Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1048/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh5, cavabdeh1, cavabdeh4 qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 cavabdeh İddiaçı qarşı tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. ünvan 1 ünvanında yerləşən ev (bundan sonra – mübahisəli mənzil) cavabdeh5 məxsus olmuşdur.
3. 2015-ci il tarixli alqı-satqı müqaviləsinə görə cavabdeh5 (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən imzalanmışdır) mübahisəli mənzili X3 240.000 manata satmışdır. cavabdeh2 müqavilənin bağlanmasına dair notarial razılıq ərizəsi vermişdir.
4. 2016-cı ildə cavabdeh2 və X5 Yeqanovanın evindən oğurluq etməkdə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmışdır.
5. 2019-cu il tarixli alqı-satqı müqaviləsinə görə, X3 mübahisəli mənzili alıcı İddiaçı satmışdır. Hazırda ev İddiaçı mülkiyyətindədir.
6. Xətai rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı cavabdeh5 cavabdehlər İddiaçı və X3 qarşı mübahisəli mənzilə dair iddiaçı ilə X3 arasında bağlanmış ##.##.2015- ci il tarixli alqı-satqı müqaviləsinin və X3 ilə İddiaçı arasında bağlanmış ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ##.##.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməməsi, iddiaçı cavabdeh5 cavabdehlər İddiaçı, X1 və X4 qarşı 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçı cavabdeh5 verilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Ilkin iddia üzrə iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh5, cavabdeh1, cavabdeh4 ona məxsus olan mübahisəli mənzildən çıxarılaraq, mənzilin iddiaçıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ilkin iddia belə əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçıya məxsus olsa da, orada cavabdeh3, cavabdeh2, cavabdeh5, cavabdeh1 və cavabdeh4 qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərə könüllü olaraq mənzildən çıxmalarını təklif etsə də, imtina etmişlər.
9. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 məhkəməyə müraciət edərək, mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh2 2004-cü ildən ünvan 2 ünvanında Aidə Yeqanovanın evində xadiməçi işləməyə başlamış, uzun illər aralarında yaxşı münasibətlər olmuşdur. 2012-ci ildə Aidə Yeqanovanın tanışı Gülnarə adlı şəxs həmin evə tez-tez gəlib-getmiş, bahalı qızıl-brilyant əşyaların alqı-satqısı ilə məşğul olmuşdur. Aidə Yeqanova öz istifadəsində olmayan qızıl-brilyant əşyalarını Gülnarəyə verərək yeniləri ilə dəyişdirmiş, sonradan bəzi zinət əşyalarını satmaq üçün ona təqdim etmişdir. Türkiyəyə gedərkən də Gülnarənin gətirəcəyi əşyaların evdə saxlanılmasını cavabdeh2 tapşırmış, qayıtdıqdan sonra həmin əşyalar özünə təhvil verilmişdir.2015-ci ilin mart ayında Aidə Yeqanova rəfiqəsinə verdiyi boyunbağındakı daşların brilyant deyil, şüşə olduğunu öyrənmiş və bu hadisə ilə bağlı cavabdeh2 və Gülnarə adlı şəxsdən polisə şikayət etmişdir. cavabdeh2 dəfələrlə bu məsələdən xəbərsiz olduğunu bildirsə də, polis idarəsinə aparılmış, orada fiziki və psixoloji təzyiqlərə, işgəncəyə və təhqirlərə məruz qaldığını, məcburi şəkildə ifadələrə imza atdırılmışdır. Sonradan məlum olmuşdur ki, zinət əşyalarını dəyişdirən şəxs Gülnarə olmuşdur.cavabdeh2 bildirdiyinə görə, polis bölməsində və prokurorluqda ona və ailə üzvlərinə qarşı hədə-qorxular edilmiş, qızı, həyat yoldaşı, əlil övladı və yaşlı qayınanası ilə bağlı təhdidlər səsləndirilmişdir. Təzyiqlər nəticəsində müxtəlif sənədlərə imza atmağa məcbur edilmiş, daha sonra Kürdəxanı saxlanılma məntəqəsində iki ay saxlanılmışdır. Həmin müddətdə Aidə Yeqanova tərəfindən dəfələrlə gətizdirilərək “dediklərini təsdiq etməsi” tələb olunmuşdur. Sonradan ona 5 il 6 ay şərti cəza verilmişdir.Bu hadisələrdən sonra qayınanası cavabdeh5 məxsus mübahisəli mənzilin təzyiq və hədə-qorxu altında əvvəlcə X3, daha sonra isə İddiaçı adına keçirildiyi bildirilmişdir. Iddia olunur ki, alqı-satqı əməliyyatları formal xarakter daşımış, faktiki ödəniş edilməmişdir. Həmçinin ailə üzvlərindən və qohumlardan borc alınaraq ümumilikdə 82.000 manat Aidə Yeqanovaya verildiyi qeyd edilmişdir. cavabdeh2 sonrakı illərdə Aidə Yeqanovanın evində təmənnasız çalışmış, xəstəlik və əməliyyat dövründə ona qulluq etmiş, nəvəsinə baxmışdır. Aidə Yeqanovanın ölümündən sonra da ailə üzvlərinə qulluq etməyə davam etmişdir. Buna baxmayaraq, onlara verilən “evin geri qaytarılacağı” vədinin yerinə yetirilmədiyi, hazırda isə X9 Əhmədovanın onları mənzildən çıxarmaq üçün məhkəməyə müraciət etdiyi bildirilir.Iddia olunur ki, Aidə Yeqanova dələduzluq və təzyiq yolu ilə həmin mənzili ailənin əlindən almış, hazırda isə İddiaçı həmin xətti davam etdirərək onların yaşayış hüququna son qoymağa çalışır.
11. Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, cavabdehlərin mübahisəli mənzildən çıxarılaraq, mənzilin iddiaçı İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianən təmin edilməməsi qət edilmişdir (hakim N.Cəfərli).
12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl cavabdeh5 tərəfindən X2 etibarnamə verilmiş, daha sonra bu etibarnamə əsasında həmin əqd bağlanmışdır. Müəyyən edilmişdir ki, cavabdeh2 əməlləri nəticəsində Aida Yeganovaya maddi zərər vurulmuş və cavabdeh2 qayınanası, yəni cavabdeh5 həmin zərəri (onun bir qismini) özünə məxsus mənzillə ödəmişdir. Buna görə, qarşılıqlı iddia tələbi cavabdeh5 ilə X3 arasında bağlanmış ##.##.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
13. Bundan əlavə, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin “İddiaçı ilə X3 arasında bağlanmış ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən müqavilə üzrə tərəf olmayan iddiaçı cavabdeh2 bu müqavilənin etibarsızlığına dair iddia qaldırmağa subyektiv hüququnun olmaması səbəbindən qarşılığlı iddia tələbi bu hissədə də təmin edilə bilməz.
14. Bundan sonra, birinci instansiya məhkəməsi ilk iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli mənzil İddiaçı qanuni mülkiyyətindədir. Işin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh3, cavabdeh2, cavabdeh5, cavabdeh1, cavabdeh4 iddiaçının mülkiyyətində olan mənzildən hər hansı hüquqi və qanuni əsas olmadan istifadə etməyə davam edirlər. Belə olan halda, ilk iddia tələbi təmin edilməlidir.
15. Məhkəmə mövqeyini Mülki Məcəllənin 152.5, 157.2, 157.4, 178.1, 337.1, 339.2, 339cü maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh cavabdeh5 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir.
17. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi MM-in 354.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Iddiaçı mübahisələndirilən alqı-satqı müqavilələrinin mövcudluğunu yalnız ##.##.2023-cü il tarixdə cavabdeh İddiaçı mənzildən çıxarılma tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etməsindən sonra öyrənmişdir. Bundan sonra iddiaçı notariat orqanına sorğu vermiş, müqavilələrin surətlərini əldə etmiş və ##.##.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, sözügedən normada nəzərdə tutulan bir illik müddət ötürülməmişdir. Iddiaçı tərəfindən təqdim olunan sübutlar mübahisələndirilən müqavilələrin real hüquqi nəticə yaratmaq məqsədi ilə deyil, yalnız formal görünüş üçün bağlandığını təsdiq edir. Belə ki, mənzil 2015-ci ildən bu günədək iddiaçının faktiki istifadəsində olmuşdur; cavabdehlər mənzildə yaşamamış və mənzil üzərində faktiki sahiblik həyata keçirməmişlər; mənzilin bütün kommunal və digər xərcləri iddiaçı tərəfindən ödənilmişdir; mənzil əvvəlcə Aidə Yeqanovanın sürücüsü Mehdiyev Binyatın adına, daha sonra isə X9 Əhmədovanın adına keçirilmişdir; iddiaçı müqavilələrin bağlanmasında iştirak etməmiş və mənzilin özgəninkiləşdirilməsindən xəbərsiz olmuşdur. Bu hallar MM-in 340.1 və 340.2-ci maddələrinə uyğun olaraq əqdlərin uydurma və yalan əqd olmasını təsdiq edən mühüm hallardır. Lakin məhkəmə həmin halları araşdırmamış, təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə 240000 manat satış məbləğinin kim tərəfindən alınması, həmin vəsaitin iddiaçıya verilib-verilməməsi, Mehdiyev Binyatın həmin əmlakı almaq üçün real maliyyə imkanının olub-olmaması, A.Yeqanovanın etibarnamədən suiistifadə edib-etməməsi halına qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın icraata qəbul olunması barədə ayrıca qərardad qəbul etməmiş, həmin tələb üzrə tam hüquqi araşdırma aparmamışdır. Cavabdehin həm mənzildən çıxarılması, həm də əm də mənzilin satışından əldə edilmiş vəsaitdən məhrum edilməsi halına Konstitusiyanın 29cu maddəsinin tələbi baxımından düzgün hüquqi qiymət verilməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh5 aid hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, V.Sadıqov, X.Mərdanova).
19. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh cavabdeh5 apellyasiya şikayətində göstərdiyi - sözügedən alqı-satqı müqavilələrindən məlumatının olmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh5 tərəfindən X2 etibarnamə verilmiş, daha sonra bu etibarnamə əsasında həmin mənzil X3. Göründüyü kimi, cavabdeh5 notariat qaydada öz iradəsini ifadə edərək mübahisəli mənzilin satılmasına dair etibarnamə vermişdir. Buna görə, onun bu müqavilədən məlumatının olmaması barədə dəlilini məhkəmə kollegiyası əsassız hesab etmişdir.
20. Daha sonra isə, mübahisəli mənzili almış X3 mülkiyyət hüququna əsasən özünə məxsus mübahisəli mənzili notariat qaydada təsdiq edilmiş qaydada İddiaçı satmışdır. Halhazırda da mübahisəli mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı mülkiyyət hüququna əsasən özünə məxsus mənzildən cavabdehlərin çıxarılaraq ona təhvil verilməsi barədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
21. Ilkin iddia üzrə cavabdeh cavabdeh5 apellyasiya şikayətində göstərdiyi cavabdehlər Mehdiyev Binyatın və İddiaçı mənzildə yaşamaması, mənzilə dair heç bir aktiv hərəkət etməməsi, bu dövr ərzində mənzilin kommunal xərclərinin onun tərəfindən ödənilməsi dəlilinə münasibətdə qeyd olunmuşdur ki, cavabdehlərin mübahisəli məzildən könüllü surətdə çıxmamaları və bunun nəticəsində iddiaçı İddiaçı məhkəmədə iddia qaldırması onu sübut edir ki, iddiaçı İddiaçı mübahisəli mənzildən istifadə etməyinə və orada hər hansı aktiv hərəkət etməsinə cavabdehlər tərəfindən imkan verilməmişdir. Odur ki, məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh cavabdeh5 bu dəlilini də əsassız hesab etmişdir.
22. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152.5, 157.2, 157.4, 178.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil: vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd , qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Dəlilləri apellyasiya şikayətininkilərlə eynilik təşkil edən hazırkı şikayətdə əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
36. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq müəyyən etmişlər ki, ilkin iddiaçı sözügedən mənzilin mülkiyyətçisidir. Hazırkı məqamda cavabdeh cavabdeh5 həmin mənzilə faktiki olaraq qanunsuz sahiblik etməsi ilkin iddiaçının öz əmlakından təyinatı üzrə sərbəst istifadə etməsinə mane olur. Belə olan olan halda, ilkin iddiaçının tələbi Mülki Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əsaslıdır.
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdeh5 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.