Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-406/2025 13.01.2026 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə Cavabdeh Azərbaycan Respublikası X4 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X12in Pirallahı rayon Sukanal İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X12in Pirallahı rayon Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X12in Pirallahı rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Pirallahı Rayon Sukanal İdarəsi rəisinin 222/K saylı xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal İdarəsinin Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istismarı Sahəsinin maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Pirallahı Rayon Sukanal İdarəsinin rəisi tərəfindən verilən 222/k saylı xx.xx.2024-cü il tarixli əmri ilə mənim müddətsiz əmək müqaviləsi ilə 12 ildən çox işlədiyim Pirallahı Rayon Sukanal İdarəsinin Təmizləyici qurğu və kanalizasiya nasos qurğuları Sahəsinin maşinisti vəzifəsindən azad olunmuşam. Səbəb də o göstərilib ki, guya mənim tutduğum vəzifə yeni ştat cədvəlinə əsasən ştat vahidi kimi ixtisar edilmişdir, həmin səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən mənimlə 12 il qabaq bağlanan əmək müqaviləsi ləğv edilmişdir. Bununla da mənim əmək hüququm kobud surətdə pozulmuşdur. Belə ki, mənim işdən çıxarılmağım barəsində əmrin verilməsindən 8 ay qabaq mən düçar olduğum ağır xəstəliklə əlaqədar son 8-9 ayda xəstəxanalarda olmuşam. Çünki məndə hələ 2023-cü ilin axırlarında xərçəng xəstəliyi əlamətləri aşkarlandı. Uzun müddətli müalicələrin xeyri olmadığından əməliyyat olundu. Həmin xəstəliyin əlamətləri bədənimə çox yayıldığından, müalicəm 2024-cü ilin avqust ayına qədər davam etmişdir, yəni 8 ay müalicə aldıqdan sonra işə çıxdım. Ədalət naminə bildirirəm ki, mən müalicədən sonra 2014-cü ilin avqust ayında işə çıxanda mənə də ştat ixtisarı ilə əlaqədar xəbərdarlıq məktubu verdilər və bildirdilər ki, ştat ixtisarı ilə əlaqədar sizi işdən çıxatmırıq, çünki sən İİ qrup əlilsən, əlilliyin müəssisədə işləyən vaxtı alınmışdır, ancaq yerinizi dəyişdiririk. Mən də razılaşdım və arxayın oldum ki, daha məni işdən çıxartmazlar. Lakin qəribə də olsa, yuxarıda göstərdiyim kimi, heç bir xəbərdarlıq olunmadan, heç bir əmr təqdim olunmadan, işdə olan vaxtı mənə bildirdilər ki, sən işdən azad olunmusan. Sonradan məni idarəyə çağıraraq, əmrin surətini mənə verdilər. Əmri götürən zaman işdən çıxarılmağımın səbəbini soruşanda mənə bildirdilər ki, işdən çıxarılmağınız bizlik deyil, yuxarıdan göstəriş gəlib, hüquqlarınızı müdafiə edən X5 Komitəsidə sizin işdən azad olunmağınız barəsində Qərar vermişdir. Ona görə də, fikirləşdi ki, X2 varsa mənim şikayət etməyimin heç bir xeyri olmaycaqdır. Həmin vaxtlarda əməliyyatdan təzə çıxdığım üçün səhətimdə də ciddi problemlər olduğundan, son zamanlara qədər məhkəməyə müraciət edə bilməmişəm. Lakin bu yaxınlarda, yəni təxminən 1(bir) ay qabaq eşitdim ki, mənimlə işdən çıxarılan 2 nəfər məhkəmə vasitəsi ilə işə bərpa olunub. Səbəb o olub ki, X6 mən də daxil olmaqla işdən azad olunan işçilərin azad olunmasına razılıq verməmişdir. Ona görə də mən dərhal bu barədə Mediasiya Şurasına müraciət etdim. Cavbdeh tərəf Mediasiya Şurasına gəlmədiyi üçün onun iştirakı olmadan Qərar verilmişdir. Həmin Qərarı da İddia ərizəmə əlavə edirəm. Məlumat üçün onu da bildirirəm ki, mənim pensiya yaşıma 2 (iki) il qalmışdır, Əliliyə görə aldığm minumum pensiya isə heç dərmanlarıma çatmır. Belə bir vəziyyət, barəmdə ölüm hökmünün verilməsi deməkdir. Belə ki, mənim maşinist işlədiyim təmizləyici qurğu nasosxanasında işləyən 8 nəfərdən ancaq mən işləyən vaxtı əlil olan işçi idim, staım 35 ildən çoxdur. Peşə hazırlığı səviyyəm də həmişə hamısından üstün olmuşdur. Bütün yuxarıda göstərilənlərlə və işin faktiki halları ilə də sübut olunur ki, mənim işlədiyim idarədə heç bir ştat ixtisarı olmamışdır. Çünki ştat ixtisan ilə əlaqədar işdən çıxarılan işçilərə münasibətdə aşağıdakı tələblərə əməl olunmalıdır. - Əmək Məcəlləsinin müvafiq tələblərinə əsasən “ştat ixtisarı” aparılan zaman aşağıdakı hallar nəzərə alınmalıdır; - İxtisar edilmiş ştatlar barəsində əmr verilməlidir. Əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlındırılsın; - İşçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər; - İxtisar edilmiş ştatların çıxarılması, idarənin yeni ştat cədvəlinin təsdiq edilməsi və köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr verilməlidir. Bundan başqa aşağıda sadalanan sənədlər də olmalıdır: - İşdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, - İxtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, - Xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr və ya digər rəsmi sənəd). - İşəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilir. Bundan sonra işçilərin ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi və təhsili nəzərə alınmaqla işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsi aparılaraq rəsmiləşdirilir, - Həmkarlar ittifaqının üzvü olan işçini ixtisar etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri (ixtisarın zəruriliyini təsdiq edən sənədlər, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsi analizinin nəticələri barədə sənəd və s.) əlavə edilir. Həmkarlar ittifaqı işçinin ixtisarına razılıq verməzsə, lakin işəgötürən ixtisarın zəruri olduğunu hesab edərsə, əmək müqaviləsini bu əsasla ləğv edə bilər. Bu zaman işçi ixtisarın zəruriliyini məhkəmə qaydasında mübahisələndirə bilər, - İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına bu barədə məlumat verməli və ixtisar olunacaq işçiləri rəsmi xəbərdarlıq etməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, mənim ixtisar olunmağımla bağlı həmin tələblərin heç birinə əməl olunmamışdır. Bundan əlavə bir daha bildirirəm ki, mənim İİ qrup əlil kimi (əlilliyimi də iş yerində almışam) pensiya yaşıma çatmamış işdən azad olunmağım qanunsuzluqdur. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri X7 iddianı etiraf etməyərək, iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 047 saylı xx.xx.2013 saylı əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı 22 saylı Mediasiya təşkilatı ilkin İMS-dan iştirak edilməməsi barədə MŞB/22/2025-00045 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası X4 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X12in Pirallahı rayon Sukanal İdarəsinin nümayəndəsi Mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan xəstəlik tarixindən çıxarışlarından görünür ki, İddiaçı C50.4süd vəzisinin yuxarı-bayır kvandrantının bədxassəli yenitörəməsi cT2N2M0 mərhələ İİİA G2 diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 37/K N-li əmək əmrin surətindən görünür ki, İddiaçı - ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdən 2-ci dərəcə ilə Su anbarları və nasos qurğularının istismarı sahəsinə nasos qurğularının maşınisti peşəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 222/K N-li əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən görünür ki, X8 - Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istisman sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12in Pirallahı rayon Sukanal idarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki işin materiallarından müəyyən edilmişdir ki, İddiaçı - ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdən 2-ci dərəcə ilə Su anbarları və nasos qurğularının istismarı sahəsinə nasos qurğularının maşınisti peşəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli, 222/K N-li əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə X8 - Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istisman sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12in Pirallahı rayon Sukanal idarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Pirallahı rayon Sukanal İdarəsinə qarşı qaldırdığı guya ki, onun qanunsuz olaraq işdən azad olunması ilə bağlı xx.xx.2025-ci il tarixli iddia ərizəsinə etiraz etmişlər, Azərbaycan Respublikası Prezidentının 2356 saylı, 17 noyabr 2023-cü il tarixli Fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 yaradılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in 09 saylı, xx.xx.2024-cü il tarixli əmri və xx.xx.2024-cü il tarixli ştat cədvəlinə əsasən Pirallahı rayon Sukanal İdarəsinin ştat vahidlərinin sayı azaldılmışdır (xx.xx.2024-cü il tarixədək 125 nəfər, xx.xx.2024-cü il tarixdən sonra 102 nəfər, köhnə və yeni ştat cədvəlləri və daxili əmr əlavə olunur 10 vərəq) bütün işçilərə ocümlədən nasos qurğularının maşinisti İddiaçı, ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. (əlavə olunur, 1 vərəq). Azərbaycan Respublikası X4 tabeliyində olan beş X12in hamısında eyni qayda ilə bütün işçilərə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqlar verilmişdir. Daha sonra, xəbərdarlığa və əmək qanunvericiliyinə uyğun olaraq, İddiaçı əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə (X1 82 saylı xx.xx.2024-cü il tarixli razılıq məktubu nəzərə alınmaqla, əlavə olunur, 1 vərəq) ləğv edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi əmək müqviləsinin ləğv edilməsinə dair əmr xx.xx.2024-cü il tarixində verilməsinə baxmayaraq iddiaçı xx.xx.2025-ci il tarixində, üzərindən 1 il 25 gün keçdikdən sonra və öncədən heç bir digər məhkəməyəqədər instansiyalara müraciət etmədən, iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Məlum olduğu kimi qanunu bilməmək onu pozmaq üçün əsas sayıla bilməz. Göstərilənləri və iddia müddətinin ötməsini nəzərə alaraq İddiaçı işə bərpa edilməsinə dair iddia tələbinə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Lətit qızı məhkəməyə ərizə ilə müraciət edərək, hüquqlarının pozulduğunu keçirtdiyi ağır xəstəliklərlə əlaqədar 07 oktyabr 2025-ci il tarixinə qədər bilməmişdir. Çünki həmin vaxta qədər o, xəstəliyilə əlaqədar yaşamaqla ölümün sərhədində olmuşdur. Xəstəliklə bağlı aldığı kimya terapiya və şüalar nəticəsində özünə gələ bilməmişdir. Faktiki olaraq iddia müddətinin keçməsi onun əmək fəaliyyəti zamanı düçar olduğu sağalmaz ağır xəstəliklə bağlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, “bu maddədə göstərilən müddətlər üzürlüsəbəblərdən - iddiaçının xəstələnməsi .... vədigər obyektiv səbəblərləbağlı səbəblərdən ötürülərsə, fərdiəmək mübahisələrinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahiisəyə mahiyyəti üzrə baxa bilər. Onunda həmin vaxtlarda xəstə olmağı və xəstəliyilə əlaqədar kimiya terapeya və şüa alamığı sənədlərlə təsdiq olunduğunu qeyd etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, ona diaqnozun ilk dəfə qoyulduğu tarix xx.xx.2023-cü il olmaqla, o, xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il,xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024xx.xx.2024-cü il, xx.xx.2024-5.06.2024-cü il və sonuncu dəfə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində xəstəliyi ilə əlaqədar bir sıra müalicələrdən keçmişdir. O, iddia müddətinin ötməsini xəstləyi ilə əlaqələndirsə də müəyyən edilmişdir ki, o, sonuncu dəfə xx.xx.2024cü il tarixdə müalicədə olmuş, xx.xx.2024-cü il tarixdə isə İddiaçı əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı, həmin vaxtdan mediasiya müraciət etdiyi xx.xx.2025-ci il tarixədək onun müalicəsi (xəstəliyi) ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin huququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlayır. Göründüyü kimi İddiaçı faktiki olaraq “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə hüququnu” ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddiadan imtina olunması xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 «İri Şəhərlərin Birləşməsi Su Təchizatı Xidməti» X12in Pirallahı rayon Sukanal İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-406/2025
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-406/2025
13.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver