Məhkəmə qərarları › İş №2(094)-45/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-45/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-45/2025 11.02.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X2 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakın bölünməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin ½ hissəsinə onun, ½ hissəsinə Cavabdeh pay hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü ildə boşanmışlar. Rəsmi nikahda olduqları dövrdə Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 29, mənzil 4 ünvanında yerləşən mənzili əldə etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışa əsasən mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. Birgə nikahdan olan uşaqları yetkinlik yaşlarına çatmışlar. Cavabdehlə nikahları pozulduğuna görə hesab edir ki, birgə nikah dövründə əldə etdikləri Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 29, mənzil 4 ünvanda yerləşən mənzil bölünməli, ½ hissəsinə onun, ½ hissəsinə cavabdehin pay hüququ tanınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək tələbin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/11/2024-01082 saylı arayışından görünür ki, İMS sonra proses davam etdirilə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX - dən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi ev 29 mənzil 4 Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4270/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Mərəzə qəsəbə X1 xx.xx.1989-cu il tarixində 08 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikah dövründə əldə edilmiş “2006-cı il buraxılışlı, “NİSSAN MURANO MİNİK” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə və ünvan 2 ünvanında yerləşən mənzilə ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı payları müəyyən ədilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə iclasında iş üzrə təqdim olunmuş sübutlar əsasında müəyyən edildi ki, ünvan 1 tərəflərinin birgə nikahda olduqları dövrdə əldə edilmiş əmlaklarıdır. Məhkəmə iclasında cavabdeh iddianın təmin olunmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə hesab edir ki, ünvan 1 tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, cavabdeh iddianın təmin olunmasına etiraz etmədiyindən, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan göstərilən mənzildə onların hər birinin payı bərabər hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə həmin daşınmaz əmlakın ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 İddiaçı ilə Cavabdeh arasında payları bərabər olmaqla bölünsün. Bakı şəhəri, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 29, 4 saylı mənzilə ½ (ikidə bir) hissəsində İddiaçı, ½ (ikidə bir) hissəsində Cavabdeh payı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar