Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1041/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər Imişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil Idarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviç (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Iddiaçı Iddiaçı cavabdeh Imişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil- Muğan1.Regional Təhsil Idarəsini də cəlb edilməklə, Imişli şəhər N.Gəncəvi adına * saylı tam orta məktəbin direktoru cavabdeh1 tərəfindən verilmiş ## ######## 2024-ci il tarixli ** saylı əmrin ləğv olunması, iddiaçının iş yeri olan Imişli şəhər N.Gəncəvi adına * saylı tam orta məktəbdə psixoloq vəzifəsinə bərpa edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Mil-Muğan regional şöbəsinin ## ####### 2024-cü il tarixli MN ******* nömrəli inzibati qərarın doğruluğunu təsdiq edən Imişli Rayon Məhkəməsinin qəbul etdiyi qanuni qüvvəyə minmiş *(***)-***/**** nömrəli qərarının icra edilməsi, mediasiya arayışı almaqdan ötəri ödədiyi 60 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Imişli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim O.Mahmud) iddia təmin edilməmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Novruzovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədli və P.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Iddiaçı Iddiaçı “Elektron məhkəmə” Informasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyi və forması Mülki Prosessual Məcəlləsinin * nömrəli əlavəsinə uyğun olmadığı üçün geri qaytarılmışdır. 5.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə (hakim A.Novruzovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədli və P.Əhmədov) kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə ərizəçi müddətin buraxılmasını səhhətində yaranmış problemlərlə, o cümlədən trombositopenik purpura və sonradan qoyulmuş “Kutanoz Behçet” diaqnozu ilə əsaslandırmışdır. Lakin, ərizədə göstərilən hallar prosessual müddətin bərpası üçün qanunun tələb etdiyi mənada üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarına əsasən iddiaçı tərəfindən təqdim olunmuş ambulator tibbi kartdan çıxarış ## ###### 2026-cı il tarixli, “Kutanoz Behçet” diaqnozunun qoyulması barədə tibbi arayış isə ## ###### 2026-cı il tarixlidir. Halbuki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin hesablanması apellyasiya instansiyası məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin tərəfə rəsmi qaydada təqdim edildiyi gündən başlanır və iş materiallarına əsasən həmin müddət artıq kassasiya şikayətinin birinci dəfə verilməsi zamanı da ötürülmüşdür. Təqdim olunmuş tibbi sənədlərin tarixləri isə müddətin əhəmiyyətli hissəsinin artıq keçdiyi dövrə təsadüf edir və həmin sənədlər müddətin buraxılmasının bütün dövrü ərzində ərizəçinin prosessual hüquqlarını həyata keçirmək imkanından məhrum olduğunu təsdiq etmir. Bundan əlavə, iş materiallarına əsasən iddiaçı Iddiaçı tərəfindən nümayəndə3 nümayəndəlik səlahiyyəti verilmişdir. Təqdim olunmuş etibarnamədən görünür ki, həmin etibarnamə ## ###### 2043-cü il tarixədək qüvvədədir və nümayəndəyə məhkəmələrdə iddiaçını təmsil etmək, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququ da verilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 408.1, 408.1.4, 408.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
9. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək, bərpa olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 133-cü maddələrinin tələbləri pozulmuşdur.
11. Belə ki, həm iddiaçının, həm də onun yeganə nümayəndəsinin eyni vaxtda ağır xəstəlikdən əziyyət çəkməsi və nümayəndənin stasionar müalicədə olması mütləq köməksiz vəziyyət və üzrlü səbəb kimi qiymətləndirilməli idi. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ağır “Behçet” xəstəliyini və nümayəndə olan həyat yoldaşının (müharibə veteranının) stasionar psixiatrik müalicəsini üzrlü səbəb kimi qəbul etməyərək, iddiaçıya qarşı həddindən artıq sərt yanaşma nümayiş etdirmişdir. Bu, faktiki olaraq onun məhkəmə müdafiəsi hüququnun əlindən alınmasıdır. Məhkəmə, prosessual müddətləri tətbiq edərək, iddiaçının məhkəmə müdafiəsi hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırmışdır.
12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
15. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
17. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Qeyd olunmalıdır ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
18. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
19. Hazırkı işin materiallarından mübahisəsiz olaraq müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsi iddiaçının “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yüklənilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur.
20. Belə olan halda, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətinin axımı ## ###### 2025-ci il tarixdə başlanılmaqla, ## ###### 2026-cı il tarixdə başa çatmışdır.
21. Lakin, iddiaçı ilk kassasiya şikayətini ## ###### 2026-cı il tarixdə verməklə, artıq qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür.
22. Yuxarıda qeyd olunduğu kimi, həmin kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyi və forması Mülki Prosessual Məcəlləsinin * nömrəli əlavəsinə uyğun olmadığı üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır.
23. Iddiaçının təkrar kassasiya şikayəti isə apellyasiya instansiyası məhkəməsinə ## ###### 2016-cı il tarixdə təqdim olunmuşdur.
24. Göründüyü kimi, iddiaçı hər iki kassasiya şikayətini verərkən bunun üçün mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş müddətləri ötürmüşdür.
25. Iddiaçı müddətin bərpasına dair ərizəsini xəstəliyi ilə əsaslandırmışdır.
26. Belə ki, iddiaçının apellyasiya məhkəməsinə təqdim etdiyi “xxxx” MMC-nin (“XXX”) ## ###### 2026-cı il tarixli arayışına görə iddiaçı ## ###### 2026-cı il tarixdə həmin klinikaya müraciət etmiş, revmotoloqun qəbulunda aparılmış müayinə nəticəsinə əsasən “Kutanoz Bexçet” diaqnozu qoyulmuşdur.
27. Həmçinin, Respublika Klinik Xəstəxanasının ## ###### 2026-cı il tarixli Ambulator xəstənin tibbi kartasından çıxarışa əsasən iddiaçı həmin tarixdə “Behçet xəstəliyi” diaqnozu ilə revmotoloqun qəbulunda olunmuşdur.
28. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, həmin sənədlərin hər biri iddiaçının ambulator müayinədə olmasını təsdiq etməklə, onun vaxtında kassasiya şikayəti vermək imkanında olmasını inkar etmir.
29. Digər tərəfdən, birinci arayışa görə iddiaçı ## ###### 2026-cı ildə müayinədə olmuş, həmin tarixdən kassasiya şikayəti verilməsi üçün müddətin sonuncu gününə - ## ###### 2026-cı il tarixədək 10 gün qalmışdır ki, iddiaçı həmin müddətdə şikayət verməsinin mümkünsüzlüyünü əsaslandırmamışdır.
30. Ikinci tibbi sənəd isə prosessual müddətin bitməsindən sonrakı tarixə ## ###### 2026-cı ilə aiddir ki, bu da, müddətin bərpası üçün əsas kimi qiymətləndirilə bilməz.
31. Məhkəmə kollegiyası iddiaçının özü tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə dəlillərinin əsassız olması qənaətinə gəldiyi üçün, hazırkı kassasiya şikayətinin dəlilləri onun ərinə (etibarnamə əsasında nümayəndəsinə) aid hissədə əhəmiyyət kəsb etmir.
32. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
34. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.