Məhkəmə qərarları › İş №2(1-8)-1010/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1010/2026

25.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1010/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): servitut hüququ (servitutun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə - servitut” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Əliyev Qüdrət Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. JN-463A kod ******** nömrəli dövlət aktına əsasən Lənkəran Rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli, ** nömrəli qərarı ilə Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən 0,67 ha torpaq sahəsi Əliyev Ramazan Həsən oğlu, İddiaçı, X24, Cavabdeh, X2, X13, X3, X4, X10, X12, nümayəndə1, X5, X6, X7 və X11 mülkiyyətinə verilmişdir.

2. Qanuni qüvvəyə minmiş Lənkəran Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən 0,14586 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0,014 ha hissəsindən (0,0092 ha yol kimi) çıxarılması, həmin torpaq sahəsindən istifadə ilə əlaqədar iddiçıya cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmsını qət etmişdir.

3. Lənkəran rayonu Şağlaküçə kəndində yerləşən 0,67 ha torpaq sahəsi İddiaçı 6/75 hissə, X24 6/75 hissə, Cavabdeh 6/75 hissədə, X2 6/75 hissədə, X14 1/15 hissədə,X3 1/15 hissədə, X8 1/15 hissədə, X10 1/15 hissədə, X12, 1/15 hissə, X1 1/15 hissə, X9 1/15 hissədə, X7 1/15 hissədə, X11 1/15 hissədə, nümayəndə1 6/75 hissədə mülkiyyətindədir.

4. Lənkəran rayonu, Şağlaküçə kəndində yerləşən 0,14586 ha torpaq sahəsi Cavabdeh tam mülkiyyətindədir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə gedən və hazırda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə edilməsi üçün yüklü edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandılmışdır ki, iddiaçı İddiaçı ## ####### 2018-ci il tarixdə qardaşı Cavabdeh və digər ailə üzvləri ilə aralarındakı torpaq mübahisəsi ilə əlaqədar qarşılıqlı şəkildə razılığa gələrək bölgü -razılaşma sazişi imzalanmaqla notarial qaydada təsdiq etdirmişlər. Lakin bu razılaşma sazişindən sonra cavabdeh yenə də ona qarşı məhkəmədə iddia qaldırmış və ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş hasarın, habelə qaz borusunun sökülməsini tələb etmişdir. Həmin iddia təmin edilmiş olduğundan iddiaçının həyətyanı torpaq sahəsinə yeganə gediş-gəliş yolu bağlanmış olur. Yaşadığı evə alternativ yol olmadığından həmin evdən istifadə olunması da mümkün olmayacaqdır. Odur ki, məcbur olub məhkəməyə müraciət edir. Həyətyanı sahəsinə başqa tərəfdən yol yoxdur. Belə olan təqdirdə cavabdehin əvvəlki tarixlərdə iddia etdiyi yol servitutla yüklü edilməlidir. Burada söhbət ondan gedir ki, servitut qoyulmadan qeyd edilmiş ehtiyacların təmini mümkün deyildir. Belə ki, həmin torpaq sahəsinə baxış keçirilərsə aydın olacaqdır ki, sözügedən torpaq sahəsinə gediş-gəliş yolu çəkmək imkanı yoxdur.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının özünə aid yolu vardır, lakin həmin yoldan istifadə etmək istəmir və əsassız olaraq ondan yol istəyir.

8. Iş üzrə keçirilmiş məhkəmə tiktinti-texniki ekspertizanın # #### 2025-cü il tarixli, **/**** nömrəli rəyində göstərilmişdir ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının onun daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və 802013080771-***** reyestr nömrəli texniki pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə həm həmin Texniki Pasportda, həm də torpaq islahatına dair kompleks yerquruluşu layihəsində təsvir olunan gediş-gəliş yolunun koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı tərəfindən gedişgəliş yolu kimi iddia olunan yerdə (bir hissəsində) gediş-gəliş yolunun təsvir olunması müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsində mövcud olan həmin gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. Lakin həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə naturaya uyğun gəlməməsi səbəbindən gedişgəliş yolunun layihə üzrə vəziyyəti ilə faktiki vəziyyət arasında müqayisəli təhlil aparmaq və yolun başlanğıc və son hissələrini naturada müəyyən etmək mümkün olmamışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçı İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə gediş-gəliş yolunun başlanğıc hissəsinin küçədən (yolayrıcıdan) başlayaraq son hissəsinin İddiaçı faktiki istifadəsində (mülkiyyətində) olan torpaq sahəsinə qədər olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən 0,0124 ha (124 kvadrat metr) torpaq sahəsinin faktiki koordinatlarının 72 kvadrat metr hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan gediş-gəliş yolunun koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmin 72 kvadrat metr gediş-gəliş yolunun 68 kvadrat metr hissəsinin koordinatlarının daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018- ci il tarixli, ********** qeydiyyat nömrəli və 802013080769-***** reyestr nömrəli çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, 4 kvadrat metr hissəsinin koordinatlarının isə daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və 802013080771-***** reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Iddiaçı İddiaçı tərəfindən gedişgəliş yolu kimi iddia edilən torpaq sahəsinin faktiki koordinatlarının onun daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və 802013080771-***** reyestr nömrəli texniki pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə həm həmin texniki pasportda, həm də torpaq islahatına dair kompleks yerquruluşu layihəsində təsvir olunan gediş-gəliş yolunun koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur, iddiaçı İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən sahənin, eləcə də torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapan gediş-gəliş yolunun hazırda iddiaçının və cavabdehin gediş-gəliş yolu kimi faktiki istifadələrində olması müəyyən olunmuşdur. Lakin araşdırma zamanı tərəflər arasında əsas mübahisə predmetinin həmin gediş-gəliş yolunun faktiki vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və 802013080769 - ***** reyestr nömrəli çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin sərhəd hüdudlarının daxilindən keçməsi ilə bağlı olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən 0,0124 ha (124 kvadrat metr) torpaq sahəsinin 93 kvadrat metr hissəsinin koordinatlarının daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və 802013080769-***** reyestr nömrəli çıxarışa əsasən cavabdeh Cavabdeh mülkiyyətində olan 0,14586 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, 31 kvadrat metr hissəsinin koordinatlarının isə daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və 802013080771-***** reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və 802013080771-***** reyestr nömrəli texniki pasporta əsasən mülkiyyətində olan 0,22548 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 80 kvadrat metr sahədən ibarət fərdi yaşayış evinə hazırda iddia olunan yerdən başqa cənub istiqamətindən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur.

9. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Murad Aslanov).

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus olan mülkiyyətdən istifadə etmək üçün cavabdehə məxsus torpaq sahəsindən istifadə etməyi tələb edir. Lakin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də tam təsdiq edilir ki, iddiaçının özünə məxsus torpaq sahəsində digər istiqamətdən də yol vardır. Belə olan halda, yəni digər şəxsin mülkiyyətinə müdaxilə edilməklə istifadənin həyata keçirilməsi qanunvericilikdə də qadağandır.

11. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının ona məxsus olan torpaq sahəsinə gediş-gəliş yolunun digər istiqamətdə mövcud olması məhkəmədə tam sübuta yetirildiyindən, servitut tələbinə dair iddia rədd edilməlidir

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat

12. Iddiaçı İddiaçı vəkili nümayəndə2 apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ####### 2018-ci il tarixdə qardaşı Cavabdeh və digər ailə üzvləri ilə aralarındakı torpaq mübahisəsi ilə əlaqədar qarşılıqlı şəkildə razılığa gəlmişlər və bölgü razılaşma sazişi tərəflərindən imzalanmaqla notarial qaydada təsdiq olunmuşdur. Lakin bu bölgü razılaşma sazişindən sonra cavabdeh yenə də ona qarşı məhkəmədə iddia qaldırmış və ümumi istifadədə olan gediş-gəliş yolunun zəbtdən azad edilməsi və qanunsuz inşa edilmiş çəpərin, habelə qaz borusunun sökülməsi tələbinə dair məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Həmin iddia təmin edilmiş olduğundan onun həyətyanı torpaq sahəsinə yeganə gediş-gəliş yolu bağlanmış olur. Yaşadığı evə alternativ yol olmadığından həmin evdən istifadə olunması da mümkün olmayacaqdır. Odur ki, o məcbur olub məhkəməyə müraciət etmişdir. Onun həyətyanı sahəsinə başqa tərəfdən yol yoxdur. Belə olan təqdirdə cavabdehin əvvəlki tarixlərdə iddia etdiyi yol servitutla yüklü edilməlidir. Burada söhbət ondan gedir ki, servitut qoyulmadan qeyd edilmiş ehtiyacların təmini mümkün deyil. Belə ki, həmin torpaq sahəsinə baxış keçirilərsə, aydın olacaqdır ki, sözügedən torpaq sahəsinə gediş-gəliş yolu çəkmək imkanı yoxdur. Cavabdehlə sülh yolu ilə razılaşma əldə etmək istəsə də, müsbət nəticə əldə edə bilməmişdir. Məhz bundan sonra o, məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin Lənkəran Rayon Məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə hüquqlarını müdafiə etdiyi iddiaçı İddiaçı qarşı cavabdehin qanunsuz hərəkətlərini düzgün qiymətləndirməmiş və hesab etmişdir ki, iddia əsassızdır. Məhkəmə iddiaçının konstitusion hüququnu - mənzil hüququnu (mənzilə gediş-gəliş tamamilə məhdudlaşır) pozan və açıq-aşkar qanunsuz nəticəyə varan qətnamə qəbul etmişdir. Məhkəmə mövcud olan situasiyada tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir. Eləcə də məhkəmə işin faktiki halları ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmədən həmin hallarla əlaqəli qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirmədən iddiaçının ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun digər istiqamətdə mövcud olmasını müəyyən etmişdir. Məhkəmə burada ekspert rəyinə istinad etmiş olsa da, həmin rəyin özü ziddiyyətli olmuşdur. Belə ki, rəydə göstərilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan yerdə (bir hissəsində) gediş-gəliş yolunun təsvir olunması müəyyən olunmuşdur. Lakin rəyin yekun hissəsində göstərilmişdir ki, iddia olunan yerdən başqa cənub istiqamətindən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur. Belə olan təqdirdə hesab edir ki, rəy ziddiyyətlidir və həmin ziddiyyətin aradan qaldırılmasından ötrü məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirməli idi. Lakin iş materiallarından da göründüyü kimi, məhkəmə ekspert rəyi ilə kifayətlənmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Mirlətif Sadıqov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Yenidən ekspertiza keçirilməsinə zərurət yoxdur. Odur ki, sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir.

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Iddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, 2 (***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti işin halları, iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

24. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.

25. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.

26. Maddə 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

39. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı Əliyev Qüdrət Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar