Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1025/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Petrovnanın cavabdeh cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, 2(103)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları
1. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh1 Oruc oğlunun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “bağışlama müqaviləsindən imtina edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Mülki iş materialları ilə müəyyən olunmuşdur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, cavabdeh3, cavabdeh2 və İddiaçı Petrovna Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ** saylı evin ** saylı mənzilində qeydiyyatdadırlar.
4. “Nikah haqqında” şəhadətnamədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə İddiaçı Petrovnanın ##.##.2024-cü il tarixdə * saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində 980 nömrə ilə qeyd edilməklə nikaha daxil olduqları müəyyən edilmişdir.
5. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh1 Oruc oğlu ##.##.2025-ci il tarixdə vəfat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı Petrovna cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşı “mənzilə köçürülmə” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ** saylı evin ** saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1 ünvanda rəsmi qeydiyyatdadır. Lakin cavbadehlər onun həmin mənzilə köçüb əri ilə birlikdə yaşamasına imkan vermirlər. O, hal-hazırda müxtəlif ünvanlarla yaşayır, bu hal isə vəziyyətinin və sağlamlıq durumunun pisləşməsinə gətirib çıxarmışdır. Buna görə də mənzilə köçürülmə barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
8. Cavabdeh cavabdeh3 iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Veysov Yalçın Sahib oğlu onun keçmiş əri olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onları aldadaraq evi öz adına keçirmişdir. O, gəlin köçdüyü vaxtdan etibarən həmin evdə yaşamışdır. Mənzil 3 otaqdan ibarətdir. O, oğlu ilə birlikdə həmin mənzildə yaşayır, qızı cavabdeh2 isə ailə quraraq köçmüşdür. 1997-ci ildən mənzilin bütün kommunal və digər xərclərini o, ödəmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia təmin edilərək, iddiaçının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ** saylı evin ** saylı mənzilinə köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mənzilin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xüsusi mülkiyyətində olması faktı işin mübahisəsiz halıdır. Belə ki, həmin mənzilin ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında cavabdeh1 Oruc oğlu tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlandığı müəyyən edilmişdir. İddiaçının isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə ##.##.2024-cü il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olduğu müəyyən edilmişdir. Cavabdehlərin isə həmin mənzildə qeydiyyatda olmaqla yaşadıqları müəyyən edilmişdir.
11. İddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsini xahiş etdiyi və mənzilin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçının ona məxsus mənzilə köçürülməsinə etiraz etmədiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçı mübahisəli yaşayış sahəsinə köçürülməlidir.
12. Cavabdehlər iddiaçının mübahisəli mənzilə köçürülməsinə etiraz etsələr də, etirazlarının əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini və mülkiyyətçinin razılığını nəzərə alaraq iddiaçının həmin mənzilə köçürülmə barədə tələbini təmin etməkdə haqlı olmuşdur.
13. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olmaqla yaşamaları iddiaçının həmin yaşayış sahəsinə köçürülməsinə maneə ola bilməz. İddiaçının qeyd olunan ünvanda pasport qeydiyyatında olması da nəzərə alınmalıdır.
14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının mənzilə köçürülməsinə mane olmuşlur və bu səbəbdən də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.5, 228.5ci, Mənzil Məcəlləsinin 30.1 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, mübahisəli mənzili tərk etmişdir. Cavabdehlər isə uzun müddətdir ki, mübahisəli mənzildə yaşamışlar. Cavabdeh cavabdeh3 ## ###### 2025-ci il tarixdə axşam saatlarında işdən evə qayıdarkən mənzilin giriş qapısının sındırıldığının və içəridən bağlandığının şahidi olmuşdur. O, nə qədər cəhd etsə də, 1992-ci ildən qeydiyyatda olmaqla yaşadığı mənzilə daxil ola bilməmiş və sonda küçədə qalmışdır. Bununla əlaqədar AR DİN-in 102 Qaynar Xəttinə müraciət etmişdir. Bundan sonra cavabdeh3 ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək onun həmin mənzilə sərbəst girib-çıxmasına və yaşamasına maneələrin aradan qaldırılması, habelə bu cür hərəkətlərin iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və digər şəxslər tərəfindən edilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı və üçüncü şəxslərə həmin mənzilə cavabdehlərin giriş-çıxışına və yaşamalarına maneələr yaratmaq qadağan edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mütəmadi olaraq X1 qarşı zorakılıq etmiş, onu ölümlə hədələmiş, dəfələrlə mənzilin su xəttini çöldən kəsməklə suyun verilməsinə mane olmuş, həmçinin mənzildə təbii qazın kranlarını açıq qoymaqla problemlərin yaranmasına cəhd etmişdir. Beləliklə, ailə münaqişəli ailə kimi polis orqanlarında qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı cavabdehlərlə birlikdə yaşaması mümkün olmamışdır. Qeyd etmişdir ki, əgər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı icra olunsaydı, mənzildə arzu olunmaz bədbəxt hadisələrin baş verməsi qaçılmaz olardı. Göründüyü kimi, iddiaçı əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli mənzildə yaşamamışdır. Onun cavabdehlərə qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair *(***)-***/**** nömrəli mülki iş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin icraatında olmuşdur. Qeyd etmişdir ki, mənzil 3 otaqdan ibarət olmuş və belə olan halda iddiaçının cavabdehlərlə birlikdə həmin mənzildə yaşaması qeyri-mümkün olmuşdur. Belə ki, sözügedən məhkəmə qətnaməsi icra olunsaydı, mənzildə arzuolunmaz bədbəxt hadisələrin baş verməsi qaçılmaz olardı.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Günel Abbasova (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mənzilin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xüsusi mülkiyyətində olması faktı işin mübahisəsiz halı olmuşdur. Belə ki, həmin mənzil ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında cavabdeh1 Oruc oğlu tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlanmışdır. İddiaçı isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə ##.##.2024-cü il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşdur. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. İddiaçı həmin yaşayış sahəsinə köçürülməsini xahiş etmiş və mənzilin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçının ona məxsus mənzilə köçürülməsinə etiraz etməmişdir.
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, cavabdeh hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşamaları iddiaçının qeyd olunan yaşayış sahəsinə köçürülməsinə maneə təşkil etməmişdir. O cümlədən, iddiaçının qeyd olunan ünvanda pasport qeydiyyatında olduğu nəzərə alınmışdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evinə iddiaçının köçməsinə maneə yaratmış və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir.
23. Mübahisə predmeti olan mənzilin mülkiyyət hüququnun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus olduğu müəyyən edilmiş və iddiaçının onunla rəsmi nikahda olduğu və nikahın ##.##.2024-cü il tarixdə bağlandığı müvafiq sənədlərlə təsdiq edilmişdir.
24. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının mübahisəli mənzilə köçürülməsinə faktiki maneələr yaratmış, onun yaşayış hüququnun həyata keçirilməsinə əngəl törətmişlər. Həmin şəxslərin mənzildə yaşaması üçün iddiaçının istifadə hüququnu istisna edən və ya məhdudlaşdıran hər hansı məhkəmə qərarı və ya qanuni əsas müəyyən edilməmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin iddiaçının yaşayış sahəsindən istifadə hüququna maneə yaratması qanunvericiliyin tələblərinə zidd olmuş və iddiaçının ailə üzvü kimi qanuni hüquqlarını pozmuşdur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mənzilə köçürülməsi mülkiyyət hüququnun məhdudlaşdırılması hesab edilməmiş və mülkiyyət hüququnun mahiyyətinə xələl gətirməmişdir.
27. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etməmişdir.
28. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152, 152.1, 152.5, 157, 157.2, 157.4, 165, 165.1, 228, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1-ci, habelə MPM-nin 14.2, 77.1, 119.1, 217.1, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
31. Kassasiya şikayətinə AR MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Kassasiya şikayətinə dair etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edilməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
37. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
48. Cavabdeh cavabdeh3 qətnaməni bütövlükdə mübahisələndirdiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdeh cavabdeh3 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh cavabdeh3 kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xüsusi mülkiyyətində olması faktı işin mübahisəsiz halıdır. Belə ki, həmin mənzil ##.##.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında cavabdeh1 Oruc oğlu tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağışlanmışdır. İddiaçı isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə ##.##.2024-cü il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuşdur. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı həmin yaşayış sahəsinə köçürülməsini xahiş etmiş və mənzilin mülkiyyətçisi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçının ona məxsus mənzilə köçürülməsinə etiraz etməmişdir.
52. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
53. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış sahəsinə iddiaçının köçməsinə maneə yaratmış və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Həmçinin mübahisəli mənzilin mülkiyyət hüququnun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus olduğu müəyyən edilmiş və iddiaçının onunla rəsmi nikahda olduğu və nikahın ##.##.2024-cü il tarixdə bağlandığı müvafiq sənədlərlə təsdiq edilmişdir.
54. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər iddiaçının mübahisəli mənzilə köçürülməsinə faktiki maneələr yaratmış, onun yaşayış hüququnun həyata keçirilməsinə əngəl törətmişlər. Həmin şəxslərin mənzildə yaşaması üçün iddiaçının istifadə hüququnu istisna edən və ya məhdudlaşdıran hər hansı məhkəmə qərarı və ya qanuni əsas müəyyən edilməmişdir.
55. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlərin iddiaçının yaşayış sahəsindən istifadə hüququna maneə yaratması qanunvericiliyin tələblərinə zidd olmuş və iddiaçının ailə üzvü kimi qanuni hüquqlarını pozmuşdur.
56. Bununla yanaşı apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mənzilə köçürülməsi mülkiyyət hüququnun məhdudlaşdırılması hesab edilməmiş və mülkiyyət hüququnun mahiyyətinə xələl gətirməmişdir.
57. Beləliklə, apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.
58. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdeh cavabdeh3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.