Məhkəmə qərarları › İş №2(3-8)-162/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-162/2026

16.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-162/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2*25-ci il tarixli, 2(*6*)-5647/2*2* nömrəli qətnaməsindən cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 İdarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mədəniyyət idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş *1 iyun 2**1-ci il tarixli * nömrəli əmrin surətindən görünür ki, İsmayılova Vüsalə Məmməd qızı “Nəz” ixtisası üzrə müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. S.Hacıbəyov adına musiqi texnikumu “Nəz” şöbəsinin III-kurs tələbəsi. Dərs yükü 24 saat hesab olunsun. 2.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mədəniyyət idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş *2 sentyabr 2**2-ci il tarixli * nömrəli əmrin surətindən görünür ki, İsmayılova Vüsalə Məmməd qızı musiqi məktəbinə nəzəriyyə ixtisası üzrə əsas işçi olaraq işə qəbul olunmuşdur. 3.İddiaçı məxsus № **35868 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Sumqayıt şəhər Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi məktəbinin 25.*7.2*25-ci il tarixli, *** saylı əmrinə əsasən Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi məktəbindən Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 4.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AbşeronX10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 25 iyul 2*25-ci il tarixli, *** nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi məktəbinin xor dirijor müəllimi İddiaçı 25 iyul 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabın ödənilməsi təmin edilmişdir. Əmrin verilməsinə əsas: Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli 5.Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının 3* iyun 2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və 3*.*6.2*25-ci il tarixli, * nömrəli protokoldur. 6.Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin İşçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dari 3*.*6.2*25-ci il tarixli, * nömrəli protokolundan görünür ki, işçilər X14, Şərifova Hicran Arif qızı tutduqları vəzifələrə uyğun hesab edilir, işçilər X11, X15, İddiaçı, X4, X5, İbadova Afət Babək qızı, Əliyulmüsəvi X6 tutduqları vəzifəyə uyğun hesab edilmir. 7.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya vərəqəsindən görünür ki, İddiaçı attestasiyası üzrə cavablarını komissiya – A.Əlizadə “Ağ alma” əsərini orta səviyyədə ifa etdi. Verilmiş not nümunəsi zəif təhlil və zəif ifa etdi. Ağ alma əsərinin partiyalarını ifa edə bilmədi. A.Əlizadənin xor üçün əsərlərini sadalayın sualı verildi- cavabladı. Əsərin silsiləsində neçə bayatı var sualı verildicavabladı. Q.Qarayevin “Gənclik mahnısı”nı xor partiturasını ifa edə bilmədi. La major melodik halda necə olur sualı verildi- cavabladı. Do səsində major və minor 3 səslisini qurun sualı verildicavabladı. Melizimlər nədir sualı verildi- cavabladı. R.Mustafayevin xor üçün hansı əsərləri var sualı verildi- cavablamadı. Xorun kökü nə deməkdir sualı verildi- qismən cavabladı. XX əsrin xarici bəstəkarlarını sadalayın sualı verildi- cavabladı. Do səsində dominant sekundakord qurub major və minoru həll etdi. Romantik dövr bəstəkarları haqqında məlumat verin sualı verildi- qismən cavabladı. Şobert neçə yaşında vəfat edib sualı verildicavabladı. Asəf Zeynallı neçə yaşında vəfat edib sualı verildi-cavabladı. C.Cahangirovun xor üçün hansı akapella əsərləri var sualı verildi-cavablamadı.R. Mustafayevin xor üçün yazılmış hansı əsərləri var sualı verildi-cavablamadı. Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi: uyğun deyil. Səs miqdarı: leyinə-2, əleyhinə-3. 8.Birinci instansiya məhkəməsində icraat 9.İddiaçı İddiaçı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı *2.*9.2**2-ci ildən cavabdeh Abşeron-X10 İdarəsi Sumqayıt şəhəri Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbi “xor-dirijor müəllimi" vəzifəsinə işə qəbul olunmuşdur. Həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyalarını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə də olsun cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilməyə başlanılmış, iddiaçı da attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra attestasiya keçirilmiş və nəticədə guya attestasiya komissiyasının 2 lehinə olmaqla, 3 üzvünün əleyhinə verilmiş qərarı ilə iddiaçının “iş fəaliyyətinə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Halbuki, attestasiya zamanı çıxış edərkən iddiaçıya tutduğu vəzifə ilə əlaqədar olmayan suallar ünvanlanmış, sualların çoxusuna düzgün cavablar versə də, (Attestasiya vərəqində 7-ci bənddə qeyd edildiyi kimi) qərəzli olaraq əleyhinə 3 səs verilmişdir. Yəni attestasiya qərəzli keçirilmiş, attestasiya vərəqəsinin 7ci bəndində göstərilmiş suallara verilmiş, cavablar da əleyhinə səslə qiymətləndirilmiş, sanki hədəf müəllimləri bilərəkdən attestasiyadan kəsmək və işdən çıxarmaq olmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni 3*.