirdi. Bu barədə şikayət edəcəyimizi bildirdikdə kimə istiyirsiz şikayət edin, mən həmin quruma qətnamələri təqdim edəcəyəm. Əgər 31 iyulda qətnamələri təqdim etməsəm sizinlə bərabər prokurorluğa gedib heç bir iş görmədiyimi və sizə qarşı dələduzluq etdiyimi və ödədiyiniz 15 min manat məbləği mənimsədiyimi etiraf edəcəyəm. Qeyd edək ki, yuxarıdaki hallarla bağlı səs yazıları mövcuddur və şahid ifadələri ilə təsdiq edilə bilər. Ümumiləşdirsək Cavidanın məsuliyyətə səbəb olan aşağıdakı hərəkətlərinin sübutlara (Ses yazısı və ifadeler) təsdiq olunmaqla mövcud olduğunu qeyd edə bilərik:1. Hüquqi yardımla bağlı müqavilə bağlamadan bizden nağd qaydada 15 min manat pul almışdır. 2. 10 nəfər iddiaçının etibarından və vəkillik peşəsinin nüfuzundan istifadə edərək məhkəməyə müraciət edəcəyini vəd etmiş ve nəticədə məhkəməyə müraciət etməmişdir. 3. Məhkəmənin, hakimin, hakim köməkçisinin adından qanunsuz istifadə etmiş, onlara qanunsuz şəkildə təsir edəcəyini bildirmiş ve İşin xeyrimizə hell ediləcəyi barədə vədlər vermişdir. 4. Ali Məhkəmədə adamlarının olduğunu bildirmiş və işi xeyrimizə həll edəcəyi barədə söz vermişdir. 5. İşi 100 faiz, mütləq şəkildə lehimizə həll edəcəyini bildirmişdir. 6. Saxta sənəd, yəni məhkəmənin adından qətnamə hazırlamışdır və bunu bizə göstərmişdir. Müvafiq qətnamənin təqdim ediləcəyi barədə söz vermişdir. Qətnaməni Pirallahı Rayon Məhkəməsinin əməkdaşı Ülvi adlı şəxslə hazırladığını bildirmişdir. 7. Bizim işlə bağlı məhkəmə proseslərində İştirak etdiyini bildirmişdir (Məhkəmə təsdiq etmir). 8. Pirallahı Rayon Məhkəməsinin Dəftərxana müdirinə 200-300 manat pul verdiyini bildirmişdir. Pul verilməsinin əsası və səbəbi kimi qətnamənin tərəflərə tez təqdim olunması göstərilmişdir. Xahiş edirik, X6 barəsində məsuliyyət tədbirləri (cinayət, mülki, intizam məsuliyyət tədbirləri) həyata keçirəsiniz və bizə dəymiş maddi zərərin ödənilməsinə köməklik göstərəsiniz. İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı hüquqlarının müdafiəsi üçün vəkil X3 etibarnamə vermişdir. Hazırda həmin etibarnaməyə xitam verilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki işin materiallarından müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə İTS TƏBİB-in nəzdində olan “X13” ilə əmək müqaviləsi bağlayaraq operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli, 18-1-16/3-1-158/2024 nömrəli əmrlə əmək müqaviləsində dəyişiklik edilərək Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin kompüter operatoru peşəsindən TTTY şöbəsinin sanitar qadını peşəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixli, 18-1-16/3-1-285/2025 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” yarımbəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) mənim əmək müqaviləmə xitam verilmişdir. O, əmrlə razı olmadığı üçün məhkəmə qaydasında onu mübahisələndirmək istəmiş və buna görə işdən çıxarılan digər iş yoldaşlarılə birlikdə vəkil X3 hüquqi yardım göstərməsi üçün müraciət etmişlər. Daha sonra Cavidan Osmanlı tərəfindən aldatıldığını bilmiş və xx.xx.2025-ci il tarixdə onun barəsində müvafiq hüquq-mühafizə orqanlarına şikayətlə müraciət etmişlər. Onların müraciəti əsasında Cavidan Osmanlının barəsində cinayət işi başlanmışdır. Daha sonra, xx.xx.2025-ci il tarixdə İddiaçı “X13” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-16/3-1-285/2025 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ona ödənilməsi” barədə ərizə ilə Bakı 20 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin huququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlayır. Göründüyü kimi İddiaçı faktiki olaraq xx.xx.2025-ci il tarixdə, yəni prokurorluğa rəsmi şikayət ünvanladığı tarixdən huququnun pozulduğunu bildiyi halda xx.xx.2025-ci il tarixdə Bakı 20 saylı Mediasiya Təşkilatına ərizə ilə, xx.xx.2025-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bununla da o, “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə hüququnu” ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddiadan imtina olunması xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh “X13” X14rşı «İşə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar