Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1047/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı2 və iddiaçı1 cavabdeh2 və cavabdeh1 qarşı ilk, cavabdeh2 və cavabdeh1 iddiaçı2, iddiaçı1 və X1 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun tutulması, kredit müqaviləsi üzrə faizlər, dəbbə pulu, tutmanın ipoteka predmetinə yönəldilməsi, kredit müqaviləsinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” ilkin, cavabdeh1 və cavabdeh2 iddiaçı2, iddiaçı1 və Qarşılıqlı iddia üzrə cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. iddiaçı2 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, ##.##.2024-cü il tarixədək qaytarmaq şərti ilə iddiaçı2 tərəfindən sonuncuya 40000 manat məbləğində borc verilmişdir.
2. Həmin müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzili iddiaçı2 xeyrinə ipoteka ilə yüklü etmişdir.
3. ##.##.2019-cu il tarixli etibarnamə ilə cavabdeh1 cavabdeh2 bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi etibar etmiş və etibarnamənin qüvvəsi 2039-cu ilədək müəyyən olunmuşdur.
4. Ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyan cavabdeh1 cavabdeh2 verdiyi ##.##.2024-cü il tarixli etibarnamə əsasında Qarşılıqlı iddia üzrə cavabdeh təmsil etmişdir.
5. Həmin müqavilə üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bağlanmış eyni tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan *M-** saylı mənzili iddiaçı1 xeyrinə ipoteka ilə yüklü etmişdir.
6. Sonrakı ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyan cavabdeh1 cavabdeh2 verdiyi ##.##.2024-cü il tarixli etibarnamə əsasında Qarşılıqlı iddia üzrə cavabdeh təmsil etmişdir.
7. ##.##.2024-cü il tarixdə cavabdeh1 cavabdeh2 verdiyi ##.##.2019-cu il tarixli etibarnaməni ləğv etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cu il tarixli IS-4894 reyestr ilə qeydə alınmış ipoteka müqaviləsi və ##.##.2024-cü il tarixli IS-4895 reyestr nömrəsi ilə qeydə alınmış sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, cavabdeh cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin mənzilin satışından əldə olunan vəsaitlər hesabına borc alan cavabdeh2 ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli borc müqavilələri üzrə onların qarşısındakı 51000 məbləğində kredit borcu, ##.##.2024-cü il tarixdən bir il müddətinə gecikdirilmiş borca görə məbləğin illik 5% dərəcəsi ilə hesablanmış 2550 manat məbləğində əldən çıxmış fayda olmaqla cəmi 53.550 manat məbləğində borc və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına onların xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 252 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək Ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən (“xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 kredit müqavilələri üzrə öhdəliklərini icra etməmiş – ötən müddət ərzində ümumi 55.000 manat borc məbləğinin yalnız 4.000 manatını ödəmişdir. Kredit müqaviləsi üzrə götürülmüş öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdeh cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2024-cü il tarixli bildiriş göndərilmiş, həmçinin bildiriş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Bakı şəhər Ərazi Idarəsi tərəfindən qeydə alınmışdır. Cavabdehlər borcun ödənilməsi üçün heç bir əməli addım atmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
10. cavabdeh2 və cavabdeh1 iddiaçı2, iddiaçı1 və Qarşılıqlı iddia üzrə cavabdeh qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərinin təmin edilməməsi, Bakı şəhəri * saylı Notariat Ofisində gizli şəkildə cavabdeh2 adına verilmiş etibarnamə üzrə səlahiyyətlərin Qarşılıqlı iddia üzrə cavabdeh ötürülməsi barədə ## ###### 2024-cü il tarixli etibarnamənin etibarsız sayılması, Bakı şəhəri * saylı Notariat Ofisində cavabdeh1 adından səlahiyyətləri ötürülmüş etibarnamə əsasında məlumatı olmadan Qarşılıqlı iddia üzrə cavabdeh Əliyar oğlu ilə iddiaçı2 arasında bağlanan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev 152 ünvanında yerləşən ** saylı xüsusi mülkiyyətində olan mənzilə dair ##.##.2024-cü il tarixli ipoteka müqaviləsinin, Bakı şəhəri * saylı Notariat Ofisində cavabdeh1 adından səlahiyyətləri ötürülmüş etibarnamə əsasında məlumatı olmadan Qarşılıqlı iddia üzrə cavabdeh ilə iddiaçı1 arasında bağlanan ipotekaya yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev 152 ünvanında yerləşən ** saylı xüsusi mülkiyyətində olan mənzilə dair ##.##.2024-cü il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması və Bakı şəhəri * saylı Notariat Ofisində cavabdeh2 ilə iddiaçı2 arasında bağlanmış ##.##.2024-cü il tarixli və iddiaçı1 arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh1 ümumiyyətlə ipoteka və sonrakı ipoteka müqavilələri əsasında mülkiyyətində olan mənzilin 40000 manat və 15000 manat pulun təminatı olaraq ipoteka ilə yüklü edilməsindən, onun əsasında cavabdeh2 ilə kredit müqavilələrinin bağlanmasından xəbərdar olmamış, nə də onunla bu barədə əlaqə saxlayıb razılığının olub-olmaması soruşulmamış, hətta mənzilə baxış belə keçirilməmişdir. Başqa sözlə, bu müqavilələr onun razılığı olmadan bağlanmışdır. Belə ki, mənzilin sənədləşməsi aparılarkən əri cavabdeh2 mənzillə bağlı müvafiq sənədləşmə hərəkətlərinin edilməsi üçün ümumi etibarnamə vermiş, sonuncu isə Şirvan və Orxan adlı şəxslər yaxın tanışları vasitəsilə aldadılıb, evin sənədləri pula görə girov qoyulub. Bu yaxınlarda məlum olub ki, cavabdeh2 aldadan şəxslər – Orxan Həsənov adlı şəxs həbs olunub, Qarşılıqlı iddia üzrə cavabdeh adlı şəxs isə Rusiyaya qaçıb. Hazırda Sabunçu rayon Polis Idarəsinin Istintaq Şöbəsində məsələ araşdırılır. Cavabdehlərdən alınan 55000 manat pulun 45000 manatı bu cinayətkar şəbəkə tərəfindən mənimsənilib, qeyd etdiyi kimi yalnız 10000 manat onun adından digər tanıdıqları şəxsə verilmiş və bu günə qədər 9000+5500+2000+600 manat ayrı-ayrı vaxtlarda şəxsən onun tərəfindən və bir neçə dəfə də Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən cavabdehlərə pul ödənilmiş, ödənilən pul məbləğlərini isə cavabdehlər faizə hesablamış, əsas pul məbləği isə tam şəkildə cavabdehlər tərəfindən tələb olunur. Halbuki ipoteka müqavilələrindən görünür ki, pul faizsiz verilmişdir. Hesab edir ki, onun xəbəri və razılığı olmadan mülkiyyətində olan mənzilin ipotekayla yüklü edilməsi, eyni zamanda faizsiz müqavilələr bağlandığı halda sonradan ödənilən pulların faizə çıxılması və faiz tələb olunması, bağlanmış olan mövcud əqdlərin başqa əqdi pərdələmək niyyəti ilə bağlandığını, həmçinin bu əqdlərin bağlanmasının aldatma niyyəti ilə baş verməsini tam təsdiq edir. Bu halda da ipoteka müqavilələri əhəmiyyətsiz əqdlər olduğundan etibarsızdır.
12. ##.##.2025-ci il tarixli, **-**/** saylı Məhkəmə Ekspertizası Xidmətləri MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1) ünvanında yerləşən mənzilin ##.##.2025-ci il tarixə bazar dəyəri 306000 manat təşkil edir.
13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli borc müqavilələri üzrə cavabdeh2 iddiaçı2 və iddiaçı1 xeyrinə 51000 məbləğində pul, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanmış 2550 manat məbləğində faiz, 252 manat ödənilmiş dövlət rüsumu və bildirişin dövlət qeydiyyatına alınmasına görə 51 manat olmaqla, cəmi 53853 manat məbləğində pulun tutulması, tutmanın ipotekaya qoyulmuş cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, ipoteka predmeti olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 15, mənzil 15 (yeni qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 110.5 kv.m. olan mənzilin ilkin satış qiymətinin 306.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – cavabdeh2 qaytarılması, iddianın qalan hissədə, habelə qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – A.Paşayeva).
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh2 kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı2 və iddiaçı1 olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl edilmişdir. Borclu üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır.
16. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, hazırkı mübahisə üzrə isə bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. cavabdeh2 müqaviləni bağlayarkan özündə olmaması barədə dəlili isə öz təsdiqini tapmamış və heç bir şəkildə əsaslandırılmamışdır. Onun arvadı cavabdeh1 ipoteka müqaviləsinin bağlanmasına razılığının olmaması barədə dəlili də əsassızdır. Belə ki, tərəflər arasında ipoteka müqavilələri bağlanan zaman cavabdeh2 arvadı tərəfindən onun bütün əmlakına sərəncam verilməsi barədə etibarnamə verilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən cavabdeh1 və cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Apellyasiya şikayətləri qarşılıqlı iddia ərizəsinin dəlillərini təkrarlamaqla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, bütün faktları təsdiq edən videogörüntü məhkəməyə təqdim olunsa da, məhkəmə həmin görüntüyə əhəmiyyət verməmişdir. Halbuki, həmin videogörüntü notariat ofisində cavabdeh2 yaxşı vəziyyətdə olmadığını təsdiq edir. Digər tərəfdən, iddiaçılar gedib mənzilin mövcud olub-olmamasına, mənzilin hansı vəziyyətdə olmasını görmək üçün həmin mənzilə baxış belə keçirməmişlər. Səbəb isə mülkiyyətçinin xəbər tutmasından çəkinmələri olub. Bu faktı məhkəmə iclas protokolunda iddiaçı iddiaçı1 açıq aşkar etiraf etsə də, məhkəmə bu fakta əhəmiyyət belə verməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – V.Sadıqov (məruzəçi), S.Bəhrəmzadə və X.Mərdanova).
20. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ##.##.2019-cu il tarixli etibarnamə ilə cavabdeh1 cavabdeh2 onun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi etibar etmişdir və etibarnamənin qüvvəsi 2039-cu ilədək müəyyən olunmuşdur. ##.##.2024-cü il tarixli etibarnamə ilə cavabdeh2 cavabdeh1 tərəfindən ona verilmiş səlahiyyətləri Qarşılıqlı iddia üzrə cavabdeh ötürmüşdür. cavabdeh1 etibarnaməni ##.##.2024cü il tarixdə ləğv etdirdiyini bildirsə də, “Elektron Notariat” X6 çıxarışdan görünür ki, etibarnamə ##.##.2024-cü il tarixdə qüvvədən düşmüşdür (ləğv olunmuşdur). Göründüyü kimi, ipoteka və sonrakı ipoteka müqavilələri cavabdeh1 əvəzinə ##.##.2024-cü il tarixdə verilmiş etibarnamə əsasında Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən imzalanmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh izahatından da aydın olur ki, etibarnamə ilə səlahiyyətlərin ona ötürülməsi məhz cavabdeh2 təşəbbüsü ilə baş vermişdir. Iddiaçıların ipoteka müqavilələrinin bağlanmasına cavabdeh1 razılığının olub-olmamasını yoxlamaq kimi vəzifəsi olmamışdır. Əks yanaşma təmsilçilik institutunun mahiyyətinə və bu qaydada aparılan əməliyyatların sabitliyinə ciddi zərər yetirməsi ilə nəticələnə bilər.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətlərinin dəlilləri
21. cavabdeh1 (vəkil vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərini təkrarlayaraq eyni məzmunda – müqavilənin onun məlumatı və razılığı olmadan bağlanması, etibarnamənin yalnız sənədləşmə işlərinin aparılması məqsədilə verilməsi və məhkəmənin qarşı tərəfin iclas zalında etdiyi etirafları nəzərə almaması ilə əsaslandırılmışdır.
b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
28. 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
32. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
33. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
34. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənara çıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
35. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.2018-ci il tarixədək qüvvədə olan məzmundadır)
36. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
37. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.
38. Maddə 36.1. Ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər.
39. Maddə 37.1. Ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
40. Maddə 39.3.3. Ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, müqavilələr cavabdeh1 adından qüvvədə olan ümumi etibarnamə əsasında bağlanmış, buna görə də ayrıca razılığın alınmasına zərurət olmamış, sözügedən etibarnamə isə iddia ediləndən daha sonrakı tarixdə ləğv edilmişdir. cavabdeh2 müqavilə bağlanarkən özündə olmaması barədə dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda ilk iddianın təmin edilib, qarşılıqlı iddianın rədd edilməsi qanunvericiliyə uyğun olmuşdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və dəlillərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.