*6.2*25-ci il tarixində iddiaçıya attestasiyadan keçmədiyi bildirilmişdir. Bundan sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin 25.*7.2*25-ci il tarixli, *** saylı əmri ilə xitam verilmiş və vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə, həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə 23.*5.2**1-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. İddiaçı 23 il *3 aydır ki, həmin məktəbdə “xor-dirijor müəllimi" vəzifəsində çalışmış və çoxsaylı dövlət tədbirlərində çıxış etmişdir. Əgər bu vəzifə üçün yararsız idisə, 23 il ərzində dəfələrlə genişmiqyaslı tədbirlərdə iştirak etməzdi. Buradan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi iddiaçının tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, bəhanə ilə və əsassız iddialarla qərəzli şəkildə işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki, iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq, işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 7*-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c" bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş də təklif edilməmiş, iddiaçı da başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Belə bir vəziyyətdə işini itirmək ailə vəziyyəti üçün olduqca ağır zərbədir. Göstərilənlərə əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 İdarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin 25.*7.2*25-ci il tarixli, *** saylı əmrinin ləğv edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin məktəbə "xor-dirijor müəllimi" vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 11.Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, video görüntüyə baxış zamanı ilkin olaraq iddiaçı Akşin Əlizadənin “Bayatılar” məcmuəsindən “Ağ alma" əsərini dirijorluq etməyə başlamışdır. Əsərin yarısında komissiyanın sədri Gülbacı İmanova ifasını dayandıraraq “üzünü belə çevir, biz də sizə baxaq” deyə müdaxilə etmişdir. Halbuki, bu kimi texniki göstərişlərin imtahan başlamazdan əvvəl, əsərə keçid etməmişdən öncə bildirilməsi mümkün idi. İddiaçı əsəri artıq real ifaya gətirmişdi və prosesin ortasında belə bir müdaxilənin edilməsi həm iddiaçının konsentrasiyasına təsir göstərmiş, həm də obyektiv qiymətləndirmə şəraitini pozmuşdur. Belə bir tələb imtahanın əvvəlində verilə biləcəyi halda, ifa zamanı səsləndirilməsi düzgün prosedur hesab edilmir. Təqdim olunmuş rəydə iddiaçının “Ağ alma” əsəri üzrə dirijorluq fəaliyyəti haqqında heç bir izahat və ya peşəkar qiymətləndirmə qeyd edilməmişdir. Attestasiyanın təqdim etdiyi rəydə yazılıb ki, “Ağ alma” əsərini “orta səviyyədə ifa etdi”. Lakin video görüntülərə baxış zamanı görünür ki, iddiaçı əsəri xor dirijorda ifa edib tamamladıqdan sonra Gülbacı İmanova iddiaçıya irad bildirib ki, guya əsərin son hissəsində 5 takt artıq saxlamışdır. İddiaçının say ilə yoxlamaları göstərir ki, əsərin axırıncı xanələrini 3/4 ölçüyə uyğun olaraq saymış və ifa zamanı heç bir əlavə takt icra etməmiş, ifası tam ölçüyə uyğundur. Komissiya tərəfindən verilən irad obyektiv faktlara əsaslanmır və əsərin ritmik düzgünlüyünü əks etdirmir. Bundan əlavə, video görüntülərdə aydın görülür ki, Gülbacı İmanovanın davranışı narazı və tənqidçi bir mövqedə olaraq hər hansı bir səbəb tapmağa çalışır. Vərəqlərə baxır və onları komissiya qarşısına düzgün təqdim etmədiyini bildirərək bəhanə axtarır. Bu davranış da əsərin obyektiv qiymətləndirilməsinə təsir göstərmişdir. Rəydə qeyd olunub ki, “Ağ alma” əsərinin partiyalarını ifa edə bilmədi. Əsər 4 səsli xor üçün yazılıb, amma iddiaçıdan yalnız bir partiyanı — Sopranonun ikinci partiyası soruşulmuşdur. O, partiyanı ifa edərkən həyəcanlı olduğu üçün do notunu düzgün oxumamışdır. Bu, iddiaçının həmin partiyanı bilmədiyini göstərmir. İddiaçı onkoloji xəstəlik keçirmiş, boğazından əməliyyat olmuş və ürəyi xəstədi bu səbəbdən həyəcanlı vəziyyətlərdə çətinlik yaşaya bilər. Buna baxmayaraq, həmin səhv yalnız həyəcan səbəbindən baş vermişdir. Əlavə olaraq, komissiya iddiaçıdan digər partiyaları soruşmamışdır. İddiaçı onları da öyrənmişdir, əgər həmin partiyaları da soruşsaydı, düzgün ifa etməsəydi onda deyərdi bilmirsən. Bu səbəbdən, rəydə qeyd olunan “partiyaları ifa edə bilmədi” ifadəsi obyektiv və tam mənzərəni əks etdirmir. Video görüntüdə Gülbacı İmanova iddiaçıdan “Bayatılar” silsiləsi haqqında məlumat verməyini istəmişdir. İddiaçı da bu barədə ətraflı danışaraq silsilənin neçə nömrədən ibarət olduğunu sadaladı və izah etdi. Buna baxmayaraq, o, həmin nömrələri oxumağını tələb etdi. İddiaçı Attestasiya proqramına uygun olaraq silsilədən yalnız bir nömrəni - “Ağ alma” əsərini öyrənməli idi və onu tam şəkildə hazırlamışdı. Digər nömrələr barədə isə ümumi məlumatı var idi və onların hamısına sadəcə qulaq asmışdı, həmin nömrələrin hamısını, partituranı əzbər oxumağı mümkün deyildi və bu iddiaçının hazırlıq sahəsinə uyğun olmayan qeyriobyektiv tələbdir. Gülbacı İmanovanın bu tələbini kinayəli və irad axtaran tonda səsləndirməsi də video görüntülərdə aydın görünür. Attestasiya rəyində qeyd olunub ki, Qara Qarayevin “Gənclik mahnısı” xor partiturasını ifa edə bilmədi. Lakin bildirir ki, iddiaçı bu əsər barədə əvvəlcədən öyrənmişdi və izahat da verirdi. Sadəcə xor dirijorda nümayiş zamanı həyəcan səbəbindən fikrini tam və dəqiq ifadə edə bilməmişdir. Bu, əsəri bilməməyindən deyil, həyəcanla bağlı yaranmış ani texniki çətinlikdən irəli gəlirdi. Attestasiya rəyində “verilmiş not nümunəsini zəif təhlil və zəif ifa etdi” qeydi göstərilmişdir. Həmin mərhələdə həm görmə zəifliyi, həm də yüksək həyəcan səbəbindən bəzi hissələri düzgün oxuya bilməmiş, ifadə müəyyən çaşqınlıqlar olmuşdur. Bu, iddiaçının həmin istiqamətdə uzunmüddətli təcrübəsi olmaması ilə də bağlıdır. Bildirir ki, illərdir xor dərsi aparmamış və bu sahədə praktiki bacarıqlarının kifayət qədər formalaşmaması ifaya təsir göstərmişdir. İddiaçı orta təhsilini musiqişünaslıq ixtisası üzrə, ali təhsilini isə xor dirijorluğu üzrə almışdır. İş fəaliyyəti boyunca əsasən nəzəri dərslər aparmışdır. Xor dirijorluğu sahəsində praktiki təcrübəsinin kifayət qədər olmaması səbəbindən müəyyən çətinliklərlə qarşılaşmışdır. Bu səbəbdən də iddiaçı dəfələrlə məktəb rəhbərliyinə müraciət edərək öz ixtisası üzrə dərs verə bilməyi üçün şərait yaradılmasını xahiş etmişdir. Lakin iddiaçıya bildirilib ki, ixtisasına uyğun dərs saatı olmadığı üçün bu mümkün deyil. Video görüntüdə Gülbacı İmanova qeyd edir ki, “vərdiş yoxdur”. Qeyd etmək istəyir ki, raspevləri icra edərkən, təcrübə olmadığı halda düzgün intonasiya və vərdişlərin zəif olması təbii haldır. Bu, iddiaçıdakı peşəkar səviyyənin aşağı olması ilə əlaqəli deyil, sadəcə təcrübənin olmamasından irəli gəlir. Əgər iddiaçıya ixtisasına uyğun olaraq vaxtında dərs saatları verilmiş olsaydı, yüksək səviyyədə vərdiş və intonasiya qabiliyyətini inkişaf etdirə bilərdi. Yəni, bu məsələdə yaranmış çətinliyin səbəbi iddiaçının yox, tədris prosesindəki təşkilati məhdudiyyətlərdir. İmtahan zamanı ümumilikdə 16 sualı cavablandırmışdır. Yalnız 6 suala cavab verə bilməmişdir ki, bunun da səbəbi əsasən həyəcan və səhhəti ilə bağlı gərginlik olmuşdur. Verilən rəy isə cavab verdiyi sualların böyük hissəsini nəzərə almamış və vəziyyəti birtərəfli şəkildə əks etdirmişdir. Bu izahatı attestasiya rəyində yazılanlarla təqdim olunmuş video-görüntünün müqayisəli təhlili əsasında tərtib etmiş və bütün qeyd olunan məqamlar real vəziyyəti tam olduğu kimi ifadə edir. Attestasiya başa çatdıqdan dərhal sonra Nazirliyin əməkdaşları içəri daxil olaraq komissiyanın işinə açıq müdaxilə etmiş, komissiya üzvlərinə qarşı “asan sual verirsiniz, əgər cavab verə bilmirsə, kəsin” kimi qərəzli və yönləndirici ifadələr səsləndirmişdir. Bu müdaxilə imtahanın obyektivliyinə birbaşa təsir göstərmiş və prosesin şəffaflığını şübhə altına almışdır. Həmçinin, komissiya üzvlərindən birinin bu müdaxiləyə reaksiyası da videoda və səs yazısında açıq şəkildə əks olunmuşdur: “Keçən dəfə içəri girib deyirlər ki, sualları asan verin, indi də gəlib deyirlər çətin verin. Gah elə deyirlər, gah da belə.” Bu ifadə bir daha təsdiq edir ki, attestasiya prosesinə kənar şəxslər tərəfindən təzyiq və göstərişlər verilib və komissiya üzvü bu təzyiqdən narahat olduğunu açıq şəkildə bildirib. Bu hallar bir daha göstərir ki, attestasiya prosesi qərəzsiz aparılmamış, komissiyanın müstəqil qərarvermə hüququ pozulmuş və iddiaçıya münasibətdə obyektivlik təmin edilməmişdir. Yuxarıda qeyd etdiyi bütün hallar attestasiya prosesində komissiya sədrinin qeyri-konstruktiv yanaşması, imtahan vaxtı edilən texniki və emosional təzyiqlər, kənar şəxslərin komissiyaya müdaxiləsi və videogörüntülərlə rəy arasındakı uyğunsuzluqlar attestasiya prosesinin obyektiv keçirilmədiyini göstərir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 12.Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 13.Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin direktoru nümayəndə2 izahat verərək bildirmişdir ki, Attestasiya Komissiyasının verdiyi qərara əsasən iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Bundan əlavə, videogörüntüyə baxdıqdan sonra fikrini bildirəcəkdir. 14.Sonuncu məhkəmə iclası ilə bağlı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin direktoru nümayəndə2 məhkəmə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. 15.Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2*25-ci il tarixli, 2(*6*)-5647/2*2* nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin 25 iyul 2*25-ci il tarixli, *** saylı əmri ləğv edilməsi, iddiaçı İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin “xor dirijor müəllimi” vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva) 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddənin İ, II və VI hissəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65.1, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.2, 7* “c”, 288 “x” və 3**.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2, 2.4, 2.6, 2.7, 3.1, 3.2 və 3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 17.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 18.Apellyasiya şikayətinin dəlilləri 19.Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)- 5647/2*25 nömrəli, 18.11.2*25-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. 20.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı nümayəndəsi olduğu cavabdeh Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2*25-ci il tarixli *** saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin tarixdən işə bərpa edilməyi və 25.*7.2*25ci il tarixdən başlayaraq yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, 25 iyul 2*25-ci il tarixli əmək müqaviləsinə xitam vermə ilə bağlı əmri ləğv etmiş, İddiaçı işə bərpa edilməsi, işburaxma müddəti ərzində ödənilməmiş əmək haqqıların hesablanıb cavabdehdən tutularaq İddiaçı ödənilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün iddia tələbində yetərli əsaslar göstərməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiasını əsaslandırmamış, yalnız işin faktiki hallarından və hansı illərdə məktəbdə işləməsindən, ailə vəziyyətindən, sağlamlığı ilə əlaqədar olaraq xəstəliyindən bəhs etmişdir. Halbuki, attestasiya prosesi zamanı İddiaçı verilən 14 sualdan yarısından daha azını tam cavablaya bilmişdir. 21.Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iş üzrə hüquqi qiymətləndirmə apararkən nə prosessual hüquq normaları, nə də əmək qanunvericiliyinin tələbləri düzgün nəzərə alınmamışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Sumqayıt şəhər Fikrət Əmirov adına * saylı Uşaq Musiqi Məktəbinin *2.*9.2**2-ci il tarixli əmrinə əsasən həmin məktəbdə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilib, bu zaman ona öz ixtisası olan “xor dirijorluq” üzrə sualların verilməsi, Attestasiya keçirilməsinə dair Qaydalarının pozulması deməkdir. Halbuki, məhkəmənin bu mövqeyi tamamilə əsasızdır, çünki Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər.Göründüyü kimi, İddiaçı öz ixtisası “xor drijorluq” olduğu üçün, attestasiya zamanı ona ünvanlanan suallar da tam qanuni hesab edilməlidir. 22.İddiaçı attestasiya zamanı həyəcan keçirməsi səbəbindən sualları düzgün cavablamadığını iddia etməsi, tamamilə əsassız və əhəmiyyətsiz bir əsaslandırmadır. Birinci instansiya məhkəməsi qətnamədə iddianın “əsaslı” olduğunu qeyd etsə də, bu əsaslılığın hansı hüquqi və faktiki meyarlara söykəndiyini əsaslandırmamış, sadəcə olaraq Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə istinad etməklə, həmin normanın imperativ xarakter daşımadığını bildirmişdir. Halbuki normanın dispozitiv olması iddiaçının tələbinin sübut yükünü aradan qaldırmır və eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və ya əsassız olduğunu göstərmir. Həmin maddə işəgötürənə işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun əmək funksiyasının tələblərinə cavab verməməsi halında müqaviləyə xitam vermək səlahiyyəti tanıyır və bu səlahiyyətin məhkəmə tərəfindən sübutlar araşdırılmadan, hüquqi meyarlar tətbiq edilmədən məhdudlaşdırılması həm qanunsuz, həm də əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin işə düzgün qiymət verməməsini göstərən digər məqam isə, işin hallarına düzgün hüquqi qiymət vermək üçün mütəxəssisin cəlb olunmamasıdır. Çünki, mövcud attestasiya musiqi və incəsənətlə bağlı olduğu halda, “hüquqşünas” ixtisaslı hakimin bu attestasiyanın düzgün aparılıb-aparılmaması, iddiaçı tərəfindən musiqi ilə bağlı suallara düzgün cavab verilib-verilməməsinin müəyyən edilməsi barədə obyektiv fikir formalaşdırması real deyil. 23.Birinci instansiya məhkəməsinin qətnaməsində işçilərin attestasiya nəticələrinə uyğun olaraq Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbində müəllimlərin “kütləvi şəkildə işdən çıxarıldığının” müəyyən edildiyi göstərilsə də, bu qənaət hüquqi baxımdan əsaslandırılmamış və Əmək Məcəlləsinin 63-cü maddəsinin qeyd hissəsində təsbit olunmuş “əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi” anlayışının normativ meyarları nəzərə alınmamışdır. Həmin qeyd hissədə açıq şəkildə müəyyən edilir ki, kütləvilik yalnız müəssisəyə mülkiyyət hüququ yaranan gündən etibarən üç ay ərzində, müəssisənin ümumi işçi sayından asılı olaraq konkret faiz hədlərinin aşılması halında mövcud olur. Bu normadan göründüyü kimi, işçilərin say göstəriciləri, müqavilələrin hansı əsaslarla və hansı zaman intervalında ləğv olunduğu, həmçinin müəssisəyə yeni mülkiyyətçi tərəfindən idarəetmə hüququnun keçdiyi vaxt əsas elementlərdir. Halbuki, Sumqayıt Şəhər Məhkəməsi nə müəssisənin ümumi ştat vahidlərinin sayını araşdırmış, nə də müəyyən edilmiş faiz hədlərinin aşılması faktını sübut edən hər hansı mötəbər dəlilə istinad etməmişdir. Belə olduqda, attestasiya nəticələri əsasında fərdi qaydada əmək münasibətlərinə xitam verilməsini “kütləvi ləğv” kimi qiymətləndirmək hüquqi reallığa uyğun gəlmir və normanın mahiyyətindən kənar şərh hesab olunur. 24.Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsi qətnamədə “kütləvi əmək müqavilələrinin ləğvi” terminindən istifadə etsə də, həmin nəticəyə gəlməsinə əsas verən sübutların hansılar olduğunu göstərməmiş, dəlillərin qiymətləndirilməsi, hüquqi meyarların tətbiqi və faktların normaya uyğunluğunu izah etməmişdir. Bu yanaşma Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsində təsbit olunmuş qanunçuluğun təmin edilməsi, məhkəmə aktlarının hüquqi əsaslar üzərində qurulması tələblərini pozur. Qətnamədə hüquqi nəticənin faktoloji baza ilə əlaqələndirilməməsi, normanın tətbiqi mexanizminin izah edilməməsi və kütləvilik meyarlarının araşdırılmaması məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmək və sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmək öhdəliyini yerinə yetirmədiyini göstərir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin “kütləvi əmək müqavilələrinin ləğvi” barədə gəldiyi nəticə əsassız olmaqla yanaşı, MPM-də nəzərdə tutulan hüquqi yanaşma və sübutetmə standartlarına uyğun deyil. 25.Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Vusalə Qurbanovanın irəli sürdüyü iddiaya əsasən, attestasiya düzgün aparılmamış, qaydalar uyğun həyata keçirilməmişdir. Məhkəmənin də heç bir maddi ve prosessual norma pozuntusunu aşkar etmədən, sadəcə iddiaçının əsassız subyektiv mülahizəsinə istinad edərək İşəgötürənin 25 iyul 2*25-ci il tarixli *** saylı əmrini ləğv etməsi tamamilə qanunsuzdur. Çünki, İddiaçı attestasiyası zamanı, ona Əmək məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulduğu kimi yalnız öz ixtisasına (peşəsinə) və yerinə yetirdiyi işlər, onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilmiş, hər bir sualın cavabı obyektiv olaraq qiymətləndirilmiş və bütün attestasiya prosesi video görüntü ilə qeydə alınmışdır. 26.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, obyektiv tədqiqinə nail olmamışdır. 27.Həmin maddədə nəzərdə tutulmuşdur ki, zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər, mütəxəssislər və şahidlər çağırıla bilər. Məhkəmə iddiaçının sualları yetəri qədər cavablandırdığına dair qənaətinə gəlsə də, hansı əsaslarla bu qənaətə gəlməsi göstərilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, attestasiyanın predmeti musiqi nəzəriyyəsi fənninin tədrisi, xor və drijorluq üzrə metodiki hazırlıq, işçinin intonasiya bacarıqları, musiqi materialının şərhi və analizi kimi xüsusi peşə vərdişləri ilə bağlı olduğundan, bu sahədə qiymətləndirmə aparmaq yalnız müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssisin iştirakı ilə mümkün ola bilərdi. Məhkəmənin xüsusi bilik və bacarıq tələb edən məsələ üzrə öz mülahizəsini qeyd etməsi və ona əsaslanaraq qətnamə qəbul etməsi isə qanunsuz və əsassızdır. 28.MPM 79.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər, mütəxəssislər və şahidlər çağırıla bilər. Məhkəmə iddiaçının sualları yetəri qədər cavablandırdığına dair qənaətinə gəlsə də, hansı əsaslarla bu qənaətə gəlməsi göstərilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, attestasiyanın predmeti xor dirijorluq, işçinin intonasiya bacarıqları, musiqi materialının şərhi və analizi kimi xüsusi peşə vərdişləri ilə bağlı olduğundan, bu sahədə qiymətləndirmə aparmaq yalnız müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssisin iştirakı ilə mümkün ola bilərdi. Məhkəmənin xüsusi bilik və bacarıq tələb edən məsələ üzrə öz mülahizəsini qeyd etməsi və ona əsaslanaraq qətnamə qəbul etməsi isə qanunsuz və əsassızdır. 29.Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, Attestasiya Komissiyası iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirmiş, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir. Lakin keçirilmiş attestasiyanın qanunsuzluğu əsaslandırılmamış, attestasiyanın keçirilməsində yol verilmiş qanun pozuntuları qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. İddiaçı barəsində tərtib olunmuş attestasiya vərəqəsindən müəyyən olunur ki, işçiyə verilən sualların hər biri onun ixtisası ilə bağlı olmuş, o isə, verilən 14 sualdan yarısından daha azına düzgün və tam cavab vermişdir. Belə olan halda, pozuntunun nədən ibarət olduğu Məhkəmə tərəfindən müəyyən olunmamış, ona dair sübutlar təqdim edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi öz mövqeyində İşəgötürənin Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərini pozduğunu, 7*-ci maddədə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğvinin zəruruliyini əsaslandırmadığını qeyd etmişdir. Bu tamamilə əsassızdır. Çünki, Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** saylı qərarına əsasən İşçilərin Attestasiyası keçirilmiş, İddiaçı öz ixtisasına və peşəsinə uyğun bilik və təcrübələrə yetəri qədər sahib olmadığı nəticəsinə gəlinmişdir. Həmçinin NK-nin qeyd etdiyimiz qərarında göstərilir ki, komissiya 2 qərardan birini ( uyğundur yaxud uyğun deyil) verərkən, işçinin son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələrini də nəzərə alır. İddiaçı isə 23 illik iş fəaliyyətində öz peşəsi üzrə ixtisasının artırılması istiqamətində heç bir addım atmamışdır. Buradan göründüyü kimi, əmək müqaviləsinin ləğvi tamamilə qanuni və əsaslandırılmış hesab edilir. 30.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 31.Apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək iddiaçı qeyd etmişdir ki, o, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi tələbi”nə dair mülki iddia vermiş və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 İdarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin 25.*7.2*25-ci il tarixli, *** saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin məktəbə "xor-dirijor müəllimi" vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2*25-ci il tarixli, 2(*6*)5647/2*2* saylı qətnaməsinə əsasən, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin 25 iyul 2*25-ci il tarixli, *** saylı əmrin ləğv edilməsi, onun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin “xor dirijor müəllimi” vəzifəsinə bərpa edilməyi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbindən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda isə iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Həsənzadə Aynur Yaşar qızı Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2*25-ci il tarixli, 2(*6*)-5647/2*2* saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)- 5647/2*2* nömrəli, 18.11.2*25-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. Hesab edir ki, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Həsənzadə Aynur Yaşar qızının apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2*25-ci il tarixli, 2(*6*)-5647/2*2* saylı qənaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir, eyni zamanda həmin qaydaların 2.6-cı maddəsində qeyd edilmişdir ki, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Məhkəmə Kollegiysınına diqqətinə çatdırmağı zəruri hesab edirəm ki, Birinci İnstansiya məhkəməsi (sədrlik edən hakim Şəbnəm Həxiyeva) iş üzrə düzgün nəticəyə gəlmiş, onun attestasiyasının “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyini və eyni zamanda attestasiya zamanı komissiya tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilərək, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol verdikləri qənaətinə gələrək, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin 25 iyul 2*25-ci il tarixli, *** saylı əmrini ləğv etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, “İddiaçı İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün iddia tələbində yetərli əsaslar göstərməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddiasını əsaslandırmamış, yalnız işin faktiki hallarından və hansı illərdə məktəbdə işləməsindən, ailə vəziyyətindən, sağlamlığı ilə əlaqədar olaraq xəstəliyindən bəhs etmişdir. Halbuki, attestasiya prosesi zamanı İddiaçı verilən 14 sualdan yarısından daha azını tam cavablaya bilmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iş üzrə hüquqi qiymətləndirmə apararkən nə prosessual hüquq normaları, nə də əmək qanunvericiliyinin tələbləri düzgün nəzərə alınmamışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Sumqayıt şəhər Fikrət Əmirov adına * saylı Uşaq Musiqi Məktəbinin *2.*9.2**2-ci il tarixli əmrinə əsasən həmin məktəbdə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilib, bu zaman ona öz ixtisası olan “xor dirijorluq” üzrə sualların verilməsi, Attestasiya keçirilməsinə dair Qaydalarının pozulması deməkdir. Halbuki, məhkəmənin bu mövqeyi tamamilə əsasızdır, çünki Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Göründüyü kimi, İddiaçı öz ixtisası “xor drijorluq” olduğu üçün, attestasiya zamanı ona ünvanlanan suallar da tam qanuni hesab edilməlidir. İddiaçı attestasiya zamanı həyəcan keçirməsi səbəbindən sualları düzgün cavablamadığını iddia etməsi, tamamilə əsassız və əhəmiyyətsiz bir əsaslandırmadır. Birinci instansiya məhkəməsi qətnamədə iddianın “əsaslı” olduğunu qeyd etsə də, bu əsaslılığın hansı hüquqi və faktiki meyarlara söykəndiyini əsaslandırmamış, sadəcə olaraq Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə istinad etməklə, həmin normanın imperativ xarakter daşımadığını bildirmişdir. Halbuki normanın dispozitiv olması iddiaçının tələbinin sübut yükünü aradan qaldırmır və eyni zamanda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və ya əsassız olduğunu göstərmir. Həmin maddə işəgötürənə işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının və tutduğu vəzifəyə uyğunluğunun əmək funksiyasının tələblərinə cavab verməməsi halında müqaviləyə xitam vermək səlahiyyəti tanıyır və bu səlahiyyətin məhkəmə tərəfindən sübutlar araşdırılmadan, hüquqi meyarlar tətbiq edilmədən məhdudlaşdırılması həm qanunsuz, həm də əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin işə düzgün qiymət verməməsini göstərən digər məqam isə, işin hallarına düzgün hüquqi qiymət vermək üçün mütəxəssisin cəlb olunmamasıdır. Çünki, mövcud attestasiya musiqi və incəsənətlə bağlı olduğu halda, “hüquqşünas” ixtisaslı hakimin bu attestasiyanın düzgün aparılıbaparılmaması, iddiaçı tərəfindən musiqi ilə bağlı suallara düzgün cavab verilibverilməməsinin müəyyən edilməsi barədə obyektiv fikir formalaşdırması real deyil.” Bununla bağlı qeyd edir ki, hakim öz daxili inamına və hüquq düşüncəsinə əsaslanaraq qərar qəbul edir. Hazırkı işdə də hakim sübutları obyektiv və düzgün qiymətləndirərək, ədalətli qərar qəbul etmişdir. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunan video diskdən açıq-aydın görünür ki, attestasiya imtahanı zamanı ona ünvanlanan sualların böyük əksəriyyətini cavablandırmağına baxmayaraq, komissiya tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmiş və konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Ona qarşı qərəzli münasibətin sübutu ki, attestasiya imtahanı başa çatdıqdan dərhal sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əməkdaşları imtahan keçirilən otağa daxil olaraq, komissiyanın işinə açıq müdaxilə etmiş, komissiya üzvlərinə qarşı “asan sual verirsiniz, əgər cavab verə bilmirsə, kəsin” kimi qərəzli və yönləndirici ifadələr səsləndirmişdir. Bu müdaxilə imtahanın obyektivliyinə birbaşa təsir göstərmiş və prosesin şəffaflığını şübhə altına almışdır. Həmçinin, komissiya üzvlərindən birinin bu müdaxiləyə reaksiyası da videoda və səs yazısında açıq şəkildə əks olunmuşdur: “Keçən dəfə içəri girib deyirlər ki, sualları asan verin, indi də gəlib deyirlər çətin verin. Gah elə deyirlər, gah da belə.” Bu ifadə bir daha təsdiq edir ki, attestasiya prosesinə kənar şəxslər tərəfindən təzyiq və göstərişlər verilmiş və komissiya üzvü bu təzyiqdən narahat olduğunu açıq şəkildə bildirmişdir. Yuxarıda da qeyd etdiyi kimi attestasiya imtahanı zamanı ona ünvanlanan “Attestasiya vərəqəsi”nə görə 18 (on səkkiz) sualdan 13 (on üç) suala cavab vermiş, 5 (beş) sualı isə cavablandıra bilməmişdir. Video-diskə baxış keçirən zaman isə komissiya tərəfindən ona 22 (iyirmi iki) sual ünvanlanmış, onlardan 16 (on altı) sualı cavablandırmışdır. İstər “Attestasiya vərəqəsi”nə görə, istərsə də “Video-diskə” görə imtahan zamanı ona ünvanlanan sualların böyük əksəriyyətini cavablandırmışdır. Lakin buna baxmayaraq attestasiya komissiyası ona qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65.3-cü maddəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir. Əlavə olaq qeyd edir ki, o onkoloji xəstəlikdən əziyyət çəkir və boğazından əməliyyat olunmuşdur. Bununla bağlı müvafiq sənədlərini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Bütün bunlara baxmayaraq ona ünvanlanan və ifa edilməsi zəruri olan əsərləri də ifa etmişdir. Lakin attestasiya prosesində komissiya sədrinin qeyri-konstruktiv yanaşması, imtahan vaxtı edilən texniki və emosional təzyiqlər, kənar şəxslərin komissiyaya müdaxiləsi və video-görüntülərlə rəy arasındakı uyğunsuzluqlar—attestasiya prosesinin obyektiv keçirilmədiyinin bariz nümunəsidir. Yuxarıda şərh edilən işin faktiki hallarını nəzərə alaraq və istinad olunmuş normaların tələblərinə uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2*25-ci il tarixli, 2(*6*)-5647/2*2* saylı qətnaməsindən iş üzrə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Həsənzadə Aynur Yaşar qızının verdiyi apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsi və Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2*25-ci il tarixli, 2(*6*)-5647/2*2* saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. 32.Apellyasiya icraatı iştirakçılarının izahatları 33.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi. 34.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 35.Tətbiq edilən hüquq 36.Azərbaycan Respublikası Konstitusiyası 37.Maddə 35. (İ, II və VII hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. 38. 39.Azərbaycan Respublikası Əmək Məcəlləsi 40.Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri 41.İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 42.Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 43.İşəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 44.Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir. 45.Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 46.Maddə 7*. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları 47.Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: 48.... 49.c)peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; 50.... 51.Maddə 3**. Əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 52.Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 53.İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. 54.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 55.1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 56.2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 57.2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 58.2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 59.3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 60.3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 61.3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 62.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 63.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 65.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 66.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 67.Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 68.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 69.Apellyasiya baxışının hədləri 70.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 71.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2* may 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 72.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron-X10 idarəsi Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2*25-ci il tarixli, 2(*6*)-5647/2*2* nömrəli qətnaməsi tam həcmdə mübahisələndirilmişdir. 73.Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2*25-ci il tarixli, 2(*6*)- 5647/2*2* nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. 74.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 75.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 76.Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. 77.İşin faktiki hallarından görünür ki, iddiaçı İddiaçı Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin *2.*9.2**2-ci il tarixli əmrinə əsasən həmin məktəbdə nəzəriyyə müəllimi vəzifəsinə işə qəbul edilmiş, həmin məktəbdə fəaliyyəti nəzəri dərslərin aparılması olmuşdur. 25 iyul 2*25-ci il tarixdə Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin 25 iyul 2*25-ci il tarixli, *** nömrəli əmrinə əsasən Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin xor dirijor müəllimi İddiaçı 25 iyul 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 78.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, işin faktiki hallarını qiymətləndirib yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirilmişdir. 79.Belə ki, apellyasiya icraatı zamanı iş materiallarında olan attestasiya prosesini özündə əks etdirən videogörüntüdən (CD diskdən) görünür ki, iddiaçının attestasiya imtahanı başa çatdıqdan dərhal sonra iki nəfər imtahan keçirilən otağa daxil olaraq, komissiyanın işinə açıq müdaxilə etmiş, komissiya üzvlərinə qarşı “asan sual verirsiniz, əgər cavab verə bilmirsə, kəsin” kimi qərəzli və yönləndirici ifadələr səsləndirmişdir. Həmçinin, komissiya üzvlərindən birinin bu müdaxiləyə reaksiyası da videogörüntüdə əks olunmuşdur: “Keçən dəfə içəri girib deyirlər ki, sualları asan verin, indi də gəlib deyirlər çətin verin. Gah elə deyirlər, gah da belə.” 80.Kollegiya hesab edir ki, attestasiya prosesinə kənar şəxslər tərəfindən müdaxilə edilməsi imtahanın obyektivliyinə birbaşa təsir edən və prosesin obyektiv olmasını şübhə altına salan haldır. 81.Göründüyü kimi mübahisəli əmr verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulduğundan iddianın təmin edilməsi barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 82.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 83.Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 84.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 85.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.1, 392-393 və 4*5.*.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18.11.2*25-ci il tarixli, 2(*6*)-5647/2*2* nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar