Məhkəmə qərarları › İş №2(1-8)-1002/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1002/2026

25.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1002/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 Ağababa qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 Ağababa qızına qarşı “cavabdehlərin qanunsuz olaraq daxil olduqları mülkiyyətdə olan mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. İddiaçı ## ##### 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Astara rayonunun Siyəkü kəndində ev 3-də yerləşən * saylı mənzili, mənzilin mülkiyyətçisi X1 almışdır. Iddiaçı hazırda mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlər mənzilin əvvəlki mülkiyyətçisi olan X1 ailə üzvləri olmuş, lakin, iddiaçı notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzili satın almış, müqavilənin 13-cü bəndinə əsasən isə X1 ##.##.2022-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür.

2. Astara Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddiaçılar cavabdeh1 və cavabdeh2 cavabdehlər X1, İddiaçı, Astara rayon Notariat ofisinə, maraqlı şəxs Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı ## ##### 2022-ci il tarixli, AN- IN ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *-*(***)****/**** nömrəli qətnaməsi ilə, Astara Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilərək, iddiaçılar cavabdeh1 və cavabdeh2 cavabdehlər X1, İddiaçı, Astara rayon Notariat ofisinə, maraqlı şəxs Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı ## ##### 2022-ci il tarixli, AN-IN ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.

4. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə, iddiaçı cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “özəlləşdirmənin nəticələrinin etibarsız hesab olunması” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır.

5. Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadına əsasən, iddiaçılar cavabdeh1, cavabdeh2, X4, X2 cavabdehler X1, İddiaçı və Astara rayon Notariat ofisinə, üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi Idarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 Ağababa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Astara rayonunun Siyəkü kəndində ev 3-də yerləşən * saylı mənzilə qanunsuz daxil olmuş cavabdehlər cavabdeh1 və cavabdeh2 Ağababa qızının oradan çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə uzun müddət məhkəmə mübahisələri olmuşdur. Mübahisənin səbəbi Astara rayonunun Siyəkü kəndində ev 3-də yerləşən * saylı mənzil və yerləşdiyi torpaq sahəsi ilə bağlı olmuşdur. Mübahisəli mənzil ona satıldıqdan sonra cavabdehlər məhkəməyə saysız-hesabsız iddialarla müraciətlər etməyə başlamışlar. Təxminən iki əvvəl cavabdehlər mülkiyyətində olan mənzilə qanunsuz daxil olmaqla mənzil toxunulmazlığı hüququnu pozmaqdan çəkinməmişlər və hazırda da bu hüququnu pozmaqda davam edirlər. Bu artıq cinayətdir. Bununla əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün tərəfindən müraciətlər edilmişdir. Mülkiyyət hüququ bir insanın ən təməl haqlarından biridir və hazırda onun bu hüququ kobud şəkildə pozulur. Nə qədər ki, cavabdeh və arvadı mülkiyyətində olan mənzildən çıxarılmayacaq, əvvəlki məhkəmə qərarları da kağız üstündə və səmərəsiz olacaqdır. Cavabdehlərlə məhkəmədən kənar normal şəkildə söhbət edib onlara qanunu izah etmək mümkün olmadığından hazırki iddia ilə müraciət edir. Pozulmuş mülki hüquqlarının bərpasını xahiş edir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi qanuni qüvvəsini almış və onunla X1 arasında Astara rayon Notariat ofisində bağlanılmış ## ##### 2022-ci il tarixli ANIN ******* saylı alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından ləğv edilməmişdir. Mübahisəli mənzil hazırda dağılmış vəziyyətdədir və yaşamaq üçün yararlı deyildir. Lakin cavabdehlər sırf onunla və ailəsi ilə olan qərəz ucbatından həmin mənzilə qanunsuz olaraq daxil olmuşlar. Cavabdehlərin mübahisələndirdiyi mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğvi ilə bağlı iddialarda onların heç bir subyektiv hüququ yoxdur. Çünki mənzilin əvvəlki mülkiyyətçisi Ətrifə Nəbiyeva olmuş və sonuncu cavabdeh cavabdeh1 anasıdır. Ətrifə Nəbiyeva özü apellyasiya şikayəti yazmaqla alqı-satqı müqaviləsinin mülki qanunvericliyin tələblərinə uyğun olmasını sübut etmiş və bu barədə məhkəmə qətnaməsi çıxarılmaqla qanuni qüvvəsini almışdır. Mübahisəli mənzilin cavabdehlərə heç bir aidiyyəti yoxdur. Bu hallar apellyasiya instansiya məhkəməsinin qətnaməsində də əksini tapmışdır. Cavabdehlər əqdin etibarsızlığı ilə bağlı kəsici müddəti də ötürmüşlər. Belə olan vəziyyətdə onların gələcəkdə qaldıracağı hər hansı iddianın bir əhəmiyyəti olmayacaqdır. Çıxarışla ona məxsus olan və cavabdehlərin qanunsuz olaraq daxil olduqları mənzildən onların çıxarılmaları ilə bağlı tələbi hesab edir ki, ən təməl mülkiyyət haqqıdır. Hesab edir ki, iş materiallarında olan çıxarış iddianın tam əsaslı olmasını deməyə və qeyd olunan normanın prezumpsiya qüvvəsi daşıyan tələblərinin pozulduğunu bildirməyə kifayət qədər əsas verir. Çıxarış qüvvədə olduğu halda, əksini iddia etmək mümkün deyil. Qeyd edir ki, hazırda mülkiyyətçi kimi onun öz mənzili üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməyi Avropa Insan Hüquqları Məhkəməsinin qeyd etdiyi qərarındakı mövqelərə də ziddir.

8. Astara Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddianın təmin edilməsi, ##.##.2022-ci il qeydiyyat tarixli, 2222005730 qeydiyyat və 801011001350-05101-****** reyestr nömrəli Çıxarışa əsasən iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonunun Siyəkü kəndində ev 3-də yerləşən * saylı mənzilin cavabdehlər cavabdeh1 və cavabdeh2 Ağababa qızı tərəfindən boşaldılması, cavabdeh1 və cavabdeh2 Ağababa qızının Astara rayonunun Siyəkü kəndində ev 3-də yerləşən * saylı mənzildən çıxarılmaları qət edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən isə başqa məhkəmə prosesində mübahisələndirilmədiyindən və yenidən sübut edilmədiyindən, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan cavabdehlərin mübahisəli mənzilə dair mülkiyyət hüququ itirilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Beləliklə, hazırki iddia tələbində hər üç dispozitiv şərt birlikdə mövcud olduğundan iddia təmin edilməli, cavabdehlər cavabdeh1 və cavabdeh2 Ağababa qızı mübahisəli mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 178.1 və 203.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Belə ki, anası X3 qeydiyyatda olduqları və yaşadıqları mənzili cavabdehlərdən xəbərsiz olaraq iddiaçıya satmışdır. ## ##### 2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə cavabdehlərin mənzildən istifadə hüququ pozulmuş, cavabdehlərin razılığı alınmadan və ya kompensasiya verilmədən mənzilə olan istifadə hüquqlarına son verilmişdir. Halbuki, sözügedən mənzildən istifadə hüququ halhazırda da davam etməkdədir, əşyaları ilə birlikdə orada yaşamaqdadır.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli mülki iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Iddiaçı mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabdehlərin hərəkətlərinə son qoyulmaqla, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh cavabdeh1 (vəkil nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun mövcudluğu faktına lazımi hüquqi qiymət verilməmişdir. Hətta qətnamədə “yaşayış sahəsinə istifadə hüququ” anlayışına istinad edilməmiş, işin həllində yalnız iddiaçının mülkiyyət hüququ əsas götürülmüşdür. Halbuki, məhkəmə mübahisəyə baxarkən tərəflərin yalnız mülkiyyət hüququnu deyil, eyni zamanda cavabdehlərin həmin yaşayış sahəsindən irəli gələn qanuni istifadə hüququnun mövcudluğunu və bu hüququn hüquqi müdafiə predmetini təşkil etdiyini də nəzərə almalı idi. Bu halın nəzərə alınmaması məhkəmənin işin faktiki halları və tətbiq edilməli maddi hüquq normaları üzrə tam və obyektiv araşdırma aparmadığını göstərir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

22. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Cavabdeh Dənziyev Qorxmaz Ağabala oğlunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eynidir, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Dənziyev Qorxmaz Ağabala oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli işə üzrə # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar