Məhkəmə qərarları › İş №2(1-8)-1001/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1001/2026

25.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1001/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)-20/2023 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22*.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

2. cavabdeh2 E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinin *8.09.2023-cü il tarixli, ** nömrəli əmrinə əsasən Cəlilabad Rayon Şötüklü kənd sakini X* xəsarət yetirdiyinə görə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilməsi səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “d” bəndinə əsasən (tərəflərin iradəsindən asılı olmayan hallar) İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(*06)-*79/2024 saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 22*.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)- 20/2023 saylı hökmü və təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışı iclasının təyin edilməsi barədə ##.##.2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə qaytarılmışdır.

4. Yardımlı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı Cinayət Məcəlləsinin 22*.3-cü maddəsi ilə məhkəməyə verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustağlığı ilə əvəz edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi qərara alınmışdır.

5. Yardımlı Rayon Məhkəməsinin *8.09.2025-ci il tarixli, *(038)-*/2025 saylı hökmünə əsasən İddiaçı Cinayət Məcəlləsinin 22*.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 4 ay 7 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı ** may 2023-cü il tarixdən həbsdə və ev dustaqlığında saxlandığı müddəti nəzərə alınaraq o, təyin edilmiş cəzanı çəkmiş hesab edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmış, iş üzrə maddi sübutların taleyi həll edilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(*06)-8*6/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs X2 oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yardımlı Rayon Məhkəməsinin *8 sentyabr 2025-ci il tarixli, *(038)-*/2025 saylı hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs İddiaçı əməli Cinayət Məcəlləsinin 22*.3-cü maddəsindən həmin Məcəllənin *28-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin *28-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, Yardımlı Rayon Məhkəməsinin *8.09.2025-ci il tarixli, *(038)-*/2025 saylı hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh2 E.Əliyev adına Boyxanlı kənd tam orta məktəbinə (bundan sonra – “cavabdeh”) qarşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinə ibtidai sinif müəllimi təyin olunmuşdur. Işlədiyi dövrdən *8.09.2023cü il tarixə kimi heç bir əmək intizamı və pozuntusu olmamışdır. *8.09.2023-cü il tarixdə cavabdehin ** saylı əmrinə görə Cəlilabad Rayon Şötüklü kənd sakini X* xəsarət yetirdiyinə görə Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilməyini əsas tutaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)-20/2023 saylı hökmündən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin *(*06)-*79/2024 saylı qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş və Yardımlı Rayon Məhkəməsinin *(***)-**/**** saylı qərarı ilə ev dustağlığına buraxılmışdır. Göründüyü kimi Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)- 20/2023 saylı hökmü qanuni qüvvəsini almamış iddiaçının əmək müqaviləsinə tam qanunsuz və əsassız olaraq xitam verilmişdir.

9. Məhkəmə iclasında cavabdeh nümayəndəsi verdiyi izahatında göstərmişdir ki, əmr qanuni və əsaslıdır, çünki məhkəmənin hökmü ilə iddiaçı azadlıqdan məhrum edilib. Ona görə də iddia əsassızdır.

10. Məhkəmə iclasında üçüncü şəxs cavabdeh2 (bundan sonra – “üçüncü şəxs”) nümayəndəsi verdiyi izahatında göstərmişdir ki, iddiaçı həbs edilməmişdən altı gün öncə, yəni # ### 2023-cü il tarixdən işə çıxmadığı üçün cavabdehin ##.##.2023-cü il ** nömrəli əmr ilə ona ödəniləcək əmək haqqı ödənişi dayandırılmışdır. Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli məlum hökmü ilə iddiaçı həbs edildiyi vaxt 2023/2024-cü tədris ilinin əvvəlinə təsadüf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin *3*-ci maddəsinin 5ci hissəsinə əsasən bütün pedaqoji işçilər əmək məzuniyyətinin müddəti bitdikdən sonra ## ###### 2023-cü il tarixdə işə qayıtmış, lakin iddiaçı işə qayıtmamış və bu barədə məktəb rəhbərliyinə məlumat verməmiş, işə gəlməməsinin səbəbi barədə müvafiq təsdiqedici sənədlər təqdim etməmiş, həmçinin *5 sentyabr 2023-cü il tarixdən dərs məşğələlərinin başlanmasına baxmayaraq dərslərdə iştirakı mümkün olmadığı üçün onunla bağlanılmış əmək müqaviləsinə *8.09.2023-cü il tarixdə xitam verilmişdir. Iddiaçı iddia ərizəsində Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)-20/2023 saylı hökmünə Şirvan Apellyasiya Məhkəməsinin *(*06)-*79/2024 saylı Qərarı ilə xitam verilməsi və Yardımlı Rayon Məhkəməsinin * (***)-**/**** saylı qərarı ilə cəzasının ev dustaqlığı ilə əvəz edilməsi barədə məlumat qeyd etmiş, lakin bu barədə dəqiq tarix göstərməmişdir. Iddiaçı ərizəsində pedaqoji fəaliyyəti barədə məlumatı qeyd edərkən 2004-cü ildən cavabdeh müəssisədə müəllim kimi çalışdığını və *8.09.2023-cü ilədək heç vaxt əmək intizamını pozmadığını və barəsində intizam tənbehi tədbiri görülmədiyini bildirmişdir. Bununla bağlı tərəflərindən aparılan araşdırma zamanı iddiaçı *0.*2.2009-cu il tarixdən üzrsüz səbəbdən işə çıxmadığı, araşdırma zamanı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən saxlanıldığı müəyyən edildiyi üçün (ictimai münasibətlərdə etik davranış qaydalarını pozduğuna və əməlində inzibati və cinayətə tərkibi olduğuna görə) cavabdeh *0.*2.2009-cu il tarixli, ** nömrəli əmrlə tutduğu vəzifəsindən müvəqqəti olaraq azad edilmiş (6 ay), *4 dekabr 2009-cu il tarixli, ** nömrəli əmrlə barəsində intizam tənbeh tədbiri görülmüşdür. Bundan əlavə, əmək intizamına əməl etmədiyinə görə məktəb üzrə verilmiş *8.04.2022-ci il tarixli ** nömrəli, ##.##.2022-ci il tarixli ** nömrəli, *4.*0.2022-ci il tarixli 92 və ** nömrəli, ##.##.2022-ci il tarixli **6 nömrəli əmrlərlə əmək haqqı tutularaq barəsində müxtəlif intizam tənbehi tədbirləri görülmüşdür. Göründüyü kimi iddiaçının pedaqoji fəaliyyəti barədə qeyd etdiyi məlumatlar reallığı əks etdirmir və bu hal məlumatların qəsdən gizlədilməsi və məhkəməni yanıltması kimi qəbul edilməlidir. “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2-ci hissəsində bildirilir ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin *54.3-cü maddəsinə əsasən həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri yalnız təqsirləndirilən şəxslər barəsində seçilə bilər. Şübhəli şəxs cinayət törətməkdə şübhəli bilinib, 48 saat ərzində şübhəli şəxs qismində saxlanıla bilər. Bundan sonra şübhəli şəxsin törətdiyi əməl sübuta yetirilirsə, ona qarşı ittiham elan edilir. Yəni, istintaq orqanı tərəfindən sübuta yetirilir ki, bu adam hansısa cinayət əməlini törədib. Bundan sonra isə adamın barəsində ya istintaq orqanının, ya da məhkəmənin qərarı ilə qətimkan tədbiri seçilir. Şəxsin törətdiyi cinayət əməlindən asılı olaraq onun barəsində həbs, ev dustaqlığı, başqa yerə getməmək haqqında iltizam tədbiri və ya polisin nəzarətinə verilmə haqqında qətimkan tədbiri seçilər bilər. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsində qeyd olunur ki, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu götürülmüş hesab olunur. Əlavə olaraq qeyd edilməlidir ki, Yardımlı Rayon Məhkəməsinə edilmiş şifahi sorğularına verilən cavaba əsasən iddiaçı barəsində Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)-20/2023 nömrəli hökmünün Yardımlı Rayon Məhkəməsi tərəfindən ekspertizaya yönləndirildiyi və hazırda həmin icraatın dondurulduğu bildirilmişdir. Belə ki, iddiaçı hələ də məhkumdur, o, nümunəvi müəllim ola bilməz. Bu səbəbdən də iddia əsassızdır.

11. Cəlilabad Rayon Məhkəməsinin # ### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi (hakim – O.Vəliyev) ilə iddia təmin edilərək cavabdehin *8.09.2023-cü il tarixli, ** nömrəli əmri qanunsuz hesab edilməklə ləğv edilməsi və iddiaçınin həmin məktəbdəki əvvəlki işinə bərpa edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin *8.09.2023-cü il tarixli, ** nömrəli əmrində iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam əsası kimi göstərilmiş Əmək Məcəlləsinin 68.2 maddəsinin “d” bəndi tərəflərin iradəsindən asılı olmayan halları ehtiva edir və həmin norma blanket (göndəriş) xarakterli olmaqla həmin Məcəllənin 74-cü maddəsinə istinadı tələb edir. Həmin Məcəllənin 74-cü maddəsinin “ç” bəndində göstərilir ki, işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə (tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq) əmək müqaviləsinə xitam verilir.

13. Göründüyü kimi, Məcəllənin tələbinə əsasən şəxsin azadlıqdan məhrum edilməsi barədə hökmün qəbul edilməsi deyil, hökmün qanuni qüvvəyə minməsi halı tərəflərin iradəsindən asılı olmayan hal hesab edilməklə əmək müqaviləsinə xitam verilməsi əsasını təşkil edir. Indiki halda isə işəgötürən (cavabdeh) hökm qanuni qüvvəyə minmədən, sadəcə iddiaçı ilə bağlı hökmün qəbul edilməsi halını əsas tutaraq əmək müqaviləsinə xitam vermişdir ki, bununla da Əmək Məcəlləsinin tələbi pozulmuşdur. Işəgötürən hökmün qanuni qüvvəyə minməsini gözləməli idi və yalnız hökm qanuni qüvvəsini aldığı halda iddiaçını işdən azad edə bilərdi.

14. Cavabdehin və üçüncü şəxsin iddiaçı ilə bağlı hökm verilməsi ilə onun məhkum hesab edilməli olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cinayət Məcəlləsinin 83.*-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Yəni yalnız ittiham hökmü qanuni qüvvəyə mindiyi halda kimsə məhkum hesab edilə bilər. Indiki halda isə iddiaçı ilə bağlı qanuni qüvvəyə minmiş hər hansı ittiham hökmü yoxdur.

15. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı əsassız olaraq işdən azad edildiyindən müvafiq əmr ləğv edilməli və iddiaçı əvvəlki işinə, yəni həmin məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmalıdır.

16. Məhkəmə öz mövqeyini *2 (*-ci hissəsinin “a” və “b” bəndləri), 68 (* və 2-ci hissələr), 74 (*-ci hissə), 83 (*-ci hissə), 84 (*-ci hissə), 300 (*-ci hissə), Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) *4.2, 77.*, 88 və 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti üçüncü şəxsin birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli əmr qanuni və əsaslıdır. Belə ki, iddiaçı hələ də məhkumdur, o, nümunəvi müəllim ola bilməz. Eləcə də barəsində müxtəlif vaxtlarda tənbeh tədbirlərinin görülməsi də onun gələcəkdə nümunəvi müəllim kimi fəaliyyətini şübhə altına alır. Iş yeri üzrə mövqeyi nəzərə alınmaqla, belə şəraitdə iddiaçının vəzifədə saxlanılması təhsil müəssisənin iş prinsipinə, etik davranış qaydalarına və hüquqi sabitliyə ziddir. Sözügedən qətnamədə qeyd edilən xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmamış və kifayət qədər qiymətləndirilməmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir (hakimlər: M.Sadıqov – sədrlik edən və məruzəçi, M.Əsədli və A.Novruzova).

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı barəsində işəgötürən tərəfindən *8.09.2023-cü il tarixli, ** nömrəli əmr verilərkən iddiaçı həbsdə olsa da, barəsində məhkəmənin qüvvəyə minmiş ittiham hökmü olmamışdır.

21. Məlum olduğu kimi təhsil Azərbaycan Respublikasında fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Işdə olan məhkəmə aktlarından görünür ki, iddiaçı ** may 2023-cü il tarixdən # ### 2024-cü il tarixədək həbsdə olmuş, barəsində olan məhkəmə aktı ## ###### 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Yəni iddiaçının barəsindəki cinayət təqibi ümumilikdə 2 il 6 ay müddətdə davam etmişdir. Təbii ki, belə olan halda iddiaçının barəsindəki uzun müddət davam edən cinayət təqibi prosesinin nəticəsinin gözlənilməsi həm işəgötürənin, həm də ümumilikdə təhsilalanların mənafeyi baxımından əsaslı hesab edilə bilməzdi.

22. Digər tərəfdən, nəzərə alınmalıdır ki, vaxtilə iddiaçı barəsində həbs qətimkan tədbiri seçildiyi üçün onun faktiki olaraq işləməsi də qeyri-mümkün idi. Ona görə də kollegiya hesab etmişdir ki, göstərilənlər nəzərə alınmaqla işdən çıxarılma barədə əmrin ləğv edilərək iddiaçının işə bərpa olunması əsaslı hesab oluna bilməz.

23. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 68 (* və 2-ci hissələr), 74 (*-ci hissə), 83 (*-ci hissə), 84 (*-ci hissə), 300 (*-ci hissə), MPM-in *4.2, 76.* və 77.*-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndi üzrə - iddiaçı işin faktiki hallarına istinadla qeyd etmişdir ki, apellyasiya məhkəməsinin istinad etdiyi Cəlilabad Rayon Məhkəməsinin *6.08.2023-cü il tarixli, *(073)-20/2023 saylı hökmü qanuni qüvvəyə minməmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli qərarı isə qüvvəyə minmişdi. Lakin apellyasiya kollegiyası qətnamədə təhsilin spesifik xüsusiyyət və əhəmiyyətindən bəhs edərək, əsassız olaraq qanunun tələbinin ziddinə getməklə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv etmiş və iddianı əsassız olaraq təmin etməmişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinin mənasından mübahisəsiz qaydada məlum olur ki, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi müvafiq müddətə azadlıqdan məhrum etmə barədə hökmün qanuni qüvvəyə minməsi əsas şərtdir. Qeyd edilmiş qanunda təhsilin spesifik xüsusiyyət və əhəmiyyətindən asılı olaraq əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən isə məhkəmə kollegiyası müəllimlik fəaliyyəti ilə əlaqədar hər hansı bir cinayət xarakterli əmələ yol vermədiyini nəzərə almamışdır.

26. Əmək Məcəlləsinin 300-cü maddəsi üzrə - əsassız olaraq apellyasiya kollegiyası tərəfindən ləğv edilmiş Cəlilabad Rayon Məhkəməsinin qətnaməsinin məzmun və mahiyyətindən mübahisəsiz qaydada məlum olur ki, işəgötürən iddiaçı barəsində əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68,70 və 74-cü maddələrinin tələblərinə əməl etməmişdir. Lakin apellyasiya instansiyası göstərilmiş halları əsassız olaraq nəzərə almadan qətnaməni ləğv etmişdir. Qanunun tələblərinə əməl etmək şəksiz ki, hamının borcudur. Lakin apellyasiya kollegiyası qanunun tələbinə əhəmiyyət verməyərək əmək qanunvericiliyində nəzərdə tutulmayan mücərrəd hallara istinadla qanuni və əsaslı qətnaməni ləğv etmişdir.

27. MPM-in 8-ci maddəsi üzrə - qanunda göstərilənlərə müvafiq olaraq məhkəmə qarşısında iddiaçı cavabdeh tərəflə eyni hüquqlara və vəzifələrə malik olmasına baxmayaraq cavabdeh tərəfindən təqdim edilmiş həqiqəti əks etdirməyən sübutlar əsasında apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddia tələbinin təmin olunmaması barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş və həqiqəti əks etdirən sübutlara apellyasiya kollegiyası tərəfindən lazımınca qiymət verilməmişdir. Apellyasiya məhkəməsinin qərarından belə məlum olur ki, qanunlar iddiaçının hüquqlarını qorumur, ancaq cavabdeh tərəfin hüquqlarını müdafiə edir. Əgər belə olmasaydı, apellyasiya kollegiyası apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edərdi. Məhkəmə tərkibi tərəfkeşlik edərək məhkəmə baxışında təqdim edilmiş məhkəmə qərarlarının qanuni qüvvəsini almamasını nəzərə almamışdır.

28. MPM-in 77.* və 88-ci maddələri üzrə - məhkəməyə iddianın əsaslılığını təşkil edən sübutları təqdim etsə də, apellyasiya kollegiyası sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin qərarından məlum olur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bunun nəticəsi olaraq məhkəmə tərəfindən qanunsuz və əsassız qərar qəbul edilmişdir. Qanunun tələbi baxımından əmək müqaviləsinə cavabdeh təşkilat tərəfindən xitam verilərkən Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinin tələbləri pozulsa da, apellyasiya kollegiyası buna əhəmiyyət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 68.*. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

31. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:.. d) tərəflərin iradəsindən asılı olmayan hallar;...

32. Maddə 74.*. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:... ç) Işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;...

33. Maddə 83.*. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

34. Maddə 300.*. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 4*6.*-ci maddəsi).

43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 20*2-ci il ## ###### tarixli Qərarı).

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

45. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 4*8.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin *4.2, 77.*, 88 və 2*7-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar